Məhkəmə qərarları › İş №2-1(102)-825/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-825/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-825/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə tərəfindən sahibkarlığın inkişafı məqsədilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi) qarşı “2007-ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə ona satılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-561/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. A 239585 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına əsasən Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 1100 kv.m torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmişdir.

2. DT və XK-nın Göyçay rayon şöbəsinin Əmlak Məsələləri Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 1 ünvanda yaşayan X1 inkişafı məqsədilə torpaq sahəsinin satılması barədəki sənədlərə rəyindən görünür ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 44 saylı ünvanda yaşayan X1 inkişafı məqsədilə Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin 19 may 2007-ci ıl tarixli 05 saylı qərarı ilə satılmış 0.11 hektar torpaq sahəsi alqı-satqı predmeti olan bələdiyyə torpağıdır. Torpaq sahəsi Aran-Şirvan kadastr qiymət zonasına aiddir.

3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qəra rına müvafiq olaraq sahibkarlığın inkişafı məqsədilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 44 saylı ünvanda yaşayan X4 mülkiyyətinə verilməsini D. T. və X. K.-nın Göyçay rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.

4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Göyçay rayon ZDS İcraiyyə Komitəsinin 19 oktyabr 1967-ci il tarixli 19 №-li iclas protokolundan çıxarışda Çərəkə kənd istehlak cəmiyyətinin ikinci Ərəbcəbirli kəndində respublika yolu ilə şəhərə gələn yolun birləşəcəyində tikdirdiyi pavilyon altına 0,20 hektar torpaq ayrılması haqqında S.Vurğun adına kolxozun 1967-ci il 20 sentyabr tarixli 16 nömrəli qərarı təsdiq edilmişdir.

5. Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışdan gö rünür ki, Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən alqı-satqı qaydasında ünvan 3 ünvanda yaşayan X1 inkişafı məqsədi ilə 0,11 ha torpaq sahəsinin satılması barədə DT və XK-nın Göyçay rayon Şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, ünvan 3 ünvanda yaşayan X6 Ərəbcəbirli bələdiyyəsinin alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən 0,11 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədi ilə satılmışdır.

6. Cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim olunan, X4 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********002 kadastr nömrəli (A№239585) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən koordinatlarla müəyyənlə şən 0.11 ha torpaq sahəsi elektron bazada təqdim olunan AZCAD və TEKUİS məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, AzCAD məlumatlarında uqodıyası “tikinti", TEKUİS məlumatlarında uqodıyası Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, islahat uqodiyası tikinti altında olan torpaqlar kimi göstərilmişdir. 0.11 ha torpaq sahəsində yerləşən tikiliyə qeyri-yaşayış obyekti (çörəkbişirmə sexi) kimi **********75-06301 reyestr nömrəsi ilə çıxarış və “Daşınmaz Əmlakın Texniki Pasportu hazırlanmışdır, (balans saxlayıcı təşkilat Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı, “Azərittifaq, inventar nömrəsi 408-1/4942) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən (Dövlətin Torpaq üzərində mülkiyyət hüququ) dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikinti layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətinə aiddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, 0.11 ha torpaq sahəsi dövlət mülkiyyətinə məxsusdur.

7. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X8 Müavininin xx.xx.2023-cü il tarixli MMİ364/08 nömrəli məktubundan görünür ki, Göyçay rayonunun Ərəbcəbirli kəndində yerləşən qeyri-yaşayış obyekti (çörək sexi) 1960-cı illərdə Azərittifaq Göyçay Rayon Kooperativ Cəmiyyəti (RKC) tərəfindən tikilib istifadəyə verilmiş, obyekt İddiaçı satılana qədər RKC-nin balansında olmuş və bu əmlakın Göyçay RKC-nin mülkiyyəti olması barədə 16 saylı Ucar Ərazi idarəsi tərəfindən **********75- 06301 reyestr nömrəli çıxarış verilmi şdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2007ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə ona satılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini dəqiqləşdirərək “2007-ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə ona satılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə sahibkarlığın inkişafı məqsədi i lə Göyçay rayon Ərəbcəbirli bələdiyyəsindən 0,11 ha torpaq sahəsini dəyərini banka ödəməklə almışdır. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət edilmiş, lakin, müraciət təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-69/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

12. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Göyçay rayonu, Ərəbcəbirli kəndində yerləşən 0.11 hektar sahibkarlıq torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanmışdır. Torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanarkən, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

13. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2- 1(116)-69/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia rədd edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolunun qərarı ilə satılmış 0.11 ha tor paq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aparılmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılmasını bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi Dövlət mülkiyyətindədir. Odur ki, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır. İddia olunan torpaq sahəsi isə sözüged ən torpaq sahələrinə aid olmadığından Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya sözügedən torpaq sahəsinin satılması tamamilə əsassız olmuş və həmin qərar iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-561/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, 2007-ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə Əlili (Əliyev) Şahin Soltan oğluna satılmış 0.11 ha torpaq sahəsi üzərində Əlili (Əliyev) Şahin Soltan oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh orqan öz arayışında İddiaçı Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə satılmış 0,11 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirsə də, bununla bağlı m əhkəməyə hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Həmçinin cavabdeh orqan həmin torpaq sahəsinin çörək sexi tikintisi üçün ayrılması, Göyçay rayon İİMB-nin balansında olmasına dair heç bir sübut təqdim etməmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Ərəbcəbirli bələdiyyəsinin xx.xx.20007-ci il tarixli 05 saylı iclas protokolunun qərarı ilə satılmış 0.11 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, məhz dövlət mülkiyyətində olmuşdur. Bununla yanaşı, M A seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mülkiyyət növü dövlət olan 0.0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 219.7 kv.m. olan qeyri-yaşayış binası üzərində X4 mülkiyyət hüququ daşınmaz əml akı qeydə alınmışdır. Belə olan halda isə 16 saylı Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir.

21. Məhkəmə kollegiyası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 7.1.-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iddia olunan torpaq sahəsi sözügedən torpaq sahələrinə aid olmadığından Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya sözügedən torpaq sahəsinin satılması tamamilə əsassız olmuşdur.

22. Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya satılmış 0.11 ha torpaq sahəsi dövlətə məxsus olduğuna görə ona dair bələdiyyə tərəfindən qərar qəbul edilə bilməzdi, buna görə də bələdiyyənin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı torpaq sahəsi üzərində mülkiyyət hüququnun d övlət qeydiyyatına alınması üçün əsas hesab oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və b u qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılma sının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrin də daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ

28. Məlum olduğu kimi Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi 2.11.2023-cü il tarixli, 2-1(107)-561/2023 saylı qərarla İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-69/2023 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin edilməsi, 2007-ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə Əlili (Əliyev) Şahin Soltan oğluna satılmış 0.11 ha torpaq sahəsi üzərində Əlili (Əliyev) Şahin Soltan oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyes tri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması qənaətinə gələrkən belə hesab etmişdir ki, cavabdeh orqan öz arayışında İddiaçı Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə satılmış 0,11 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirsə də, bununla bağlı məhkəməyə hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Həmçinin cavabdeh orqan həmin torpaq sahəsinin çörək sexi tikintisi üçün ayrılması, Göyçay rayon İİMB-nin balansında olmasına dair heç bir sübut təqdim etməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi sözügedən nəticə ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi faktiki olaraq cavabdehin etməli olduğu işi özü görmüş, yəni “İnzibati icraat haqqında” qanunun “İnzibati akt” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraatı aparmalı olduğu halda, cavabdeh bunu etməmiş, iddiaçının yazılı müraciətinə səthi və formal yanaşmış, eyni yanlış olan mövqeyini də həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində, eyni zamanda kassasiya şikayətində də müdafiə etmişdir.

30. Belə ki, cavabdeh iddiaçıya ünvanlad ığı 05 yanvar 2022-ci il tarixli imtina məktubunda yazır ki, “Torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti olmaqla özünüzə məxsus qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəblərdən də ərizənizin icrası mümkün olmamışdır.”

31. Cavabdeh orqan iddia tələbinə etirazında da həmin mövqedən çıxış edərək qeyd etmişdir ki, “Göyçay rayonu, Ərəbcəbirli kəndində yerləşən 0.11 hektar sahibkarlıq torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanmışdır Torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlana rkən, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur.”

32. Həmçinin qeyd edilməlidir ki, cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda təkrarən bildirilir ki, mübahisəli 0,11 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Eyni zamanda yazılmışdır ki, “0,11 ha torpaq sahəsində yerləşən tikiliyə qeyri-yaşayış obyekti (çörəkbişirmə sexi) kimi **********75-06301 reyestr nömrəsi ilə “Daşınmaz Əmlakın Texniki Pasportu” hazırlanmışdır (balans saxlayıcı təşkilat Azərbaycan Mərkəzi Kooperativlər” ittifaqı, “Azərittifaq”, inventar nömrəsi 408-1 (4942).”

33. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehin sözügedən məktublarında istinad etdiyi reyestr nömrəsi olan **********75-06301 xx.xx.2011-ci il tarixli Ucar Ərazi İdarəsinin verdiyi çıxarışda qeyri-yaşayış binasının mülkiyyətçisi kimi iddiaçı göstərilmiş, “Azərittifaq”ın adı isə ümumiyyətlə yoxdur.

34. Eyni zamanda işin 57-ci səhifəsində olan xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunda qeyri-yaşayış binası adı “Çörək bişirmə sexi” və hüquq subyekti Göyçay rayon X2 qeyd edildiyi halda, işin 63-cü səhifəsində olan 25 noyabr 2011-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunda qeyri-yaşayış binasının adı eyni olsa da, hüquq subyekti ayrıdır, yəni iddiaçı X7 müəyyən edilmişdir. Həmin texniki pasportunda yazılmışdır ki, pasport “Azərittifaq” İdarə Heyətinin 08 saylı, 12 aprel 2006-cı il tarixli qərarı əsasında tərtib edilmişdir.

35. Həmçinin apellya siya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-Ə-00xx-xx/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-64/2023 nömrəli məktublarında 0.11 ha torpaq sahəsində yerləşən tikiliyə qeyri-yaşayış obyekti (çörəkbişirmə sexi) kimi **********7506301 reyestr nömrəsi ilə çıxarış və “Daşınmaz Əmlakın Texniki Pasportu”nun hazırlanması qeyd edilsə də, iş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlə İttifaqı “Azərittifaq” Göyçay Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli 18 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus olan və Natəvan küçəsi 150 saylı ünvanda yerləşən çörək sexi o vaxtkı Göyçay rayon İstehlak Cəmiyyətinin vəsaiti hesabına 1967-ci ildə inşa olunmuş və əvvəllər Göyçay şəhər X5 tərkibi ndə çayxana kimi, sonradan yəni 1972ci ildən çörək sexi kimi fəaliyyət göstərmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, tikilinin inşası üçün torpaq sahəsinin ayrılması barədə heç bir sənəd aşkar olunmamışdır. Çörək sexi 1967-ci ildən Göyçay şəhər İİMB-nin balansında olmuşdur və vətəndaşın müraciəti əsasında 25 noyabr 2011-ci ildə Seriya MA ******* sayli DƏDRX-nin Ucar Ərazi idarəsinin çıxarışı ilə özəlləşdirilmişdir.

36. Həmçinin iş üzrə üçüncü şəxs Göyçay rayon Ərəbcəbirli bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, Göyçay rayon Ərəbcəbirli bələdiyyəsinin 19 may 2007-ci il tarixli 05 saylı qərarına əsasən Göyçay şəhər sakini Əliyev (Əlili) Şahin Soltan oğluna satılmış 0,11 ha torpaq sahəsi Ərəbcəbirli bələdiyyəsinin mülkiyyətinə aid olmuşdur. Alqı-satqı qanuni aparılmışdır. Hazı rda həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. İddia tələbinin təmin olunmasına etiraz etmirlər.

37. Göründüyü kimi iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi iddiaçıya iddia predmeti olan 0,11 ha torpaq sahəsinin satılmasını etiraf edir. Həmçinin həmin torpaq sahəsinin iddiaçıya satılan zaman bələdiyyənin mülkiyyətində olduğunu bildirir. İddiaçıya satılmış torpaq sahəsi başqa mülkiyyətçilərin torpaq sahəsi ilə üst-üstə düşmür və onların hüquqlarını pozmur. Habelə birinci instansiya məhkəməsinin qərarından Ərəbcəbirli bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilməmişdir.

38. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan DT və XK-nın Göyçay rayon şöbəsinin Əmlak Məsələləri Komitəsi Yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 1 ünvanda yaşayan X1 inkişafı məqsədilə torpaq sahəsinin satılması barədəki sənədlərə rəyindən görünür ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 44 saylı ünvanda yaşayan X1 inkişafı məqsədilə Göyçay rayonu Ərəbcəbiri bələdiyyəsinin 19 may 2007-ci ıl tarixli 05 saylı qərarı ilə satılmış 0.11 hektar torpaq sahəsi alğı-satqı predmeti olan bələdiyyə torpağıdır. Torpaq sahəsi Aran - Şirvan kadastr qiymət zonasına aiddir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qərarına müvafiq olara q sahibkarlığın inkişafı məqsədilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 44 saylı ünvanda yaşayan X4 mülkiyyətinə verilməsini D. T. və X. K.-nın Göyçay rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.

39. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdeh sözügedən 0,11 hektar torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirsə də, bununla əlaqədar məhkəməyə hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-561/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar