Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-826/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: təhsil müddətinin sığorta stajına daxil edilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Mircəlal Fətullayevin, cavabdehin vəkili Dilarə Qurbanovanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-249/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonunun Alekseyevka kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So sial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı xx.xx.1979-07.1980-ci illər ərzində Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə İddiaçı xx xxxx 2019-cu il tarixdən güzəştli şərtərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx xxxx 2019-cu il tarixli imtina məktubunda onun xx.xx.2019-cu il tarixli ərizəsi ilə bağlı qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən ta m əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilmiş tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı on iki il altı ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı xx xxxxxx 2006-cı ilədək 25 ildən artıqdır. xx.xx.1979-07.1980-ci il Sumqayıt şəhər Texniki Peşə Məktə bində təhsil almışdır. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən həmin dövr də ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalış an işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa onların güzəştli şərtlərlə pensiya hüququ vardır. xx xxxx 1997ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə onun 55 yaş + 2 yaş = 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yarana bilər. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3776/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1979-xx.xx.1980 illərdə Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil aldığı müddətin sığorta stajına daxil edilərək, ona xx.xx.2019-cu il tarixdən güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsinqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-249/2020 nömrəli (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağəyeva və Həmid Həmidov) qərarı ilə cavabdehin apel yasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin2-1(81)-3776/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilməsi, iddiaçı Vaqif Məhərrəm oğluNurəddinovun xx.xx.1979-xx.xx.1980-cı illərdə Sumqayıt şəhər Texniki Peşə Məktəbində təhsil aldığı müddətin sığorta stajına daxil edilərək, ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınıntəyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Ona hazırkı qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pensiyası düşmür. Çünki Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq ye raltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həminişlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əməkpensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı hesab edir ki, ona həmin Qanunun 9.8-ci maddəsi tətbi q edilməli və həmin qanun qüvəyə minənədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun yaş həddindən, yəni 57 yaşdan pensiya təyin edilməlidir. Halbuki, 9.8-ci maddəyə əsasən, həmin qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixinədək həm ümumi (25 il), həm də güzəştli (12 il altı ay) iş stajını tamamlamış olmalı idi. İddiaçı isə həmin tarixədək müvafiq iş stajına malik olmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.x x.2020-ci il tarixli, 2-1(103)-249/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Qurbanova kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili M.Fətullayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili M.Fətullayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və və kilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qey etmişdir ki,iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Ona hazırkı qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pensiyası düşmür. Çünki Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həminişlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əməkpensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı hesab edir ki, ona həmin Qanunun 9.8-ci maddəsi tətbiq edilməli və həmin qanun qüvəyə minənədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun yaş həddindən, yəni 57 yaşdan pensiya təyin edilməli dir. Halbuki, 9.8-ci maddəyə əsasən, həmin qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixinədək həm ümumi (25 il), həm də güzəştli (12 il altı ay) iş stajını tamamlamış olmalı idi. İddiaçı isə həmin tarixədək müvafiq iş stajına malik olmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajı olmuşdur, lakin iddiaçı cavabdehə hazırkı tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının 25 ildən az təşkil edilməsinə istinad edilərək imtina edilmişdir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktə blərini bitirmiş şəxslərin təhsil müddəti, həbsdə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərd ə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxmıdan da Ali Məhkəmənin İnzibati Kollegiyasıhesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndi nin ğ yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-249/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-826/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-826/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver