Məhkəmə qərarları › İş №2-1(102)-826/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-826/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-826/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Qafqaz 2” firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X12, X8 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( torpaq sahəsinə çıxarışın və texniki sənədlərin verilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, İlqar Hüseynov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, cavabdehin vəkili Aidə Məmmədlinin, üçüncü şəxs xxxun vəkili Vəkil1, üçüncü şəxs xxxun vəkili Vəkil2 iştirakı ilə İddiaçı “Qafqaz 2” firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X15, X8 iştirakı ilə) qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-65/202 nömrəli, 09 fevral 2021-ci il tarixli qərarından cavabdeh və üçüncü X7 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 06 yanvar 2015-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkrn, S.S.Axundov küçəsində yerlə şən 1020 kv.metr istifadəsində və 300 kv.metr mülkiyyətində olan cəmi 1320 kv.metr torpaq sahələrinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ******** küçəsində yerləşən boş torpaq sahəsində abadlıq işləri apararaq uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün oradan istifadə edir. Firma Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, istifadəsində olan 1020 kv.metr torpaq sahəsinin firmaya verilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 179 nömrəli 28 fevral 19 92-ci il tarixli Sərəncamı ilə torpaq sahəsində pullu avtodayanacaq təşkil etmək üçün Firmaya icazə verilmiş və torpaq sahəsinin plan-sxemi rayonun müvafiq orqanlarının razılığı ilə İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 125 nömrəli 03 avqust 2004-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkrn., S.S.Axundov küçəsində yerləşən 300 kv.metr boş torpaq sahəsi də alqı-satqı müqaviləsinə əsasən İddiaçı firmasının mülkiyyətinə verilmiş və plan-sxem Bələdiyyə tərəfindən təsdiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət edilərək, İcra Hakimiyyətinin 179 nömrəli 28 fevral 1992-ci il tarixli Sərəncamı ilə istifadəsinə verilən 1020 kv.metr və Binəqədi Bələdiyy əsinin 125 nömrəli 03 avqust 2004-cü il tarixli qərarı ilə mülkiyyətinə verilən 300 kv.metr torpaq sahələrinin iddiaçının adına texniki sənəd tərtib edərək qeydiyyata götürüb dövlət reyestrindən çıxarış verilməsi xahiş edilsə də, idarə bundan imtina etmişdir.

3. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 21(81)-4678/2018 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2., 6.5-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dai r sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1.7.,17.,18, 19-cu bəndlərinə, İnzibati Prosessual Məcəlləsinin 2.2.2.,33.1, 58.1., 68.2-ci maddalərinə istinadən belə hesab etmişdir ki, iddia tutarlı və tam əsaslı deyildir. 6. 17.12.2018-ci il tarixdə İddiaçı firması apelyasiya şikayəti verərək, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-4678/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qərarının ləğv edilərək, İddiaçı firmasının iddiasının təmin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)116/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməməsi, 1 nömrəli Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2-1(81)-4678/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını, həmçinin “Torpaq Məcəlləsinin” 6., 22., 86-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməklə işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və hüquq normalarını düzgün tətbiq etmişdir.

9. İddiaçı və üçüncü şəxs X10 12.07.2019-cu il tarixdə kasasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

10. Cavabdeh 10.07.2019-cu il tarixdə kasasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kasasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.12.2019-cu il tarixli qərardadı ilə cavabdehin kasasiya şikayəti mümkün sayılmamışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2020-ci il tarixli, 2-1(102)-73/2020 nömrəli (hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Xəqani Məmmədov) qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)116/2019 nömrəli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Ali Məhkəmənin İnzibati Kollegiyası həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1., 58.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Qanunun 6.1.,6.2-ci maddələrinə əsaslanmaqla hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən “iddiaçıya və üçüncü şəxs xxxa ayrılan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı məhkəmələr tərəfindən hər hansı araşdırma aparılmamış, torpaq sahələrində baxış keç irilməmiş, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyi müzakirə edilməmişdir”.

14. Daha sonra Ali Məhkəmənin İnzibati Kollegiyası yazmışdır ki, “Mübahisə olunan torpaq sahələrinin üst-üstə düşməsi isə mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilə bilər”.

15. Həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyası 14 yanvar 2020-ci il tarixli qərarında göstərmişdir ki, “Apelyasiya instansiyası məhkəməsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən üçüncü şəxs xxxa həqiqətən 4000 kv.m torpaq sahəsi ayrılmasına dair qərar qəbul edilməsi barədə də kifayət qədər araşdırma aparmamışdır. İddiaçı apelyasiya şikayətində xxxa torpaq sahəsi ayrılması barədə Binəqədi Bələdiyyəsinin iclas keçirmədiyini, bələdiyyə üzvləri tərəfindən qərar və protokol olmadığını bildirmiş, lakin İPM-in 87.8-ci madd əsinin tələbinə əməl olunmayaraq şikayətin bu dəlili apelyasiya məhkəməsi tərəfindən yoxlanılmamış, O.Ə.Məmmədova torpaq sahəsi ayrılmasına dair həqiqətən bələdiyyə iclasının keçirilməsi, bələdiyyə tərəfindən qərar qəbul edilməsi öyrənilməmiş, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə və Binəqədi Bələdiyyəsinə sorğular edilməmiş, Binəqədi Bələdiyyəsi iş üzrə məhkəmə icraatına cəlb edilməmişdir. İşdə istinad edilən sübutlar 2004 və 2006-cı illərə aid olduğundan, həmin sübutların mötəbərliliyini müəyyən etmək üçün onların əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surətləri tələb edilib işə əlavə edilməmişdir”.

16. Daha sonra Ali Məhkəmənin İnzibati Kollegiyası sözügedən qərarında yazmışdır ki, “Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə torpaq s ahəsi iddiaçıya satılarkən yuxarıda qeyd edilən normaların tələbi pozulmuş, aidiyyəti orqanlardan rəy alınmamışdır. Lakin məhkəmə 2004-cü ilin avqust ayında satılan torpaq sahəsinin 2006-cı ilin dekabr ayında üçüncü şəxs xxxa satılmasını, 2006-cı ilin dekabr ayında bələdiyyə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əməl edilməsini (aidiyyəti orqanlardan rəy alınmasını) araşdırıb hüquqi qiymət verməmişdir”. apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(103)65/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə İddiaçı firması tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsi nin 08.02.2018-ci il tarixli, 2-1(82)588/2018 nömrəli qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul olunması, İddiaçı firmasının iddiasının təmin edilməsi, İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7ci mkrn, S.S.Axundov küçəsində yerləşən 1020 kv.m. istifadəsində və 300 kv.m. mülkiyyətində olan cəmi 1320 kv.m. torpaq sahələrinə dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasının, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

18. Üçüncü şəxsin kasasiya şikayəti onu nla əsaslandırılmışdır ki, kasasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən iddiaçıya və üçüncü şəxs xxxa ayrılan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı məhkəmələr tərəfindən hər hansı araşdırma aparılmamış, torpaq sahələrinə yerində baxış keçirilməmiş, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyi müzakirə edilməmişdir.

19. Mütəxəssis iş üzrə qərardadda göstərilən sualların cavablandırılması üçün sənədlərin təqdim olunmasını xahiş etsə də, məhkəmə tərəfindən bu barədə ona heç bir rəsmi məlumat verilməmişdir, ona görə də 26.11.2020-ci il tarixdə ekspert Təhmasib Kərimovun sənədlərin təqdim olunmasına dair vəsatətin icra olunmaması səbəbilə ekspertizanın aparılmasından imtina etməsi barədə məlumatı məhkəməyə daxil olmuşdur. Əslində, bundan sonra apelyasiya instan siyası məhkəməsi iş üzrə məhkəmə iclası təyin etmədən yenidən ekspertiza keçirilməsi üçün göndərməli idi.

20. Beləliklə, 29.01.2021-ci il tarixdə mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmişdir. Yerli baxış cəmi 10 dəqiqə çəkmişdir. Maraqlıdır ki, məhkəmə kollegiyası 10 dəqiqəlik yerli baxışın nəticəsi olaraq məhkəmə qərarında belə nəticəyə gəlir ki, torpaq sahəsinin ölçüləri iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24.12.2016-cı ildə tərtib olunmuş **********91 reyestr nömrəli texniki pasportunda göstərilən ölçülərə uyğun gəlir. Üçüncü X7 tərəfindən məhkəməyə təqdim edilmiş bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinin mühə ndis-memarı Ə.F.Qulamov tərəfindən təsdiq olunmuş Situasiya planında göstərilən ölçülər mübahisəli sahənin faktiki ölçülərinə uyğun gəlmir.

21. Göründüyü kimi, xüsusi bilik tələb edən halın işə baxan hakim tərəfindən müəyyən edilməsi qanunvericiliyin tələbinin birbaşa pozulmasıdır. Hazırkı işdə isə işə baxan hakim nəinki ekspertizanın rəyini əldə etməmiş, o qərardadın icrası üçün növbəti dəfə cəhd etmədən torpaq sahəsinə yerli baxışla kifayətlənmişdir.

22. Həmçinin, məhkəmə qərarında torpaq sahəsinin ölçülərinin iddiaçı tərəfindən təqdim olunmuş 24.12.2016-cı il tarixli **********91 reyestr nömrəli texniki pasportda göstərilən ölçülərə uyğun gəlməsinin qeyd edilməsi də əsassızdır. Çünki tərəfindən məhz həmin sənəd mübahisələndirilir və o sənədin verilməsinə əsas olmuş 1 nömrəli Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 2-1(81)-1036/2015 nömrəli 07.05.2015-ci il tarixli qərarı ləğv edilmişdir.

23. Yerli baxış zamanı nəzərdən keçirilmiş və İddiaçı firması tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının 28.02.1992-ci il tarixli 179 nömrəli sərəncamı və bu sərəncama əlavə edilən sxematik plandan görünür ki, İddiaçı kiçik müəssisəsinin nəzdində açılacaq avtomobil dayanacağı üçün ayrılmış sahənin planda dördbucaq şəklində, uzunluğu 60,0 metr, eni 17,0 metr ölçüdə, Binəqədi rayonu, 7-ci mkrn, S.S,Axundov küçəsində “İnqilab” kinoteatrı qarşısında yerləşməsi nəzərdə tutulmuşdur.

24. Lakin Azərbaycan Respublikası Milli Arxiv idarəsi Dövlət Arxivinin Bakı filialının 29.03.2019-cu il tarixli 728 nömrəli məktubuna əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti ba şçısının 28.02.1992-ci il tarixli 179 nömrəli sərəncamı və sxematik plandan görünür ki, İddiaçı” kiçik müəssisəsinin nəzdində açılacaq avtomobil dayanacağı üçün ayrılmış sahənin planda dördbucaq şəklində, uzunluğu 60,0 metr, eni 17,0 metr ölçüdə, Binəqədi rayonu, 7-ci mkrn, S.S.Axundov küçəsində “İnqilab” kinoteatrı və 5 mərtəbəli yaşayış zonasının qarşısında yerləşməsi nəzərdə tutulmuşdur.

25. Bundan başqa, yerli baxış zamanı nəzərdən keçirilmiş və İddiaçı firması tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03.08.2004-cü il tarixli 125 nömrəli qərarı və bu qərara əlavə edilən torpaq sahəsinin (300 kv jtr) situasiya planından görünür ki, İddiaçı firmasına Binəqədi rayonu, 7-ci mkrn, S.S.Axundov küçəsində ayrılmış 300 kv metr torpaq sahəsi Binəqədi rayonu, 7- ci mkrn, S.S.Axundov küçəsində avtomobil dayanacağının yanında yerləşməsi nəzərdə tutulmuşdur.

26. Lakin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının 03.2019-cu il tarixli 728 nömrəli məktubuna əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bədiyyəsinin 03.08.2004-cü il tarixli 125 nömrəli qərarı və situasiya planından görünür ki, İddiaçı firmasına Binəqədi rayonu, 7-ci mkrn, S.S.Axundov küçəsində ayrılmış 100 kv metr torpaq sahəsi Binəqədi rayonu, 7-ci mkrn, S.S.Axundov küçəsində beton sexinin ərazisində “Qayğı sexi”nin arxasında yerləşməsi nəzərdə tutulmuşdur.

27. Göründüyü kimi İddiaçı firması Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03.08.2004-cü il tarixli 125 nömrəli qərarına əlavə edilən situasiya planının arxivdə olan nüsxəsini saxtalaşdıraraq məhkəməyə təq dim etmişdir. Hər iki situasiya planına nəzər yetirdikdə, İddiaçı kiçik müəssisəsinə müvafiq bələdiyyə qərarı əsasında ayrılmış sahənin yerləşmə mövqeyinə görə ayrı-ayrı ərazidə olduğu və bununla da üst-üstə düşmədiyi müəyyən olunur.

28. Məhkəmə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 28.02.1992-ci il tarixli 179 nömrəli sərəncamı və ona əlavə edilmiş sxematik plan, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03.08.2004-cü il tarixli 125 nömrəli qərarı və ona əlavə edilmiş situasiya planının nə əslini, nə də notarial qaydada təsdiq edilmiş surətinə istinad etməmişdir. Bu da bir daha qanunvericiliyin tələbinin pozulmasıdır.

29. Məhkəmədə, həmçinin İddiaçı firması tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 28.02.1992-ci il tarixli 179 nömrəli sərəncamına əlavə edilən sxematik planı n arxivdə olan nüsxəsinin və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03.08.2004-cü il tarixli 125 nömrəli qərarına əlavə edilən situasiya planının arxivdə olan nüsxəsinin saxtalaşdırılması, həmçinin 300 kv metr torpaq sahəsinin situasiya planında bələdiyyə sədrinin müavini Z.A.Abdulov və mühəndis F.Ə.Qulamovun imzalarının saxtalaşdırılması faktının araşdırılması üçün xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini xahiş etsə də, məhkəmə bu vəsatətə də yekun məkhəmə qərarında münasibət bildirməmişdir.

30. Apelyasiya instansiyası məhkəməsinin qərarında növbəti dəfə İPM-nin 96.11-ci maddəsinin tələbi pozulub. Belə ki, kasasiya instansiyası məhkəməsinin qərarında Binəqədi Bələdiyyəsinin iş üzrə məhkəmə icraatına cəlb edilməməsi qeyd edilmişdir. İşə baxan apelyasiya instansiyası məhkə məsi bələdiyyəni cəlb etmək əvəzinə onun iştirakı olmadan işə baxmış və yekun qərar çıxarmışdır.

31. Həmçinin, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli 499/2 nömrəli qərar və bu qərara əlavə edilən torpaq sahəsinin situasiya planı əsasında Binəqədi rayonu, 7-ci mkrn, S.S.Axundov küçəsində yerləşən 4000 kv. metr torpaq sahəsi X12 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin vergiləri də vaxtlıvaxtında Oruc Məmmədov tərəfindən ödənilmişdir.

32. Göründüyü kimi Oruc Məmmədovun adına bələdiyyə qərarının olması inkar olunmur. Həmin qərarın arxivə təhvil verilməməsi hansısa bələdiyyə işçisinin günahı ucbatından olmuşdur və bu həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Həmçinin, yuxarıda qeyd edilən sənədlər - Binəqədi Bələdiyyəsinin BRB/d-36 nömrəli 07.02.2020-ci il t arixli vəkil sorğusuna cavabın əsli, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/5-27 nömrəli 11,02.2020-ci il tarixli vəkil sorğusuna cavabın əsli, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli 499/2 nömrəli qərar və bu qərara əlavə edilən torpaq sahəsinin situasiya planının təsdiq olunmuş surəti və Binəqədi Bələdiyyəsinin BRB/M-14 nömrəli 30.03.2016-cı il tarixli, 3RB/M-04 nömrəli 28.01,2020-ci il tarixli borcun olmamasına dair arayışların əsli, ödəniş qəbzlərinin surəti də tərəfindən rəsmi şəkildə apelyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

33. Apelyasiya kollegiyası nəinki Binəqədi Bələdiyyəsini işə cəlb etməmiş, hətta bə-lədiyyənin yerli baxışda iştirak edən işçisi Səməd adlı şəxsi məhkəmə iclasında şahid qismində dindirsə də, onun ifadəsini qərarda qeyd etməyi unutmuşdur. Şahid məhkəmədə ifadəsində bildirmişdi ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli 499/2 nömrəli qərarı ilə X14 ayrılmış 4000 kv metr torpaq sahəsi hal-hazırda Oruca məxsusdur və həmin sahə üzrə torpaq vergisi hər il onun tərəfindən həyata keçirilir.

34. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)65/2021 nömrəli qərarının ləğv edilməsini, iş üzər yeni məhkəmə qərarı qəbul edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

35. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatı qanunvericiklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşin maz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özba şına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 37. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsa sən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqlarını dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

40. Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərar qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.

41. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədi ilə X6 və Binəqədi Bələdiyyəsinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə ü çüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir.

42. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)65/2021 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kasasiya şikayətinə qarşı üçüncü şəxs xxx etiraz təqdim edərək, üçüncü şəxs xxx tərəfindən verilən kasasiya şikayətinin mümkün sayılmamasını, şikayəti qəbul etməkdən imtina edilməsini xahiş etmişdir.

44. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Məmmədli kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

46. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs xxxun vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şika yətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

47. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs xxx vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

48. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

49. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

50. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

51. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini cavabdehin və üçüncü şəxslərin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin və üçüncü şəxsin kasasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

52. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

54. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışında olsa, apelyasiya instansiyası məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərarı ləğv edilsə, iş apelyasiya instansiyası məhkəməsinin təkrar baxışına məcburi xarakterli müvafiq göstərişlərlə göndərilsə də, apelyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən iş üzrə qəbul etdiyi 09.02.2021-ci il tarixli qərarda Ali Məhkəmənin həmin məcburi göstərişləri qərarın mətnində yazmaqla kifayətlənmiş, faktiki olaraq Ali Məhkəmənin məcburi göstərişlərini icra etmə mişdir.

55. Halbuki İPM-nin 69.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.

56. Xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi torpaqşünaslıq ekspertizasını təyin etsə də, onun keçirilməsini faktiki olaraq təşkil etməmişdir.

57. Belə ki, apelyasiya instansiyası məhkəməsi 09 fevral 2021-ci il tarixli qərarında yazır ki, “01.09.2020-ci il tarixdə ekspert Təhmasib Kərimovun torpaq sahələrinə baxış keçirilməsinin təşkil olunması, həmçinin, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem və baza məlumatlarının təqdim olunmasına dair vəsatəti daxil olmuşd ur. Tərəflərlə razılaşdırılaraq yerli baxış 16 sentyabr 2020-ci il tarixə saat 15:00-a təyin olunmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə bununla bağlı bildiriş göndərilmişdir. 13.10.2020-ci il tarixində AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məsləhətçisi İ.Şərifovun arayışı məhkəməyə daxil olmuşdur. Arayışda qeyd olunmuşdur ki, yerli baxışda nümayəndənin iştirakının təmin edilməsi və mütəxəssis rəyinin təqdim olunmasına dair məktubun icrası ilə əlaqədar müraciətdə qeyd edilən tarixdə əraziyə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İş üzrə tərəflərə dair hüquqmüəyyənedici, həmçinin, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torp aq sahəsinin planı və ölçüsü, sxem və sair) rəsmi surətdə təqdim edilməməsi səbəbindən əlavə münasibət bildirilməsi mümkün olmamışdır. Tərəflərə dair yuxarıda qeyd edilən sənədlər təqdim olunacağı təqdirdə Xidmət tərəfindən müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. Vəsatət icra olunması üçün tərəflərə göndərilmişdir. İddiaçı və üçüncü şəxs X10 nümayəndəsi, Vəkil2 24.11.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tələb olunan sənədləri İ.Şərifova təqdim etmək istəsə də, o, sənədləri qəbul etməyərək bildirmişdir ki, yalnız məhkəmənin müşaiyət edici məktubu əsasında lazımlı sənədlər qəbul ediləcək. 26.11.2020-ci il tarixdə ekspert Təhmasib Kərimovun sənədlərin təqdim olunmasına dair vəsatətin icra olunmaması səbəbilə ekspertizanın aparılmasından imtina etməsi barədə məlumatı məhkəməyə daxil olmuşdur”.

58. Beləliklə hazırkı mübahisə üzrə düzgün nəticəyə gəlinməsi üçün son dərəcə böyük əhəmiyyət kəsb edən ekspertiza keçirilməmiş, yəni ekspert rəyi alınmamışdır.

59. Daha sonra apelyasiya instansiyası məhkəməsi 09 fevral 2021-ci il tarixli qərarında göstərir ki, “Məhkəmə iclası zamanı mübahisəli əraziyə məhkəmə baxışı təyin olunmuşdur. Mübahisəli əraziyə baxış zamanı məhkəmə müəyyən etmişdir ki, hər iki tərəf faktiki olaraq mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Torpaq sahəsinin ölçüləri iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dovlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24.12.2016-cı ildə tərtib olunmuş ** ********91 reyestr nömrəli texniki pasportunda göstərilən ölçülərə uyğun gəlir. Üçüncü X7 tərəfindən məhkəməyə təqdim edilmiş Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memarı Ə.F.Qulamov tərəfindən təsdiq olunmuş Situasiya planında göstərilən ölçülər mübahisəli sahənin faktiki ölçülərinə uyğun gəlmir. Həmçinin qeyd olunmalıdır ki, X15 mübahisəli ərazinin onun adına ayrılmış 4000 kv.m. torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisə edilən torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunub. Belə olan halda ona ayrılmış 4000 kv.m. torpaq sahəsinin həmin sahədə mövcud olması mümkün deyil. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğu na dair nəticəyə gəlir.”

60. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin formaca çox bəsit və səthi, mahiyyətcə isə anlaşılmayan bu hüquqi mövqedən mübahisənin həllinə yanaşılsa, o halda iki mülkiyyətçi şəxsin eyni bir yerin (300kv.m) mülkiyyətçi olması müəyyən olunur ki, bu da aydın məsələdir ki, mümkün deyildir.

61. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-nin 96.11-ci maddəsinin tələblərinin pozulması barizdir.

62. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən eyni zamanda İPM-nin 12.1., 58.7 və 68.2-ci maddələrinə də riayət etməmişdir.

63. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2 situasiy a planlarından göründüyü kimi, iddiaçının nəzdində açılacaq avtomobil dayanacağı üçün ayrılmış sahə şərti olaraq №1 olan situasiya planında sol tərəfdə, şərti olaraq №2 olan situasiya planında isə digər, yəni sağ tərəfdə göstərilmişdir ki, bu məsələ də məhkəmələr hər hansı bir maddi hüquq normasına istinad etmədən, yalnız İPM-nin 96.11-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası qanuni və əsaslıdır.

64. Halbuki həmin situasiya planlarının hansının düz, hansının yalnış olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

65. Buradan iddiaçıya ayrılmış torpaqların (1020 kv.m və 300 kv.m.) harada yerləşməsi, digər torpaqlarla üst-üstə düşüb-düşməməsi məlum deyildir.

66. Bununla əlaqədar qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinin ilkin olaraq kimin (Binə qədi rayon İcra Hakimiyyətinin və ya Binəqədi rayon Bələdiyyəsinin) mülkiyyətində olması və nəticə etibarı ilə də həmin torpaq sahələrinə dair bu inzibati orqanların hansının sərəncam vermək hüququna malik olması məsələsi ümumiyyətlə araşdırma predmeti olmamışdır.

67. Bu barədə məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə müvafiq sorğu göndərilməmişdir.

68. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həll edilməsi məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətinin, Binəqədi rayon Bələdiyyəsinin və Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi zəruridir.

69. Digər tərəfdən qeyd edilməlidir ki, işdə olan Binəqədi rayon Bələdiyyəsinin 29 dekab r 2006-cı il ttarixli 499/2 nömrəli qərarı ilə Binəqədi rayonu, 7-ci mkrn, S.S.Axundov küçəsində yerləşən 4000 kv.m torpaq sahəsi qarabağ müharibəsi əlili X14 verilsə də, həmin torpaq sahəsinin mübahisə predmeti olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məsələsi araşdırılmamış, nəticə etibarı ilə də həmin məsələyə hüquqi qiymət verilməmişdir.

70. Eyni zamanda qeyd edilməlidir ki, işdə olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2015-ci il tarixli, 238 sərəncamında yazılmışdır ki, “Təqdim edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Binəqədi rayonu, 7-ci mkrn., S.S.Axundov küçəsində yerləşən 1020 kv.m torpaq sahəsi Binəqədi rayon İcra Hakimiyyətinin 28.02.1992-ci il tarixli 179 nömrəli sərəncamına və 300 kv.m torpaq sahəsi Binəqədi rayon Bələdiyyəsinin 03. 08.2004-cü il tarixli 125 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı firmasının istifadəsinə verilmişdir”.

71. Göründüyü kimi, iddiaçı 1020 kv.m torpaq sahəsinin ayrılması ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinin 28.02.1992-ci il tarixli 179 nömrəli sərəncamına istinad etmir, lakin işdə olan həmin sərəncamdan məlum olur ki, orada iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü, o cümlədən 1020 kv.m rəqəmi ümumiyyətlə göstərilməmişdir.

72. Bununla yanaşı qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkrn, S.S.Axundov küçəsində yerləşən 1020 kv.metr istifadəsində və 300 kv.metr mülkiyy ətində olan, cəmi 1320 kv.metr torpaq sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli, 2-1(81)-1036/2015 nömrəli qərarı ilə təmin edilmişdir. Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2016-cı tarixli, 2-1 (81)-1036/2015 nömrəli qərardadı ilə X15 tərəfindən iş üzrə icraatın təzələnməsi və qərarın icrasının dayandırılması ilə bağlı verilmiş ərizə təmin edilməmişdir.

73. Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibat-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli, 2-1(81)-1036/2015 nömrəli qərarında n və 2-1(81)-1036/2015 nömrəli, 20 dekabr 2016-cı il tarixli qərardadından X15 tərəfindən apelyasiya şikayətləri verilmişdir.

74. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)548/2017 nömrəli, 22 fevral 2017-ci il tarixli qərardadı ilə 1 nömrəli Bakı inzibati İqtisadi Məhkəməsinin 2-1(81)-1036/2015 nömrəli, 20 dekabr 2016-cı il tarixli qərardadı ləğv edilmişdir.

75. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)548/2017 nömrəli, 17 mart 2017-ci il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində cəlb edilmişdir.

76. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)548/2017 nömrəli, 31 avqust 2017-ci il tarixli qərardadı ilə üçüncü X7un apelyasiya şikayəti qismən təmin edilmiş, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1036/2015 nömrəli iş üzrə qəbul etdiyi 07 may 2015-cı il tarixli qərarı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır.

77. İşə yenidən baxılarkən iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayındığından 1 nömrəli İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )6129/2017 nömrəli, 26 dekabr 2017-ci il tarixli qərardadına əsasən inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmışdır.

78. Həmin qərardaddan iddiaçı ‘‘İddiaçı” firması tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2052/2018 nömrəli, 31 avqust 2017-ci il tarixli qərardadına əsasən təmin edilərək, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6129/2017 nömrəli, 26 dekabr 2017-ci il tarixli qərardadı ləğv edilmişdir.

79. Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2-1(81)-4678/2018 nömrəli qərarı ilə "İddiaçı” firmasının iddia tələbi rədd edilmişdir.

80. Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2-1(81)-4678/2018 nömrəli qərarı idarəyə 30 noyabr 2018-ci il tarixdə daxil olmuşdur.

81. Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2-1(81)-4678/2018 nömrəli qərarından İddiaçı firması və cavabdeh İdarə tərəfindən (24.12.2018-ci il tarixdə) apelyasiya şikayəti verilmişdir.

82. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2- 1(103)-116/2019 nömrəli qərarı ilə İddiaçı firması tərəfindən verilmiş ape lyasiya şikayəti təmin edilməmiş, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2-1(81)-4678/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

83. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2- 1(103)-116/2019 nömrəli qərarından İdarə tərəfindən kasasiya şikayəti verilmişdir.

84. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.12.2019-cı il tarixli qərardadı ilə cavabdehin kasasiya şikayəti mümkün sayılmamışdır.

85. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.01.2020-ci i tarixli, 2-1(102)-73/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-116/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli qərarı ləğv edilmi ş, işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.

86. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2-1(103)-65/2021 nömrəli qərarı ilə İddiaçı firması tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2-1 (81)-4678/2018 nömrəli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmuş, İddiaçı firmasının iddiası təmin edilmiş, İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkrn., S.S.Axundov küçəsində yerləşən 1020 kv.m. istifadəsində və 300 kv.m. mülkiyyətində olan cəmi 1320 kv.m torpaq sahələrinə dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki sənəd lərin verilməsi cavabdeh idarəyə həvalə edilmişdir.

87. Burada xüsusi olaraq qeyd edilməlidir ki, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı qüvvəyə mindikdən sonra İddiaçı firması həmin torpaq sahəsinə çıxarış alır və 300 kv.m torpaq sahəsini üçüncü şəxs Əli Həsənova satır, Əli Həsənov isə öz növbəsində həmin torpaq sahəsini Elvin Ağalarova satır.

88. Belə ki, DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsinin kasasiya şikayətindən göründüyü kimi 09.12.2016-cı il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X3 adına 17.12.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 17.12.2016-cı il tarixli, AN-İ №0514298 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına 27.12.2016-cı il tarixdə da şınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. 89. ünvan 1 ünvanında yerləşən sahəsi 1020 kv.m torpaq sahəsi (istifadə hüququ) qeyri-yaşayış binası ilə birlikdə 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.05.2015-ci il tarixli, 2-1 (81)-1036/2015 nömrəli qərarı və qanunvericiliyə uyğun digər sənədlər əsasında İddiaçı firmasının adına 19.07.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 90. 10.12.2016-cı il tarixli, AN-İ №0514294 nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X6 adına 17.12.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 17.12.2016-cı il tarixli, AN-İ №0514299 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına 27.12.2016-cı il tarixdə daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir.

91. Bu arada qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin 07 may 2015-ci tarixli qərarı ləğv edilsə də, qərarın icrasına dönüş edilməmiş, bunun nəticəsində 300 kv.m torpaq sahəsinin mülkiyyətçisi E.Ağalarov qalmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi işin bu hallarını ümumiyyətlə araşdırmamışdır.

92. Həmçinin müəyyən edilmişdir ki, müvafiq daşınmaz əmlakla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mübahisə olmuş və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(001)-106/2018 nömrəli qətnaməsi ilə X12 iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkrn, S.S.Axundov küçəsində yerləşən iddiaçıya məxsus 1420 kv.m ölçüdə torpaq sahəsi üzərində X1 və ist ifadə hüququnun tanınması, X14 məxsus 1420 kv.m ölçüdə torpaq sahəsinin ərazisindəki 300 kv.m torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsində ********* qeydiyyat nömrəsi, 19.07.2016-cı il qeydiyyat tarixi ilə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 ünvanı adı altında aparılmış reyestr rəsmiləşdirilməsi əsasında “İddiaçı firmasına verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarış və 19.07.2016-cı il tarixi 076645 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, mübahisəli ərazidə istifadədə olan 0,102 ha torpaq sahəsində tikilmiş 14,7 kv.m ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı firmasına verilmiş 19.07.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, İddiaçı firmasının 1 nömrəli Bakı İnzib ati-İqtisadi Məhkəməsinə təqdim etdiyi 1020 kv.m torpaq sahəsi ilə bağlı sxem və 300 kv.m torpaq sahəsi ilə bağlı situasiya planının etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin İddiaçı firması tərəfindən X3 alqı-satqısı ilə bağlı 13 nömrəli dövlət notariat kontorunda təsdiq olunan 09 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi ilə bağlı X3 adına DƏDRX-nin 1 nömrəli Bakı Ərazi idarəsi tərəfindən verilmiş 16.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin X6 tərəfindən X8 alqı-satqısı ilə bağlı 13 nömrəli dövlət notariat kontorunda təsdiq olunan 17 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi ilə bağlı X10 adına DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27.12.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında istifadədə olan 0,102 ha torpaq sahəsində yerləşən, mülkiyyətdə olan, ümumi sahəsi 14,7 kv.m olan qeyri-yaşayış binasının İddiaçı firması tərəfindən X3 alqı-satqısı ilə bağlı 13 nömrəli notariat kontorunda təsdiq olunan 10 dekabr 2016-cı il tarixli, AN seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binası ilə bağlı X3 adına DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsi tərəfind ən verilmiş 16.12.2016-cı il qeydiyyat tarixi RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış binasını X6 tərəfindən X13 alqı-satqısı ilə bağlı 1 nömrəli dövlət notariat kontorunda təsdiq olunan 17 dekabr 2016-cı il tarixli, AN-İ seriya ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi həmin qeyri-yaşayış binası ilə bağlı X8 adına DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27.12.2016-cı il qeydiyyat tarixli, RX seriya ******* nömrəli Çıxarışın ləğv edilməsi, iddiaçıya məxsus ərazidə qanunsuz olaraq tikilmiş 14,7 kv.m ölçüdə tikilinin sökülməsi, 1420 kv.m ölçüdə torpaq sahəsinin ilkin vəziyyətdə iddiaçı xxxun sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 13.03.2018-ci i l tarixli, 2(001)-106/2018 nömrəli qətnaməsindən idarə tərəfindən 25 may 2018-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-950/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X15 İddiaçı firmasına və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair ilk, X10 cavabdeh X14 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraat, Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı firması və X10 cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı qərarın etibarsızlığı barədə inzibati iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarının qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

93. Belə ol an halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə təkrar baxılarkən hazırkı işin və adıçəkilən işin birləşdirilməsi məsələsi müzakirə edilib bu barədə müvafiq məhkəmə aktı qəbul edilməlidir.

94. Eyni zamanda iş üzrə üçüncü şəxs X10 O.Ə.Məmmədovun kasasiya şikayətində verdiyi etirazında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

95. Üçüncü şəxsin kasasiya şikayətinin dəlillərində apelyasiya instansiyası məhkəməsinin öz qərarında hansı maddi və ya prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi qeyd edilmir. Uzun il lərdi üçüncü şəxs yalnız bir tələb və dəlillə çıxış edir ki, guya Binəqədi Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin situasiya planına görə vəkili olduğum üçüncü şəxs X8 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 ünvanında yerləşən 300 kv.metr torpaq sahəsi və 344 A ünvanında yerləşən 14,7 kv.metrlik qeyri-yaşayış sahəsi onun torpaq sahəsinin hüdudlarında yerləşir.

96. Hansı ki, bununla bağlı çıxarılmış çoxsaylı məhkəmə aktlarında təsdiq edilib ki, X11 X4 tərəfindən torpaq sahəsi satılmamışdır. Belə ki, müvafiq qanunvericiliyə görə bələdiyəyə məxsus torpaq sahəsinə iddia etmək üçün ilk növbədə həmin Bələdiyyənin qərarı, daha sonra alqı-satqı müqaviləsinin olması mütləqdir. Hansı ki, X12 istinad etdiyi Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 nömrəli qərarı və 30 dekabr 644 nömrəli alqı-satqı müqaviləsi mövcud deyildir.

97. Etiraza əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-658/2020 nömrəli qanuni qüvvədə olan qərardadı ilə vəkili və nümayəndəsi olduğum üçüncü şəxs Əli Ağahəsən oğlu X5 və üçüncü X7a qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır ona görə ki, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 nömrəli qərarı mövcud deyildir. Belə olan halda üçüncü X7 hansı hüquqla iddia edə bilər ki, vicdanlı alıcı olan X8 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 300 kv.metr torpaq sahəsi və 344 A ünvanında yerləşən 14,7 kv.metrlik qeyri-yaşayış sahəsi onun ünvan 4 ünvanda olan torpaq sahəsinin hüdudlarında yerləşir?

98. Adıçəkilə n məhkəmə aktı ilə təsdiq olunmuşdur ki, nə Binəqədi Bələdiyyəsində, nə də Dövlət Arxivinin Bakı filialında və AR Ədliyyə Nazirliyinin Bələdiyələrlə X16 Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 nömrəli qərarı olmamışdır.

99. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-658/2020 nömrəli qanuni qüvvədə olan qərardadına görə “işin hallarından və qanunvericiliyin normalarından irəli çıxaraq, Məhkəmə belə nəticəyə qəlir ki, X15 tərəfindən iddia edilən Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) nömrəli qərarının, onun əsasında həyata keçirilmiş alqı-satqı müqaviləsinin və ümumi iclas protokolunun Binəqədi rayonu Binəqədi Bələdiyyəsində, həmçinin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda, yəni Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında, Binəqədi Bələdiyyəsinin qeydiyyat kitablarında aşkar edilməməsi isə iddia edilən qərarın mövcud olmaması deməkdir. Bundan başqa, Məhkəmə tərəfindən dəfələrlə, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) nömrəli qərarının əslinin təqdim edilməsi X14 təklif olunsa da, üçüncü şəxs qərarın əslini təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) nömrəli qərarının aşkar olunmaması, iddia edilən qərarın hüquqi nəticə yaratmaq qüvvəsinə malik olmaması deməkdir. Hüquqi nəticə yaratmayan, əslində ümumiyyətlə mövcud olmayan bir aktın etibarsızlığını müəyyən etmək isə mümkün olmadığından, haz ırkı iddia tələbi mümkün sayılmamalıdır, (bax. Qərardadın 11-ci səhifəsi, 5-ci abzas)

100. Həmin Qərardadda göstərilir ki, Məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə təqdim edilən notarial qaydada təsdiq edilmiş akt və qərarın notariusda təsdiq edilməsinə dair həmin notariat işinin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı sorğu göndərilmiş, Bakı şəhəri 27 nömrəli Notariat ofisinin 13 oktyabr 2020-ci il tarixli, 614 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, 18 fevral 2016-cı il tarixdə X15 tərəfindən təqdim olunmuş sənədlər həmin tarixdə 1S1135, 1S-1133 reyestr nömrələri ilə İS reyestr kitabında qeydiyyata alınmış və təsdiq edilmişdir. Sənədlərdən surət təsdiq olunarkən nüsxələr notariat ofisində saxlanılmır, yalnız həmin sənədlərin təsdiqi üçün qeyd olunan İS reyestr kitabında aparılan qeydiyyat qalır. İS reyestr kitabında aparılmış səhifənin kserosurəti təqdim edilmişdir. Həmin kserosurətdən də görünür ki, X15 şəxsən müraciət edərək, şəxsiyyət vəsiqəsinin, 499 nömrəli qərarın, situasiya planının, aktın surətinin təsdiqlənməsini xahiş etmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına mübahisə predmetini təşkil edən 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) nömrəli qərarının təqdim edilməsi ilə bağlı sorğular verilmiş, həmin sorğulara cavab məktublarından, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə drobla (/) heç bir qərarın olmaması, lakin Binəqədi rayonu, 6-cı mkr.-nun qərb hissəsində 600 kv.m torpaq sahəsinin vət. X9 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı B inəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499 nömrəli qərarının mövcud olması müəyyən edilmişdir. Göründüyü kimi, arxiv fondunda Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499 nömrəli qərarı adı altında torpaq sahəsinin X14 ayrılması ilə bağlı deyil, torpaq sahəsinin digər fiziki şəxsə ayrılması barədə bələdiyyə qərarı mövcuddur. Məhkəmə bildirir ki, bələdiyyə qərarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilməməsi, həmin qərarın mövcud olmaması mənasına gəlmək üçün əsas deyildir. Lakin, qərarın, onun qəbuluna əsas olan sənədlərin arxiv fondunda, Binəqədi rayon Binəqədi Bələdiyyəsində, qeydiyyat kitablarında müəyyən edilməməsi, qərarın əslinin təqdim edilməməsi, mübahisələndirilən qərarın nöm rəsi ilə bağlı ziddiyyətin (499 yoxsa 499/2) olması artıq qərarın mövcudluğunu şübhə altına alır. Belə ki, “Bələdiyyə statusu haqqında” Qanunun 16-cı maddəsinin 3-cü bəndinə görə, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə ta nış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

101. Bundan başqa, mübahisə predmeti olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi İddiaçı firması iş materialları arasında olan Binəqədi Bələdiyyəsinin qərarı və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə satılıb. Başqa sözlə hazırda X8 mülkiyyətində olan əmlakın özgəninkiləşdirilmə əsası inzibati aktlardır. Hansı ki, X15 və qeyrisi həmin inzibati aktları mübahisələndirməyib və hazırda da qüvvədədir.

102. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qər arı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə çox sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməli, iş apelyasiya məhkəməsində təkrar baxıldığı zaman mütləq qaydada iş üzrə ekspertiza təyin edilməli, yuxarıda artıq qeyd edildiyi kimi Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Bələdiyyəsi, Torpaq Agentliyi, eləcə də X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilməli, işin hazırkı qərarda yazılmış bütün halları tam və hərtərəfli araşdırılaraq, sübutlara doğru qiymət verilməli, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 21(103)-65/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar