Məhkəmə qərarları › İş №2-1(102)-826/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-826/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-826/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; mübahisənin inzibati məhkəməyə aid olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Bələdiyyəsinə qarşı “cavabdehin imtina məktubunun əsassız hesab edilməsi və alğı-satqı müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2-1(103)-784/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayon Bələdiyyəsinin 03359 nömrəli, 16 dekabr 2019-cu il tarixli imtina məktubunun əsassız hesab edilməsi, onunla Nərimanov rayonu, Nərimanov Bələdiyyəsi arasında ünvan 1 ünvanında yerləşən 0,24 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(8 1)-10341/2021 nömrəli qərardadı ilə (sədrlik edən hakim Aytən Oruczadə) iddia mümkün sayılmamışdır.

3. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia etdiyi müvafiq torpaq sahəsi ilə bağlı Nərimanov Bələdiyyəsi ilə onun arasında alğı-satqı müqaviləsinin bağlanması öhdəliyi, Nərimanov Bələdiyyəsinin torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyəti olmadığından, cavabdehin üzərinə qoyula bilməz.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2-1(103)-784/2022 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Anar Tanrıverdiyev və Mirzə Tağızadə) Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(81)-10341/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Nərimanov rayon ərazisində yerləşdiyindən iddiaçı özünə məxsus olmaqla istifadə etdiyi torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanması məqsədilə cavabdehə müraciət et miş, lakin sonuncu tərəfindən məsələnin həllinin onun səlahiyyəti xaricində olması və aidiyyəti təşkilata müraciət etməsi bildirilmişdir. Sonra iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmiş, lakin ordan da imtina cavabı almışdır. Apellyasiya məhkəməsi öz qərardadında DTXK-nin tərəfindən torpaq sahəsinin alğı-satqı aktının təsdiqlənməsi və imzalanması çatışmayan səbəb kimi göstərilsə də mövcud olmayan qurumun əvvəllər fəaliyyət göstərmiş qurumun imzalama və təsdiqləməsini irad kimi göstərmək düzgün deyil. O səbəbdən ki, adından məlum olan inzibati ərazidən söhbət gedirsə, yəni Nərimanov bələdiyyəsi Bakı Şəhər İcra Hakimiyyətinin işdə iddia ərizəsində maraqlı şəxs qismində işə cəlb olunmayıb və iştirak etməyib. Digər tərəfdən Bakı Şəhər İcra Hakimiyyətinin imtina məktubunu işə əlav ə edilsə də heç tərəf kimi işə cəlb olunmamışdır. Əslində isə Bakı Şəhər topoqrafiya və topoqeodeziya şəhərsalma idarəsinin mütəxəssisləri işə cəlb olunmaqla tikinti-texniki ekspertizası keçirilməsi üçün iş ekspertiza tərəfindən məlumatlar dəqiqləşdirildikdən sonra artıq bələdiyyə qurumu öz iradını bildirə bilərdi, qaldı ki, bələdiyyə yə adından məlumdur ki, ünvan üzrə müraciət etmək və Nərimanov Rayon bələdiyyəsinin inzibati ərazisində yerləşməsi müzakirə mövzusu deyil. O səbəbdən ki, Ə.Rəcəbli küçəsi 5, məhz Nərimanov Rayon bələdiyyəsinə aiddir və alğı-satqı aktının bağlanması ekspertiza dəqiqləşməsindən sonra məlumdur ki, inzibati ərazi üzrə yerləşən bələdiyyə orqanı tərəfindən aparılır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdi m etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

14. Normaların tələbindən göründüyü kimi inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun.

15. Hazırkı mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmasına yönəlmişdir.

16. Beləliklə, İddiaçı ilə cavabdeh arasındakı münasibətlər inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən, həmçinin irəli sürülən tələbin məzmunu inzibati məhkəmə ic raatı qaydasında baxılmalı olan iddialara aid olmadığından həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəni fərqli əsaslandırsa da, mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 21(103)-784/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar