Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-826/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxx cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı xxx (təvəllüd: xx.xx.1959-cu il) cavabdeh xxxna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(106)-220/2023 nömrəli qərarından c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1977-xx.xx.1995-ci illərdə Lənkəran rayon İstehlak Cəmiyyətində, xx.xx.1998-xx.xx.2001-ci illərdə Şağlaser kənd orta məktəbində işləmişdir.
2. X1 filialının xx.xx.2020-ci il tarixli, A/43 nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Lənkəran rayon Veravul kənd “Puşkin” adına sovxozda işləmiş və əmək haqqı almışdır.
3. X1 filialının xx.xx.2021-ci il tarixli, a/621 nömrəli arxiv arayışına əsasən iddiaçı 1998-2000-ci illərdə Şağlaser kənd orta məktəbində işləmiş və əmək haqqı almışdır.
4. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müra ciət etmişdir. Cavabdeh 14 yanvar 2022-ci il tarixli, imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş sənədlərdə 1970-1976-cı illərdə Lənkəran rayon Veravul kənd “Puşkin” adına sovxozda işlədiyi dövr əmək kitabçasında qeyd edilməmişdir, xx.xx.1977xx.xx.1995-ci il tarixədək Lənkəran rayon İstehlak Cəmiyyətində işlədiyi dövrün əmək haqqı barədə arayışı təqdim olunmamışdır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq təqdim olunan əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən iş stajı 25 ildən azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin ed ilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onun xx.xx.1970-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Lənkəran rayon Veravul kənd “Puşkin” adına sovxozda, xx.xx.1977-xx.xx.1995-ci illərdə Lənkəran rayon İstehlak Cəmiyyətində, xx.xx.1998xx.xx.2001-ci illərdə Şağlaser kənd orta məktəbində işlədiyi illər əmək stajı nəzərə alınmaqla, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, 1.0.2-ci, 22-1-1-ci,22-1.5-ci maddələrinə və “Sosial müavinətlər haqqında” Qanunun 7.0.21-ci maddəsinə əsaslanaraq, iddiaçının əmək kitabçasına əsasən tələb olunan sığorta stajı 25 il olmadığına, o cümlədən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığına görə, eyni zamanda iddiaçıya yaşa görə sosial müavinət təyin edildiyini əsas gətirərək qeyd edilən səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.
8. Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(120)-307/2023 nömrəli qərarı ilə (hakim Ş.Musayev) iddia təmin edilərək, iddiaçının hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci, 38-ci, 71-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 1.0.2- ci, 21.1-ci, 21.2.3-cü, 23.2-ci maddələrinə əsasən tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da əmək kitabçası ilə yanaşı həmin sənədləri də təqdim etmişdir. Bununla belə, iddiaçının təqdim etdiyi sənədlərin ziddiyyətli və yaxud qeyri-mötəbər olmasına dair cavabdeh inzibati orqan tərəfindən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq iddiaçı tərəfindən təqdim edilən sənədlərdən müəyyən olunur ki, əmək kitabçasında qeyd edilən və qeyd edilməyən dövrlərdə iddiaçı müxtəlif təşkilatlarda işləyib əmək haqqı almışdır. Beləliklə də müəyyən edilmişdir ki, idd iaçı əmək qabiliyyətli yaş dövrünə çatdığı zaman X1 filialının xx.xx.2020-ci il tarixli, A/43 nömrəli arxiv arayışında, X1 filialının xx.xx.2021-ci il tarixli, a/621 nömrəli arxiv arayışında qeyd olunan illərdə sovxozda işləyib, əmək haqqı aldığı dövrləri, o cümlədən əmək kitabçasında qeyd edilən dövrlər nəzərə alındıqda ümumililkdə 25 ildən artıq sığorta stajı mövcud olur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(106)-220/2023 nömrəli qərarı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, S.Mayılov və M.Həsənov) cavabdehin apellyasiya şikayəti tə min edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam və ya qismən təhvil verilməməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı qeyd edilmişdir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
13. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 19.1, “Əmək pensiyaları haqqında Qanunun 7, 21.1, 23.2-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələrinə istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə verilmiş etirazın m ətninə uyğun tərtib olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əməkhaqqı almadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Eyni zamanda həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının əməkhaqqı almadığı dövrlər üzrə bunun səbəbləri araşdırılmalı olduğu halda araşdırılmamış, əksinə əməkhaqqı cədvəllərinin aşkar olunmamasını iddiaçının ziyanına qiymətləndirilməməli oduğu qənaətinə gəlmişdir. Məhkəmələr tərəfindən yalnız iddiaçının işlədiyi müəssisənin mövcudluğunu əsas götürərək, əsassız olaraq iddiaçının əməkhaqqı almadığı dövrlərin onun əmək kitabçasında əks olunmasına istinad edərək, həmin dövrləri sosial sığorta stajına daxil etmişdir.
16. Kassator hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1, 25-ci eləcə də İPM-in 12.1-ci maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 19. “Əmək pensiy aları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabças ı və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barə də qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası mə hkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətl ərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, ka ssasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisənin predmetini iddiaçının tələb olunan 25 il sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası təşkil edir.
30. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının 25 ildən az sığort a stajı olması barədə cavabdehin dəlilləri yoxlanılmış, dəlillər təsdiqini tapmamış, iddiaçının iş illəri ümumilikdə 1 yanvar 2006-cı ilə qədər 25 ildən çox olmuşdur.
31. Cavabdeh əmək haqqı cədvəlləri olmadığına görə iddiaçının 1978 və 1984-cü illərə aid sığorta stajını qəbul etməmiş, apelyasiya məhkəməsinin araşdırması ilə iddiaçının həmin illərdə əmək fəaliyyəti ilə məşğul olması təkzib olunmaz dəlillərlə sübuta yetmişdir. Məhkəmə kollegiyası eyni əsasları təkrarlamağı lüzumsuz hesab edir.
32. Belə olan halda, iddiaçının əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə kollegiyası həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. İstinad olunan qanunvericilik normalarının məzmunundan görün düyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yolverilməzdir.
33. Bundan əlavə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən illərlə bağlı əmək haqqı kitablarında ad və soyad hissələrinin tam oxunmamağı və ya əmək haqqı kitabları dağınıq vəziyyətdə olması faktı iddiaçının məsuliyyət sferasına aid olmadığından, qeyd edilənlər onun ziyan ına şərh edilə bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyil.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18-22(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(106)-220/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.