Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-826/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iş üzrə (Açar sözlər: şikayət hüququndan sui-istifadə, dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Tolqatovnanın cavabdeh Bakı şəhəri Cavabdehna qarşı “müvafiq tədbirlərin görülməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il ta rixli, 2-1(103)- 2874/2024 nömrəli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallar üzrə onun ərizəsinə baxıb araşdırma aparılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh-inzibati orqan və üçüncü şəxslər-prokurorlar öhdəliklərinin yerinə yetirmirlər, araşdırma aparmırlar, 1 ildir ərizələrinə baxmırlar, rəsmi cavab, imtina cavabı vermir və qərar qəbul etmirlər. Onun xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx. xx.2023-cü il tarixlərdə dəfələrlə müraciət etməsinə baxmayaraq müraciətləri ilə bağlı heç bir araşdırma aparılmamış və heç bir qərar qəbul edilməmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7274/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cinayət işi üzrə şikayətinin araşdırılması ilə bağlı cinayət prosesinə nəzarət edən orqanın fəaliyyəti “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə cinayətprosessual fəaliyyət olmaqla inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. Yəni hazırkı iş üzrə cavabdeh qismində göstərilən orqanla iddiaçı arasında yaranan münasibət inzibati hüquq münasibəti deyil və deməli, tərəflər ara sında inzibati mübahisə yoxdur.
5. Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü nəzərə alaraq izah edir ki, CPM-in 67.3 və 449.1-ci maddələrinin tələblərinə əsasən iddiaçının hazırkı tələblə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2874/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il 2-1(112)7274/2024 saylı tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)2874/2024 saylı qərardaddan kassasiya şikayəti verilməsi üç ün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, o hazırda işsizdir və vəkillə müqavilə bağlamağa imkanı yoxdur. Bunu ərizəyə əlavə edilmiş 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışı da təsdiq edir. Həmin arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq altsisteminə əsasən iddiaçının əmək müqaviləsi aşkar edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2874/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2874/2024 saylı qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfi ndən verilmiş ərizə təmin edilməmişdir.
10. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyindən, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır.
11. İş materiallarından müəyyən olunur ki, iddiaçı əsassız iddialar qaldırmaqla, həmin iddiaların qeyri-mümkün sayılması barədə olan qərardadları hər üç məhkəmə instansiyasında mübahisələndirməklə hüququndan sui-istifadə edir. Hüquqdan sui-istifadə edən şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi isə dövlət vəsaitinin təyinatından kənar əsassız yerə xərclənməsinə səbəb olur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsinə əlavə etdiyi sənədlər onun heç də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmaması barədə birmənalı qənaətə gəlməyə əsas vermir.
12. İddiaçı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2874/2024 saylı qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
13. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qə rardadda Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
14. Sözügedən Qərardadda eləcə də izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qa yda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan suiistifadə kimi qəbul edilə bilər ” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər”. Əsaslandırılmamış kassasiya şikayəti isə İPM-in 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət hüququndan sui-istifadə hallarının qarşısının a lınması və sanksiyalaşdırılması daxili hüquqda olduğu kimi, beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə də mövcuddur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Avropa İnsan hüquqları haqqında Konvesiyanın 35-ci Maddənin § 3 (a) yarımbəndində isə qeyd olunmuşdur ki, şikayət hüququndan sui-istifadə edilməklə təqdim olunmuş şikayət Məhkəmə tərəfindən qəbuledilməz (mümkün olmayan) elan edilməlidir.
16. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiya çərçivəsində yaradılan və Razılığa gələn X1 ilə bağlı öhdəliklərinə riayət etməsini təmin etmək üçün nəzərdə tutulan Məhkəmə əsassız və bezdirici şikayətlər lə məşğul olmamamalıdır, bu, onun real funksiyaları ilə uyğun gəlməyən lazımsız iş yükü yaradır (mutatis mutandis, keçmiş Komissiya ilə bağlı, M. Birləşmiş Krallığa qarşı, №13284/87, Komissiyanın qərarı, xx.xx.1987, Qərarlar və Hesabatlar (DR) 54, s. 214).
17. Şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan sui-istifadə etməsidir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, şikayət hüququndan suiistifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıq-aydın əsaslandırılmamış, şikayət hüququ nun məqsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan sui-istifadədir.
18. Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir.
19. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sistemin yalnış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad çıxara və ya bu hüquqdan suiistifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər.
20. Hazırkı işdə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şikayətçi açıq-aşkar əsassız, daha əvvəl verdiyi mümkün sayılmamış şikayətlərə və ərizələrə bənzər olanlarını təkrar-təkrar Məhkəməyə təqdim etməklə şikayət hüququndan sui-istifadə etmişdir.
21. Məhkəmə kollegiyası nəzərə alır ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-in 1.2, 31.1-ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-i n 47.1-ci maddəsi).
22. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı uzun müddətdir ki, məhkəmələrdə iddialar qaldırır. Məhz hazırkı iddiaçının qaldırdığı eyni və oxşar mübahisələr ilə bağlı olan onlarla iddia tələbi üzrə apelyasiya instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi barədə qərardadlarından şikayətlərə baxılaraq hamısı qüvvədə saxlanılmış, həmin qərardadlardan kassasiya şikayətlərinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizələri təmin edilməmişdir.
23. İddiaçı tərəfindən açıq-aşkar mümkünsüz iddiaların verildiyi Ali Məhkəmənin İnzibati Kollegiyasının onlarla qərarı ilə də təsdiq olunmuşdur, belə ki, Ali Məhkəmənin inzibati icraatında təkcə inzibati icraat qaydasında baxılan və baxılmış iddialarının sayı 2021-ci ildə 38, 2022-ci i ldə 20, 2023-cü ildə 27 və 2024-cü ildə isə 9-dan yuxarıdır, yəni, 2021-ci ildən indiyə kimi işlərin sayı 100-dən yuxarıdır (bax 2-1(102)-262/2021, 21(102)-456/2021, 2-1(102)-501/2021, 2-1(102)-2105/2021, 2-1(102)-511/2021, 2-1(102)543/2021, 2-1(102)-548/2021, 2-1(102)-728/2021, 2-1(102)-730/2021, 2-1(102)-848/2021, 21(102)-982/2021, 2-1(102)-1019/2021, 2-1(102)-1019/2021, 2-1(102)-1105/2021, 2-1(102)1122/2021, 2-1(102)-1623/2021, 2-1(102)-1624/2021, 2-1(102)-1625/2021, 2-1(102)- 1626/2021, 2-1(102)-1768/2021, 2-1(102)-1777/2021, 2-1(102)-1778/2021, 2-1(102)1780/2021, 2-1(102)-2030/2021, 2-1(102)-2039/2021, 2-1(102)-2057/2021, 2-1(102)2104/2021, 2-1(102)-2105/2021, 2-1(102)-2165/2021, 2-1(102)-2227/2021, 2-1(102)2288/2021, 2-1(102)-2340/2021, 2-1(102)-2365/2021, 2-1(102)-2473/2021, 2-1(1 02)2486/2021, 2-1(102)-2488/2021, 2-1(102)-2603/2021, 2-1(102)-63/2022, 2-1(102)-95/2022, 21(102)-185/2022, 2-1(102)-198/2022, 2-1(102)-200/2022, 2-1(102)-314/2022, 2-1(102)597/2022, 2-1(102)-766/2022, 2-1(102)-1640/2022, 2-1(102)-1648/2022, 2-1(102)-1649/2022, 2-1(102)-1662/2022, 2-1(102)-1679/2022, 2-1(102)-2305/2022, 2-1(102)-2456/2022, 2-1(102)2504/2022, 2-1(102)-127/2023, 2-1(102)-1643/2023, 2-1(102)-1727/2023 saylı və digər qərarlar), o cümlədən, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə iddiaçının ərizələrinin təmin edilməməsi barədə yalnız 2023-cü ildə 24 qərar çıxarılmışdır (bax 2-1(102)-105/2023, 2-1(102)-207/2023, 2-1(102)-249/2023, 2-1(102)454/2023, 2-1(102)-683/2023, 2-1(102)-958/2023, 2-1(102)-980/2023, 2-1(102)-1490/2023, 21(102)-1633/2023), 2-1(102)-1643/2023, 2-1(102)-1826/2023, 2-1(102)-1905/2023, 2-1(102)2108/2023, 2-1(102)-2113/2023, 2-1(102)-2295/2023, 2-1(102)-2839/2023, 2-1(102)2902/2023, 2-1(102)-1826/2023, 2-1(102)-1905/2023, 2-1(102)-2108/2023, 2-1(102)2113/2023, 2-1(102)-2295/2023, 2-1(102)-2839/2023, 2-1(102)-2902/2023 saylı qərarlar).
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yalnız 2023-cü ildə eyni məsələ ilə bağlı yuxarıda deyilən 24 qərarın çıxarılması və iddiaçının əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə təkrar-təkrar Məhkəməyə göndərməsi, iddiaçının şikayət hüququnun məqsədlərinə aşkar zidd olmuşdur yəni, onun məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə zərərli istifadə etməsi görünür, eləcə də, iddiaçının açıqaşkar əsassız və təkrarlanan şikayətləri məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən və gərəksiz iş yükü yaradır, həmçinin, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımı qaydada baxmağa əngəl törədir.
25. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkəmənin iddiaçının şikayət hüququndan sui-istifadə etməsini təsbit etməsi iddiaçının şikayət hüququndan məhrum edilməsi kimi başa düşülməməlidir, belə ki, onun hər hansı əsaslandırılmış və mümkün sayılan şikayəti olarsa kassasiya icraatı qaydasında mahiyyəti üzrə baxılacaqdır. Amma iddiaçı şikayət hüququndan sui-istifadə etməyə davam edərsə, Məhkəmə iddiaçıya qarşı adekvat tədbirlər görə bilər. Məhkəməyə qarşı hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
26. Kollegiya sonda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2874/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulund