Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-827/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: vergi bəyannaməsi, kameral vergi yoxlaması müddəti giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X15, vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirli yi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı“04.08.2017-ci il tarixli və 07.08.2017-ci il tarixli qərarların, o cümlədən 27.10.2017-ci il tarixli bildirişdə göstərilən məbləğin ləğv edilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2700/2019 saylı, 20 dekabr 2019cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 mart 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 22.12.2004-cü il tarixdə vergi orqanında qeydiyyatdan keçərək VÖEN almış, ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmuşdur. O, 22.06.2015-ci il tarixdə 5 illik müddətə fəaliyyətini dayandırmı ş, fəaliyyətini dayandırdığı tarixə verilmiş arayışda mövcud aktivlərinin qalıq dəyərinin 35.000 manat olması qeyd edilmişdir. İddiaçı eyni zamanda vergi orqanına 2015-ci il üzrə “Gəlir vergisinin bəyannaməsi”ni təqdim edərək 111.721 manat mal qalığı olduğunu bəyan etmişdir. Cavabdeh 17.07.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla iddiaçıdan istifadəsində qalan mallarla bağlı məlumat və sənədləri tələb etmişdir. Cavabdehin “Vergilərin hesablanması barədə” 04.08.2017-ci il tarixli qərarı ilə iddiaçıya 2017-ci ilin may ayı üçün ƏDV üzrə 17.037,50 manat vergi hesablanmışdır. Daha sonra cavabdehin “Vergilərin hesablanması barədə” 07.08.2017-ci il tarixli qərarı ilə 2017-ci ilin may ayı üçün iddiaçıya ƏDV üzrə 20.109,78 manat vergi borcu hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə əsasən işə apellyasiya qaydasında yenidən baxılarkən məhkəmə tərəfindən həmin qərarların hər ikisinin qüvvədə olub-olmamasını və iddiaçı üçün hüquqi nəticə yaradıb-yaratmamasını aydınlaşdırmaq məqsədi ilə cavabdehə sorğu göndərilmiş, sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, 04.08.2017-ci il tarixli və 07.08.2017-ci il tarixli qərarların hər ikisi qüvvədədir. Lakin iddiaçının şəxsi hesab vərəqindən də göründüyü kimi, hər iki qərarla cəmi hesablanmış ƏDV borcu 20.109,78 manat təşkil edir. İddiaçı 23 oktyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 04.08.2017-ci il tarixli v ə 07.08.2017-ci il tarixli qərarların, o cümlədən 27.10.2017-ci il tarixli qeydiyyat nömrəsi **********342900 olan bildirişdə göstərilən məbləğin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 3.8, 12.1, 37-ci, 67-ci, 83-cü maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimMustafayev Etibar Mustafa oğlu, 21(82)- 330/2018 saylı iş) 17 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, 04.08.2017-ci il tarixli və 07.08.2017-ci il tarixli qərarlar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər X4-məruzəçi,X5 və X10, 2-1(103)1897/2018 saylı iş) 31 avqust 2018-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2 018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Sevda Hüseynova-məruzəçi,İlqar Dadaşov və Kəmaləddin Bədəlov, 2-1(102)-115/2019 saylı iş) 16 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2018-cı il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi,X16 və X11, 2-1(103)-954/2019 saylı iş) 1 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azər baycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərRəsulbəyova Nigar İmran qızı-məruzəçi,X7 və X8, 2-1(102)-2585/2019 saylı iş) 25 sentyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 1 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi,X9 və X12, 2-1(103)-2700/2019 saylı iş) 20 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qərarını onunla ə saslandırmışdır ki, işin hallarından göründüyü kimi cavabdeh iddiaçının 2015-ci ildə təqdim etdiyi “Gəlir vergisinin bəyannaməsi”ndə mal qalığı ilə bağlı məlumata istinad etməklə 2017-ci ildə kameral vergi yoxlaması keçirmiş, bununla da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-cü maddəsinin tələbini pozmuşdur. Halbuki 2015-ci ildə təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində keçirilə bilərdi. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş sonuncu qərarında da eyni hüquqi mövqe ifadə edilmiş, məhkəmə tərəfindən bu hala hüquqi qiymət verilməli olduğu göstərilmişdir. Cavabdeh 29 yanvar 2020-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir. kassasiya şikayətinin dəlilləri: 22.06.2015-ci il tarixdə fəaliyyətini dayandıran iddiaçı sonuncu (2015-ci il üzrə) gəlir vergisi bəyannaməsinə əsasən hesabat dövrünün sonuna 111.721,0 manat mal qalığı olduğu halda həmin dövrdən sonra ümumiyyətlə vergi tutulan dövriyyə bəyan etməmişdir. Müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 20.109,78 manat (111.721,0x18%) əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə qərarında vergi orqanı tərəfindən kameral vergi yoxlamasının ke çirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürüldüyünü qeyd etmişdir. Qərarda bildirilmişdir ki, cavabdeh iddiaçının 2015-ci ildə təqdim etdiyi gəlir vergisi bəyannaməsində bəyan etdiyi mal qalığına istinad etməklə, 2017-ci ildə kameral vergi yoxlaması keçirmiş, bununla da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, 2015-ci ildə təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində keçirilə bilərdi. İşin halları məhkəmə tərəfindən doğru tədqiq edilməyərək, yanlış nəticəyə gəlinməsinə səbəb olmuşdur. Belə ki, məhkəmə mübahisəsinin predmetini təşkil edən qərarlar gəlir vergisi üzrə deyil, ƏDV üzrə hesablamanı əhatə edir. Yəni, ƏDV üzrə hesablamanı əks etdirən qərarlara münasibətdə gəlir vergisi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü prosessual müddət tətbiq edilməsi tamamilə qanunsuzdur. Odur ki, məhkəmənin qeyd edilən mövqeni rəhbər tutaraq, qərarın müddət ötürülməklə və prosessual pozuntularla qəbul edilməsi barədə nəticəyə gəlməsi əsaslı deyildir. Mübahisələndirilən qərarlar iddiaçının gəlir vergisi bəyannaməsində bəyan etdiyi göstəricilər əsasında ƏDV tədiyyəsi üzrə hesablamanı əks etdirir. Digər tərəfdən mübahisələndirilən qərarlara münasibətdə iddiaçı tərəfindən həmin dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən, 30 iş günü prosessual müddətin bu hala tətbiq edilməsi vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsində qeyd edildiyi kimi kameral vergi yoxlaması ver gi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Sözügedən halda bəyannamənin təqdim edilmədiyini nəzərə alaraq, qeyd edilən prosessual müddətin həmin qərarlara münasibətdə tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzib ati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 22 dekabr 2004-cü il tarixdə vergi orqanında qeydiyyatdan keçərək ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmuş, 22 iyun 2015-ci il tarixdə 5 illik müddətə fəaliyyətini dayandırmış, fəaliyyətini dayandırdığı tarixə verilmiş arayışda mövcud aktivlərinin qalıq də yərinin 35.000 manat olması qeyd edilmişdir. İddiaçı eyni zamanda 2016-cı ildə vergi orqanına 2015-ci il üzrə “Gəlir vergisinin bəyannaməsi”ni təqdim edərək 111.721 manat mal qalığı olduğunu bəyan etmişdir. Cavabdeh inzibati orqan 17 iyul 2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla iddiaçıdan istifadəsində qalan mallarla bağlı məlumat və sənədləri tələb etmiş, 4 avqust 2017-ci il tarixli qərarı ilə iddiaçıya 2017-ci ilin may ayı üçün ƏDV üzrə 17.037,50 manat hesablamışdır. Daha sonra cavabdeh 7 avqust 2017-ci il tarixli qərarı ilə 2017-ci ilin may ayı üçün iddiaçıya ƏDV üzrə 20.109,78 manat vergi borcu hesablamışdır. Cavabdeh eyni dövr üzrə, yəni 2017-ci ilin may ayı üçün iddiaçıya kameral qaydada 4 avqust 2017-ci il tarixli və 7 avqust 2017- ci il tarixli ayrı-ayrı qərarlarla ƏDV hesablamışdır. Aparılan araşdırma zamanı cavabdehin hər iki qərarı ilə cəmi hesablanmış ƏDV borcu 20.109,78 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi v axtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi cavabdeh iddiaçının 2015-ci ildə təqdim etdiyi “Gəlir vergisinin bəyannaməsi”ndə mal qalığı ilə bağlı məlumata istinad etməklə 2017-ci ildə kameral vergi yoxlaması keçirmiş, bununla da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-cü maddəsinin tələbini pozmuşdur. Halbuki 2015-ci ildə təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində keçirilə bilərdi. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş sonuncu qərarında da eyni hüquqi mövqe ifadə edilmi ş, məhkəmə tərəfindən bu hala hüquqi qiymət verilməli olduğu göstərilmişdir. Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Kameral vergi yoxlaması həyata keçirilərkən, yuxarıda sadalanan pozuntulara yol verildiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2700/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-827/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-827/2020
18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver