Məhkəmə qərarları › İş №2-1(102)-827/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-827/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-827/2021 08.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiqi; şikayətin dəlillərinə qiymət verilməyib; İPM-in 87.8-ci maddələrinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət S osial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təminatlar nəzərə alınmaqla pensiyasında yaranmış fərq məbləğinin hesablanaraq” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(107)-388/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2016-cı ilin dekabr ayında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən prokurorluqda 25 il qulluq etmiş və həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisi kimi aylıq əmək haqqı ilə yan aşı ala biləcəyi pensiyanın 50%-i miqdarında əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Baş Prokurorunun 05.06.2018-ci il tarixli əmri ilə prokurorluqda qulluq keçmənin son yaş həddinə çatmaqla əlaqədar prokurorluq orqanlarından xaric olunmasına görə həmin vaxtdan əmək pensiyası tam həcmdə verilir. İddiaçının əmək pensiyası da seçdiyi 1992-1996-cı illərdə Füzuli hərbi prokurorunun müavini, 1996-1997-ci illərdə Tərtər hərbi prokurorluğunun müstəntiqi vəzifələrində işləyərkən beş il ərzində ona ödənilmiş orta aylıq əmək haqqından hesablanmışdır.

3. Həmin illərdə Azərbaycan Respublikası Müdafiə nazirinin 26.02.1992-ci il tarixli, 38 nömrəli və Azərbaycan Respublikası Baş Prokurorunun 17.03.1994-cü il tarixli, 215 nömrəli əmrlərinə əsasən Füzuli, Tərtər və döyüş bölgələrində y erləşən digər hərbi prokurorluqların prokurorluq işçilərinə pul təminatı üç qat məbləğdə ödənilmiş və pensiya hesablanarkən bunlar nəzərə alınmışdır.

4. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək əmək haqqındakı sonrakı artımlar hesablanaraq ona təyin olunmuş pensiyaya əlavə edilməsini xahiş etsə də, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanunu ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklərin nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqəd ar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatının məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəminin hesablanaraq 80% miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia ərizəsini belə əsaslandırmışdır ki, pensiya hesablanarkən qanunvericiliyin bəzi tələbləri nəzərə alınmamışdır. Belə ki, “Prokurorluq orqa nlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş artımlar pensiya hesablanarkən nəzərə alınmamışdır. Bundan əlavə, qanunvericiliyin tələblərinə görə hər ilin yekununa görə prokurorluq işçilərinə pul mükafatı verilməsi nəzərdə tutulmuş, o cümlədən iddiaçıya da hər ilin yekununda bir aylıq əmək haqqı məbləğində pul mükafatı verilmişdir. Lakin 1992, 1994 və 1997-ci illər üçün həmin məbləğlər iddiaçıya pensiya təyin olunması üçün hesablamalara daxil edilməmişdir. Qanunvericilikdə baş vermiş dəyişikliklər nəzərə alınmadan pensiyanın daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edi lmiş sosial təminat hüququnun, habelə Konstitusiya Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olmuşdur.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İddiaçı prokurorluq orqanlarında işlədiyinə görə 2016-cı ildə xidmət müddətinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilərkən öz seçiminə uyğun olaraq 01.10.1992-ci il tarixdən 01.10.1997-ci il tarixədək olan dövr ərzində aldığı əmək haqqına əsasən pensiya təyinatı aparılmışdır. 1992-1997-ci illər ərzində iddiaçının aldığı əməkhaqlarına əsasən pensiyanın hesablanması aşağıdakı qaydada olmuşdur: - Vəzifə maaşı - 947.50 manat, Rütbə - 134 manat, Staj 45 faiz - 426.37 manat, 3 qat ə/h - 2162 manat, Mükafat - 95.49 manat, cəmi orta ə/h - 3765.36 manat, bunun 80 faizi - 3012.29 manat (pensiyanın aylıq məbləği). İddiaçı 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım pensiyanın hesablanması 01.10.1992-01.10.1997-ci illəri əhatə etdiyi üçün nəzərə alınmamışdır. 01.03.2018-ci il tarixdən prokurorluq orqanlarında çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılmışdır. Bu səbəbdən vətəndaşın pensiyasının məbləği 01.03.2018ci il tarixdən artırılmışdır. Hazırda pensiyanın məbləği aşağ ıdakı qaydadadır: - Vəzifə maaşı - 1045 manat, Rütbə - 134 manat, Staj 45 faiz - 470.25 manat, 3 qat ə/h - 3326.07 manat, Mükafat - 105.32 manat, cəmi orta ə/h - 5080.64 manat; 80 faizi - 4064.51 manat (pensiyanın aylıq məbləği).

8. Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) 24 iyun 2020-ci il tarixli, 21(116)- 453/2020 nömrəli qərаrı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Ağdaş rayon filialının üzərinə İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmi ş maddi yardımın məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəminin hesablanaraq 80%-i miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğdə ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta, iddiaçıya işləyərkən həmin ödənişlər verilməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. İddiaçının tələbinin 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatı məbləğinin pensiya hesablanan gəlirlərə daxil edilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım pensiyanın hesablanması 01.10.1992-ci ildən 01.10.1997-ci ilədək olan dövrü əhatə etdiyi üçün nəzərə alınmamalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 21(107)-388/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Mirbahəddin Hüseynov, hakimlər Elçin Hüseynov və Gündüz Abbasov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) 24 iyun 2020-ci il tarixli, 21(116)-453/2020 nömrəli qərarın dəyişirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarı cavabdehə 26.10.2020-ci il tarixində təqdim olunmuşdur.

14. Cavabdeh 19.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(107)-388/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinin iddiaçıya şamil edilməsi əsaslı deyildir. Belə ki, həmin Qanun 29.06.2001-ci il tarixində qəbul edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının öz arzusu ilə 19921997-ci illərdə aldığı pul təminatları əsasında pensiyası hes ablanıb. Həmin dövrdə isə sözügedən qanun qüvvədə deyildi, yəni 20.8, 20.9 və 21.4-cü maddələrdəki pul təminatları iddiaçı tərəfindən alınmamışdır.

16. Məhkəmənin “prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda əmək pensiyasına əlavələr yenidən hesablanmalıdır” kimi mövqeyi də əsaslı deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsi pensiyanın “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Demək ki, həmin Qanun “orta aylıq məbləğ” və “sonrakı artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andakı aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım” isə orta aylıq məb ləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonrakı artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqı”na sonradan artması mümkün olmayan gəlirlər də daxildir.

17. Bundan başqa, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, ildə bir dəfə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qə bul edilməsi mümkün deyil. Çünki, əmək haqqından əmək haqqı hesablana bilməz.

18. Bununla bağlı qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 15.07.2000-ci il tarixli, 126 nömrəli Qərarı ilə “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı” təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilib ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Beləliklə, bu məbləğlər əmək haqqının sonrakı artımı deyildir. Əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər; almayıbsa, həmin maddələrə istinad edilə bilməz.

19. Konstitusiya Məhkəməsi Plenumu da 15.05.2020-ci il tarixli qərarında açıq şəkildə göstərmişdir ki, “sığortaolunanlara pensiya t əyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

24. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsaəsn şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafi q apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

28. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

29. Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunl arının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial s ığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edil dikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya q arşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

35. Kassasiya şikayətindən göründüyü kimi, cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi dövrdə almadığı əlavələr pensiya hesablanmasında nəzərə alına bilməz. Cavabdeh bu dəlilini həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində qeyd etmiş, mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

36. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin bu dəlilini qiymətləndirməmişdir. Halbuki, hazırkı qərarın 25 və 31-ci bəndlərində göstərilən normaların məzmununa, eləcə də Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayət inin dəlillərinə münasibət bildirməyə borcludur.

37. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında (bax: hazırkı qərarın 30-cu bəndi) qeyd etdiyi hüquqi mövqeyindən aydın olur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.

38. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.

39. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.

40. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir.

41. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə göstərilən maddi hüquq normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinin hazırkı işin hallarına tətbiqində səhvə yol ve rmişdir.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “İddiaçının tələb etdiyi əlavələrin onun tərəfindən alınmadığı barədə cavabdehin dəlili ilə bağlı olaraq isə qeyd olunmalıdır ki, həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta, iddiaçıya işləyərkən həmin ödənişlər verilməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Çünki inzibati orqan tərəfindən qanunun göstərişinə əməl edilməyərək sözügedən ödənişlərin verilməməsi özlüyündə işçinin əmək və sosial təminat hüququnu pozan hal sayılır və bu hala istinad edilməklə işçinin (iddiaçının) əlavə məhrumiyyətlərə düçar edilməsi, o cümlədən pensiya hüququnun məhdudlaşdırılması yolverilməzdir”.

43. Göründüyü k imi, Konstitusiya Məhkəməsi Plenumunun şərhi bütün məhkəmələr üçün məcburi xarakter daşısa da, apellyasiya instansiyası məhkəməsi işə Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilən hüquqi mövqeyə uyğun baxmamış, bununla da həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də hazırkı qərarın 29-cu bəndində göstərilən prosessual hüquq normasının tələbini pozmuşdur.

44. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, pensiyanın yenindən hesablanmasını Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında göstərdiyi hüquqi mövqeyə uyğun olaraq qiymətləndirməlidir.

45. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 21(107)-388/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar