Məhkəmə qərarları › İş №2-1(102)-827/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-827/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-827/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X5 cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğvi 18.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X5 Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) “qərarın və onda irəli gələn nəticənin ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-38/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarından iddiaçının kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 1971 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Əfəndiyev Abbas Vaqif oğluna Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi ayrılmışdır.

2. Səbail Bələdiyyəsinin 142 nömrəli, 16 yanvar 2005-ci il tarixli qərarına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Zülfiyev Zəfər Həsən oğlunun adına sənədləşdirilməsi qərara alınmışdır. 3. “Torpaqların alqı-satqısı”na dair akta və 026960 nömrəli, 21 yanvar 2006-cı il tarixli kassa mədaxil orderinə əsasən Zülfiyev Zəfər Həsən oğlu tərəfindən S əbail bələdiyyəsinə 2496 manat ödənilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təsdiqetmə bildirişinə əsasən Əfəndiyev Abbas Vaqif oğlu ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün xx.xx.2017-ci ildə müraciət etmiş və ərizəsinə torpaq sahəsinin plan sxemini, arxiv surətini, torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanının sərəncamını, etibarnaməni əlavə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən həmin sənəd xx.xx.2017-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 saylı ünvanda 600 kv metr torpaq sahəsi barədə Ağayev Elşən Əziz oğlunun adına tərtib edilmişdir..

5. İşdə olan torpağın mülkiyyətə verilməsi barədə xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə Almaz Hüseynovaya fərdi evin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1378A saylı, 0,06 ha. torpaq sahəsi onun mülkiyyətinə verilmişdir.

6. AN-İ ******* nömrəli, 28 iyul 2017 “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Əfəndiyev Abbas Vaqif oğlu ünvan 2 ünvanda yerləşən ümumi sahəsi, 0,06 ha olan torpaq sahəsini iddiaçıya satmışdır, müqavilədən göründüyü kimi alqı-satqı predmeti olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Əfəndiyev Abbas Vaqif oğlunun mülkiyyəti kimi daşınmaz əml akın dövlət reyestrində qeydə alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zülfiyev Zəfər Həsən oğlunun Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Zülfiyev Zəfər Həsən oğlunun adına 23 iyul 2019-cu ildə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanda yerləşən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanda 0,06 ha torpaq sahəsi xx.xx.2017-ci ildə Ağayev Elşən Əziz oğlunun mülkiyyəti kimi qeydə alınmışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 iyun 2019-cu il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanda yerləşən torpaq sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və torpaq sahəsinin koordinatları təyin edilərək naturada (yerdə) ona göstərilmişdir. Torpaq sahəsinin ilkin sənədlərində (rayon icra hakimiyyətinin sə rəncamına əlavə edilmiş yerləşmə cizgisində) torpaq sahəsinin yerləşmə mövqeyi Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018-ci sahə göstərilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25 dekabr 2019-cu il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2-1(81)-2976/2019 nömrəli qərardadı əsasında tərtib edilmiş mütəxəssis rəyinə əsasən: 1.X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından, həmçinin alqı-satqı müqaviləsi keçmiş DTXKnın Bakı şəhər şöbəsi tərəfindən qeydiyyata alınmadığından mövcud baza məlumatlarında Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında X3 adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədiyindən Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında Zülfiyev Zəfər Həsən oğluna ayrılmış torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır.2. Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixl i 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında Zülfiyev Zəfər Həsən oğluna ayrılmış torpaq sahəsi ilə iddiaçının hal-hazırda mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin eyni olmasını, həmin sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır.3.X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində olması mülki iş materialının 64-cü səhifəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 28 iyun 2019-cu il tarixli, **********97 nömrəli məktubunda öz əksini tapmışdır. Mütəxəssis rəyinə m übahisəli torpaq sahəsinin faktiki yerləşmə və döngə nöqtələrinin koordinatlarının göstərildiyi sxem əlavə edilmişdir

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2441 nömrəli, 7 may 2019-cu il tarixli, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında tərtib edilmiş ekspert rəyinin surətinə əsasən Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli,142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış 600 kv metr torpaq sahəsinin sərhədləri yerində dəqiqləşdirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi mübahisələndirilən ərazi ilə üst-üstə düşür. Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Əfəndiyev Abbas Vaqif oğluna (ha zırda RX10938968 saylı çıxarışa əsasən Ağayev Elşən Əziz oğlunun mülkiyyətindədir) ayrılmış torpaq sahəsinin ünvanı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi göstərilməsinə baxmayaraq mübahisələndirilən torpaq sahəsi ilə həmin massiv arasındakı məsafə hava xətti ilə bir neçə kilometrdir. Bakı şəhəri Səbail rayonu Salyan şosesi, 32 və Bakı şəhəri, Səbail, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazilərinin sərhədləri yerində müəyyən edilərkən məlum olmuşdur ki, 3-cü yaşayış massivi mübahisələndirilən ərazidən bir neçə km aralıda yerləşir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli,142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Əfəndiyev Abbas Vaqif oğluna (hazırda X10) ayrılmış Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, 20 ünvanda 600 kv metr torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı 2 iyul 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə qarşı Bakı şəhər Səbail Bələdiyyəsinin vətəndaş Zülfiyev Zəfər Həsən oğluna 600 kv metr torpaq sahəsinin ayrılmasına dair 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarının və ondan irəli gələn nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsini n 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğluna Bakı şəhəri Səbail rayonu Salyan şossesi, 32 ünvanda 600 kv metr torpaq sahəsi ayrılmışdır. ünvan 10 yanvar 1998-ci il tarixli sərəncamı ilə Səbail rayonu Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş Əfəndiyev Abbas Vaqif oğluna ayrılmışdır. Bundan sonra həmin torpaq sahəsini iddiaçı alqı-atqı müqaviləsinə əsasən almışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair Əfəndiyev Abbas Vaqif oğluna 22 iyul 2017-ci ildə **********82 saylı çıxarış vermişdir. Əfəndiyev Abbas Vaqif oğlu həmin torpaq sahəsini iddiaçıya satmış və torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğlu iddiaçıya qarşı torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş, ekspertiza rəyinin 3-cü bəndində qeyd olunur ki, Bakı şəhəri, Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, 32 ünvanda iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış 600 kv metr torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli sərəncamı əsasında Əfəndiyev Abbas Vaqif oğluna ayrılmış hasarlanmış torpaq sahəsinin plan ölçü sənədlərində qeyd edilmiş torpaq sahələri üst-üstə düşür. Qanunla 2018-ci ilə qədər Bakı şəhərində yerləşən rayonların bələdiyyələrinə dö vlət tərəfindən torpaq sahələri ayrılmamışdır. Bakı şəhərinin digər rayonları kimi Səbail bələdiyyəsinin də mülkiyyətinə torpaq sahəsi ayrılmamış və torpaq sahələrinə dair cavabdehə çıxarış verilməmişdir. Bu səbəbdən də Səbail Bələdiyyəsi vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayıra bilməzdi. Odur ki, Səbail bələdiyyəsinin qeyd edilən qərarı qanunsuzdur. Göründüyü kimi ünvan 10 dekabr 1998-ci il tarixli sərəncamı ilə qanuni olaraq Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş Əfəndiyev Abbas Vaqif oğluna ayrılmışdır, bundan yeddi il sonra torpaq sahəsi istifadədə olduğu zaman Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsi üçüncü şəxsə ayrılmışdır. Üçüncü şəxs Z.Zülfiyev Səbail rayonunun və Səbail bələdiyyəsinin ərazisində yaşayan vətəndaş deyildir. Onun daimi qeydiyyat və yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, M.X.Şərif küçəsi, ev 25, mənzil 85-dir. 2005ci ildə bələdiyyə torpaqları hərrac yolu ilə satılmırdı, üçüncü şəxs hərracdan həmin torpağı əldə edə bilməzdi.

15. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhər prokurorluğu tərəfindən Səbail bələdiyyəsinin fəaliyyəti dövrünə aid bütün arxiv sənədləri istintaq zərurəti ilə əlaqədar götürüldüyü üçün vətəndaş Zülfiyev Zəfər Həsən oğlunun adına rəsmiləşdirilmiş Salyan şosesi, 32 ünvanda 600 kv metr sahəsinin ünvan 11 qərarının təsdiq olunmuş surətini məhkəməyə təqdim etmək mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001ci il ta rixli “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” fərmanına qədər torpaq sahələrinin ayrılması və sənədləşdirilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən verilən sərəncamlar və ona əlavə olunmuş eskiz-cizgi layihəsi, ayrıc aktı ilə həyata keçirilmiş olduğundan Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə bu qəbildən olan torpaq sahəsi vətəndaş Əfəndiyev Abbas Vaqif oğlunun adına (hal hazırda X8 məxsus olan) rəsmiləşdirilmişdir. Sonradan Əfəndiyev Abbas Vaqif oğlu ona məxsus olan torpaq sahəsini özəlləşdirərək satmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-147/2020 nömrəli 13 mart 2020-ci il tarixli (hakim- M.T.Hаcıbəyоvа) qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinin üçüncü şəxs Zülfiyev Z əfər Həsən oğluna 600 kv metr torpaq sahəsinin ayrılmasına dair 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ləğv edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, 6 iyun 2012-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 28-ci maddəsində göstərilir: Kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri

1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan R espublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Göründüyü kimi iddiaçı Ağayev Elşən Əziz oğlu ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qanuni əsaslarla əldə etmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazirlanması qaydaları haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmamışdır, alqı-satqı müqaviləsi keçmiş DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən qeyd iyyata alınmamışdır, mövcud baza məlumatlarında Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında X3 adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir.

18. Qərardan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, naturada koordinatlar müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin naturada müəyyən edilmiş koordinatlarını, baza məlumatlarını və digər texniki parametrl əri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən ölçülmüş əraziyə X5 mülkiyyətində olan sahəsinin 0.06 ha, reyestr nömrəsi 000401 ******* saylı çıxarış və plan-ölçü sənədi verilmişdir. Elşən X1 aldığı Səbail rayon İcra Hakimiyyətinin başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə (miqyası, hər hansı istinad nöqtəsindən məsafəsi göstərilən) cizgisinin təqdim edilməməsi səbəbindən onun faktiki yerləşdiyi yerlə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Lakin mübahisələndirilən ərazi dövlət mülkiyyətində olmuş və hazırda sahəsi 0.06 hektardır, çıxarış və plan –ölçü sənədi ilə X5 mülkiyyətindədir. Səbail Bələdiyyəsinin 142 saylı 16 dekabr 2 005-ci il tarixli qərarı ilə X4 Səbail rayonu, Salyan şossesi 32 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin iş materiallarında olan (Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərinn hazırlanması qaydaları haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tuutlan qaydada planaalma aparılaraq torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanmış plan-ölçüsü) planının təqdim edilməməsi həmin ərazinin dövlət mülkiyyəti torpağı olması səbəbindən həmin torpaq sahəsinin faktiki yerləşdiyi ərazi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin cizgisinin və Səbail Bələdiyyəsinin 142 saylı 16 dekabr 2005-ci il tarixli Qərarına əsasən X9 rayonu, Salyan şossesi 32 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin planının təqdim edilməməsi, həmin ərazinin dövlət mülkiyyəti torpağı olması səbəbindən həmin torpaq sahələrinin ilkin torpaqayırma sənədlərinə əsasən üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. X12 mülkiyyətində olan və onun adına verilmiş çıxarış və planölçü sənədinin X3 adına verilmiş mülkiyyətində olan çıxarış və plan-ölçü sənədinin koordinatlarına əsasən bu torpaq sahələri üst-üstə düşmür və əlavə edilmiş sxemdən görünür ki, biri o birindən kənarda yerləşir. 20. 14 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 10/4736 saylı 30 noyabr 2021-ci il tarixli ekspert rəyində də apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində göstərilənlər qeyd olunmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlərX.A.Cəmilova -sədrlik edən, M.N.Tağızadə və A.P.Oruczadə) 2-1(103)-38/2022 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-147/2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

22. Məhkəmənin mövqeyinə görə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X8 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi, 0,06 ha olan torpaq sahəsi Bakı şəhəri Səbail Bələdiyyəsinin 142 saylı 16 dekabr 2005-ci il tarixli qərarı ilə Zülfiyev Zəfər Həsən oğluna verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 600 kv metr torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda iddiaçının istinad etdiyi dəlil, yəni ona məxsus torpaq sahəsinin 3-cü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi öz təsdiqini tapmadığından, bu hal iş materialları və ekspert rəyi ilə sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi Səbail Bələdiyyəsinin 142 saylı xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil və buna görə də iddiaçının tələbi təmin edilə bilməz.

23. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-147/2020 nömrəli 13 mart 2020-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Bakı Apellyasiya Məhkəməsi qərarını onunla əsaslandırmı şdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 3-cü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməməsi Daşınmaz Əmlakın Dövlət Kadastr və Ünvan Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən müəyyən olunmuşdur. Biri digərindən aralıda yerləşir. Lakin məhkəmə müəyyənləşdirməmişdir ki, mübahisəli torpaq sahəsi kimin mülkiyyətində olan torpaq sahəsidir.

25. Lakin məhkəmə həmin rəyə əsasən mübahisələndirilən ərazinin dövlət mülkiyyətində olan torpaqlara aid olmasına, Bakı şəhərində Bələdiyyələrin torpaq fondunun olmamasınaa hüquqi qiymət verməmişdir. Rəyə əlavə olunmuş sxemə əsasən torpaq sahələrinin biri o birindən kənarda yerləşir. Məhkəmənin istinad etdiyi rəydən də görünür ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir, Bələdiyyə torpaqlarına aid deyi l. Mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. 0.6 ha torpaq sahəsi çıxarış və plan ölçü sənədi ilə iddiaçının mülkiyyətindədir.

26. Bakı şəhərində olan Bələdiyyələrə torpaq sahələri ayrılmadığından, Səbail Bələdiyyəsinə də torpaq sahəsi ayrılmamışdır. Belə olan halda Səbail Bələdiyyəsinin mübahisəli torpaq sahəsinin üçüncü şəxsə satılması barədə 142 saylı xx.xx.2005-ci il tarixli qərarı qanunsuz və əsasızdır, Bakı İnzibati Məhkəməsi tərəfındən həmin qərarın ləğvinə dair düzgün qərar qəbul edilmişdir. Beləliklə Bakı Apellyasiya Məhkəməsi qeyri müəyyən qərar qəbul etmiş və yalnız torpaq sahələrinin üst-üstə düşməməsini əsas gətirərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını, apellyasiya şikayətinin təmin olunmasını qərara almışdı r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-). Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların d övlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzər də tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddəti ndə aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

29. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.

0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. M a d d ə

9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri a. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

30. İnzibati Prose ssual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələ b edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ

31. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin inzibati kollegiyasının iş üzrə qəbul etdiyi 19.1.2022-ci il tarixli, 2-1(103)-38/2022 nömrəli qərardan və həmin qərardan İddiaçı verdiyi kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etm əyi zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətinin “ maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri” adlanan hissəsində apellyasiya məhkəməsi tərəfindən hər hansı bir maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi göstərilməmiş, yəni ümumiyyətlə konkret heç bir maddi hüquq normasının adı belə çəkilməmişdir.

34. Belə ki, kassasiya şikayətinin həmin hissəsində iddiaçı hər hansı bir maddi hüquq normasına istinad etmədən sadəcə olaraq apellyasiya məhkəməsinin qərarına dair öz mülahizələrini yazmışdır.

35. Digər tərəfdən qeyd edilməlidir ki, kassasiya şikayətinin “prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanan hissəsində hissəsində iddiaçı göstərmişdir ki, “ Bu hissədə şikayətimiz yox dur”.

36. Beləliklə iddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən iş həll olunarkən hər hansı bir maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etməmişdir.

37. Yuxarıda artıq göstərildiyi kimi, iddiaçı kassasiya şikayətində yalnız mübahisənin faktiki hallarına əsaslanmışdır. Belə ki, iddiaçı kassasiya şikayətində yazır ki, “Bakı Apellyasiya Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mənim mülkiyyətimdə olan torpaq sahəsinin 3-cü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməməsi Daşınmaz Əmlakın Dövlət Kadastr və Ünvan Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən müəyyən olunmuşdur. Biri digərindən aralıda yerləşir. Lakin məhkəmə müəyyənləşdirməmişdir ki, mübahisəli torpaq sahəsi kimin mülkiyyətində olan torpaq sahəsidir. Lakin məhkəmə həmin rəyə əsasən mübahisələndirilən ərazinin dövlət mülkiyyətində olan torpaqlara aid olmasına, Bakı şəhərində Bələdiyyələrin torpaq fondunun olmamasına hüquqi qiymət verməmişdir. Rəyə əlavə olunmuş sxemdəndə görünür ki, torpaq sahələrinin biri o birindən kənarda yerləşir. Məhkəmənin istinad etdiyi Rəydən də görünür ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir, Bələdiyyə torpaqlarına aid deyil. Qeyd etmək istəyirəm ki, mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olmuş, heç vaxt Bələdiyyə mülkiyyətində olmamışdır”.

38. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində özünün də yazdığı kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsin torpaq sahəsi üst-üstə düşmür, biri digərindən aralıda yerləşir, “lakin məhk əmə müəyyənləşdirməmişdir ki, mübahisəli torpaq sahəsi kimin mülkiyyətində olan torpaq sahəsidir” kimi dəlili əsassızdır. Belə ki, bunun iddiaçıya heç bir aidiyyəti yoxdur, əsas odur ki, iddiaçının ona məxsus torpaq sahəsinə xüsusi mülkiyyət hüququ pozulmamışdır.

39. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hazırki iddianı qaldırarkən iddiaçı X3 cavabdehlər X8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə baxılarkən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Belə ki, həmin rəyə əsasən Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış 600 kv.m. torpaq sahəsinin sərhədləri yerində dəqiqləşdirilərkən məlum oldu ki, həmin torpaq sahəsi mübahisələndirilən ərazi ilə üst-üstə düşür. Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə (hazırda Elşən Ağayevə) ayrılmış torpaq sahəsinin ünvanı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi göstərilməsinə baxmayaraq mübahisələndirilən torpaq sahəsi ilə həmin massiv ara məsafə hava xətti ilə məsafə bir neçə kilometrdir. Bakı şəhəri Səbail rayonu Salyan şosesi 32 və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazilərinin sərhədləri yerində müəyyən edilərkən məlum oldu ki, 3-cü yaşayış massivi mübahisələndirilən ərazidən bir ne çə kilometr kənarda yerləşir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli qərarı ilə Bakı şəhəri Səbail rayonu Salyan şosesi 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m. torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunur. Bakı şəhəri Səbail rayonu Salyan şosesi 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə (hazırda Elşən Ağayevə) ayrılmış və cavabdeh tərəfindən hasara alınmış 600 kv.m. torpaq sahəsinin yerl əşdiyi ərazi Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivi ərazisi deyil.

40. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, naturada koordinatlar müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin naturada müəyyən edilmiş koordinatlarını, baza məlumatlarını və digər texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. X12 mülkiyyətində olan və onun adına verilmiş çıxarış və plan-ölçü sənədinin X3 adına verilmiş mülkiyyətində olan çıxarış və plan-ölçü sənədinin koordinatlarına əsasən bu torpaq sahələri üst-üstə düşmür və əlavə edilmiş sxemdən görünür ki, biri o birindən kənarda yerləşir. xx. xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 10/4736 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyində də apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində göstərilənlər qeyd olunmuşdur.

41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X8 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi, 0,06 ha olan torpaq sahəsi Bakı şəhəri Səbail Bələdiyyəsinin 142 saylı xx.xx.2005ci il tarixli qərarı ilə Zülfiyev Zəfər Həsən oğluna verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 600 kv metr torpaq sahəsi ilə üst-üstə düşmür, iddiaçının mübahisələndirdiyi Səbail Bələdiyyəsinin 142 saylı xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsi üçün hər hansı əsas mövc ud deyil və buna görə də iddiaçının tələbi təmin edilə bilməz.

42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli 2-1(103)-38/2022 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli 21(103)-38/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar