Məhkəmə qərarları › İş №2-1(102)-827/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-827/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-827/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; vergi məsuliyyətinə cəlb etmə müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(107)-255/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 11 saylı Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********170817 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçındə (VÖEN:**********) xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılaraq, 03 dekabr 2019-cu il tarixli **********172306 nömrəli “Səyyar verg i yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir.

2. Cavabdehin 17 yanvar 2020-ci il tarixdə **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və iddiaçıya ümumilikdə 595 701,39 manat (374 273,66 manat vergilər + 221 427,73 manat maliyyə sanksiyası) vergi borcu hesablanmışdır.

3. Cavabdeh 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında 27 fevral 2020-ci il tarixdə yeni **********197668 saylı qərar qəbul edərək 2015-2016-cı illər üzrə mənfəət və əlavə dəyər vergisi üzrə tətbiq etdiyi maliyyə sanksiyaları azaltmışdır. Yeni qərarla ümumilikdə vergi orqanı tərəfindən iddiaçıya 405 742,78 manat (374 27 3,66 manat vergilər + 31 469,12 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın və həmin qərara düzəliş edilməsi haqqında 27 fevral 2020-ci il tarixli, **********197668 saylı Qərarın ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılmışdır. Vergi orqanı qan unvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqdim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Həmçinin 23 oktyabr 2019-cu il tarixdə 30 iş günü müddətinə uzadılma aparılmış, VM-in 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilsə də, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamasına baxmayaraq yoxlamanın uzadılmasının səbəbinin nədən ibarət olması əsaslandırılmamış, eyni zamanda yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 16 gün sonra qəbul edilmişdir. Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Vergi yoxl amaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2020ci il tarixli KY181320707 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2018, sona çatma tarixi xx.xx.2019 tarixidir. Halbuki, yoxlama xx.xx.2018-ci il tarixində başlasa da, yoxlama müddəti 9 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə artırılmış, xx.xx.2019-cu il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2019 göstərilsə də, faktiki olaraq yox lama xx.xx.2019-cu il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Yoxlama zamanı vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. qanunvericilik vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 15 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə desək, vergi ödəyicisi tərəfindən sənədləri təqdim etməkdən imtina edildiyi halda belə vergi orq anı 15 iş günlük müddətin başa çatmasını gözləməlidir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, KY181320707 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə nəzər saldıqda görünür ki, səyyar vergi yoxlamasının müddəti iddiaçının ərizəsində iddia etdiyi kimi xx.xx.2018-xx.xx.2019-cu il tarixləri deyil, xx.xx.2018- xx.xx.2019-cu il tarixlər göstərilmişdir, iddiaçı səyyar vergi yoxlamasının keçirilməsi müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən artıq olmasını iddia etsə də, əslində nəinki müddətdən artıq, heç bir gün də olsun səyyar vergi yoxlamasının keçirilməsinə şərait yaratmamış, yoxlama üçün tələb olunan sənədlər qəsdən təqdim edilməyərək yoxlamanın keçirilməsinin və son nəticədə məsuliyyətə cəlb etmə qərarının çıxarılmasının müddətini süni şəkildə təxirə salmışdır. Belə ki, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunan sənədlər əsassız bəhanələrlə yoxlamaya təqdim edilmədiyindən vergi orqanı xx.xx.2019-cu il tarixli **********286900 nömrəli iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməli olmuşdur. Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019- cu il tarixli e-2-2(84)-98/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək yoxlamanın keçirilməsi üçün zəruri olan mühasibat sənədlərinin 11 saylı Ərazi Vergilər Departamentinə təqdim olunması qət edilmişdir. Bundan başqa səyyar vergi yoxlamasının keçirilmə müddəti səyyar vergi yoxlaması üçün zəruri olan sənədlər məhkəmə qətnaməsinə əsasən alındıqdan sonra yuxarı vergi orqanının xx.xx.2019-cu il tarixli **********192003 nömrəli qərarı ilə iddiaçının iddia etdiyi kimi 30 gün deyil 30 iş günü müddətinə (xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 44 gün müddətinə) artırılmışdır ki, bu da qanunvericiliyin tələblərinə uyğundur

7. Şəki İnzibati Məhkəməsinın 21 iyun 2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarı 2016-cı ilin dekabr ayı üzrə hesablanmış 8620,56 manat ƏDV və ona müvafiq olaraq VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq e dilmiş 4310,28 manat maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə Vergi Məcəlləsinin 3.8, 49.2, 49.5, 53.3, 54.0.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.3-cü maddələrinə istinadən hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qismən qanunsuz və əsassız olduğundan iddia tələbi qismən təmin edilməlidir.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şək i Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2- 1(107)-17/2022 nömrəli qərardadı ilə (hakimlər: Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Günay Cavadova və Vəzirxan Məlikov) cavabdehin apellyasiya şikayət qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 21(116)-73/2021 nömrəli qərarı qismən ləğv edilmiş və iddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı inzibati orqanın özü tərəfindən ləğv edilmişdir. Bununla bağlı cavabdeh məhkəmə kollegiyasına 29 oktyabr 2020-ci il tarixli etiraz ünvanlayaraq, iddia tələbinin “xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” hissəsində təmin edilməsini, “17 yanvar 2020-ci il tarixli **********196384 saylı Qərarın ləğv edilməsi” hissəsində isə rədd edilməsi xahiş etmişdir. Deməli artıq mübahisə yoxdur və həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsinə əsaslar da yoxdur. Ona görə də iddia həmin hissədə mümkün hesab edilə bilməz.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2- 1(107)-17/20 22 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinın 21 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 14. 25 fevral 2022-ci il tarixdə iddiaçı ərizə il apellyasiya məhkəməsinə müraciət edərək qərarda düzəliş edilməsini xahiş etmişdir.

15. Ərizə onunla əsaslandırılmışdır ki, 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixdə yeni **********150306 saylı qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi əsas 17 yanvar 2020-ci il tarixli qərarı deyil, həmin qərara düzəliş edən ikinci 27 fevral 2020-ci il tarixli qərarı mümkünsüz saymalı idi. Çünki, sonuncu 5 oktyabr 2021-ci il tarixli üçüncü qərarla əsas 17 yanvar 2020-ci il tarixli qərara yenidən düzəliş edilmiş və artıq arada olan ikinci 27 fevral 2020-ci il qərarın ləğv edilməsinə zərurət qalmamışdır. Ona görə ki, ikinci qərarla düzəliş sonuncu 5 oktyabr 2021-ci il tarixli qərarla yenidən dəyişdirilmiş və 27 fevral 2020-ci il tarixli qərarla artıq mübahisə aradan qalxmışdır.

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(107)- 17/2022 nömrəli qərardadının mətnində, həmçinin nəticə hissəsində olan aşkar yazı səhvinin düzəldilməsi, “İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Bas İd arəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” sözləri “İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Bas İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmasın” kimi oxunması qərara alınmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbin təmin edilməməsi haqq ında qərar qəbul edilməsini və 28 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2-1(102)-968/2022 nömrəli qərarı ilə (hakimlər: X5 (məruzəçi), X6 və X12) Şəki Apellyasiya Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarı qismən ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti apellyasiya məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə bağlı hissədə mümkün sayılmamışdır.

19. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərarla Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarix li, 2-1(116)-73/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını göstərir. Halbuki apellyasiya məhkəməsi özü xx.xx.2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərardadda (xx.xx.2022-ci il tarixli qərardadla yanlışlıq düzəldilmişdir) iddianın yuxarıda qeyd edilmiş bir hissəsini mümkün saymamışdır ki, bu da apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin qərarının bütövlükdə qüvvədə saxlanılması ilə ziddiyyət təşkil etməsi açıq aşkardır. Eyni zamanda, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin İİ cildinin 194-196-cı səhifələrində olan iş üçün böyük əhəmiyyət kəsb edən sənədləri nəzərə almamışdır. xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının vergi məsuliyyətə cəlb edilməsi barədə qərarı ləğv edilmişdir (xx.xx.2 020-ci il tarixli qərarına düzəliş edilməsi haqqındadır – qeyd Ali Məhkəmənin), o zaman sözügedən düzəlişin ləğv edilməsi barədə qərardaddan verilmiş şikayət ümumiyyətlə öz əhəmiyyətini itirir, çünki cavabdeh özü bu düzəliş haqqında qərarını ləğv etmişdir. Bundan başqa məhkəmə qərarına düzəliş edilməsi barədə qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır və bu barədə apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında da xüsusi olaraq qeyd etmişdir. Digər tərəfdən, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə ödənilməli olan vergi məbləği azaldılmış, bu zaman apellyasiya məhkəməsi cavabdehin həmçinin iki qərarlarını araşdırıb onlara qiymət vermiş olsa idi, o zaman İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya yardım edilməli idi, belə ki, vergi borcunun yeni xx.xx.2021-ci il tarixli qərarla ləğv olunduğu üçün, iddiaçının sözügedən məsələdə hər hansı bir başqa hüquqi maraqlarının olub-olmaması araşdırılmalı və onlara hüquqi qiymət verilməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən belə bir araşdırma ümumiyyətlə aparılmamış, nəticə etibarı ilə də iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(107)-255/2022 nömrəli qərarı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X8) Şəki İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərarı qismən ləğv edilmiş, iddia tələbinin Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2 020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmaması barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli 21(107)-17/2022 nömrəli qərardadının nəzərə alınması qərar alınmış, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olma yaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan əvvəlki dövrə aid edildi. Başqa sözlə, artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Lakin hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 6 dekabr 2018- ci il tarixdə, yəni yeni qanunvericilikdən əvvəl qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1ci maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi 17 yanvar 2020-ci il tarixədək yoxlamanın aparılması müddəti də 3 illik müddətlə əhatə edilməlidir. 1 yanvar 2020-ci il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyası 1 yanvar 2020ci il tarixdən əvvəl başlamış səyyar vergi yoxlamalarına vergi ödəyicisinin vəziyyətinin ağırlaşdırdığı üçün tətbiq edilə bilməz. 2016-cı ilin oktyabr-noyabr ayları üzrə iddiaçı tərəfindən ƏDV hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016-cı ilin noyabr və dekabr ayının 20-də bitmişdir. Belə olan halda, 20 noyabr və 20 dekabr 2016-ci il tarixlərdən 3 illik müddətin son günü müvafiq olaraq 20 noyabr və 20 dekabr 2019-cu il tarixlərə təsadüf edir. Eyni zamanda, 2016-ci il ərzində Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəx slərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, aparılmış nağd qaydada məxaric əməliyyatlarına görə maliyyə sanksiyasının tətbiq edilməsinin son günü 2019cu ilin dekabr ayının 31-ə təsadüf edir. Beləliklə, hesabat dövrləri bitdikdən sonra isə vergi ödəyicisi tərəfindən hətta belə vergi qanunvericiliyin pozulmasına yol verildiyini vergi orqanı müəyyən edərsə, lakin bu pozuntunun törədilməsi anından 3 il keçmişdirsə, vergi orqanı həmin pozuntuya görə vergi ödəyicisini məsuliyyətə cəlb edə və vergi öhdəliklərini müəyyən edə bilməz. - 1 yanvar 2020-ci il tarixədək olan əvvəlki qanunvericiliyə əsasən yoxlamanın nəticəsi üzrə qəbul edilən məsuliyyət qərarı qəbul edildiyi tarixdə vergi öhdəliklərinin aid edildiyi hesabat dövründən 3 il müddət keçmişdirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi öhdəlikləri yaradıla və vergi məsuliyyətinə cəlb edilə bilməzdi. Yəni, səyyar vergi yoxlamasının aparıldığı müddət də həmin 3 illik müddətə daxil edilirdi. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olmayaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan əvvəlki dövrə aid ed ildi. Artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Lakin hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 6 dekabr 2018- ci il tarixdə, yəni yeni qanunvericilikdən əvvəl qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1ci maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi 17 yanvar 2020-ci il tarixədək yoxlamanın aparılması müddəti də 3 illik müddətlə əhatə edilməlidir.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikay ətinin dəlilləri

23. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, beləliklə də ekspertə təqdim olunmuş bir qutu sənədlər təhlil edilən zaman 2016-cı il üzrə xərclərinin məbləği süni şəkildə 389.296,96 manat artırılaraq büdcəyə ödənilməli mənfəət vergisi 389296.96*20%=77859.39 manat azaldıldığı, 2015-ci il və 2017-ci il üzrə isə xərc sənədlərinin mövcud olmadığı müəyyən edilmişdir. Lakin apellyasiya şikayətində göstərilməsinə baxmayaraq bu fakt məhkəmə kollegiyası tərəfindən görməzdən gəlinmiş və bu barədə heç bir müzakirə və tədqiqat aparılmamışdır. Bundan başqa, ekspertizaya təqdim olunmuş sənədlərin əksəriyyəti İddiaçı MMC-nin gəlirlərini təsdiq edən sənədlər olmuş, xərclərini təsdiq edən sənəd kimi təqdim olunmuş sənə dlər isə vergi bəyannamələrinə yanlış məlumatlar daxil etməklə xərclərin süni surətdə artırılması, müəssisənin zərərlə işləməsi görüntüsü yaratması yuxarıda göstərilən sübutlarla tam sübuta yetirildiyindən ekspert rəyi iş üzrə sübut kimi qiymətləndirə bilməz. Məhkəmələr isə öz növbəsində məhkəmə baxışı zamanı ekspert rəyini tədqiq etməməklə prosessual qanunvericiliyin tələblərini pozmuş və belliliklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir.

24. Məhkəmə heç bir araşdırma aparmadığından İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı qərarın cavabdeh tərəfindən ləğv edilməsi qənaətinə gəlmiş, həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********150360 nömrəli qərara, ‘'ABC-2010’1 MMC- də külli miqdar təşkil e dən 374220.975 manat məbləğində vergilərin dövlət büdcəsinə yayındırılması faktı üzrə ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar dövlət büdcəsinə ödənilməkdən yayındırılmış məbləğin 70.213,95 manat olduğunun müəyyən edilməsi və həmin məbləğ dövlət büdcəsinə tam ödənildiyindən cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərara heç bir münasibət bildirməmişdir. Bütövlükdə məhkəmə kollegiyası işi tam, hərtərəfli və obyektiv araşdırmadığından iş üzrə əhəmiyyətli halları, həmçinin iddiaçı tərəfindən vergidən yayınmaya görə istər səyyar vergi yoxlamasının keçirilməsi zamanı, istərsə də iddiaçının qanuni təmsilçisi barədə başlanılmış cinayət işinin istintaqı zamanı məsuliyyətdən yayınmaq, istintaqı və məhkəməni yanıltmağa yönəlmiş məqsədyönlü hərəkətlər e dilməsini müəyyən edə bilməmişdir.

25. Məhkəmə kollegiyası heç bir araşdırma aparmadığından İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı qərarın cavabdeh tərəfindən ləğv edilməsi qənaətinə gəlmiş, həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2021~ci il tarixli **********150360 nömrəli qərara, həmçinin "xxxx" MMC tərəfindən vergilərin dövlət büdcəsinə yayındırılması faktı üzrə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərara münasibət bildirməmişdir. Eyni zamanda iddiaçının mübahisələndirilən qərara düzəliş edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********150360 nömrəli qərara münasibətdə iddia tələbinin olub-olmaması məsələsinə aydınlıq gətirməmişdir. Belə ki, həmin qərarla dövlət büdc əsinə ödənilməkdən yayındırılmış məbləğin 70.213,95 manat olduğu müəyyən edilməsinə və qeyd olunan məbləğin dövlət büdcəsinə ödənilməsinə baxmayaraq, həmin sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Vergi Məcəlləsi (1 yanvar 2020-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 56.1. Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb e dilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti or qanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbay can Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar da xil edilir:... 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi;... 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir:... 5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;... 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

31. İnzibati Prosessual Məcəllə: Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY A HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

35. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəliklə ri yarana bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı mübahisəyə tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir.

37. Məhkəmə kollegiyası, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 38. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbinə görə, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (maddə 3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (maddə 3.2). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (Maddə 13.1). Sahibkarlıq sahəsində a parılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 13.2). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3). 39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

40. Həmin Əsasnamənin 3.4-cü bəndinə əsasən, Re yestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi.

41. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çı xarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir:... 5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi.

42. İşin materiallarına görə, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı ilə yoxlamanın keçirilməsi dövlət vergi müfəttişləri X1 və X9 tapşırılmışdır.

43. Həmin yoxlayıcı şəxslərin adları sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır (yoxlama kodu: KY1********).

44. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarda dəyişiklik edilərək həmin qərarın icrası X10 tapşırılmışdır.

45. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə “Səyyar vergi yoxlamasının keçirilməsi haq qında” xx.xx.2018-ci il tarixli qərarda dəyişiklik edilərək həmin qərarın icrası X2 tapşırılmışdır.

46. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarda dəyişiklik edilərək həmin qərarın icrası X3 tapşırılmışdır. Səyyar vergi yoxlaması aktı X11 tərəfindən tərtib və təsdiq edilmişdir.

47. Həmin qərarlarda qeyd olunan və “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarın icrası tapşırılan yoxlayıcı şəxslər barədə məlumatlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

48. Beləliklə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlam aların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin yuxarıda qeyd olunan normalarının tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

49. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur.

50. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kol legiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(107)-255/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar