Məhkəmə qərarları › İş №2-1(102)-827/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-827/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-827/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı işi üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayət üzrə apelyasiya icraatının mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Re spublikası Cavabdeh1nə qarşı “əmrlərin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3908/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tətbiq edilmiş töhmət barədə 218 saylı, xx.xx.2022-ci il tarixli, şiddətli töhmət barədə 298 saylı, xx.xx.2022-ci il tarixli əmrlərin və xidməti araşdırmanın nəticələrinin, eləcə də Azərbaycan Respublika sı Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 503-k saylı əmrinin, Penitensiar Xidmətin 847/k saylı, xx.xx.2022-ci il tarixli əmrlərinin ləğv edilməsi və onun Penitensiar Xidmətin Mühafizə alayının komandirinin müavini vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçının nümayəndəsi buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə nəticəyə gəlinərək iddianın mümkünlüyü və məhkəmə baxışına keçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2023 nömrəli 02 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim X2) iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı inzibati aktdan şikayət verilməsi üçün müəyyən edilmiş 30 günlük iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

5. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə inzibati icraat qaydasında baxılmasına dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3908/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli (hakimlər X4 (məruzəçi), X5 və X3) qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2023 nömrəli 02 iyun 2023-cü il tarixli qərardadından verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmamış, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrsüz səbəbdən ötürmüşdür.

8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün inzibati işin apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətində Azərbaycan Respublikası İPM-in 11.2, 12.1, 23.1, 2 4, 80.1, 85.1-ci maddəsinə istinad edilməklə apelyasiya instansiyası məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu bildirilir. Qeyd edilir ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadını müraciət etdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi heç bir qanuni əsas olmadan qərardadın iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə alması qənaətinə gəlmişdir.

10. Daha sonra qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti verən vəkilin məhkəmədə iştirakını təmin etmədən və ərizədə göstərilən dəlillərin məhkəməyə təqdim edilməsi üçün zəruri şərait yaratmadan iddiaçının vəkilinin dinlənilmə hüququnu kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqdimetmə. 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qər arına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə e lan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

16. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

17. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6683/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının surəti poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixl i məktubla iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır (xəbərnamə indeksi: SX002735680AZ). İddiaçı tərəfindən apelyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Apelyasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi və ya göndərilməsi barədə iş materiallarında, eləcə də elektron məhkəmə sistemində məlumat mövcud deyildir.

18. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti verən vəkilin məhkəmədə iştirakını təmin etmədən və ərizədə göstərilən dəlillərin məhkəməyə təqdim edilməsi üçün zəruri şərait yaratmadan iddiaçının vəkilinin dinlənilmə hüququnu kobud şəkildə pozmuşdur.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu dəlilinin heç b ir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarından görünür ki, iş apelyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılması xx.xx.2023cü il tarixdə təyin edilmiş, bu barədə iddiaçıya məlumat verilmişdir (məlumat həm bildiriş, həm SMS xəbərdarlıq vasitəsi ilə çatdırılmışdır). Daha sonra vəkil vəsatətlə məhkəməyə müraciət edərək iclasın başqa vaxta təxirə alınmasını xahiş etmişdir.

20. Vəsatət əsasında məhkəmə iclası təxirə salınmış, iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə vəkil elektron məhkəmə vasitəsi ilə apelyasiya instansiyası məhkəməsinə ərizə verərək səhhəti ilə əlaqədar olaraq işin baxılmasının başqa vaxta təxirə alınmasını xahiş etmişdir ( vəkil tərəfindən səhhətində olan narahatçılıqla bağlı hər hansı sübut təqdim edilməmişdir).

21. Eyni zamanda xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı vəkilinin iştirakı olmadan işə baxılmasına etiraz etməsi barədə hər hansı müraciəti və ya vəsatəti mövcud deyildir. Əksinə iddiaçı həmin məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və apelyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir (iş vər 114).

22. Bundan əlavə iddiaçı bildirir ki, apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən dəlillərin məhkəməyə təqdim edilməsi üçün zəruri şərait yaratmamışdır.

23. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati məhkəmə icraatının işt irakçıları öz mövqelərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilərlər. Lakin nə apelyasiya şikayətində, nə də işin təxirə alınması barədə ərizədə müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi ilə əlaqədar dəlil qeyd edilməmişdir.

24. Beləliklə, yuxarıda sadalanan hallar onu deməyə əsas verir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının vəkilinin iştirakını təmin etmək, müvafiq dəlillər təqdim edilməsi üçün kifayət qədər şərait yaratmış olsa da, o öz hüquqlarından istifadə etməmişdir.

25. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, digər proses iştirakçıları kimi vəkilin də prosesdə iştirakı etməyi onun hüququdur (inzibati qanunvericilik iştirak etməni məcburi hal kimi nəzərdə tutmayıb) və onun iştirak etməməsi ədalət mühakiməsinin həyata keçirilməsinə maneə olan hal kimi qiymətləndirilə bilməz.

26. Müddətin ötürülməsi ilə bağlı məsələyə gəlincə məhkəmə kollegiyası bu hala da münasibət bildirməyi məqsədə müvafiq hesab edir. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.»

27. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həya ta keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".

28. Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.

29. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəblərdən ötürüldüyünd ən apelyasiya instansiyası məhkəməsi həmin şikayət üzrə аpelyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.

30. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayəti mümkün sayılmayarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3908/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar