Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-828/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (maddi və mənəvi ziyanın ödəniləsi ) Giriş hissə: 05.05.2021 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 15 fevral 2021ci il tarixli, 2-1(107)-42/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 05 may 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdirlər. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3344/2019 nömrəli 16.09.2019-cu il tarixli qərarı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Şəki İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 24 sentyabr 2020-ci il tarixli, 2-1(116)-238/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “İnzibati icraat haqqında” Qanunun 89.1., 89.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 21.2., 1096.1., 1097.1., 1100-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, cavabdeh orqanlarının hərəkətlərinin qanunsuzluğu öz təsdiqini tapmamışdır.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(116)-238/2020 nömrəli qərarının ləğv edilməsinə və iddia tələbininin təmin edilməsinə dair yeni qərarın çıxarılmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apelyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 15 fevral 2021-ci il tarixli, 2-1(107)-42/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə iddiaçı M.Əhmədova tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(116)238/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını, eləcə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1., 80., 82-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin fakt iki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon İcra Hakmiyyətinin 12 noyabr 2013-cü il tarixli, 85 nömrəli sərəncamı ilə rayonun Potu kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0,1 ha torpaq sahəsində verilmiş sxem üzrə 48 metr X 18 metr ölçüdə bir mərtəbəli çörəkbişirmə sexinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncam verildikdən sonra sexin tikintisinə başlanılmışdır. Sexin tikintisi davam etdiyi müddətdə FHN-nin əməkdaşları ə raziyə gəlmiş və tikintinin dayandırılmasını tələb etmişdirlər. Tikinti məcburi qaydada dayandırılmış və ərazidən çıxarılmışlar. Cavabdehin əməkdaşları ərazidə post qurmuş və mülkiyyətçisi olduğu əraziyə girişinə maneələr yaratmışdırlar. Sonradan cavabdeh ona qarşı iddia qaldırmışdır. Cavabdeh FHN-ni Göyçay rayon İcra Hakimiyyətinin 12 noyabr 2013-cü il tarixli, 85 nömrəli sərəncamının ləğv edilməsini, ona məxsus torpaq sahəsində inşa edilmiş sexin sökülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəf bu qərardad ilə razılaşmayaraq apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərardadı ilə tərəfin apelyasiya şikayəti təmin edilməmi şdir. Tərəf bu qəradad ilə də razılaşmayaraq kasasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin 07 fevral 2017-ci il tarixli qərarı ilə onun kasasiya şikayəti təmin edilməmişdir. Beləliklə FHN-nin ona qarşı qaldırdığı əsassız iddia mümkün hesab edilməmişdir. Amma cavabdeh öz qanunsuz əməllərini davam etdirmiş və onun mülkiyyət hüququna müdaxiləyə son qoymamışdır. İddiaçının iddia tələbi üzrə qərar qəbul etmiş Şəki İnzibati Məhkəməsi öz qərarını ümumiyyətlə əsaslandırmamışdır.
9. Qərarda hakim daxili inamına əsaslandığını qeyd etsə də, onun təqdim etdiyi sübutlara münasibət bildirməkdən yayınmışdır. Onun irəli sürdüyü arqumentlərin heç biri qərarda cavablandırılmamışdır. Nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin iclasında cavabdeh orqanın nümayəndəsi proseslərdə iştrak etməmişd ir. Hakim isə cavabdehin nümayəndəsinin vəzifəsini öz üzərinə götürərək cavabdehin əvəzindən əsaslar gətirməyə çalışmışdır.
10. Qərarda iddiaçının xeyrinə olan maddələr göstərilmiş, xeyrinə olan sübutlar qeyd edilmişdir. Amma məhkəmə bu hallara hüquqi qiymət verməyərək bu sübutların əksinə iddianın təmin edilməməsinə dair qərar qəbul etmişdir.
11. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2-1(107)42/2021 nömrəli qərarının ləğv edilməsini, iş yenidən araşdırması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının i zahatları
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normaların a uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya i nstansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.
20. Belə ki, iddiaçı kasasiya şikayətində göstərmişdir ki, “Göyçay rayon İcra Hakmiyyətinin 12 noyabr 2013-cü il tarixli, 85 nömrəli sərəncamı ilə rayonun Potu kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0,1 ha torpaq sahəsində verilmiş sxem üzrə 48 metr X 18 metr ölçüdə bir mərtəbəli çörəkbişirmə sexinin tikintisinə icazə verilməsi qərara alınmışdır.Sərəncam verildikdən sonra sexin tikintisinə başlanılmışdır. Sexin tikintisi davam etdiyi müd dətdə FHN-nin əməkdaşları əraziyə gəlmiş və tikintinin dayandırılmasını tələb etmişdirlər. Tikinti məcburi qaydada dayandırılmış və ərazidən çıxarılmışlar. Cavabdehin əməkdaşları ərazidə post qurmuş və mülkiyyətçisi olduğu əraziyə girişinə maneələr yaratmışdırlar. Sonradan cavabdeh ona qarşı iddia qaldırmışdır. Cavabdeh FHN-ni Göyçay rayon İcra Hakimiyyətinin 12 noyabr 2013-cü il tarixli, 85 nömrəli sərəncamının ləğv edilməsini, ona məxsus torpaq sahəsində inşa edilmiş sexin sökülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəf bu qərardad ilə razılaşmayaraq apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərardadı ilə tərəfin apely asiya şikayəti təmin edilməmişdir. Tərəf bu qəradad ilə də razılaşmayaraq kasasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin 07 fevral 2017-ci il tarixli qərarı ilə onun kasasiya şikayəti təmin edilməmişdir. Beləliklə FHN-nin mənə qarşı qaldırdığı əsassız iddia mümkün hesab edilməmişdir. Amma cavabdeh öz qanunsuz əməllərini davam etdirmiş və mənim mülkiyyət hüququma müdaxiləyə son qoymamışdır.”
21. Məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətindəki bu dəlil əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hələ 2013-cü ildə qeyri-yaşayış obyektinin tikintisinə başlanmış, cavabdeh tərəfindən tikinti işləri aparan İddiaçı tikintinin dayandırması və sökülməsi barədə göstəriş verilmişdir. Lakin sonuncu bundan imtina etmiş və bu səbə bdən 24 dekabr 2013-cü il tarixli Akt tərtib edilmiş və mövcud vəziyyətdə istismarın təhlükəli olduğu bildirilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-324/2017 nömrəli 07.02.2017-ci il tarixli qərarı) Bununla belə iddiaçı tərəfindən tikinti işləri yekunlaşandan sonra cavabdehə müraciət olunmuş və ona məxsus sahiblarlıq obyekti binasına baxış keçirilmiş və binada köhnə yığma dəmir beton və metal elementlərin istifadə olunması, birləşmə düyünlərinin inşaat norma və qaydalarına cavab verməməsi, örtük konstruksiyalarının ümumi konsruktiv sxeminin seysmik tələblərə cavab verməməsi və dayanıqlığının təmin olunmaması, bünövrələrinin inşaat norma və qaydalarına uyğun yerinə yetirilməməsini nəzərə alaraq binanın mövcud vəziyyətdə istismarının təhlük əli olması müəyyən edilmişdir. (25 may 2016-cı il tarixli aktın surəti)
22. Yəni, cavabdeh tərəfindən iddiaçıya onun xüsusi mülkiyyətində olan torpaq sahəsində tikintinin tikilməsinə maneəçiliklər törədilməsi, torpaq sahəsinə iddiaçıya daxil edilməsinə qadağan edilməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
23. Hətta apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlər X3 və X4 qarşı qeyri-yaşayış obyektinin tikilməsi ilə baglı işin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş maddi ziyana görə iddia qaldırmış və iddiası qismən təmin edilmiş, cavabdeh X2 36414 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (Göyçay Rayon Məhkəməsinin 2(046)-598/2018 saylı 08.02.2018-ci il tarixli qətnaməsi)
24. Hətta apelyasiya instansiyası məhkəməs i tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tikinti işləri aparılmış, yekunlaşmış və son nəticədə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ da rəsmi reyestrdə qeydə alınmış, hətta bundan sonra qeyd olunan qeyri yaşayış binası və binanın yeləşdiyi torpaq sahəsini iddiaçı digər şəxsə bağışlamış və həmin şəxsin adına qeyd olunan torpaq sahəsinə və binaya çıxarış verilmişdir.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun tutulması hissəsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin e dilməsi müəyyən edilməmişdir. Əksinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş fəaliyyət sferasında tədbirlər görülmüş və iddiaçıya qarşı məhkəmədə iddia qaldırılmışdır ki, axır nəticədə də qeyd olunan iddia mümkün sayılmamışdır. Cavabdehin qeyd olunan iddianı qaldırması qanunsuz və əsassız hərəkət hesab edilə bilməz.
26. Həmçinin məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi hissəsi ilə bağlı yuxarıda göstərildiyi kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı instibati mübahisəni həll edərkən maddi hüquq normalarını da düzgün etmişdir.
28. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
29. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əs asən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunv ericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya m üvafiq bələdiyyə ödəməlidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 21(107)-42/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qət