Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-828/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı firmasının (xx.xx.1993-cü ildə qeydiyyata alınıb; VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdar əsinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-462/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2017-ci il tarixdə 2015-ci ilin fevral ayı üçün dəqiqləşmiş ƏDV bəyannaməsi verərək 194.491,51 manat məbləğində azalma əməliyyatı aparmışdır.
2. İddiaçı xx.xx.2018-ci il tarixdə 2015-ci ilin fevral ayı üçün dəqiqləşmiş ƏDV bəyannaməsi verərək 47316.07 manat məbləğində hesablama əməliyyatı aparmışdır.
3. İddiaçı xx.xx.2018-ci il tarixdə 2015-ci ilin mart ayı üçün dəqiqləşmiş ƏDV bəyannaməsi verərək 47316.07 manat məbləğində azalma əməliyyatı aparmışd ır.
4. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 2015-ci ilin fevral və mart ayları üçün müvafiq olaraq 147467.88 manat və 47316.07 manat vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə **********34100 saylı, xx.xx.2015-ci il tarixli fevral 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq qanunsuz hesablanmış 147467,88 manat və xx.xx.2018-ci il tarixdə **********34100 saylı xx.xx.2015-ci il tarixli mart 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq qanunsuz hesablanmış 47316,07 manat məbləğlərində vergi borcunun silinməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əsas fəaliyyəti sənaye və sürtgü yağlarının Azərbaycan Respublikası ərazisinə idxalından və topdan satışının təşkilindən ibarət olmuşdur. Cavabdeh vergi orqanı xx.xx.2018-ci il tarixdə 2015-ci ilin fevral və mart ayları üzrə əlavə vergi hesablamışdır. Bu fakt iddiaçıya xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə baxış keçirən zaman məlum olmuşdur. Vergi orqanının 2015-ci ilin fevral və mart ayları üzrə 3 illik dövr bitdikdən 5 ay sonra, 18 sentyabr 2018-ci il tarixli vergi bəyannamələrinə əsaslanaraq belə bir hesablama aparması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə tamamilə ziddir. Bundan əlavə, vergi ödəyicisinə 2012-2013-cü illərlə bağlı hesablanmış maliyyə sanksiyası üzrə 123080.75 (yüz iyirmi üç min səksən manat 75 qəpik) və faizlər üzrə 69622.28 (altmış doqquz min altı yüz iyirmi iki manat 28 qəpik) manat hesablanmış məbləğlər hesabat dövründən 5 il keçməsi səbəbi ilə vergi orqanları tərəfindən AR VM-nin 85.4-cü maddəsinə əsasən vergi ödəyicisindən tələb edilə bilməz.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən əsassız olaraq azalmalar verildiyinə görə, vergi orqanı tərəfindən həmin məbləğlər şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. "ADF" firmasının sahibkarlıq fəaliyyəti üzrə vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmas ına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********883473 nömrəli qərar qəbul edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi) göndərilmişdir. Həmin materiallar əsasında vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və xx.xx.2018-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. İddiaçı firmasının şəxsi hesab vərəqəsindən göründüyü kimi (səh.13) qərarın qəbul edildiyi tarixədək (xx.xx.2015-ci il) firmanın borcu olmamış və şəxsi hesab vərəqəsinə işlənmiş borc məbləğləri yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarla yaranmışdır. İddiaçı cinayət işinin istintaqı aparıldığı dövrdə səyyar vergi yoxlaması ilə hesablanmış vergiləri ödəməkdən yayınmaq məqsədi ilə, eyni zamanda səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilmədiyinə görə, 2015-ci ilin fevral və mart ayları üzrə dəqiqləşdirilmiş bəyannamələr verməklə ödənilməli olan vergi məbləğlərini əsassız olaraq azaltmışdır. Göründüyü kimi, firma tərəfindən xx.xx.2018-ci il tarixində 2015-ci ilin fevral, xx.xx.2018-ci il tarixində 2015-ci ilin mart ayı olmaqla təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində aparılmış əvəzləşmələr 2006-2012-ci illər üzrə əldə edilmiş yük gömrük bəyannamələri ilə aparılmışdır ki, bu da Vergi Məcəlləsinin tələblərinə ziddir. Əlavə olaraq səyyar vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Belə ki, İddiaçı firması cavabdeh ləğv edilmiş Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********883473 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məh kəməsinə müraciət etmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-1593/2015 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(103)346/2016 nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibat-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-1178/2016 nömrəli qərardadı ilə İddiaçı firmasının nümayəndəsi Vüqar Abbasov tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-346/2016 nömrəli qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Bununla da məhkə mə icraatı başa çatmışdır. İddiaçı vergi orqanı tərəfindən hesablanmış və məhkəmə qərarı ilə qanuni və əsaslı hesab edilmiş məbləğlər üzrə yaranmış vergi öhdəliyini icra etməyərək, vergiləri ödəməkdən yayınmaq məqsədi ilə əsassız azalmalar vermişdir ki, sonradan həmin məbləğlər vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmışdır, qanuni və əsaslıdır. Ona görə də iddiaçının formal mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2772/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2015-ci il tarixli, **********883473 nömrəli qərarın qəbul edildiyi tarixədək vergi borcu olmamışdır. Göründüyü kimi, iddiaçı vergi orqanı tərəfindən hesablanmış və məhkəmə qərarı ilə qanuni və əsaslı hesab edilmiş məbləğlər üzrə yaranmış vergi öhdəliyini icra etməmiş və azalmalar vermişdir. Sonradan isə həmin məbləğlər vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Yəni həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkət verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. İşin hallarına görə məhkəmə aktının icrası üçün fak tiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan, cavabdeh onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində əməliyyat aparmışdır. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin ləğv edilməsini tələb etsə də, bu tələbin əsasları inzibati məhkəmə icraatı qaydasında həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılaraq məhkəmə iddiaçının dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Odur ki, iddiaçının şəxsi hesab vərəqəsinə 2015-ci il üzrə 147467,88 (yüz qırx yeddi min dörd yüz altmış yeddi manat, səksən səkkiz qəpik) manat və 47316,07 mana t vergi borcunun bərpa olunması ilə bağlı cavabdehin hərəkətləri əsaslıdır.
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-462/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov-sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və E.E.Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərə fli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyiş dirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
20. Hazırkı iş üzrə tərəflər arasında işin mübahisələndirilməyən hallarına görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdə 2015-ci ilin fevral və mart ayları üçün müvafiq olaraq 147467.88 manat və 47316.07 manat vergi hesablanmış və şəxsi hesab vərəqəsində əks etdirilmişdir.
21. İşə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı səyyar vergi yoxlamasının qərarı ilə əhatə olunan vergi məbləğlərinin azaltdığından, həmin vergi məbləğlərinin vergi orqanı tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edil məsi üçün yeni bir qərarın qəbuluna zərurət yoxdur.
22. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.
23. Belə ki, həm cavabdehin, həm də aşağı instansiya məhkəmələrinin dəfələrlə istinad etdiyi səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2015-ci il tarixli məsuliyyət qərarı ilə əhatə olunan, həm də məhkəmə araşdırmasının predmeti olmuş qərarla əhatə olunan dövr 2012-2013-cü illərə aiddir (iş v.85).
24. Başqa sözlə, 2015-ci ilin fevral və mart ayları üzrə hesablanmış, yəni şəxsi hesab vərəqəsinə bərpa edilmiş məbləğlər səyyar vergi yoxlamasının və məhkəmə araşdırmasının predmeti olmamışdır.
25. Bu baxımdan, qiymət verilməli olan məsələ cavabdeh tərəfindən şəxsi hesab vərəqəsinə 2015-ci ilin fevral və mart aylar ı üçün müvafiq olaraq 147467.88 manat və 47316.07 manat vergi məbləğlərinin hesablanması zamanı (faktiki xarakterli hərəkətlə) cavabdehin davranışının vergi qanunvericiliyinin normalarına uyğunluğu ilə bağlıdır. 26. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tət biqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız, şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır”.
27. Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkə tlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində həmin inzibati aktı qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir.
28. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-462/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia tələbi təmin edilir. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə 2015-ci ilin fevral ayı üçün hesablanmış 147.467,88 manat və 2015-ci ilin mart ayı üçün hesablanmış 47.316,07 manat vergi borcunun silinməsi cavabdehə həvalə edilir. Qərar qətidir.