Məhkəmə qərarları › İş №2-1(102)-828/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-828/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-828/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (İİ qrup gözdən əlil kimi yaşayış sahəsi ilə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı İİ qrup gö zdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 21(105)-738/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Qarabağ müharibəsi zamanı hərbi travma alaraq İİ qrup müharibə əlili olmuşdur.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 nömrəli, 13 iyul 2021-ci il tarixli sərəncamına əsasən imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı və kirayə yaşadığından mənzil kirayə haqqının ödənilməsinin qanunda nəzərdə tutulmuş qaydada təmin edilməsi qərara alınmışdır.

3. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının O-6/4-068/2-t/1 №-li, xx.xx.2021-ci il tarixli məktubuna əsasən ona imtiyazı əsasında mənzil uçotuna alınması və siyahı üzrə sıra sayının 137 olması bildirilmişdir.

4. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 33 nömrəli 21 yanvar 2022-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 362 nömrəli 13 iyul 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə düzəliş edilməsi və əliliyin səbəbi olaraq hərbi xidmət vəzifələrini yerinə yetirərkən gözdən İİ qrup əlil kimi oxunması qərara alınmışdır.

5. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması barədə cavabdehə müraciət etmişdir.

6. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, hərbi xidmə t vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlil olmuş şəxslər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli sərəncamla əhatə olunmayan kateqoriyadan hesab edildiyindən Sizin sosial-məişət şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup müharibə əlili imtiyazı əsasında gözdən əlil kimi yaşayış sah əsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, onun İİ qrup gözdən əlil (Sumqayıt Şəhər İcra Hakimiyyətinin 31 yanvar 2022-ci il tarixli 33 saylı sərəncamı ilə hərbi xidmət vəzifələrini yerinə yetirərkən gözdən 2-ci qrup əlil kimi oxunmuşdur) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, idd iaçı Qarabağ müharibəsi zamanı hərbi travma alaraq İİ qrup müharibə əlili olmuş, imtiyazı əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin Q-2 №-li, xx.xx.2010-cu il tarixli məktubuna əsasən şəhər icra hakimiyyətinin nəzdində mənzil növbəsinə qəbul edilsə də, sonradan mənzil növbəsindən qanunsuz çıxarılmışdır. Uzun illər ərzində davam edən çoxsaylı şikayətlərindən, iddia tələblərindən sonra onun Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı hərbi xidməti vəzifəsini yerinə yetirərkən İİ qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılan mərhələdə barışıq əldə o lunmuş, onun İİ qrup Qarabağ müharibəsi əlili imtiyazı əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 nömrəli, 13 iyul 2021-ci il tarixli sərəncamına əsasən imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı və kirayə yaşadığından mənzil kirayə haqqının ödənilməsinin qanunda nəzərdə tutulmuş qaydada təmin edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı aparatının O-6/4-068/2-t/1 №-li, xx.xx.2021-ci il tarixli məktubuna əsasən ona imtiyazı əsasında mənzil uçotuna alınması və siyahı üzrə sıra sayının 137 olması bildirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-374/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsin in 2-1(118)-363/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı hərbi xidmət vəzifəsini yerinə yetirərkən İİ qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi odur ki, 13 ildir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində ev növbəsində olmaqla, mənzillə təmin edilmir, hazırda kirayədə yaşayır, qızı, oğlu, gəlini və nəvələri evsizdirlər. İcra hakimiyyətinin məsuliyyətsizliyi və özbaşınalığı nəticəsində qızı, oğlu, gəlini və nəvələri ailə üzvü kimi siyahıya alınmır və onu müxtəlif bəhanələrlə mənzillə təmin etmirlər. 100 manat kirayə xərci ödəməklə və zifələrini icra etmiş sayırlar. Hansı ki, onunla bağlanmış kirayə müqaviləsində qeyd olunan 400 manatı + kommunal xərcləri, 160 manatı, cəmi 560 manatı 13 ildir ki, ödəmirlər. Göstərdiklərini təsdiq edən rəsmi sübutları (sənədləri) vardır. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən İİ qrup müharibə əlili olsa da, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 nömrəli, 13 iyul 2021-ci il tarixli sərəncamına əsasən imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınsa da, onu mənzillə təmin etməmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 33 nömrəli 21 yanvar 2022-ci il tarixli sərəncamına əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 nömrəli 13 iyul 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə düzəliş edilməsi və əliliyin səbəbi ola raq hərbi xidmət vəzifələrini yerinə yetirərkən gözdən İİ qrup əlil kimi oxunması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** №-li, xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, onun xx.xx.2008-ci il tarixli müraciəti əsasında müavinətin qrupu müharibə əlillərinə təqaüd İİ qrup, müavinətin növü hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirilməklə əlaqədardır və o, müharibə əlili kimi 350 manat alır. Prezident təqaüdçüsüdür və gözdən əlildir. Müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ona müxtəlif cavablar ünvanlasa da, onu İİ qrup müharibə əlili imtiyazı əsasında gözdən əlil kimi mənzillə təmin etməmişlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz ərizəsində bildirmişdir ki, iddia tələbi qanunvericilik baxımından tam əsassızdır. Belə ki, iddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquqi münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. İddiaçı əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar göstərilmişdir. Belə ki, yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözü gedən sərəncamla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Bu səbəbdən İddiaçı mənzillə təmin olunması ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış etmir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)20913/2022 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, İddiaçı İİ qrup gözdən əlil (Sumqayıt Şəhər İcra Hakimiyyətinin 31 yanvar 2022-ci il tarxili 33 saylı Sərəncamı ilə Hərbi Xidmət vəzifələrini yerinə yetirərkən gözdən 2-ci qrup əlil kimi oxunmuşdur) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla Azərbaycan Respublikas ının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı Sərəncamına əsasən mənzillə təmin edilməyi öhdəliyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 362 saylı sərəncamı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamından əvvəl qəbul olunduğu və bunun nəticəsi olaraq Nazirlər Kabinetinin həmin sərəncamına əsasən İddiaçı gözdən əlil kimi mənzil almaq hüquq yaranmış olur. Bu səbəbdən də İddiaçı mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilməlidir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2-1(105)-738/2022 nömrəli qərarı ilə (hakimlər F.Məmmədov – sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) Sumqayıt İnzibati Məhkəmənin 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verər ək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismi ndə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözügedən sərəncamla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Həmçinin cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydalarının pozulmsını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı assasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsini n 13 dekabr 2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

43. Mənzil hüququ İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə

57. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən vətəndaşların qanuni mənafelərinin nəzərə alınması 57.1. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. 57.2. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. 21. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il trixli 492s nömrəli sərəncamı:

1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. (...)

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: 3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin veril məsini təmin etsin; (...)

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gör ə də, şikayətlər mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarları bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Məlum olduğu kimi, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarix li 362 saylı sərəncamına əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmişdir.

30. Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 33 saylı digər sərəncamına əsasən 362 nömrəli sərəncama düzəliş edilərək, hərbi xidmət vəzifələrini yerinə yetirərkən “gözdən ikinci qrup” əlil kimi oxunması qərara alınmışdır.

31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində qedy etdiyi yeganə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamında qeyd edilmişdir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respubl ikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri nin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin.

32. Göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək iddiaçı mənzil uçotuna alındığından (13 iyul 2021-ci il) onun gözdən əlil kimi mənzil məişət şəraitinin yaxşılaşd ırılması və mənzillə təmin edilməsi hüququ yaranmış olur.

33. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-738/2022 saylı 13 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar