Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-828/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti, X5 və Qax bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışa düzəliş edilərək torpaq sahəsi və qeyri-yaşayış sahəsinə vahid daşınmaz əmlak kimi çıxarış verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınm az Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti, X5 və Qax bələdiyyəsi) qarşı “xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxsin adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 2-1(107)372/2023 nömrəli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağı dakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə üçüncü şəxsə ayrılmış, Qax rayonu, Toppax kəndində 86 kv.m torpaq sahəsində yerləşən, tikintisi 2003cü ildə başlanmış yarımçıq sex sonuncu tərəfindən xx.xx.2004-cü il tarixli 212344 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. 2. ünvan 2 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi üzərində üçüncü şəxsin, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.10 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adlarına çıxarış, qeyri-yaşayış binasına dair iddiaçının adına texniki pasport hazırlanmışdır.
3. Bundan başqa, Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən üçüncü şəxsə sex tikmək məqsədilə 0.0051 ha torpaq sahəsi satılması qərara alınmışdır.
4. İddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının torpaq sahəsi üzərində üçüncü şəxsin qeydiyyatının ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi onun adına dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə 51 kv.m torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd əlavə edilmədiyindən müraciətin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBU L EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, **********56-06301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxsin adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 51 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı üçüncü şəxs X3 86 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2003-cü il tarixdə tikintisinə başlanılmış yarımçıq sexi satın almış və aralarında Qax rayo n Notariat kontorunda xx.xx.2004-cü il tarixli 212344 saylı müqavilə bağlanmışdır. İddiaçı həmin torpaq sahəsinə və orada inşa etdiyi avtomobil təmiri sexlərinə çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, ona xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli çıxarış verilmişdir. Çıxarışda 51 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə üçüncü şəxsə məxsus olması qeyd edilmişdir. Lakin müqavilədə həmin torpaq sahəsi 86 kv.m qeyd edilmişdir. Həmçinin, cavabdeh alqı-satqı müqaviləsini nəzərə alaraq çıxarış verdiyi halda, torpaq sahəsinə də çıxarış verməlidir. Ona məxsus olan çıxarışda üçüncü şəxsin adının olması iddiaçının hüquqlarını həyata keçirməsinə maneçilik törədir.
7. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Ərazi İdarəsinin arxiv mate riallarında iddiaçının adına qeyri-yaşayış binası tam, üçüncü şəxsin adına isə torpaq sahəsi tam olaraq mülkiyyətə verilmişdir və bu barədə, xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 619 inventar nömrəli texniki pasport mövcuddur. Sözügedən çıxarış qanunvericiliyin tələblərinə əsasən qeydiyyata alınmışdır. İddiaçının mübahisələndirdiyi Qax rayon notariat ofisində bağlanmış xx.xx.2004-cü il tarixli, 4Ə-49 reyestr nömrəli alqısatqı müqaviləsində alqı-satqı predmeti 2003-cü ildə tikintisinə başlanılmış yarımçıq sex olmuşdur. İşdə olan alqı-satqı müqaviləsindən göründüyü kimi, satıcı - X5 alıcı - İddiaçı 86 kv.m torpaq sahəsində yerləşən yarımçıq sexi satmışdır. Həmin qeyri-yaşayış binası 72.1 kv.m iddiaçının hazırda tam mülkiyyətindədir. İddiaçının mübahisələndirdiyi üçüncü şəxsin adına torpaq sahəsi Qax rayonu Qaxingiloy X1 51 kv.m torpaq ayrılması barədə 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı (Qaxingiloy Bələdiyyəsinin sədri Nəzirovun imzası və möhürü var), üçüncü şəxsə satılması nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı (Qaxingiloy Bələdiyyəsinin sədri - Ş.Nəzirov və ləğv edilmiş DTXK-nin Qax rayon şöbəsinin mütəxəssisi F.Abbasovun imza və möhürləri var), üçüncü şəxsə Toppax kəndi ərazisində sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov imza və möhür var) və üçüncü şəxs tərəfindən sex tikintisi üçün rayonun Toppax kəndi ərazisində satın almaq istədiyi 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax Rayon İcra Hakimiyyətinin rəyi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov imza və möhür var) əsasında qeydiyyata alınmışdır.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 27 yanvar 2023-cü il tarixli 21(116)-969/2023 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
9. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 06 mart 2023-cü il tarixli 21(116)-969/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxsin adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.10 kv.m qeyri-yaşayış binası üzərində vahi d daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxsin iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsaslar olsa da, cavabdeh orqan nəzərə almamışdır ki, artıq üçüncü şəxs həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini özgəninkiləşdirməklə, onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da tam həcmdə iddiaçıya ötürmüşdür. İddia olunan 51 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün üçüncü şəxs həmin torpaq sahəsinin tam mülkiyyətçisi olmalı idi. Yəni, həmin torpaq sahəsi üzərində bütün hüquqlar üçüncü şəxsə məxsus olmalı idi ki, sonrakı alqı-satqı müqaviləsi ilə həmin hüquqlar iddi açıya keçsin. Mülki Məcəllənin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsinə istinadən məhkəmə hesab etmişdir ki, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan, xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa üçüncü şəxsin adının daxil edilməsində səhvə yol vermişdir. Odur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
11. Üçüncü şəxs X5 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə yeni q ərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(107)-372/2023 nömrəli qərardadı ilə Qax bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 25 oktyabr 2023-cü il tarixli, 21(107)-372/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən 6 oktyabr 2023-cü il t arixdə ünvan 1 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binasına baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində qeyri-yaşayış obyekti mövcuddur. Sözügedən torpaq sahəsinin sağ və sol tərəfində mağazalar yerləşir. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin iddiaçıya Qax rayon İH başçısının xx.xx.1997-cİ il tarixli sərəncamı ilə verilmiş 86 kv.m-lik torpaq sahəsini satması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.10 kv.m qeyri-yaşayış binasına baxış keçirilərkən mübahisə predmeti olan torpaq sahəsinin ətrafında üçüncü şəxsin iddiaçıya satdığını iddia etdiyi başqa torpaq sahəsinin o lması müəyyən edilməmişdir.
15. Üçüncü şəxs X5 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisə edilən 51 kv.m torpaq sahəsi ona Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə verilmiş və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, mübahisə edilən 51 kv.m torpaq sahəsinə dair tanınan və qorunan mülkiyyət hüquqları mövcuddur, həmin çıxarış məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir və qüvvədədir. Bundan başqa, mübahisəli ərazidə onun 2 torpaq sahəsi mövcuddur. Biri Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə verilmiş 86 kv.m torpaq sahəsi, digəri isə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003cü il tarixli 12 nömrəli qərarı ilə verilmiş 51 kv.m torpaq sahəsidir. xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş sex Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə verilmiş 86 kv.m torpaq sahəsində yerləşir. Həmçinin, alqı-satqı müqaviləsinin predmeti olmuş sex faktiki olaraq iddiaçının mübahisə etdiyi torpaq sahəsində yerləşmir. İşə məhkəmə tərəfindən baxılarkən bu istiqamətdə araşdırma aparılmamışdır. Məhkəmələr ekspert rəyi alınması zəruri olduğu halda, yalnız yerində baxış keçirməklə kifayətlənmiş, işin hallarını tam və hərtərəfli araşdırmamı şlar. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, üçüncü şəxsin vəsatəti əsasında xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyası tərəfindən yerində baxış keçirilərək mübahisə predmeti olan torpaq sahəsinin ətrafında üçüncü şəxsin ona satdığını iddia etdiyi başqa torpaq sahəsinin olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yerində baxış nəticəsində onda yaranan daxili inam səbəbindən ekspertiza keçirməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu a şağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin üzrə kasasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
20. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası mübahisəyə dair iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İşin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, xx.xx.2004-cü il tarixli 212344 nömrəli alqı-satqı müqaviləsi ilə Qax rayonu, Toppax kəndində 86 kv.m torpaq sahəsində yerləşən, tikintisi 2003-cü ildə başlanmış yarımçıq sex iddiaçının mülkiyyətinə verilmişdir. Həmçinin, müqavilədə qeyd edilmişdir ki, torpaq sahəsi Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə üçüncü şəxsə məxsusdur. Bundan əlavə, ünvan 2 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi üzərində üçüncü şəxsin, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.10 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarış, eləcə də qeyriyaşayış binasına dair iddiaçının adına texniki pasport hazı rlanmışdır. Digər tərəfdən isə, Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən üçüncü şəxsə sex tikmək məqsədilə 51 kv.m torpaq sahəsi satılması qərara alınmışdır.
23. İşin tərəflər arasında mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı məhz həmin alqı-satqı müqaviləsi ilə üçüncü şəxsdən satın aldığı qeyri-yaşayış sahəsinin (sexin) yerləşdiyi torpaq sahəsinin də ona məxsus olduğunu iddia etməklə, həmin torpaq sahəsi üzərində də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Üçüncü şəxs isə iddiaçının tələbinə etirazını adına iki müxtəlif torpaq sahəsinin olması, iddiaçının iddia etdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmeti olan sexin yerləşdiyi tor paq sahəsi olmaması ilə əsaslandırır.
24. İşə baxan aşağı instansiya məhkəmələri, iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin eyniliyindən çıxış edərək və Mülki Məcəllənin 245-ci, Torpaq Məcəlləsinin isə 88-ci maddəsinə istinad edərək o qənaətə gəlmişlər ki, artıq üçüncü şəxs həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini özgəninkiləşdirməklə, onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da tam həcmdə iddiaçıya ötürmüşdür.
25. Aşağı instansiya məhkəmələrinin nəticəsi o halda əsaslı hesab edilə bilər ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə Qax rayon Qaxingiloy bələdi yyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi faktı mötəbər sübutlarla öz təsdiqini tapsın. Apellyasiya instansiyası məhkəməsi yalnız yerli baxış həyata keçirməklə bu istiqamətdə araşdırma aparmış, mütəxəssis rəyi almamışdır.
26. Nəzərə alınmalıdır ki, üçüncü şəxsin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun iki torpaq sahəsi mövcud olmuşdur. Bunlardan biri xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş sexin yerləşdiyi, Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə verilmiş 86 kv.m torpaq sahəsidir, hansı ki, həmin torpaq sahəsinə münasibətdə hal-hazırda iddiaçıya qarşı tələbi yoxdur. Digər torpaq sahəsi isə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə verilmiş 51 kv.m torpaq sahəsidir, hansı ki, iddiaçının mübahisələndirdiyi sex həmin torpaq sahəsində yerləşmir.
27. Yuxarıda sadalanan ziddiyyətli halların üçüncü şəxs tərəfindən birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətində qeyd olunmasına baxmayaraq, üçüncü şəxsin həmin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmamış, ziddiyyətli məqamlara tam aydınlıq gətirilməmişdir.
28. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, ilk öncə, xx.xx.2004-cü il tarixli 212344 nömrəli alqısatqı müqaviləsinin predmeti olmu ş qeyri-yaşayış binasının (sexin, tikilinin) yerinin dəqiq müəyyən edilməsi, bundan sonra torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı tam və hərtərəfli araşdırma aparmalı olduğu halda, araşdırmanı natamam aparmışdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 21(107)-372/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.