Məhkəmə qərarları › İş №2-1(102)-829/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-829/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-829/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdeh1nə (üçüncü şəxs 1 saylı Bakı Cavabdeh2 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Acar sözlər: yaşayış yeri üzrə qanunsuz tikiliyə qeydiyyata alınma) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı Cavabdeh1nə (üçüncü şəxs 1 saylı Bakı Cavabdeh2 iştirakı ilə) qarşı yaşayış yeri üzrə qeydiyyata alınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-2484/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kas asiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1nə (üçüncü şəxs 1 saylı Bakı Cavabdeh2 iştirakı ilə) qarşı onun yaşayış yeri üzrə Bakı şəhəri, 3-cü mkrn., 3-cü Alatava,163 (özbaşına tikili) ünvanına pasport qeydiyyatına alınması vəzifəsini cavabdeh Bakı şəhər Cavabdeh1 üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10 ildən artıq bir müddət faktiki olaraq Bakı şəhəri, 3-cü mkr., 3-cü Alatava,163 (özbaşına tikili) ünvanında yaşayır. O, ailə quraraq bu ünvana gəlmişdir. Hazırda əri vəfat etmişdir. Əri bu ünvan da qeydiyyatda olmuşdur. Bunu qonşuların aktı və yaşayış yeri üzrə MKİS-nin arayışı da təsdiq edir. Lakin yaşadığı mənzilin çıxarışı olmadığından uzun müddətdir ki yaşadığı yer üzrə qeydiyyata alına bilməmişdir. İddiaçının yaşayış yeri üzrə pasport qeydiyyatında olan başqa şəxslər də var. Yəni həmin ünvan dövlət tərəfindən tanınır və qeydiyyata alınmaq mümkündür. Lakin buna baxmayaraq, bu məsələ ilə bağlı Bakı şəhəri Cavabdeh1nə və 1 saylı Bakı Cavabdeh2nə müraciət etsə də, hər iki təşkilat müxtəlif bəhanələrlə, birbirinin üzərinə yönəldilməklə qanunun tələbini icra etməkdən imtina etmişlər. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1863/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan q ərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2484/2019 nömrəli (hakimlər Həmid Həmidov- sədrlik edən və məruzəçi,Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,o, 10 ildən artıq müddətdir ki, faktiki olaraq Bakı şəhəri, 3-cü mikrorayon, 3-cü Alatava, 163 (özbaşına tikili) ünvanında yaşayır (bunu təsdiq edən sənəd iş materiallarına əlavə olunub). O, ailə quraraq (nikahı 2013-cü ildən rəsmiləşdirilmişdir) həmin ünvana gəlmişdir. Lakin hazırda əri vəfat etmişdir. Əri vəfat edənə qədər həmin ünvanda qeydiyyatda olmuşdur. Bunu qonşuların aktı və yaşayış yeri üzrə MKİS-nin arayışı da təsdiq edir. Lakin yaşadığı mənzilin çıxarışı olmadığından o, uzun müddətdir ki, yaşadığı yer üzrə qeydiyyata alına bilməmişdir. Onun yaşayış yeri üzrə pasport qeydiyyatında olan başqa şəxslər də var (sorğu nəticəsində müxtəlif vaxtlarda həmin evə 43 nəfərin pasport qeydiyyatına alındığı məlum olmuşdur!). Yəni həmin ünvan dövlət tərəfindən tanınır və qeydiyyata alınmaq mümkündür. Hesab edir ki, Bakı ş əhəri Nəsimi rayon MKTB-nin 33 saylı MKİS-nin verdiyi arayışla da iddiaçının faktiki olaraq 10 ilə yaxındır ki, Bakı şəhəri, 3-cü mikrorayon, 3-cü Alatava, 163 (özbaşına tikili) ünvanında qeydiyyatsız yaşamağı aydın olduğundan və qanun hər bir şəxs üçün eyni cür tətbiq edilməli olduğundan, o da qeyd olunan ünvana pasport qeydiyyatına alınmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2484/2019 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2484/2019 saylı qərarla, apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1863/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, İnzibati Prosessual Mə cəllənin 62.3, 82-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi sözügedən qənaətə gələrkən müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 5 kəndi ünvanda qeydiyyatdadır. X1 Azərbaycan Respublikasının vətəndaşı olmuş, ünvan 7-də qeydiyyata düşmüşdür. X1 və İddiaçı xx xxx 2013-cü il tarixdə nikahlarını bağlamışlar və X1 xx xxxxx 2018-ci il tarixdə ölmüşdür. X5, X3, X2 xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Bakı şəhəri, 3cü mikrorayon, 3-cü Alatava,163 (özbaşına tikili) ünvanında 10 ildən artıq bir müddət yaşadığı barədə akt t ərtib etmişlər. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək Bakı şəhəri, 3-cü mikrorayon, 3-cü Alatava, 163 (özbaşına tikili) ünvanında yerləşən evə pasporta qeydiyyata alınmasını xahiş etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən qeydiyyata əsas verən sənədlərdən birini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini və digər zəruri sənədləri ərazi polis orqanı nın qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə təqdim edib yaşayış yeri üzrə qeydiyyata alına bilər. Yaşadığı ev müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun qaydada sənədləşdirildikdən sonra həmin evə qeydiyyata alınması məsələsinə baxılacağı barədə qeyd edilmişdir. İddiaçı həmin evə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ünvan 7 ünvanındakı yaşayış evinə hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Odur ki, cavabdehin imtinası əsassız olmamışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 163 (özbaşına tikili) qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq iddiaçı cavabdeh orqana qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olar aq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yaşayış yeri üzrə Bakı şəhəri, 3cü mikrorayon, 3-cü Alatava, 163 (özbaşına tikili) ünvanına pasport qeydiyyatına alınması vəzifəsini cavab deh Bakı şəhər Cavabdeh1 üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 ildən artıq bir müddət faktiki olaraq Bakı şəhəri, 3-cü mikrorayon, 3-cü Alatava,163 (özbaşına tikili) ünvanında yaşayır. O, ailə quraraq bu ünvanına gəlmişdir. Hazırda əri vəfat etmişdir. Əri bu ünvanda qeydiyyatda olmuşdur. Bunu qonşuların aktı və yaşayış yeri üzrə MKİS-nin arayışı da təsdiq edir. Lakin yaşadığı mənzilin çıxarışı olmadığından uzun müddətdir ki yaşadığı yer üzrə qeydiyyata alına bilməmişdir. İddiaçının yaşayış yeri üzrə pasport qeydiyyatında olan başqa şəxslər də var. Yəni həmin ünvan dövlət tərəfindən tanınır və qeydiyyata alınmaq mümkündür. Lakin buna baxmayaraq, bu məsələ ilə bağlı Bakı şəhəri Cavabdeh1nə və 1 saylı Bakı Cavabdeh 2nə müraciət etsə də, hər iki təşkilat müxtəlif bəhanələrlə, bir-birinin üzərinə yönəldilməklə qanunun tələbini icra etməkdən imtina etmişlər. Bu arada məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya göndərdiyi xx xxxx 2019-cu il tarixli imtina cavabının mahiyyətinin də göründüyü kimi, iddiaçının sözügedən xahişinin rədd edilməsinin yeganə səbəbi həmin evin özbaşına tikili olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsaslıdır. Belə ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xid məti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Lakin apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2, 82-ci maddələrinə riayət etməmiş, işin hallarını və işdə olan sübutları tam və hərtərəfli araşdırmayaraq, onlara hüquqi qiymət verməmiş, zəruri olan əlavə sübutları toplamamış, nəticə etibarı ilə iş üzrə yanlış qərar qəbul etmişdir. Belə ki, işdə olan (iş səhifəsi 59) Nəsimi rayonu 33 saylı MKİS-in xx xxxx 2019-cu il tarixli arayışından göründüyü kimi, mübahisə predmeti olan və özbaşına tikili sayılan evə 42 nəfər şəxs qeydiyyatdadır, iddiaçının mərhum əri də həmin ünvanda qeydiyyatda olmuşdu. Onların qeydiyyata düşməsinin hüquqi əsası da, araşdırılması da məqsədə müvafiqdir. Digər tərəfdən, sözügedən MKİS-in işdən olan (iş səhifəsi 14) xx xxxxxx 2019-cu il tarixli arayışından göründüyü kimi iddiaçı adıçəkilən evdə qeydiyyatsız yaşayır. Eyni zamanda işdə olan (iş səhifəsi 9) xx xxxxxx 2019-cu il tarixli aktdan göründüyü kimi iddiaçı sözügedən evdə pasport qeydiyyatında olmadan daimi olaraq yaşayır. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən adıçəkilən sübutların, yəni, özbaşına tikilidə 40-dan çox şəxsin qeydiyyatda olmasını araşdırmamış və onlara heç bir hüquqi qiymət verməmişdir. Həmçinin işin digər təkzibolunmaz faktı ondan ibarətdir ki, iddiaçı Biləsuvar rayonunun Amankənd kəndində qeydiyyatdadır. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının qeydiyyatda olduğu yerdə necə qeydiyyata düşməsini, oradakı tikiliyə hansı hüquqda qeydiyyatda olmasını (mülkiyyətçi, istifadəçi, kirayəçi) araşdırmamış, halbuki bu işin düzgün həll edilməsi üçün çox önəmlidir, belə ki, iddiaçı yuxarıda göstərilmiş ünvanda olan tikilinin mülkiyyətçisi və ya istifadəçisi olduğu halda, hansı hüquqla hazırkı tələblə çıxış etməsinə də şübhəsiz ki, təsir edəcəkdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının mərhum əri də əvvəllər Siyəzən rayonunda qeydiyyatda olduğu halda, mübahisə predmeti olan ünvana hansı əsasla qeydiyyata düşməsi də aydınlaşdırılmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2484/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar