Məhkəmə qərarları › İş №2-1(102)-829/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-829/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-829/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvəzləşdirmənin qanunsuz hesab edilməsi; vergi borcunun ümidsiz borc kimi silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil2, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “əvəzləşdirmənin qanunsuz hesab edilməsi və borcun ümidsiz borc kimi silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-1(103)-443/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsini qanunsuz hesab edərək silinmiş məbləğin bərpa edilməsini və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcdan qalan hissəsinin də (289.251,43 manat) ümidsiz borc kimi silinməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 17 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2019-cu il 25 sentyabr tarixə iddiaçının şəxsi hesab vərəqəsində dövlət büdcəsinə ödənilməmiş borcu olmamışdır. Həmçinin, müraciətində göstərilənlərlə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən qanuna uyğun tədbirlər görülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 04 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətinin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətin 2008-ci il 01 dekabr tarixinə qədər dövlət büdcəsinə 364.411,44 manat məbləğində vergi borcu yaranmışdır ki, vergi orqanı da məhz həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədi ilə cəmiyyətə qarşı 398.160,0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə olunan məbləğin həmin borc məbləğində dövlət büdcəsinə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2010-cu il 28 yanvar tarixli, 2(81)35/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC-dən 364.411,44 manat pulun əmlaka yönəldilməklə alınaraq dövlət büdcəsinə ödənilməsi, MMC-dən əlavə olaraq 5 manat dövlət rüsumunun dövlət gəlirlərinə tutulması qət edilmiş və 2010-cu il 01 mart tarixdə 364.411,44 manat vergi borcu cəmiyyətin şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sindən azaldılaraq “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də əks olunmuşdur. Qeyd olunan 364.411,44 manat vergi borcunun məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borc olduğundan (yəni məhkəmə qətnaməsinin qanuni qüvvədə olduğu müddət ərzində) və cəmiyyətin ş əxsi hesab vərəqəsində “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq heç bir xəbərdarlıq edilmədən cəmiyyətin cari vergi öhdəliklərin yerinə yetirilməsi zamanı yaranmış 277.486,99 manat artıq ödəmələrin müxtəlif vaxtlarda hissə-hissə məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borca aid edilməklə əvəzləşdirmə adı ilə silinmişdir. Qeyd olunan artıq ödəmələrin əvəzləşdirmə adı ilə məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borca silinməsi cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. MTK-nın şəxsi hesab vərəqəsinin çıxarışına görə cari fəaliyyəti nəticəsində 2012-ci il 13 iyun tarixə mövcud olmuş 110.380,48 manat artıq ödəmə 2012-ci il 18 iyun tarixdə, 2012-ci il 15 iyul tarixə mövcud olmuş 62.362,29 manat artıq ö dəmə 2012-ci il 10 avqust tarixdə və 2016-cı il 07 iyul tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəmə 2016-cı il 08 iyul tarixdə cəmiyyətin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”dən azaldılaraq “vergilər üzrə vərəqə”də hesablama əməliyyatı kimi əks olunmuş və qanunsuz olaraq cəmiyyətin yaranmış artıq ödəmə məbləğləri həmin məbləğlər ilə əvəzləşdirilərək silinmişdir.

5. Cəmiyyətin cari fəaliyyəti zamanı vergi öhdəliklərinin yerinə yetirilməsi nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnamələri əsasında əmlaka yönəldilmiş borclara silinməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, sözügedən borclar məhkəmə qətnamələri ilə artıq əmlaka yönəldilmişdir və belə olan halda əmlakın satılması yolu ilə ödənilməlidir. Başqa sözlə, vergi orqanı tərəfindən cəmiyyətin cari fəaliyyəti nəticə sində yaranmış artıq ödəmələrdən əmlaka yönəldilmiş borclara çıxılması cəmiyyətin cari borclarının və faizlərin artması ilə nəticələnmişdir ki, bu da onun vəziyyətini ağırlaşdırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1, 90.1, 90.3 və 90.4-cü maddələrinə əsasən, vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borcun dövlət büdcəsinə ödənilməsi yalnız icra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması nəticəsində əldə olunmuş vəsait hesabına həyata keçirilə bilər. Məhz bu səbəbdən də, məhkəmə qətnaməsi ilə vergi ödəyicisinin borcu əmlaka yönəldikdə həmin borc vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə"yə keçirilir və vergi orqanı tərəfindən həmin borca nəinki faizlərin hesablanması, həmçinin həmin borcun dövlət büdcəsinə alınması ilə bağlı hər hansı qanunamüvafıq tədbirlərin (bank hesablarına sərəncamların qoyulması, borc bildirişlərin göndərilməsi və s.) görülməsi dayandırılır.

6. Digər tərəfdən, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən cəmiyyətin 2016-cı il 07 iyul tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəməsinin 2016-cı il 08 iyul tarixdə məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borca aid edilməsi (silinməsi) nəinki yuxarıda qeyd olunan qanunvericiliyinin normaların, eyni zamanda Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşdur. Belə ki, Ver gi Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq üsullarından biridir. Başqa sözlə, vergi orqanı vergilər, faizlərin və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsi nin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərar qəbul olunması üçün məhkəməyə müraciət etmək onun hüququdur, lakin o, bu hüququndan Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan müddətlər çərçivəsində verginin tutulması üçün istifadə etməlidir. Əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərarın mövcudluğu Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin əsassız olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş 30 illik müddətlə əvəz edilməsi ilə nəticələnməməlidir.

7. Bununla yanaşı, vergi qanunvericiliyinin tələblərinə görə vergilər ya vergi ödəyicisi tərəfindən bəyan edilərək, ya da ki vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması nətic əsində hesablanır. Hazırkı məsələdə isə qeyd olunan halların heç biri mövcud olmamış, vergi orqanı 277.486,99 manat artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla “əvəzləşdirmə” adı altında silinməsi ilə kifayətlənmiş, həmin “əvəzləşdirmənin nədən ibarət olduğunu açıqlamamış və bu barədə cəmiyyətə ümumiyyətlə hər hansı məlumat verməmişdir. Ümumiyyətlə vergi qanunvericiliyində vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “vergilər üzrə vərəqə”də yaranmış artıq ödəmələrin və cari vergi öhdəliklərinin yerinə yetirilməsi üçün ödənilmiş məbləğlərin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də mövcud olan borclara aid edilməsi və yaxud əvəzləşdirilməsi üçün hər hansı müddəa və hüquqi əsas nəzərdə tutulmamışdır.

8. Bundan əlavə, məhkəmə qətnaməsi ilə təmin edilmiş əm laka yönəldilən ümumilikdə 364 411,44 manat məbləğində borc 2008-ci ilin 1 dekabr ayınadək yaranmış borclardan ibarətdir ki, bu da Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətinin başa çatdığı gün 1 dekabr 2013-cü il tarixə təsadüf edir və qeyd olunan müddət başa çatdıqdan sonra hətta vergi borcunun əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qüvvədə olsa da belə tələb etmə müddəti bitmiş vergi borcu ümidsiz borc kimi silinməlidir.

9. Bundan əlavə, 2018-ci il 4 aprel tarixdə cəmiyyət apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2010-cu il 28 yanvar tarixli, 2-(81)-35/2010 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa ed ilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2010-cu il 24 aprel tarixli, 2-1(81)-35/2010 saylı qərardadı ilə ərizənin təmin edilməsi, sözügedən qətnamədən cəmiyyət tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2018-ci il 30 avqust tarixli, 2-2(103)389/2018 saylı qərardadı ilə iddiaçı vergi orqanının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2018-ci il 07 noya br tarixli, 2-2(102)-468/2018 saylı qərardadı ilə mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.

10. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərardadı öz qanuni qüvvəsini almışdır ki, bu isə o deməkdir ki, sözügedən məhkəmə işi üzrə icraata xitam verildiyi üçün vergi borcunun dövlət büdcəsinə alınması ilə bağlı hazırda qüvvədə olan hər hansı məhkəmə aktı mövcud deyil. Belə ki, əvvəl məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364.411,44 manat məbləğində vergi borcundan cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sində vergi borcu qalmışdır ki, qeyd olunan vergi borcu ilə bağlı qüvvədə olan hər hansı məhkəmə aktı olmadığı üçün və həmin borcun 5 illik tələbetmə müddəti artıq çoxdan keçdiyi üçün həmin vergi borcu vergi orq anı tərəfindən “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sindən azaldılaraq “vergilər üzrə vərəqə”yə keçirilmiş və ümidsiz vergi borcu kimi silinmişdir. Qeyd olunan silinmə cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə öz əksini tapmışdır. Vergi orqanı məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364.411,44 manat məbləğində borcun şəxsi hesab vərəqəsi üzrə qalmış (cədvəldə göstərilən) hissəsini 5 illik tələb etmə müddəti başa çatdığından silmişdir ki, bununla da dolayısı ilə vergi orqanı tərəfindən cəmiyyətin artıq ödəmələri hesabına qanunsuz silinmiş vergi borc məbləğlərinin də tələb etmə müddətinin keçdiyini bir daha təsdiq etmişdir. Başqa sözlə, əgər məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364.411,44 manat borc cəmiyyətin artıq ödəmələri hesabına vergi orqanı tərəfindən qanunsuz olaraq silinməsəydi, məhkəmə qətnaməsi ilə iş üzrə icraata xitam verildiyi andan 5 illik tələbetmə müddət keçdiyindən sözügedən borc tamamilə silinərdi.

11. Beləliklə, hesab edilir ki, cəmiyyətdə cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsi qanunsuz və əsassızdı, bu səbəbdən də həmin əvəzləşdirilmiş məbləğlər artıq ödəmə kimi bərpa edilməli və məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumi borc ümidsiz borc kimi silinməlidir. Cavabdehin etirazları:

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliyi yerinə yetirilmədiyi üçün 2009-cu il 01 dekabr tarixə dövlət bü dcəsinə 364.411,44 manat borcu yaranmış, Vergi Məcəlləsinin 89-cu maddəsinin tələbləri qaydasında iddiaçının 398.160 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində həmin borc dövlət büdcəsinə ödənilmədiyindən yaranmış borcun dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə 398.160 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə olunan məbləğin həmin borc məbləğində dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılması üçün 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edilmişdir. İşə baxılarkən məhkəmə iclasında cəmiyyətin nümayəndəsi iddia tələbində qeyd olunanları qəbul etmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin 2-(81)-35/2010 saylı, 2010-cu il 28 yanvar tarixli qətnaməsi ilə iddia təmin edilm işdir. Qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 364.414.44 manat məbləğində borc həmin vərəqədən azaldılaraq, şəxsi hesab vərəqəsinin “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”sinə işlənilmişdir.

13. Eyni zamanda iddiaçının 2010-cu il 05 fevral tarixə dövlət büdcəsinə 50.633,74 manat borcu yaranmış, həmin borcun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə cəmiyyətin 458.574 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbi ilə 1 saylı Yerli iqtisadi Məhkəməsinə müraciət edilmişdir. 1 saylı Yerli İqtisadi Məhkəməsinin 2010-cu il 05 aprel tarixli, 2-(81)-1076/2010 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən də şika yət verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 50.633,74 manat məbləğində borc həmin vərəqədən azaldılaraq, şəxsi hesab vərəqəsinin “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”sinə işlənilmişdir.

14. Məhkəmə qətnamələri aidiyyəti üzrə icraya yönəldilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qətnamələrin icrası ilə əlaqədar siyahıya alınmış əmlaklar qiymətləndirici tərəfindən qiymətləndirilmiş və həmin əmlaklar ixtisaslaşdırılmış açıq hərrac vasitəsilə satılması üçün hərrac mərkəzinə gönd ərilmiş, lakin siyahıya alınmış əmlaklar satılmadığı üçün geri qaytarılmışdır. Qətnamələrin icrası mümkün olmadığından icra vərəqələri aidiyyəti üzrə məhkəməyə qaytarılmışdır.

15. Eyni zamanda iddiaçı tərəfindən qətnamələr üzrə borcun ödənilməsi həyata keçirilməmişdir. Bu müddət ərzində iddiaçının qətnamələrin icrası ilə bağlı “əmlaka yönəldilən məbləğ üzrə vərəqə” üzrə hər hansı ödəniş həyata keçirməməsinə baxmayaraq, “vergilər üzrə vərəqə”yə artıq ödədiyi 277.486.99 manat məbləğində ödəniş Vergi Məcəlləsinin tələbləri qaydasında 1 saylı Yerli İqtisad Məhkəməsinin 2-(81)-35/2010 saylı, 2010-cu il 28 yanvar tarixli qətnaməsi üzrə olan borca aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənil miş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. 1 saylı Yerli İqtisad Məhkəməsinin 2010-cu il 05 aprel tarixli, 2- (81)-1076/2010 saylı qətnaməsi üzrə olan 50.633,74 manat borcun 50.420,74 manatı “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən silinmiş, qalan 213 manatı isə iddiaçı tərəfindən ödəmə tapşırığı əsasında ödənilmişdir. Bundan sonra iddiaçı apelyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə vermiş, 2-(81)35/2010 saylı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018- ci il 24 aprel tarixli qərardadı ilə müddət bərpa olunmuş və iş baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. 1

16. Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən iddiaçı vergi orqanı tərəfindən texniki yanlışlıq səbəbindən iddiadan imtina edilmişdir. Belə ki, eyni adla qeydiyyatdan keçmiş digər müəssisə olan "İddiaçı" MMC-nin (hüquqi şəxs barədə məlumat əlavə edilir) dövlət büdcəsinə borcu olmadığından yanlış olaraq iddiadan imtina olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2018-ci il 30 avqust tarixli, 22(103)-398/2018 saylı qərardadı ilə iddiadan imtina təsdiq edilmişdir. Sonradan iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 07 noyabr tarixli, 22(102)-468/2018 saylı qərardadı ilə kassasiya şi kayəti mümkün sayılmamışdır.

17. Bundan sonra vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə işlənilmiş 364.411,44 manat borc şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sinə qaytarılmışdır. İddiaçı tərəfindən vergilər üzrə artıq ödənilmiş və qətnamə üzrə borca aid edilmiş 277.486.99 manat məbləğində ödəniş nəzərə alınaraq, iddiaçının dövlət büdcəsinə olan borcları azaldılmışdır. İddiaçının tələbetmə müddəti keçmiş borcları isə 2019-cu il 28 iyun tarixdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi işin faktiki hallarına uyğun gəlmir. Müəssisənin şəxsi hesab vərəqəsinə əsasən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa olunmasını tələb etdiyi məbləğ silinməmiş və iddiaçının dövlət büdcəsinə olan borclarına aid edilmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi, qüvvədə olan qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir.

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanu nla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Eyni zamanda məhkəmə qətnamələri olmasaydı belə iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmiş məbləğlər müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsinə aid olacaqdı.

19. Beləliklə, iddiaçının iddia ərizəsində qeyd etdikləri onun formal mülahizələrindən ibarətdir və hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

20. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 07 oktyabr tarixli, 2-1(112)-2055/2020 say lı qərarı ilə iddia rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi işin faktiki hallarına uyğun gəlmir. Müəssisənin şəxsi hesab vərəqəsinə əsasən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa olunmasını tələb etdiyi məbləğ silinməmiş və iddiaçının dövlət büdcəsinə olan borclarına aid edilmişdir. Qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir.

22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-1(103)-443/2 021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 07 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 88-ci maddəsinin hazırkı məsələyə tətbiq edilməsi məhkəmə tərəfindən qanunvericiliyin tətbiqində kobud nöqsana yol verdiyini təsdiq edir. Belə ki, Vergi Məcəl ləsinin 88-ci maddəsində qeyd olunmuş ardıcıllıq məhkəmə qərarı ilə təmin edilmiş borclara deyil, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə yaranmış digər borclara aid edilir.

27. Məhkəmə kollegiyası iddiaçının şəxsi hesab vərəqəsi üzrə 2012-ci ildə yaranmış artıq ödəmələrin məhkəmə qərarı ilə təmin edilmiş borclara aid edilməsinin qanunsuz olması məsələsinin 7 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilməsini qeyd etməklə, yenə də maddi hüquq normasının tətbiqində kobud səhvə yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsində təsbit edilmişdir ki, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş ve rgilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

28. Göründüyü kimi, vergi ödəyicisi 5 il ərzində dövlət büdcəsinə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergi orqanından tələb edə bilər. Başqa sözlə, əgər vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi yaranmış və vergi ödəyicisi həmin artıq ödəmənin qaytarılmasını və yaxud digər vergilərlə əvəzləşdirilməsini 5 il ərzində tələb etmədisə, həmin müddət keçdikdən sonra bir daha tələb edə bilməz. Lakin hazırkı halda məsələ tamam fərqlidir. İddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə yarandıqdan sonra vergi orqanı qanunsuz olaraq həmin artıq ödəməni məhkəmə qərar ı ilə təmin edilmiş borclara silmişdir ki, bu halda da söhbət artıq ödəmənin tələb edilməsindən deyil, qanunsuz olaraq məhkəmə qərarı ilə təmin edilmiş borclara silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsindən gedir. Belə olan halda isə, qanunsuz silinmiş vəsaitlərin geri qaytarılması ilə bağlı tələbin irəli sürülməsində vergi qanunvericiliyində hər hansı müddət nəzərdə tutulmamışdır. Başqa sözlə, Vergi Məcəlləsinin 85.5-ci maddəsi 5 il ərzində artıq ödənilmiş vergilərin qaytarılmasına aid edilmiş və qanunsuz silinmiş vəsaitlərin qaytarılmasının tələb edilməsinə heç bir aidiyyəti yoxdur.

29. Beləliklə, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarının tələbləri nə riayət etməməklə düzgün olmayan qərar qəbul etmişdir. kassasiya şikayətinə etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.

31. Bundan əlavə, etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən Ali Məhkəmənin bir neçə qərarına istinad edilmiş və bildirilmişdir ki, iddiaçı tərəfindən ödənilmiş məbləğlərin məhkəmə qətnaməsi əsasında əmlaka yönəldilmiş borclara silinməsi qanuni deyildir. Əvvəla, qeyd edilməlidir ki, hər bir işin spesifik xüsusiyyətləri olduğundan əvvəllər qəbul edilmiş məhkəmə qərarlarını işə tətbiq etməzdən öncə baxılan işin halları ətraflı araşdırılmalıdır. Belə ki, hazırkı halda borcun əmlaka yönəldilməsi ilə bağlı qərarın icrası mümkün olmadığından icra məmuru icra vərəqəsini qaytarmışdır. Belə ki, icra məmuru borcun ödənilməsini təmin edə bilməmiş və artıq bununla bağlı heç bir hərəkət edə bilmədiyindən icra vərəqəsini geri qaytarmışdır. Belə olan halda, iddiaçının borcun alınması ilə bağlı hərəkətlərin məhz icra məmuru tərəfindən edilməli olması ilə bağlı israrları əsassızdır. Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Beləliklə, icra məmuru tərəfindən borcun ödənilməsi təmin edilməmiş, icra məmuru bunu icra sənədini aidiyyəti üzrə geri qaytararaq bildirmişdir. Belə olan halda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.6-cı maddəsi ndə nəzərdə tutulan hüquqların həyata keçirilməsi üçün hərəkətlərin edilməsinə məhdudiyyət qoyula bilməz.

32. Bundan əlavə, iddiaçı iddia ərizəsində cari fəaliyyəti nəticəsində 2012-ci il 13 iyun tarixə mövcud olmuş 110.380,48 manat artıq ödəmənin vergi orqanı tərəfindən. 2012-ci il 18 iyun tarixdə, 2012-ci il 15 iyul tarixə mövcud olmuş 62.362,29 manat artıq ödəmənin isə 2012-ci il 10 avqust tarixdə qanunsuz olaraq vergi borclarına aid edilməklə silindiyini göstərsə də, bunu məhkəmə qaydasında yalnız yeddi ildən artıq bir müddət keçdikdən sonra mübahisələndirmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesabla nmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

33. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

34. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər lər».

36. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halla rı) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

40. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin yuxarıda istinad edilən və birbaşa qüvvədə olan X hissəsinin tələbindən göründüyü kimi dövlət orqanları yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun.

41. İddiaçının iddia ərizəsində olduğu kimi, apellyasiya şikayətində də cavabdehin mübahisələndirilən hərəkətlərinin vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına dair dəlillər irəli sürməsinə baxmayaraq, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməmiş, birinci instansiya məhkəməsinin qərarındakı əsaslara istinad etməklə kifayətlənmişdir.

42. Məhkəmə kollegiyası İPM-in 87.8-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəli llərinə münasibət bildirilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmir. İddiaçının iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı onun tərəfindən artıq ödənilmiş vergi məbləğinə münasibətdə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və bu hərəkətlərin nəticələrinin aradan qaldırılmasını tələb edir.

44. Belə olan halda, məhkəmə iddiaçının iddia tələbinin həmin hissəsinə münasibətdə Vergi Məcəlləsinin 85.5-ci maddəsini tətbiq etməkdə və işin hallarının araşdırılmasını da həmin normanın dispozisiya şərtlərinə uyğun aparmaqda haqlı olmamışdır.

45. Digər tərəfdən, məhkəmə həmin normada nəzərdə tutulmuş 5 illik müddətə əsaslanmaqla 2012-ci il 13 iyun tarixə mövcud olmuş 110.380,48 manat artıq ödəmənin vergi orqanı tərəfindən 2012-ci il 18 iyun tarixdə, 2012-ci il 15 iyul tarixə mövcud olmuş 62.362,29 manat artıq ödəmənin isə 2012-ci il 10 avqust tarixdə vergi borclarına münasibətdə cavabdehin hərəkətlərini məhkəmə qaydasında yalnız yeddi ildən artıq müddət keçdikdən sonra mübahisələndirdiyini qeyd etsə də, MTK-nın 2016cı il 07 iyul tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəməsinin 2016-cı il 08 iyul tarixdə məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borca aid edilməsinə (əvəzləşdirilməsinə) münasibətdə iddianın əsassızlığına dair gəldiyi nəticəni əsaslandırmamışdır.

46. Öz növbəsində, cavabdeh də iddia tələbinə və şikayətlərə qarşı etirazlarında MTK-nın 2016-cı il 07 iyul tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəməsinin 2 016-cı il 08 iyul tarixdə məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borca aid edilməsinə (əvəzləşdirilməsinə) münasibətdə iddianın əsassızlığına dair müddətlə bağlı hər hansı dəlil irəli sürməmişdir.

47. İddiaçı birinci tələbin əsası kimi bəyan edir ki, cavabdeh əvəzləşdirmənin nədən ibarət olduğunu açıqlamamış və bu barədə cəmiyyətə ümumiyyətlə hər hansı məlumat verməmişdir. Ümumiyyətlə vergi qanunvericiliyində vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “vergilər üzrə vərəqə”də yaranmış artıq ödəmələrin və cari vergi öhdəliklərinin yerinə yetirilməsi üçün ödənilmiş məbləğlərin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də mövcud olan borclara aid edilməsi və yaxud əvəzləşdirilməsi üçün hər hansı müddəa və hüquqi əsas nəzərdə tutulmamışdır.

48. Apellyasiya instansiyası məhkəməs i vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə işlənilmiş 364.411,44 manat borcun şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sinə qaytarılmasında ifadə olunan hərəkətinin qanuni əsasını göstərməmişdir. Cavabdehin və məhkəmələrin istinad etdikləri Vergi Məcəlləsinin 88-ci maddəsi isə cavabdehin mübahisələndirilən hazırkı məzmunda hərəkətinin qanuniliyinin əsası kimi çıxış edə bilməz. Belə ki, həmin norma vergi borcunun, həmçinin əvəzləşdirmənin (artıq ödəmənin vergi borcuna aid edilmənin) əsaslarını deyil, qanuna əsasən vergilər üzrə yaranmış borcun ödənilməsinin yalnız sıra ardıcıllığını müəyyən edir.

49. Digər tərəfdən, iddiaçı cavabdehin özünün əvəzləşdirdiyi (apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi - artıq ödəmənin vergi borcuna aid etdiyi) borc məb ləğini vaxtı ötmüş borca aid edir. Bu səbəbdəndir ki, o, məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətinin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsini də iddia etmiş, bu tələbin əsası kimi qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364 411,44 manat məbləğində borc 2008-ci ilin 1 dekabr ayınadək yaranmış borclardan ibarətdir ki, bu da Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətinin başa çatdığı 1 dekabr 2013-cü il tarixə təsadüf edir və qeyd olunan müddət başa çatdıqdan sonra hətta vergi borcunun əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qüvvədə olsa belə, tələbetmə müddəti bitmiş vergi borcu ümidsiz borc kimi silinməlidir.

50. Məhkəmələr idd iaçının iddia tələbinin birinci hissəsini Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinadla rədd etməklə, iddianın digər hissəsi – “məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətinin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi” tələbi üzrə hər hansı araşdırma aparmamış, iddiaçının həmin tələbinin əsası kimi istinad etdiyi hallara qiymət verilməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8, 82 və 87.8ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-1(103)-443/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar