Məhkəmə qərarları › İş №2-1(102)-829/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-829/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-829/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təyin edilmiş və sonradan dayandırılmış pensiya ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (AZE0*******, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-373/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus 2 fevral 1978-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı 4 nömrəli Birləşmiş Xəstəxanada 1 fevral 1978-ci ildə xadimə vəzifəsinə təyin edilmiş, 1 sentyabr 1978-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 21 fevral 1980-ci ildə İxtisaslaşmış Təmir Tikinti İdarəsi № 5 “İxtisaslaşmış Təmir Tikinti” Trestində katibmakinaçı vəzifəsinə təyin edilmiş, 1 oktyabr 1997-ci ildən 5 noyabr 2014-cü ilədək “Neftqaztikinti” tresti Yol Tikinti Təmir İdarəsində asfalt-betonçu peşəsinə işləmişdir. 10 avqust 2015-ci ildə Asfaltbeton istehsalı sahəsinə olmaqla yardımçı fəhlə peşəsinə işə qəbul edilmiş və hal-hazıradək orada işləyir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən iddiaçıya 8 noyabr 2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 4 dekabr 2020-ci ilə qədər həyata keçirilmiş, sonradan pensiya üzrə ödənişlər dayandırılmışdır.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh 1 mart 2021-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr zərərli peşələrə aid olmadığı üçün onun güzəştli iş stajı yoxdur, buna görə də 8 noyabr 2013-30 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzin də ona 19547,33 manat artıq pul vəsaiti ödənilmişdir. Bununla əlaqədar əmək pensiyası dayandırılmış və artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 5 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə il müraciət edərək güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə X5 departamentinin ona 7 il əvvəl təyin edilmiş pensiyanı ləğv etmək səlahiyyəti yoxdur. Onun işlədiyi “Asfalt-betonçu” peşəsi elə “asfaltdöşəyən fəhlə” peşəsi ilə eynidir. D eməli, DSMFnin buna əsaslanaraq onun pensiyasını dayandırması və ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı tələbləri qanunsuzdur və onun pozulmuş hüquqları bərpa olunmalıdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Neftqaztikinti” trestinin 26 aprel 2021-ci il tarixli, SOCAR**********30490075X00173 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı hal-hazırda “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində çalışır. Sorğuda göstərilənlərə dair bildirilir ki: - Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin v ahid tarif-ixtisas sorğu kitabçası”nda (VTİSK-3) asfaltdöşəyən peşəsi öz əksini tapmır, asfaltbeton döşəyən peşəsinin isə asfalt beton kütləsi yayan maşının maşinisti olduğu göstərilmişdir. - “Neftqaztikinti” trestində yardımçı fəhlə peşəsinə qədər İddiaçı asfalt-betonçu peşəsində çalışmışdır. Bu peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 nömrəli Qərarına əsasən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda əks olduğu üçün 6 təqvim günü əlavə məzuniyyət verilmişdir - İddiaçı 1 iyun 2001-ci il tarixindən 1 avqust 2015-ci il tarixinədək asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələrində işlədiyi müddətdə, iş yerlərinin attestasiyas ının nəticələri nəzərə alınaraq, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq əmək haqqına 1.08 miqdarında (8%) artım əmsalı tətbiq edilmişdir. - Asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmadan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzüc ü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması və sair bu kimi oxşar işlər yerinə yetirilir. SOCAR-ın “Neftqaztikinti” trestinin 23 aprel 2021-ci il tarixli, arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən 1 oktyabr 1997-ci il tarixində (əmr № 81/a, 20 oktyabr 1997-ci il) “Azərdənizneftinşaat" trestinin 3 saylı İxtisaslaşmış Təmir Tikinti İdarəsinə 2 nömrəli sahəyə 2-ci dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 1 iyun 1998-ci il tarixində (əmr № 47/a, 25 iyun 1998-ci il) 5 nömrəli sahəyə 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilib. xx.xx.2001-ci il tarixində (əmr № 15-k, 1 may 2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 3 il 7 ay təşkil edir. - İddiaçı 1 iyun 2001-ci il tarixində (əmr № 06-k, 1 iyun 2001-ci il) “Azərdənizne ftinşaat” trestinin 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialına 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 1 avqust 2002-ci il tarixində (əmr № 35/k, 1 avqust 2002-ci il) 4-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilib. 23 may 2008-ci il tarixində (əmr № 71-k, 23 may 2008-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 11 ay 22 gün təşkil edir. - “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “Neftqaztikinti” trestinin tərkibinə verilib. SOCAR-ın 14 mart 2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən “Azərdənizneftinşaat” trestinin 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialının adı dəyışdirilərək “Neftqaztikinti” trestin in 5 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. - İddiaçı 26 may 2008-ci il tarixində (əmr № 23-k, 26 may 2008-ci il) “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinə 4-cü dərəcəli asfaltbetonçu peşəsinə işə qəbul edilib. 4 noyabr 2014-cü il tarixində (əmr № 259-k, 4 noyabr 2014cü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 5 ay 8 gün (altı il beş ay səkkiz gün) təşkil edir. - İddiaçı 5 noyabr 2014-cü il tarixində (əmr № 244-k, 5 noyabr 2014-cü il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsinə 4-cü dərəcəli asfaltbetonçu peşəsinə işə qəbul edilib, 8 yanvar 2015-ci il tarixində (əmr № 04-k, 8 yanvar 2015-ci il) Asfaltbeton İstehsalı sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə peşəsinə keçirilib. 7 avqust 2015-ci il tarixi ndə (əmr № 201-k, 7 avqust 2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 2 gün təşkil edir. - İddiaçı 10 avqust 2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000175, 10 avqust 2015-ci il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün Asfaltbeton İstehsalı sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 5 il 8 ay 13 gün təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X2) 28 iyul 2021-ci il tarixli, 2-1(112)5486/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası möv cuddur. Həmin kitabçada iddiaçının asfaltdöşəyən, asfaltbetonçu peşələrində işləməsi barədə qeydlər mövcuddur, işə qəbul, işdən çıxma barədə əmrlər tarixləri, nömrəsi ilə qeyd edilməklə işəgötürən tərəfindən möhürlə təsdiqlənmişdir. Bundan əlavə, işəgötürən tərəfindən iddiaçının müvafiq peşələrdə işləməsi ilə bağlı arxiv arayışları da təqdim edilmişdir. İddiaçı qeyd edilən peşələr üzrə əmək haqqı almış, iş yerinin zərərliliyinə görə onun əmək haqqına əlavələr verilmişdir. İddiaçının işlədiyi müddətdə vəzifə funksiyalarını həmin peşələrin təyinatına uyğun düzgün icra edib-etməməsinə qiymət vermək və ya bununla bağlı mübahisə açmaq isə işəgötürənin bilavasitə səlahiyyətinə aid olan məsələdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraa t zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd edilənləri nəzərə alaraq hesab edilir ki, iddiaçının adıçəkilən peşələrdəki əmək stajını şübhə altına alan hər hansı hal iş üzrə müəyyən edilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin verdiyi 12 yanvar 2022-ci il tarixli məktubun məzmunundan müəyyən o lundu ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən daxil olmuş 24 oktyabr 2020-ci il tarixli məktubla verilmiş tapşırığa əsasən dayandırılmış qərarın təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3-sədrlik edən, X4 və X1) 12 yanvar 2021-ci il tarixli, 2-1(103)-373/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5486/2021 nömrəli 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən 1 mart 2021-ci il tarixli məktubla iddiaçının pensiya ödənişinin dayandırılması nəzərə çatdırılmaqla yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılması tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan hər iki məsələnin iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati akta yönəlik məsələ olduğunu nəzərə alaraq hesab edir ki, hər iki məsələ barədə ayrı-ayrılıqda inzibati akt qəbul edilməli idi. Lakin göründüyü kimi, cavabdeh inzibati orqan hər iki məsələ ilə bağlı iddiaçıya 1 mart 2021-ci il tarixli məktub ünvanlamaqla kifayətlənmiş və tələb ol unan 19547,33 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını da əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən aparılan araşdırmanın (pensiya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış, bu zaman isə diskresion səlahiyyətin qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət vermədən iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın qanuniliyini yoxlamaq vəzifəsini üzərinə götürərək mahiyyəti üzrə araşdırma aparmışdır ki, bu da maddi hüquq normaları ilə yanaşı, prosessual hüquq normalarının da pozulması kimi qəbul edilir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə iddianın təmin edilməsi qənaətinə gələrkən id diaçıya 8 noyabr 2013-cü il tarixdən təyin edilmiş pensiyanın nə vaxtdan dayandırılmasını müəyyən etmək üçün inzibati icraat materiallarını (inzibati icraatla bağlı belə araşdırma aparılmışdısa) tələb etmədiyi üçün qərarın nəticə hissəsində pensiya ödənişinin hansı tarixdən bərpa edilməli olduğunu da göstərə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 oktyabr 1997-8 noyabr 2013-cü il tarixləri arasındakı dövrlər ərzində "Azərdənizneftinşaat" trestində və "Neftqaztikinti" trestində asfaltbetonçu və asfaltdöşəyən vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi asfaltbetonçu və asfaltdöşəyən vəzifələri asfalt-beton döşəyənlər vəzifəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. İddiaçıya 8 noyabr 2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası təyin edilmişdir.

16. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə X5 departamenti tərəfindən iddiaçıya 8 noyabr 2013-30 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19547,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya məktub gondərilərək artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarmağı xahiş edilmişdir. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-373/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq əmək haqqına 8% artım əmsalı tətbiq edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məh kəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələri nin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab ol unur.

24. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

26. İddiaçının əmək kitabçasındakı, habelə işəgötürənin məktubunda iddiaçının görmüş olduğu işlərin xüsusiyyətləri ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

27. Göründüyü kimi, inzibati orqan qeyd olunan məlumatların yalnız həqiqətə uyğun olmadığını sübuta yetirdiyi halda, həmin sta j dövrlərini qəbul etməyə bilərdi.

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-373/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar