Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-829/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: azadlıqdan məhrumetmə müddətində olan dövrün iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Rusiya Federasiyasında yerləşən “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla, cəmi 27 il 11 ay müddətin iş stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-392/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1975 -xx.xx.1977-ci illərdə (1 il 9 ay 23 gün) hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, xx.xx.1982 – xx.xx.1985 (3 il, 17 gün), xx.xx.1987 – xx.xx.2004 (17 il, 6 ay, 28 gün) illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. İddiaçı xx.xx.1977-ci ildə Qorki Qarnizonu Hərbi Tribunalı tərəfindən 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1977-xx.xx.1982-ci illərdə cəzasını çəkmiş, xx.xx.1982-ci ildə cəzasının çəkilməsindən vaxtından əvvəl şərti azad edilmişdir.
4. İddiaçı islah əmək düşərgəsində olduğu müddətdə yəni, xx.xx.1978-xx.xx.1979-cu illərdə Qorki vilayətinin Burepolom qəsəbəsində texniki peşə məktəbində avtomobillərin təmiri üzrə çilingər peşəsi üzrə təhsil almışdır.
5. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş və həmin müra ciətə cavab olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, 22 il 5 ay sığorta stajının olmasını və bu müddətin tələb olunan 25 ildən az olmasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Rusiya Federasiyasında yerləşən “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla cəmi 27 il 11 ay müddətin iş stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət və əmək fəaliyyəti müddətlərini, həmçinin, Rusiya Federasiyasında yerləşən “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi cəza çəkdiyi 5 il 6 ay müddəti nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, iddiaçının 22 il 5 ay sığorta stajının olmasını və bu müddətin tələb olunan 25 ildən az olmasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir.
8. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cəza çəkdiyi dövrdə işləməsinə dair heç bir sənəd təqdim etməmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1311/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X2 Filialının üzərinə Rusiya Federasiyasında yerləşən “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla, cəmi 27 il 11 ay müddətin sosial sığorta stajına daxil edilərək İddiaçı, hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.
10. Məhkəmə qeyd et mişdir ki, iddiaçının mübahisələndirilməyən 22 il 5 ay sosial sığorta stajı ilə, “X1”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi cəza çəkdiyi 5 il 6 ay müddət toplandıqda iddiaçının 25 ildən çox sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-392/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və imtinanın dəlilləri ilə eynilik təşkil edir.
16. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 7-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, MPMin 385.1.1, 386 və İPM-in 1.2, 12.1, 58.7, 90-99-cu maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə
149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 19. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanu nu: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 67-ci maddəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt. 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya t əminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi m əbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2 və 3.2.1. 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş dire ktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bənd
12. Həbsdə saxlanılma müddəti, azadlıqdan məhrumedilmə yerlərində cəza çəkmək və sürgündə olma müddəti i slah-əmək müəssisələrinin və ya daxili işlər orqanlarının arayışlarına əsasən təsdiq edilir və iş stajına o halda daxil edilir ki, bəraət alması barədə sənəd (məhkəmə, prokurorluq, ibtidai istintaq və istintaq orqanlarının bəraət alması və ya cinayət işinin xətm edilməsi barədə hökm və qərarları) təqdim edilsin. Bənd
15. Azadlıqdan məhrumedilmə müddətində iş dövrünün ümumi iş stajına daxil edilməsi müddəti islah əmək müəssisələrinin müdiriyyətinin təqdimatı üzrə məhbusların nümunəvi davranışı nəzərə alınmaqla məhkəmənin qərarı ilə müəyyən olunur.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kas asiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkə məsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mübahisələndirilməyən sosial sığorta stajının müddəti 22 il 5 aydır. Cavabdehin imtinasının əsasını iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmaması, 22 il 5 ay sığorta stajının olmasını və bu müddətin tələb olunan 25 ildən az olması təşkil edir.
31. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi t ərəfindən müəyyən edilmişdir ki, iddiaçının azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi dövr sığorta stajına daxil edildiyi təqdirdə onun 25 ildən az olmayan staja malik olması əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.
32. Cavabdeh kassasiya şikayətində məhkəmənin bu mövqeyini mübahisələndirərək qeyd etmişdir ki, iş materiallarında iddiaçının cəza çəkdiyi dövrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair sübut yoxdur.
33. Məhkəmə kollegiyası bu məqamla bağlı xüsusi olaraq qeyd edir ki, iddiaçının cəza çəkdiyi dövrdə qüvvədə olan islah-əmək qanunvericiliyində ictimai faydalı əmək islahəmək müəssisələrində cəza çəkən şəxslərin islah olunması və yenidən tərbiyələndirilməsi ilə bağlı əsas vasitələrdən biri kimi nəzərdə tutulurdu. Belə ki, SSRİ Ali Soveti tər əfindən qəbul edilmiş xx.xx.1969-cu il tarixli 4074 saylı Qanunla təsdiq edilmiş “SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin Əsasları”nın, habelə onun əsasında Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş və 1971-ci il iyunun 1-dən qüvvəyə minmiş “Azərbaycan SSR İslah Əmək Məcəlləsi”nin müvafiq olaraq 1-ci maddələrinə əsasən islah-əmək qanunvericiliyinin vəzifəsi cinayət cəzasının icrası zamanı həm də məhkumların islah olunmasına və əməyə vicdanlı münasibət, qanunlara dürüst əməl etmək və sosialist birgəyaşayış qaydalarına hörmət etmək ruhunda yenidən tərbiyələndirilməsinə nail olmaqdan ibarətdir. İstinad olunan həmin qanunvericiliyin normaları ilə islah-əmək müəssisələrində və həbsxanalarda cəza çəkən şəxslər üçün 8 saatlıq iş günü müəyyən edilmişdir. Həm çinin həmin qanunvericiliyin tələblərinə görə azadlıqdan məhrum edilmiş şəxslərin əməyi onun kəmiyyət və keyfiyyətindən asılı olaraq xalq təsərrüfatında qüvvədə olan normalar üzrə ödənilirdi (“SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin əsasları”nın 7 və 28-29-cu maddələri). Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1446/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı.
34. Qeyd olunan normalardan göründüyü kimi, islah-əmək müəssisələrində cəza çəkən şəxslərin əmək fəaliyyətinə cəlb olunması məcburi xarakter daşıyır və məhkumların ictimai faydalı əməkdən yayınmasına yol verilmirdi. Əksinə, ictimai faydalı əmək məhkumların islah və yenidən tərbiyə olunmasının vacib vasitələrindən hesab olunurdu. Məhkəmə kollegiyasının qən aətinə görə həmin tələblər iddiaçıya münasibətdə də keçərli sayılmalıdır.
35. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının mübahisələndirilməyən 22 il 5 ay sosial sığorta stajı ilə, islah əmək kaloniyasında xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi cəza çəkdiyi 5 il 6 ay müddət toplandıqda iddiaçının 25 ildən çox sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya pensiya təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Yuxarıda göstərilənlər ə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-392/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.