Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-829/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi; əmək pensiyasının yenidən təyin edilməsi barədə iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Zaqatala şəhəri X4 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-530/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının ərizəsi əsasında DSMF-nin Zaqatala rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli, 189 nömrəli qərarı ilə iddiaçıya xx. xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268,61 manat pensiya almışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçının əmək pensiyasının ödənişini dayandırmışdır.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən 25 il 11 ay 29 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.198 0-ci il tarixindən xx.xx.2003-cü il tarixədək iddiaçının işlədiyi Zaqatala şəhər X2 1994-cü il tarixindən sonra əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə, 25 il sığorta stajı olmadığı halda (faktiki staj: 16 il 11 ay) iddiaçıya 25 il 11 ay 29 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixindən əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 8.774,10 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyy əti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiya hüququ olmadığı üçün ona xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin məbləği ötən dövrdəki ayların sayına bölünərək iddiaçının cari müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən artıq ödənilmiş yaşa görə əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli 25690 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən artıq ödənilmiş 8.774,10 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) iddiaçının aylıq əlilliyə görə sosial müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Zaqatala şəhəri X4 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrü - illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyi nin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268,61 manat pensiya almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırmış, qanunsuz olaraq hüquqlarını pozmuş və əmək pensiyasını ləğv etmişdir. İddiaçı cavabdehə pensiyanın dayandırılması səbəbi barədə sorğu və müraciət yazmış və pensiyanın dayandırıldığı gündən bərpa olunmasını xahiş etmişdir. Lakin cavabdeh iddiaçının əmək pensiyasını bərpa etməmiş, yazdığı məktubda isə ona təyin olunmuş sosial pensiyadan tutulma apardığını yazmışdır. Eyni zamanda cavabdeh iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən iddiaçının 25 il 11 ay 29 gün sığorta stajı vardır. Lakin arxiv arayışına əsasən iddiaçının pensiyası dayandırılmışdır. Arxiv arayışında yazılmışdır ki, xx.xx.1980-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi Zaqatala şəhər X4 iddiaçıya 1994-cü il tarixindən sonra əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. İddiaçı hesab edir ki, onun sığorta stajını təsdiq edən əmək kitabçası vardır. Əmək haqqı kitablarının arxivə təhvil vermək onun vəzifəsi deyildir. İmtina əsassızdır. Cavabdehin etirazları:
8. Cavabdehin iddia tələbinə qarşı etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2 023-cü il tarixli, 2-1(116)-265/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, iş materialları ilə onun pensiya təminatına imkan verən 25 il sığorta stajına malik olması öz təsdiqini tapmır. Göstərilən dövrlərdə iddiaçının əmək kitabçasında qeyd olunan məlumatların araşdırması zamanı, göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Bununla yanaşı, əmr kitabında olan məlumatların (xx.xx.1980-ci il tarixdən işə daxil olmasını təsdiq edən əmrin) səlahiyyətli şəxs tərəfindən imzalanmadığı aşkar olunmuşdur. Odur ki, digər dövrlərə münasibətdə də əlavə araşdırma aparılması zərurəti aradan qalxmışdır.
11. Beləliklə, iddiaçının xx.xx.1980-xx.xx.2003-cü illərə dair iş illərinin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Cavabdehin imtinası əsaslıdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-530/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx. xx.2023-ci il tarixli, 21(116)-265/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Zaqatala şəhəri X4 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin imtinasının dəlili xidməti yoxlama zamanı Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.2003-cü il tarixədək iddiaçının işlədiyi Zaqatala şəhər X2 1994-cü il tarixindən sonra əmək haqqı cədvəllərində onun adının aşkar edilməməsi ndən ibarət olmuşdur. Məhkəmə kollegiyası cavabdehin iddiaçının müraciətinə imtinasında göstərdiyi dəlil və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.
15. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
16. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlmişdir.
17. Cava bdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
19. Cavabdeh, həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Zaqatala şəhər X4 işləməsini əks etdirən əmrlərdən çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir.
20. Arxiv müdiri tərəfindən qeyd əlavə edilməklə vətəndaşın işə girməsini əks etdirən əmr vərəqinin sonunda başqa xətlə yazıldığı məhkəmənin diqqətinə çatdırılmışdır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi, iddiaçının 1980-ci il tarixli işə girmə əmrinə sonradan müdaxilə edilərək düzəlişlər edildiyini və həmin faktın araşdırılması üçün Zaqatala rayon Prokurorluğuna göndərilməsini nəzərə almamış, həmin dəlilə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, iddiaçının işə girmə əmrinə düzəlişlər edilməsi, onun səlahiyyətli şəxs tərəfindən imzalanmaması iddiaçının mübahisələndirilən müəssisədə ümumiyyətlə işləməsini şübhə altına alır.
21. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsinə əsaslanmışdır. Qərarda X.İsmavılovun mübahisələndirilən müəssisədə vəzifəsinin nə olması, ümumiyyətlə əmrlərin imzalanması səlahiyyətinin olub-olmamasını araşdırmamışdır. Bundan əlavə, məhkəmə yalnız X.İsmavılovun “iddiaçının işdən çıxma əmrindəki İsmayılov sözünün qarşısındakı imza mənə məxsusdur” sözünə istinad etməklə iddia tələbini təmin etmişdir. Halbuki, imzanın şəxsə məxsus olmasını müəyyən etmək xüsusi bilik tələb edir. Məhkəmə şahid qismində dindirilmiş X.İsmayılovdan imza nümunələri götürərək, iddiaçının işdən çıxma əmrindəki imza ilə nümunədəki imzaların eyni şəxsə məxsus olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin etməli idi.
22. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi. xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək iddiaçının işlədiyini iddia etdiyi Zaqatala səhər X2 1994-cü il tarixdən sonra əmək haqqı ödənilmədiyinin səbəblərini araşdırmamış, qərarda ümumiyyətlə sözügedən dəlilə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmiş dir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.... Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 25. “İnzibati icraat haqqında” Qanun Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.... Madd ə
36. İnzibati icraatda iştirakçılar... 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
26. İnzibati Prosessual Məcəllə: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və y a qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həm çinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı “İddiaçı Zaqatala şəhəri X4 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsində ləğv edilməli, iddia həmin hissədə mümkün sayılmamalı, şikayət qalan hissədə əsassız olduğundan rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı “qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hiss əsində dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 30. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda təsdiq edir ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı iddiaçıya onun 25 il sığorta stajı olmadığı halda, 25 il 11 ay 29 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən o lunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixindən əmək pensiyasının ödənişi dayandırılmışdır.
32. İşin materiallarında iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (inzibati aktın) ləğv edildiyinə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair hər hansı sübut yoxdur.
33. İddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qüvvədə olduğu halda, iddiaçı yenidən ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edə bilməzdi.
34. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda (əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) tələb hüququ olmadığından iddia həmin hissədə mümkünsüzdür.
35. Kassasiy a şikayətinin dəlilləri həmin məzmunda iddianın mümkünsüzlüyü ilə bağlı məhkəmə kollegiyasının gəldiyi nəticəyə təsir etmir.
36. İddianın “qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə gəldikdə, məhkəmə kollegiyası iddianı həmin hissədə əsaslı hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbi baxımından, yəni iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə inzibati akt qüvvədə olduğu halda, cavabdeh inzibati icraat qanununda nəzərdə tutulmuş qaydada müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda haqlı sayıla bilməz.
37. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq i nzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
38. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
39. Həmçinin “Əmək pensiyalar ı haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur.
40. Beləliklə, cavabdehin iddiaçının pensiyasının dayandırılması barədə hərəkətləri qanunsuzdur və şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğvinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-530/2023 saylı qərarı “İddiaçı Zaqatala şəhəri X4 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün s ığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsində ləğv edilir. İddia həmin hissədə mümkünsüz hesab edilir. Şikayət qalan hissədə rədd edilir. Qərar “qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılır. Qərar qətidir.