Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-83/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin bərpasından imtina, apelyasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17.02.2021 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə F ondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı müavinətin hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)1323/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 2019-cu il 24 may tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir və həmin tarixdən etibarən ona cavabdeh tərəfindən müavinətlərin ödənilməsi həyata keçirilir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, həmin müavinətin ona müharibə veteranı adının və vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün də ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, ona xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına verilən Prezident təqaüdü ödənildiyindən 3 il əvvələ müavinət ödənilməsi mümkün sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı hazırki iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2030/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1323/2020 nömrəli qərardadı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Məmmədov və A.Hüseyn) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)154/2020 saylı qərarından verilmiş apelyasiya şikayəti mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.
8. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayəti onunla əsaslandırılır ki, DSMF-nin Məhkəmə mübahisələri ilə iş İdarəsi xx.xx.2020-ci il tarixli əmrlə yaradılmışdır və xx.xx.2020-ci il tarixdən fəaliyyətə başlamışdır. Mübahisələndirilən qərarla əlaqədar olaraq DSMF-nin Suraxanı rayon şəbəsi ilə əlaqə saxlanılmı ş, oradan bildirilmişdir ki, belə bir qərar şöbəyə daxil olmamışdır. Həmin qərar DSMF-nin Məhkəmə mübahisələri üzrə mərkəzi filialın nümayəndəsi Leyla Məmmədova tərəfindən məhkəmədə qəbzə imza edilməklə əldə edilmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Ölkə ərazisində COVİD-19 infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx xxxx 2020-ci tarixli qərarı qəbul edilmişdir. Həmin qərarın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şöbələrin əməkdaşlarının işə çıxmasına kvota qoyulmuşdur. Həmçinin əgər müddət ötürülmüş hesab olunarsa belə, karantin dövründə şöbələrin işçilərinin sayına kvota qoyulması səbəbilə həmin ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Maddə
87. Apelyasiya instansiyası məhkəməsində icraat 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apelyasiya mümkün say ılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. 87.5. Şikayətlə bağlı qərar apelyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
13. Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apelyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmi ş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apelyasiyanın mümkünlüyü məsələsinin həlli, apelyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir.
14. Apelyasiya instansiyası məhkəməsi də bu normalar əsasında hərəkət edərək apelyasiyanın mümkünlüyü əsaslarını yoxlamış və məsələnin həlli üçün əhəmiyyətli olan işin faktiki posessual halları kimi müəyyən etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı cavabdehə poçt müəssisəsi vasitəsilə xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. Cavabdehin nümayəndəsi məhkəmənin həmin qərarından apelyasiya şikayəti yazmış, şikayət xx xxxx 2020-ci il tarixdə poçt müəssisəsinə verilmiş və məhkəməyə xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. Yəni cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürülmüşdür.
15. Apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi isə, onu vermiş şəxs üçün neqativ hüquqi nəticə törədir. Çünki Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
16. Nəzərə alınmalıdır ki, qanunvericilk şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzürlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunaraq Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa etməlidir.
17. Cavabdehin nümayəndəsi də bu prosessual hüquqdan istifadə etməklə qərardan apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa olunmasını xahiş etmiş və müddətin üzürlü hesab olunması üçün üç əsas irəli sürmüşdür:
1. Qərarın surətinin DSMF-nin Suraxanı şəbəsinə göndərilməməsi;
2. Qərarın surətinin Məhkəmə mübahisələri üzrə mərkəzi filialın nümayəndəsi Leyla Məmmədova tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəmədən qəbzə imza edilməklə əldə edilməsi;
3. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx.xx.2020-ci il tarixli qərara əsasən ƏƏSMN tərəfindən şöbəl ərin əməkdaşlarının işə çıxmasına kvota (limit) qoyulması.
18. Cavabdehin birinci dəlili əsassızdır. Ona görə ki, iş materialları ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının cavabdehə poçt müəssisəsi vasitəsilə xx.xx.2020-ci il tarixdə çatdırılması müəyyən edilir.
19. Birinci instansiya məhkəməsinin qərarının cavabdehin nümayəndəsi tərəfindən məhkəmədən şəxsən imza etməklə sonradan alındığı barədə kassatorun dəlili də əsassızdır. Çünki bu barədə iş materiallarında hər hansı sübut yoxdur.
20. ƏƏSMN tərəfindən şöbələrin əməkdaşlarının işə çıxmasına kvota (limit) qoyulması da müddətin bərpa olunması üşün əsas hesab edilə bilməz. Belə ki, prosessual müddətlərin bərpa olunması məsələləri ilə bağlı hüquqi mövqelərə və formalaşmış məhkəmə təcrübəsinə görə, qanunla nəzərdə tu tulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kanara çıxsın, müvafiq hərəkətin yerinə qetirilməsinə maneə törətsin və ya məhdudiyyətlər yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
21. Cavabdehin təqdim etdiyi səbəblər, prosessual müddətin b uraxılmasına haqq qazandıracaq hallara (mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən onların dəf edilməsi imkanlarından kanara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyətlər yaradan) aid deyildir. Hazırki vəziyyətdə, müddətin buraxılmasının üzürlü sayılmasına imkan verən, habelə bununla bağlı çıxarılacaq məhkəmə aktını qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına almayacaq, qanunla nəzərdə tutulmuş prosessual əsaslar yoxdur. Məhkəmə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında cavabdehin ərizəsinin təmin edilməməsi və apelyasiya şikayətinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 21(103)-1323/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.