Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-83/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 sentyabr tarixli, 21(103)-1902/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 21 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməs inin 2020-ci il 14 aprel tarixli, 2-1(112)1474/2021nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı, 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq İddiaçı adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 sentyabr tarixli, 2-1(103)-1902/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məh kəməsinin 2020-ci il 14 aprel tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİNDA İCRAAT
6. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 sentyabr tarixli, 2-1(103)-1902/2021 nömrəli qərarından verdiyi kassasiya şikayətinin baxılması ilə bağlı cavabdehə qarşı artıq mübahisə predmeti olmadığından, inzibati iş üzrə icraatı dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli Fə rmanı ilə dəyişiklik edilərək, “Azərbaycan Respublikası Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının 3-1-ci hissəsinə görə: “...’’qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət (məhkumluğun müddəti) istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur.” 2021-ci il 15 noyabr tarixli Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2021-ci il 24 noyabr tarixli, 1184 nömrəli məktubla “1992-ci ildən həqiqi hərbi xidmət keçmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunmayan hərbi qulluqçuların adlı siyahısı” Azərbaycan Respublikasının Maliyyə Nazirliyin ə göndərilmişdir və həmin adlı siyahıda İddiaçı adının sıra nömrəsi 81-dir. Fərmanın icrası ilə bağlı mübahisə predmeti məhkəmədən kənar həll olunduğundan iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul olunmalıdır. Çünki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin özünə aid missiyanı yerinə yetirmişdir. Həmin Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Fərmanın 3.1-ci hissəsinə əsasən siyahını hazırlayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərmişdir. Mənzillərin bölüşdürülməsi vəzifəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirməkdədir.
8. İnzibati orqanın müraciəti və ona əlavə olunmuş sənədlərin (o cümlədən, iddiaçının adının yuxarıda qeyd olunan Siyahıya salındığını təsdiq edən sənədin) surətləri iddiaçıya təqdim olunduqdan sonra iddiaçının vəkili ərizə ilə müraciət edərək İddiaçı işinə Müdafiə Nazirliyi tərəfindən yenidən baxılana kimi məhkəmə işinin 20 (iyirmi) gün müddətinə təxirə salınmasını xahiş etmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi həmin ərizəyə əsasən təxirə salındıqdan sonra cavabdeh eyni məzmunla vəsatətlə məhkəməyə müraciət etmiş, iddiaçının adının yuxarıda qeyd olunan Siyahıya salındığını təsdiq edən sənədi təkrar təqdim etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM): Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciə tini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Cavabdehin “iş üzrə icraatın dayandırılması barədə” vəsatəti rədd edilməli, iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı sə bəblərdən irəli gəlir. 11. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərman ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmış, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiya yaradılmışdır. 12. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dek abr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 №-li Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”. 14. 2021-ci il 15 noyabr tarixli, 1476 №-li Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2021-ci il 24 noyabr tarixli, 1184 nömrəli məktubla “1992-ci ildən həqiqi hərbi xidmət keçmiş dövlə t vəsaiti hesabına mənzillə təmin olunmayan hərbi qulluqçuların adlı siyahısı” Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmiş və həmin adlı siyahıya İddiaçı adı daxil edilmişdir.
15. Beləliklə, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunmuşdur.
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vəsatətində İPM-in 67-ci maddəsinə istinad etsə də, nəticədə iş üzrə icraata xitam verilməsini deyil, iş üzrə icraatın dayandırılmasını (o cümlədən, təkrar vəsatətində) xahiş etmişdir.
17. Məhkəmə kollegiyası nəzərə alır ki, İPM-in 67-ci maddəsində, xüsusilə də inzibati orqan tərəfindən iddianın təmin edildiyi təsdiq olunduğu hallarda, iş üzrə icraatın dayandırılması üçün əsaslar nəzərdə tutulmadığından, cavabdehin həmin məzmunda tələbi təmin oluna bilməz. Bu isə, iddiaçının tələbinin t əmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda iş üzrə icraata xitam verilməsi imkanına təsir etmir. Belə ki, İPM məhkəmə tərəfindən həmin prosessual hərəkətin icrasını tərəflərin vəsatətindən asılı etməmişdir.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilir. İş üzrə icraata xitam verilir. Qərar qətidir.