Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-83/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; düzgün cavabdehə qarşı qaldırılmış iddia; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-N(N03)-2275/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı N985-N987-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.N992ci ildən xx.xx.N992-ci ilədək N nömrəli hərbi hissənin tərkibində olan Suraxanı batalyonunda Ağdərə döyüşlərində iştirak etmişdir.
3. Suraxanı Batalyonun komandiri, polis kapitanı F.C.Quliyevin imzasını təsdiq edən Tərtər rayon komendantı polis podpolkovniki Ə.Əliyev tərəfindən imzalanmış 38N93 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etmiş və göstərilən ezamiyyət müddətində rayonun əhalisinə hərtərəfli köməklik göstərmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli, 9/2-8797 saylı məktuba əsasən 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.20N8-ci il tarixli, N247 nömrəli məktuba əsasən iddiaçı həqiqətən xx.xx.N994-cü il tarixdə SHXÇDX-nin Suraxanı rayon idarəsi (keçmiş Suraxanı RHK) tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmışdır.
6. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
7. Cavabdeh N9 may 20N7-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mart-iyul N992-ci il tarixdə xidməti barədə məlumat olmadığından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı N2 sentyabr 20N7-ci il tarixdə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən veteran vəsiqəsinin verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə vete ran vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşmüşdür. Belə ki, xx.xx.N992-ci ildə Suraxanı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra Müdafiə Nazirliyinin əmri ilə ordudan tərxis olunmuş və bu barədə hərbi komissarlıq tərəfindən arayış verilmişdir. O, həmin döyüşlərdə iştirak etdiyinə görə cavabdehə müraciət edərək veteranlıq vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən göndərilən xx.xx.20N7-ci il tarixli məktubla müraciətindən imtina edilmişdir. Eyni zamanda Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən göndərilən xx.xx.20N7-ci il tarixli məktubda qeyd olunur ki, 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyi onun döyüşlərdə iştirakını təsdiqləyən sənədlər olmasına baxmayaraq ona veteranlıq vəsiqəsinin verilməsindən əsassız olaraq imtina etmişdir. Halbuki Müdafiə Nazirliyi xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər Tərtər rayonunda gedən döyüşlərdə iddiaçının iştirak etməsi barədə arayış vermişdir. Eyni zamanda müharibədə iştirakını təsdiq edən digər sənədlər və şahidlər də var.
10. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 20N7-ci il tarixli, 2-N(8N)5320/20N7 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2 aprel 20N8-ci il tarixli, 2-N(85)742/20N8 qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir.
12. Cavabdeh tərəfindən təqdim edilən iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, iddiaçıya mənsub hərbi biletdə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən hər hansı məlumat yoxdur. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N7-ci il tarixli 9/2-8797 nömrəli məktubunda da arxivdə iddiaçının xidməti barədə məlumatın aşkar olunmadığı bildirilir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Naz irliyi ilə hər hansı xidməti hüquq münasibətlərində olmasına dair sübuta malik deyildir. İddiaçının yalnız xx.xx.N992-ci ildən xx.xx.N992-ci il tarixədək “Suraxanı” könüllülər batalyonunun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirakına dair arayışı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Həmin Əsasnamənin dördüncü bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 20N8-ci il tarixli, 2-N(82)26N9/20N8 nömrəli qərarı (hakim Z.M.Tağıyev) ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.N992-ci ildə n xx.xx.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə könüllü iştirak etməsi iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiqini tapdığından iddia tələbi əsaslıdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 mart 20N9-cu il tarixli, 2-N(N03)-NN9/20N9 nömrəli qərardadı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.Baxışova) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 20N8-ci il tarixli, 2N(82)-26N9/20N8 n ömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran vəsiqəsi və adı Müdafiə Nazirliyinin yaratdığı komissiya tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. İddiaçı “Suraxanı” könüllülər batalyonun tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, lakin iddiaçı veteran vəsiqəsi və adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dey il, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Yəni, hazırkı iş üzrə cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyi yuxarıda qeyd edilən normalara əsasən iddiaçıya veteran vəsiqəsi və adının verilməsi səlahiyyətinə malik olmadığı üçün iddia mümkün sayılmamışdır.
18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-N(N02)-232/2022 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 mart 20N9-cu il tarixli, 2N(N03)-NN9/20N9 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi hissə tabeliyində olan hərbi qulluqçu kimi xidmət etməsi məsələsini hərtərəfli araşdırmadan və qiymətləndirmədən iddianın düzgün cavabdehə qaldırılmaması ilə bağlı nəticəyə gəlmiş, bununla da, prosessual hüquq normasının tələblərinə zidd olaraq işin obyektiv və hərtərəfli araşdırılması prinsipini pozmuşdur. c) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N4 iyul 2022-ci il tarixli, 4 /2-4536 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il, N nömrəli hərbi hissə komandirinin aprel-iyul N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin mart N992-ci il tarixli nizami hissə üzrə əmrləri və “Suraxanı könüllülər” batalyon komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin mart-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində “Suraxanı könüllülər” batalyonunun sonradan hərbi hissə kimi fəaliyyət göstərməsi barədə məlumat aşkar edilməmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin so rğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, N43N nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2004-cü il tarixdə daxil olmuş xx.xx.2004-cü il tarixli sorğuya əsasən, İddiaçı mart N992-ci il tarixdən iyul N992-ci il tarixədək xidmətdə olması barədə heç bir məlumat olmamışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-N(N03)-2275/2022 nömrəli qərardadı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və F.Ş.Talışinski) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 20N8-ci il tarixli, 2N(82)-26N9/20N8 nömrəli q ərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran vəsiqəsi və adı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaratdığı komissiya tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. İddiaçı “Suraxanı” könüllülər batalyonunun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etməsinə əsaslanaraq ona veteran adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Qeyd edilən hallar isə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qanunsuz və əsassız qərar çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının hazırkı tələbi üzrə cavabdehlik daşıyan inzibati orqan qismində çıxış edə bilməz.
25. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərir ki, Ali Məhkəmə iddiaçının “Suraxanı” könüllülər batalyonun tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatla rında iştirak etməsini işin mübahisəsiz halı hesab etsə də, apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişini yerinə yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kən di daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qullu q etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbayca n Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.... 29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli, 5 nömrəli qərarı: N.N. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. N.2. İddianın əsaslılığının yoxlanılmasına yön əlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.N.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar....
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə N3. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsin də, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
34. Məhkəmə kollegiyasının bu qənaəti aşağıdakı səbəblərdən irəli gəlir.
35. Apellyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı “Suraxanı” könüllülər batalyonunun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etməsinə əsaslanaraq ona veteran adı və vəsiqəsinin verilməsini xahiş etmiş, qeyd edilən hallar isə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qanunsuz və əsassız qərar çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının hazırkı tələbi üzrə cavabdehlik daşıyan inzibati orqan qismində çıxış edə bilməz.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apel lyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılan zaman işin hallarının araşdırılması prinsipi pozulmuşdur.
37. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddian ın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
38. Bu mənada obyektiv araşdırma prinsipinin tələbinə əsasən iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apellyasiya məhkəməsinin araşdırma predmetini iddiaçının düzgün cavabdehə qarşı iddia qaldırmasının müəyyənləşdirilməsi təşkil etməli idi.
39. Apellyasiya instansiya məhkəməsi iddianın düzgün olmayan cavabdehə qarşı qaldırıldığına istinad etsə də, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinin tələblərini pozmuş, qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, iddia tələbinin dəqiqləşdirilməsində, yanlış cavabdehin düzgün cavabdehlə ilə əvəz olunmasında proses iştirakçılarına yardım etməyə borclu olduğu halda bunu etməmişdir.
40. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə könüllü iştirak etmiş və bu xüsusat işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır.
41. Yuxarıda adı çəkilən Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran vəsiqəsi və adı Müdafiə Nazirliyinin yaratdığı komissiya tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
42. İddia çı könüllülər batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini bildirdiyindən, belə şəxslərə veteran adı və vəsiqəsinin verilməsinə baxılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olduğundan, məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunması ilə bağlı iddiaçıya yardım etməmiş, İnzibati Prosessual Məcəllənin N3-cü maddəsinin tələblərinə zidd olaraq iddiaçıya yardım göstərmədən iddianı qeyri-mümkün hesab etmişdir.
43. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “veter an vəsiqəsinin verilməsi” tələbi ilə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N9-cu il tarixli, 2-N(82)-2276/20N9 nömrəli qərarı ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2N(N03)-3N3/2020 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N02)-N3N5/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlamışdır. İddianın rədd edilməsinin əsası kimi iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasının hər hansı mötəbər sübutla təsdiq olunmadığı qeyd edilmişdir.
44. İşə yenidən baxılarkən iddiaçıya y ardım göstərilərək cavabdeh əsl cavabdehlə əvəz olunacağı təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına istinad edilərək, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbinin hazırkı mübahisəyə tətbiq olunması istisna olunur. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarında iddianın rədd olunmasının əsası kimi iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmadığı göstərilmişdir. Hazırkı işdə isə iddianın əsasını iddiaçının həqiqi hərbi xidməti ilə bağlı deyil, onun döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və ya birləşmələrinin tərkibində iştirak etməsi dayanır.
45. İşə təkrar baxılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Mühar ibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə müvafiq olaraq iddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak edib-etməməsi müəyyən edilməli, bundan asılı olaraq inzibati mübahisə üzrə qanuni qərar qəbul edilməlidir.
46. Apellyasiya məhkəməsi tərəfindən İPM-in N2, N3, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından iddiaçının kasasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, apelyasiya məhkəməsi tərəfindən mübahisəyə mahiyyəti üzrə baxılmadığından İPM-in 96.5.2-ci maddəsinə əsasən iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddianın təmin olunması barədə şikayət təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası şərh edil ənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.N0, 96.NN və 98.N-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-N(N03)-2275/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.