Məhkəmə qərarları › İş №2-1(102)-830/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-830/2019

12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-830/2019 12.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, üçüncü şəxs Maraqlı şəxs2 qızının nümayəndəsi oğlunun və vəkili Səlimov Elvin Əliyusif oğlunun, üçüncü şəxs Maraqlı şəxs3 nümayəndəsi qızının iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 qızına və Maraqlı şəxs3 qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2570/2018 saylı iş üzrə 27 noyabr 2018-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, R.Rza küçəsi 19 ünvanında yerləşən onun faktiki olaraq istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud sənədlər əsasında dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsinə razılıq verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə, h əmin qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarış verilməsinin isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, ünvanında yerləşən və onun faktiki olaraq istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud sənədlər əsasında dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsinə razılıq verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı, 29 aprel 2013-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mövcud sənədlər əsasında İddi açı adına dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsinə razılıq verilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Daha sonra iddiaçı həmin qərara izah verilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı 09 yanvar 2014-cü il tarixli qərarı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin İddiaçı adına müvafiq dövlət orqanlarına sənədləşdirilməsinə razılıq verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi – “sənədləşmə işlərinin aparılması üçün müvafiq dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə aid edilməsi” kimi izah verilmişdir. Sonradan İddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən faktiki olaraq istifadəsindəki sahəsi 19 kv.m olan qeyri-yaşayış sahəsinin mövcud sənədlər əsasında dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsinə razılıq verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə, reyestrdən çıxarış verilməsinin DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı 21 yanvar 2014-cü il tarixli əlavə qərarı ilə ərizə təmin edilmiş, Səbail rayonu, R.Rza küçəsi 19 ünvanında yerləşən 19 kv.m qeyri-yaşayış sahəsinin mövcud sənədlər əsasında İddiaçı adına dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitə sinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı 21 yanvar 2014-cü il tarixli əlavə qərarı qanuni qüvvəyə minərək icra olunması üçün 24.02.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 19.1 kv.m ibarət qeyri yaşayış sahəsi 27.02.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmış və ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli qeydiyyat nömrəli çıxarış verilmişdir. Ərizəçilər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəməyə müra ciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı 29 aprel 2013-cü il tarixli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı 21 yanvar 2014-cü il tarixli əlavə qərarlarının onların hüquq və qanunla qorunan maraqlarına toxunduğu üçün üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələrini, eyni zamanda hər biri ayrılıqda apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edərək həmin qərarların ləğv edilməsini və ünvan evin ümumi giriş hissəsindəki qanunsuz tikilinin cavabdehlər Səbail rayon İcra Hakimiyyəti və İddiaçı qızının hesabına sökülməsinə, mülkiyyətlərində olan mənzillərə maneəsiz girib-çıxılması üçün həmin binanın ümumi giriş hissəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməs ini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-1(103)-388/2018 saylı, 24.01.2018-ci il tarixli qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri barədə ərizələri təmin edilmiş və onların 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı 29 aprel 2013-cü il tarixli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)1557/2013 saylı 21 yanvar 2014-cü il tarixli qərarlarından verdikləri apellyasiya şikayətləri mümkün hesab edilərək apellyasiya şikayətləri apellyasiya icraatına qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-1(103)-388/2018 saylı, 18 aprel 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı 29 aprel 2013-cü il tarixli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1557/2013 saylı 21 yanvar 2014-cü il tarixli əlavə qərarları ləğv olunaraq iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2018-ci il tarixli, 2-1(102)-1627/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2-1(103)-388/2018 saylı qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2570/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi ha kim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) iləüçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 apellyasiya şikayətləri qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 aprel 2013-cü il tarixli, 2inz(81)-1557/2013 saylı qərarı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)1557/2013 saylı, 21 yanvar 2014-cü il tarixli əlavə qərarı ləğv edilmiş, İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan isə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, iş üzrə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün yeni baxışa qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfl i araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin 08.08.2018-ci il tarixli qərarında qeyd olunan halların heç biri araşdırılmamış, tətbiq edilməli olan prosessual hüquq normalarının heç biri tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərini təmin edərkən iddiaçı tərəfindən təqdim edilən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı aşağıdakı sənədlərə istinad etmişdir: - Səbail rayon İcra Hakimiyyətinin 3/10-v-11 saylı, 21.10.2010-cu il tarixli məktubu ilə ünvan 3 ünvanında iddiaçının istifadəsində olan mövcud qeyri-yaşayış sahəsindən istifadə etməyinə icazə verilərək etiraz edilməmişdir; - ünvan 1 ünvanında iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dair həmin binada yaşayan bir çox sakinlərin Bakı şəhər İcra Hakimiyyətinə ünvanlandığı 20.07.2010-cu il tarixli və 18.08.2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən onlar yaşadıqları ünvanında binanın həyətinə giriş üçün olan keçiddə istifadə olunmayan yerdə 12 kv.m sahənin İddiaçı tərəfindən kommersiya məqsədi ilə istifadə olunmasına razılıqlarını bildirmiş, həmin qeyri-yaşayış sahəsinin sakinlərinin yaşadıqları binanın həyətinə gediş-gəlişinə heç bir maneçilik yaratmadığı bildirilmişdir; - “xxxx” ASC ilə bağladığı ****** saylı, 17.05.2011-ci il tarixli abonent müqaviləsinə əsasən istifadəsində olan ünvanında yerləşən qeyri-yaşayış sahəsinə elektrik enerjisi çəkilmişdir. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X1 və Maraqlı şəxs4 cavabdehlər Səbail rayon İcra Hakimiyyəti, X2 oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi ona qarşı ünvan evin ümumi giriş hissəsindəki qanunsuz tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Səbail rayon Məhkəməsində işə baxılan zaman tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertiza rəyi ilə müəyyən edlmişdir ki, iddiaçılara məxsus mənzillər mübahisəli tikilidən aralı yerləşir və həmin mənzillərə giriş yolunun ümumi keçiddən keçməklə ümumi istifadə olunan həyətdən olduğu nəzərə alınaraq tədqiq olunan tikilinin binadakı mənzillərə maneçilik törətməməsi müəyyən olunmuşdur.Məhkəmənin qanuni qüvvəyə minmiş bu qətnaməsi apellyasiya məhkəməsin təqdim edilsə də, qəbul edilmiş qərardadda ona hər hansı istinad edilməmişdir. T ərəflərin izahatları Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs2 qızının nümayəndəsi və vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatları dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkili teleqram vuraraq iddiaçının xəstəxanada müalicə olunmasını nəzərə alınmaqla prosesin təxirə salınmasını xahiş etsə də, həmin hala dair hər hansı sübut təqdim etməmiş, eləcə də özü də prosesdə iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmad an baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiy ası məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi aşağıdakı sənədlər əsasında iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə istifadə hüququnun əmələ gəldiyini və bununla da, həmin sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olduğu nəticəsinə gəlmişdir. - Səbail rayon İcra Hakimiyyətinin 3/10-v-11 saylı, 21.10.2010-cu il tarixli məktubu ilə ünvanında iddiaçının istifadəsində olan mövcud qeyri-yaşayış sahəsindən istifadə etməyinə icazə verilərək etiraz edilməmişdir. - ünvan 1 ünvanında iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dair həmin binada yaşayan bir çox sakinlərin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı 20.07.2010cu il tarixli və 18.08.2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən onlar yaşadıqları ünvanında binanın həyətinə giriş üçün olan keçiddə istifadə olunmayan yerdə 12 kv.m sahənin İddiaçı tərəfindən kommersiya məqsədi ilə istifadə olunmasına razılıqlarını bildirmiş, həmin qeyri-yaşayış sahəsinin sakinlərin yaşadıqları binanın həyətinə gediş-gəlişinə heç bir maneəçilik yaratmadığı bildirilmişdir. “xxxx” ASC ilə bağladığı ****** saylı, 17.05.2011-ci il tarixli abonent müqaviləsinə əsasən istifadəsində olan ünvanında yerləşən qeyri-yaşayış sahəsinə elektrik enerjisi çəkilmişdir. Apellyasiya məhkəməsi isə aşağıda göstərilən mövqedən çıxış etməklə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz hesab etmişdir. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, “xxxx” ASC ilə bağlanılmış ****** saylı, 17.05.2011-ci il tari xli abonent müqaviləsi, texniki şərt, Səbail rayon İcra Hakimiyyətinin 3/10-v-11 saylı, 21.10.2010-cu il tarixli məktubu və s. iddiaçının mübahisəli əraziyə mülkiyyət hüququnun tanınması üçün əsas deyildir. Belə ki, ünvan 1 ünvanında yerləşən 19.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi binanın həyətinin giriş hissəsində, yəni keçid (аrkа) hissəsində yerləşir. Həmin qeyriyaşayış sahəsinə dair iş materiallarında hər hansı ilkin hüquq müəyyənedici sənəd (icra hakimiyyətinin sərəncamı, şəhadətnamə, tikilinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi, istismara qəbul aktı və s.) müəyyən olunmamışdır. İddia tələbinin əsaslandığı Səbail rayon İcra Hakimiyyətinin 3/10-v-11 saylı, 21.10.2010-cu il tarixli məktubu isə həmin qeyri-yaşayış sahəsinə dair idd iaçının mülkiyyət hüququnu müəyyən edən sənəd hesab edilmir. Eyni zamanda, həmin məktubdan görünür ki, yerli icra hakimiyyəti orqanının təsərrüfat şöbəsi binanın giriş hissəsində yerləşən həmin qeyri-yaşayış sahəsindən yardımçı-təsərrüfat məqsədi ilə yalnız istifadəsinə etiraz etməmişdir. İşin hallarından isə görünür ki, iddiaçı qeyri-yaşayış sahəsindən ümumi istifadədə olan yaşayış binasına xidmət edən yardımçı təsərrüfat məqsədi ilə deyil, kommersiya məqsədi ilə istifadə edir və yardımçı təsərrüfat məqsədi ilə istifadəyə verilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsini tələb edir. Beləliklə, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas verən qanunvericilikdən irəli gələn hər hansı əsasa və bununla bağlı konkret hüquq m üəyyənedici sənədlərə istinad etməmişdir. İddiaçı tərəfindən mübahisəli ünvanda aparılmış tikili də qanunvericiliyin tələblərinə riayət edilmədən müvafiq razılaşdırmalar və tikilinin aparılmasına icazə verən sənədlər olmadan aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli bi nanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Sadalanan normalardan çıxış etməklə kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, sözügedən qeyri-yaşayış sahəsi yaşayış binasının yeganə giriş hissəsi olmaqla, həmin binaya fövqəladə hallar zamanı, tibbi, sanitar, gigiyena və s. xidmətin maneəsiz həyata keçirilməsi üçün zəruri olmaqla həmin sahənin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə ümumi mülkiyyət hüququ əsasında mənsub olması müəyyən olunduğundan və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya aid olmasına dair hər hansı hüquq müəyyənedic i sənədlər iş üzrə müəyyən olunmadığından iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa sahib olmamışdır. Kollegiya həmçinin hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydiyyata alınmasına əsas verən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarlarının həm də prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğuna dair apellyasiya məhkəməsinin gəldiyi nəticə də əsaslı olmuşdur. Belə ki, iddiaçı ilkin iddia ərizəsində iki cavabdehə qarşı iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən onun faktiki olaraq istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud sənədlər əsasında dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsinə razılıq verilməsinin Bakı şəh ər İcra Hakimiyyətinə, həmin qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarış verilməsinin isə DƏDRX-nin Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək iddianı bir cavabdeh orqana qarşı qoymaqla sözügedən ünvanda qeyri-yaşayış sahəsinə çıxarış verilməsinə razılıq verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi şəklində qoymuş və birinci instansiya məhkəməsinin 29 aprel 2013-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşdən görünür ki, iddiaçının hazırkı iş üzrə nail olmaq istədiyi hüquqi maraq mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı olduğu və bunun üçün tələbin DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı yönəlməli olduğu halda qanunla Bakı şəhər İcra Hakimiyyətinin çıxarışın verilməsinə razılıq verməsinə zərurət olmamış, birinci instansiya məhkəməsi iddianı Bakı şəhər İcra Hakimiyyətinə qarşı mümkün saymaqda haqlı olmamışdır. Həmçinin, işdən g örünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)1557/2013 saylı 29 aprel 2013-cü il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinə qarşı “çıxarışın verilməsinə razılıq verilməsi” tələbinin təmin edildiyi halda, birinci instansiya məhkəməsi həmin qərara izah verərək 09 yanvar 2014-cü il tarixli qərardadla mövcud olmayan tələb üzrə cavabdeh olmayan orqanın - DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin üzərinə vəzifə qoymuşdur. İddiaçı qərara izah verilməsi barədə ərizəsindən sonra iki dəfə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, yenidən iki cavabdehə qarşı iddia qaldıraraq ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mövcud sənədlər əsasında dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsinə razılıq verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə, rey estrdən çıxarış verilməsinin DƏDRX-in Bakı şəhər ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi sonuncu iki iddia tələbinin dəqiqləşməsi barədə ərizələrin icraata qəbul edilib-edilməməsini müzakirə etməmiş, yeni dəqiqləşmə ilə cavabdeh kimi DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə tələb yönəldiyi halda həmin orqanı cavabdeh qismində tanımadan sonuncunun üzərinə reyestrdən çıxarışın verilməsi vəzifəsini qoymuşdur. AR İPM-nin 1.2-ci və MPM-nin 229.1.1-ci maddəsinə görə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə q ətnamə çıxara bilər. Göründüyü kimi 29 aprel 2013-cü il tarixli qərar qəbul edilən zaman iddiaçının DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi ilə bağlı məhkəmə tərəfindən icraata qəbul edilmiş tələbi yox idi. Bundan başqa, MPM-in 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Lakin birinci instansiya məhkəməsi tərəfindən 21 yanvar 2014-cü il tarixli əlavə qərar qəbul edilərkən artıq 29 aprel 2013-cü il tarixli qərar qanuni qüvvəyə minmişdi. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2570/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar