Məhkəmə qərarları › İş №2-1(102)-830/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-830/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-830/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 2019-cu il 4 dekabr tarixli 21(103)-2748/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək artıq ödənilmiş 2.933 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı 2019-cu il 1 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2.933 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2013-cü il istehsalı olan “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsini hərrac vasitəsi ilə 2. 080 ABŞ dollarına əldə etmiş və Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Avtonəqliyyat vasitəsinin invoice dəyəri 2.080 ABŞ dolları olmağına baxmayaraq, ondan 4.470 AZN rüsum alınmışdır. Göstərilənlər **********4377 saylı bəyannamədə öz əksini tapmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra mətndə - GM) 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. GM-in 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hes ab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. GM-in 270.2-ci maddəsinə əsasən, ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin forsmajor hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 ilədək uzadılır. Göründüyü kimi, cavabdeh tərəfindən artıq vəsait alınmış, lakin alınmış artıq vəsaitin geri qaytarılmaması onun qanunvericiliklə qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 oktyabr tarixli 2-1(81)2775/2019 nömrəli qəra rı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi GM-in müddəalarına uyğun şəkildə həyata keçirilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2748/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2020-ci il 3 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 22 yanvar tarix də kassasiya şikayəti vermişdir. O, qərarın dəyişdirilərək iddia tələbinin tam həcmdə təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş materiallarından görünür ki, avtonəqliyyat vasitəsi əzik vəziyyətdə alınmış və dəyərindən 130 % artıq gömrük rüsumu ödənilmişdir. Həmin nəqliyyat vasitəsinin real bazar dəyəri təmirli vəziyyətdə 14.000-14.800 manat təşkil edir. Məhkəmənin gəldiyi nəticədən görünür ki, iddiaçının 2.080 ABŞ dollarına aldığı nəqliyyat vasitəsinin 6.000 ABŞ dollarına aldığını müəyyən edir. Belə olan halda, 6.000 ABŞ dolları (10.200 AZN) və 4.470 AZN gömrük rüsumunu iddiaçı ödəmişsə və həmin nəqliyyat vasitəsini təmir etmişsə, həmin n əqliyyat vasitəsi ona 16.170 AZN-ə başa gəlib. Məhkəmənin bu nəticəsi məntiqdən və maşının real dəyərindən tam fərqli bir mövqedir. Bundan əlavə, nəqliyyat vasitəsinin ABŞ-dan X8 Limanına çatdırılma xərci ən azı 1.000 ABŞ dollarıdır. Məhkəmə cavabdehdən iş üzrə zəruri sənədləri tələb etməmiş, cavabdehdən statistik dəyərin niyə 6.000 ABŞ dolları olduğu soruşulmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikd ir. İddiaçı 2013-cü il istehsalı olan “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini hərrac vasitəsilə 2.080 ABŞ dollarına əldə etdiyini qeyd etsə də, o, həmin nəqliyyat vasitəsinin hərracda əldə edilməsinə, hərracın nəticələrinə dair hər hansı təsdiqedici sənədi, protokolu və ya müqaviləni gömrük orqanına təqdim etməmişdir. GM-in 9.0.3-cü, “Gömrük tarifi haqqında” Qanunun 11.1-ci maddələrinin və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 4.1.3-cü bəndinin tələblərinə əsasən gömrük orqanlarının gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır və qanunvericiliyin qeyd olunan müddəaları əsas götürülərək gömrük əməkdaşları tərəfindən vətəndaşın təqdim etdiyi bəyannamədəki məlumatları n düzgünlüyü araşdırılmış, nəticədə qanunvericiliyin tələbləri rəhbər tutularaq ölkə ərazisinə gətirilən həmin nəqliyyat vasitəsi müvafiq gömrük ödənişlərinə cəlb edilməklə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Həmçinin, iddiaçının qeyd etdiyi **********4377 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannamələrin 50-ci qrafasında (vəkalət verən) iddiaçının özü sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etməsinə baxmayaraq, hazırkı iş üzrə artıq ödənilmiş gömrük ödənişlərini gömrük orqanından tələb etməsi gömrük qanunvericiliyin tələblərinə ziddir. Ona görə ki, GM-in 153.4-cü maddəsinə görə, gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyanna məsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil və iddiaçı təqdim etdiyi və gömrük orqanının sadəcə təsdiq edərək malların buraxılışını təmin etdiyi bəyannamədə düzəlişlərin edilməsi GM-in 153.2.3-cü maddəsinə əsasən mümkün deyil. GM-in 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmi ş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Cavabdeh qeyd edir ki, GM-in 269-cu maddəsinin tələbinə görə artıq ödənilmiş məbləğ ödəyiciyə o vaxt qaytarılır ki, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırılsın. Göründüyü kimi, qanunvericiliyin tələbləri gömrük əməkdaşları tərəfindən əsas götürülmüş, onların hərəkətlərində hər hansı bir hüquqazidd əməl mövcud deyil, əksinə, iddiaçı qeyd edilən nəqliyyat vasitəsinin gömrük dəyərini aşağı göstərmiş, çünki o, ona məxsus nəqliyyat vasitəsini qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən daha aşağı ödəniş etməklə ölkə ərazisinə keçirməkdə maraqlı tərəfdir. Cavabdehin nümayəndəsi və vəkili etiraz da göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə-İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən, digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən sübutla r məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki: - İddiaçı tərəfindən təsdiq edilmiş 2018-ci il 29 dekabr tarixli **********4377 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsini 2080 ABŞ dollarına əldə etmiş, gömrük dəyəri 4462,63 AZN ilə bəyan edilmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənərək mallar sərbəst dövriyyəyə buraxılmışdır; - gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannaməsində iddiaçı sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etmiş və idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, iddiaçı tərtib etdiyi gömrük bəyannaməsini və həmin bəyannaməyə özünün daxil etdiyi məlumatları mübahisələndirmir. İddiaçı ondan tutulan gömrük rüsumunun məbləğini mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi GM-in və “Gö mrük tarifi” haqqında Qanunun müddəalarına istinad etsə də - həmin müddəalar isə ümumi xarakterli olmaqla, əsasən gömrük hüquq münasibətlərinin subyektlərinin hüquq və vəzifələrinə aiddirlər – cavabdehin iddiaçı barəsində həyata keçirdiyi məhz həmin (mübahisələndirilən) məzmunda faktiki xarakterli hərəkətlərinin hüquqi əsaslarını göstərməmiş, cavabdehin hərəkətlərinin (həmçinin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsinin) həmin hərəkətləri (faktiki xarakterli fəaliyyəti) bilavasitə tənzimləyən normalara uyğunluğunu, buradan, iddiaçının nə üçün məhz mübahisələndirilən məbləğdə rüsum ödəməli olduğunu əsaslandırmamışdır. İddiaçının tələb və şikayətinin əsas dəlili də məhz bu sualla bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların təl əblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2748/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Q ərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar