Məhkəmə qərarları › İş №2-1(102)-830/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-830/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-830/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş dövr üçün alınmamış pensiya məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdeh in vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2-1(103)-214/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Daxili İşlər Nazirliyində xidmətdən 24 iyul 2006-cı il tarixdə ehtiyata buraxılmış, Daxili İşlər Nazirliyi tərəfindən 10 avqust 2018-ci il tarixdə DSMF-yə göndərilmiş məlumat vərəqi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 01 sentyabr 2018-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş və əvvəlki üç il üçün pensiya ödənilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək, təyin olunmuş pensiyanın onu almaq hüququ yarandığı gündən hesablanıb ödənilməsini, yəni keçmiş müddət üçün alınmamış əmək pensiyasının verilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməmiş və iddiaçıya 19.07.2019-cu il tarixli, **********9 saylı məktubla cavab verərək bildirmişdir ki, iddiaçı 24 avqust 2018-ci il tarixdə İdarəyə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. İdarənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin **********7 nömrəli məktubunda ona pensiyanın 31 avqust 2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 10 avqust 2018-ci il tarixli, 23 nömrəli məlumat vərəqəsinə əsasən yaşa görə 01 sentyabr 2018-ci il tarixdən pensiya təyin edilmiş və keçmiş 3 il üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 11.464,22 manat məbləğində vəsait 2018-ci ilin sentyabr ayından etibarən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2007-cı ildən ödənilməli olan keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili işlər Nazirliyində işlədiyinə görə 01 sentyabr 2018- ci il tarixindən pensiya təyin olunmuşdur. Onun pensiyaya çıxmaq hüququ 2007-ci ildə yaranmışdır. Ona pensiya hüququ yaranan gündən ödənilməli idi. Lakin keçmiş müddətin cəmi üç ili üçün ona pensiya ödənilmişdir. O, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə pensiya hüququ yaranan gündən pensiyanın ödənilməsi barədə müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsi ona müraciət edilən tarixdən əvvəlki “ən çoxu üç il” üçün ödənildiyini bildirərək imtina etmişdir. O, bu imtinanı əsassız hesab edir. Belə ki, o, xx.xx.1965-ci ildə anadan olmuşdur və 42 yaşı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra tamam olmuşdur. Daxili İşlər Nazirliyində polis nəfəri kimi 23 il 01 ay 11 gün işləmiş və onun 2007-cı ildə pensiya hüququ yaranmışdır. Cavabdehin gətirdiyi əsasları, qüvvədə ol an qanunvericiliyin tələblərinə tamamilə zidd hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən (01 yanvar 2006-cı ildən) tez olmayaraq ömürlük təyin edilir. Qanunun 32ci maddəsinə 10 mart 2017-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1 maddəsi əlavə edilmişdir. Həmin əlavənin müddəaları “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” ifadəsi ona münasibətdə tətbiq edilə bilməz. Çünki onun pensiyaya çıxmaq hüququ dəyişiklikdən əvvəl, 2006-cı ildə yaranmışdır. Ona görə də ona gecikmiş aylara görə ödənilməli olan pensiya məbləği gecikmiş ayların sayına bölünməklə müəyyən olunmuş pe nsiyaya əlavə olunmaqla ödənilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-2468/2020 saylı qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilərək, İddiaçı 01.09.2018-ci il tarixindən təyin edilmiş pensiyanın 01.01.2007-ci ildən tətbiq edilməklə, pensiya məbləğinin 01.01.2007-ci il tarixindən 01.09.2015-ci il tarixədək olan müddət üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təmi nat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Göründüyü kimi, iddiaçının pensiya hüququnun 24 iyul 2006-cı il tarixindən yaranmasına baxmayaraq, onun barəsin də məlumat vərəqinin qanunvericlikdə müəyyən edilmiş müddətdə tərtib edilərək, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi qulluq etdiyi orqanların vəzifəsi olmuşdur. İddiaçı onun barəsində təminat xərcliyi barədə məlumatları özündə əks etdirən məlumat vərəqi verilmədən birbaşa olaraq ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilməzdi.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2021 nömrəli, 27.01.2021-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28.08.2020-ci il tarixli, 2-1(112)-2468/2020 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möveyi ilə razılaşmamışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLAR İ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilir ki, məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1 və 3 7. 7 - c i maddələrinə əsasən hesab etmişdir ki, inzibati orqan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya son 3 ilin ödənişini həyata keçirmiş, iddiaçının iddia etdiyi 2007-ci il tarixdən təyinatını aparmaqdan imtina etməkdə haqlı olmuşdur.

13. Bir daha bildirir ki, apelyasiya instansiyası pensiyanın təyin olunması üçün müraciətin vaxtında edilməməsini əsas götürmüşdür (ondan yalnız pensiya müəyyən edilən günədək müraciət edib etmədiyini soruşmuşdur). Digər baxımdan Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə istinad edərək, onun kompensasiyanın ödənilməsini tələb etmək hüququna malik olduğunu bildirsə də, Daxili İşlər Nazirliyin i 3-cü şəxs qismində inzibati prosesə cəlb etməmiş, xidməti səlahiyyətlərindən tam şəkildə istifadə etməmişdir. Hesab edir ki, inzibati prosesə Daxili İşlər Nazirliyi 3-cü şəxs qismində cəlb edilməli, “məlumat vərəqəsi”nin hansı əsaslarla pensiya təyin edən orqana gec göndərilməsi araşdırılmalıdır. Bu barədə məhkəmə kollegiyasına verdiyi vəsatət təmin edilməmişdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və onun vəkili kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

15. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

1. Əsas anlayışlar 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldü yü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019- cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiy yəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik n ümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 31.3. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. M a d d ə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları

2. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətlərə baxılması 2.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri nə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur.

19. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətb iqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq nor malarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Daxili İşlər Nazirliyində xidmətdən 24 iyul 2006-cı il tarixdə ehtiyata buraxılmış, Daxili İşlər Nazirliyi tərəfindən 10 avqust 2018-ci il tarixdə DSMF-yə göndərilmiş məlumat vərəqi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 01 sentyabr 2018-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş və əvvəlki üç il üçün pensiya ödənilmişdir.

25. İddiaçı inzibati orqanın hərəkətini, ona hesablanmış pensiyanın 01.01.2007-ci il tarixindən 01.09.2015-ci il tarixədək ödənilməməsinə aid hissədə mübahisələndirir.

26. Buna görə də hazırki iddianın düzgün həlli üçün inzibati orqanın hərəkətlərinə, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir.

27. Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişd ir.

28. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin ilkin redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. 29. 2007-ci il 6 noyabr tarixli, 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.

30. Həmin maddəyə 2017-ci il 10 mart tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmışdır. 31. 2017-ci il 10 mart tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) Qanuna yeni məzmunda 32.1-1ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

32. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir.

33. Bu halda 32.1-1-ci maddəsinin qüvvəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu müddəsinin Vİİ hissəsinin tələbləri baxımından geriyə şamil edilməsinin yol verilənliyi araşdırılmalıdır.

34. Bu məsələ «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair» Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020-ci tarixli qərarında həllini tapmışdır.

35. Həmin qərarda ifadə olunmuş hüquqi mövqe lər ondan ibarət olmuşdur ki, sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn teztez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün pozitiv hüquqda birbaşa tənzimlənməməsinə baxmayaraq, əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.

36. Qazanılmış hüquq - yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.

37. İlk növbədə 2017-ci il 01 iyul tarixdən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliyin mahiyyəti təhlil olunmalı, daha sonra həmin dəyişikliyin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edib-etmədiyinə, eləcə də yeni tənzimləmənin geriyə şamil edilməsinin yolverilənliyinə qiymət verilməlidir.

38. Ümumən qəbul edilməlidir ki, sosial təminat hüquq sahəsində geniş mülahizə sə rbəstliyinə malik olduğu səlahiyyətlərdən çıxış etməklə dövlət mövcud qanunvericiliyi yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüququna malikdir. Əmək pensiyası hüququnun yaranma əsaslarının və şərtlərinin düzəlişi və ya yenidən tənzimlənməsi ilə müşayiət olunan belə retrospektiv tətbiq yalnız aidiyyəti şəxslərə hər hansı qaydada mənfi təsir göstərdiyi üçün özü-özlüyündə qazanılmış hüquqların pozuntusu kimi qəbul edilə bilməz. Pozuntu yalnız o zaman olacaqdır ki, retrospektiv tətbiqin yol verilən hədləri və şərtləri aşılmış, onlara riayət edilməmiş olsun.

39. Yeni normativ tənzimləmələrin məqsədi və hədəfləri ilə bağlı qeyd edilməlidir ki, 2017-ci il iyulun 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş çoxsaylı əlavə və dəyişikliklər ölkəmizd ə pensiya təminatı sistemində həyata keçirilmiş köklü islahatların mühüm mərhələsi və vacib tərkib hissəsi olmuşdur.

40. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birini pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim mə qsədlərə xidmət etmişdir.

41. Yeni tənzimləmələr əmək pensiyaçılarının hüquqlarına hansı dərəcədə təsir etmişdir və bu təsiri minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi? İlk növbədə qeyd edilməlidir ki, sözügedən tənzimləmələr şəxsləri əmək pensiyalarından ümumiyyətlə məhrum etməmiş, yalnız keçmiş dövrlə bağlı alacaqları məbləğləri üç illə məhdudlaşdırmışdır. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilməmişlər, əvvəlki üç ili almaq hüquqları saxlanılmışdır. Xüsusilə qeyd edilməlidir ki, yeni tənzimləmələri gətirən qanunun özündə birbaşa keçid normaları nəzərdə tutulmasa da, qanunda onun qəbul edildiyi tarixdən daha sonrakı tarixdə qüvvəyə minəcəyi ilə bağlı xüsusi norma olmuşdur. Beləlikl ə, qanunun müzakirəsi, qəbul edilməsi, dərc edilməsi və qüvvəyə mindiyi tarixlər nəzərə alındığında faktiki olaraq yeni qaydalar dərhal həyata keçirilməmiş, müəyyən keçid dövrü gözlənildikdən sonra tətbiq edilməyə başlanılmışdır.

42. Belə ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixdə qəbul edilmiş, 2017-ci il may ayının 03-də mətbuatda dərc edilmiş, 2017-ci il 01 iyul tarixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, kollegiya hesab edir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur.

43. Kollegiya həmçinin hesab etmişdir ki, yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olar aq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır.

44. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir.

45. Keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətlə ri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

46. Ali Məhkəmənin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli, 03/2020-ci tarixli qərarında o nəticəyə gəlmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

47. Göründüyü kimi, inzibati orqan iddiaçıya yenidən hesablanmış pensiya məbləği üzrə fərqin 2007-ci ildən deyil, müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödəməkdə haqlı olmuş, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini düzgün tətbiq etmişdir.

48. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini düzgün təfsir etmiş, baxılan mübahisəyə düzgün tətbiq etmişdir.

49. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2021-ci il tarixli 21(103)-214/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar