Məhkəmə qərarları › İş №2-1(102)-830/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-830/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-830/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: dayandırılmış əmək pensiyasının bərpa olunması (iş № 2-1(102)-830/2022) Bakı şəhəri 18 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X1 və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması, hüquqi yardım üçün ödənilmiş xidmət haqqının və dövlət rüsumunun əvəzi olaraq pul məbləğinin tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-355/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Əli qızı (Ş/V AA*******; FİN 1GEY1GO) xx xxxxxx 1958-ci il tarixində Yevlax rayonunda doğulmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən iddia çıya 27.05.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 01.01.2021-ci ilə qədər həyata keçirilmiş, sonradan pensiya üzrə ödənişlər dayandırılmışdır.

3. İddiaçı ödənişin dayandırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 14 aprel 2021-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr zərərli peşələrə aid olmadığı üçün onun güzəştli iş stajı yoxdur, buna görə də 27.05.2008-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 57559,59 manat artıq pul vəsaiti ödənilmişdir. Bununla əlaqədar əmək pensiyası dayandırılmış və artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, onun dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 01.01.2021-ci il tarixdən bərpa edilməsini, hüquqi yardım üçün ödənilmiş 1100 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmıdır ki, o, 01.12.2004-cü il tarixdən etibarən X4 Komitəsinin “Penitensiar sistemdə vərəmlə mübarizə proqramında” iştirak etməklə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tibb bacısı funksiyasını icra etmiş, nəticədə 30.04.2008-ci il tarixdə əmək fəaliyyətinə xitam verilərək güzəştli yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin cavabdeh tərəfindən 01.12.2004 - 30.04.2008-ci il tarix ləri ərzində yaranan iş stajı qanunsuz olaraq güzəştli staj kimi qəbul edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin "X4 Komitəsinin azadlıqdan məhrumetmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi barədə “10 mart 2000-ci il tarixli 357 nömrəli Sərəncamına əsasən X4 Komitəsinin, o cümlədən “Penitensiar sistemdə vərəmlə mübarizə proqramı”nın işçilərinə penitensiar müəssisələrin işçiləri ilə müqayisədə eyni buraxılış səlahiyyətləri verilmiş və eyni işlərin görülməsinə müvafiq şərait yaradılmışdır. Bu baxımdan eyni müəssisədə eyni vəzifə olaraq eyni əmək funksiyalarının icra edilməsini və eyni iş rejiminin tətbiq edildiyini nəzərə alaraq X4 Komitəsinin “Penitensiar sistemdə vərəmlə mübarizə proqramı”nda tibb bacısı vəzifəsi penitensiar müəssisələrdə mülki işləri icra edən tibb işçiləri statusuna daxildir. Bu səbəbdən 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı illərinə daxil edilməli və pensiya təyini zamanı nəzərə alınmalıdır. Bundan əlavə qanunvericilik aktlarının tələblərindən də aydın göründüyü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində işləmiş əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illər 2 iş günü 3 iş günü olmaqla hesablanır. Bu baxımdan sosial sığorta stajının hər hansı əhəmiyyəti yoxdur. Odur ki, DSMF-nin onun pensiyasını dayandırması və ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı tələbləri qanunsuzdur və onun pozulmuş hüquqları bərpa olunmalıdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(112)-6167/2021 saylı qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7 və 9.7.2-ci maddələrinə (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya) əsasən, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən qadın mülki işçilər 50 yaşına çatdı qda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 34-cü bölməsində məhz penitensiar müəssisələrdə işləyən tibb işçiləri nəzərdə tutulmuşdur. Penitensiar müəssisələr isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin strukturuna daxil olan cəzaçəkmə müəssisələri (o cümlədən həbsxana, tərbiyə müəssisəsi, müalicə müəssisələri və s.) və istintaq təcridxanalarıdır. İddiaçının 01.12.2004-cü ildən 30.04.2008-ci ilədək işlədiyi X4 Komitəs ində Penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsi, yuxarıda göstərilən penitensiar müəssisələrdə işləyən tibb işçiləri vəzifəsi ilə uyğunluq (eynilik) təşkil etmir. Çünki həmin siyahıda məhz penitensiar müəssisədə işləyən tibb işçiləri nəzərdə tutulmuşdur. İddiaçının həmin proqram çərçivəsində penitensiar müəssisələrdə tibb xidmətləri göstərməsi penitensiar müəssisənin işçisi olması anlamına gəlmir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 15 fevral 2021-ci il 20/02-445 nömrəli məktubundan və iddiaçının vəzifədən azad edilməsi barədə 07.12.2004-cü il tarixli 240-K nömrəli əmrdən görünür ki, iddiaçı 13.04.1998-08.12.2004-cü il tarixlərdə penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı olmamış, tibb bacısı vəzifəsi ndə işləyən mülki işçi olmuşdur. Mülki işçilər isə pensitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlar və hərbi qulluqçularla birlikdə penitensiar xidmətin işçiləridir. İddiaçının istinad etdiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsi iddiaçıya şamil oluna bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli iş stajı 6 il 7 ay 26 gün olmaqla (13.04.1998-08.12.2004-cü illər) 10 ildən az təşkil etdiyindən, ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən tələb olunan güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. Belə olan halda cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur.

9. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-355/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və C.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2-1(112)-6167/2021 saylı qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin 05.01.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından hüquqi yardımla bağlı 300 manat, notarius və tərcümə xidmətlərinə görə 24,20 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya 15.02.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyy ən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya 14.04.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayan dırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini daya ndıra bilməz.

12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Belə ki, iddiaçıya vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikasının 6 m art 2007ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2№-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunvericiliyin müddəasından görünür ki, yalnız Azərbaycan Respublikasının ədliyyə sisteminə dax il olan müəssisələrdə çalışan mülki işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şətlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın penitensiar müəssisələrdə mülki işlər bölməsinin (34) tibb işçiləri nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçıya pensiya təyin olunarkən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr ərzində X2 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi X2 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə pr oqramında tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan penitensiar müəssisələrdə mülki işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq “İnzibati icraat haqqında” Qanunun 2.0.6, 13, 14, 21, 24, 25, 28.1.2, 64 və 67.5-ci maddələrinə istinad edilmiş və inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulması halına diqqət yönəldilmişdir. Pensiyanın 01.01.2021-ci il tarixdə dayandırılmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsinin 12.01.2022ci il tarixində keçirilmiş sonuncu iclas günü cavabdeh tərəfindən tələm-tələsik görünüş naminə 12.01.2022-ci il tarixli “Əmək pensiyasının dayandır ılması barədə” mötəbər olmayan qərar qəbul edilmiş və bu qərar iddiaçıya bu günədək təqdim edilməmiş, habelə həmin qərarın qəbulu zamanı “İnzibati icraat haqqında” Qanunun bəhs edilən normalarının tələbləri kobud və açıq şəkildə pozulmuşdur. Eyni zamanda pensiya təyin edilərkən iddiaçının 2004-2008-ci illər üzrə iş stajı DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən haqlı olaraq güzəştli iş stajı kimi nəzərə alınmışdır. Belə ki, bəhs edilən illər üzrə əmək stajı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü bölməsinə, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanuna və Cəzaların İcrası Məcəlləsinin 93.5-ci maddəsinə uyğun olaraq güzəşt hüququ verən işlər kategoriyasına aiddir. Xüsusilə qeyd edilm əlidir ki, cavabdeh özünün kassasiya şikayətində Ali Məhkəmənin 03.12.2020ci il tarixli icmal məktubuna istinad etmişdir. Həmin icmal məktubun tələbinə əsasən şəxsin əmək stajının güzəştli şərtlərlə pensiya təyinatına imkan verən zərərli əmək şəraitinə aid olduğunu məhkəmələr vəzifə, peşə və iş arasındakı adların eyniliyi ilə deyil, şəxsin gördüyü işin xarakteri və onun icra etdiyi funksional vəzifənin statusu ilə müəyyən etməlidir. Bu zaman funksional işlərin eyniliyi iş yerindən verilmiş məlumatlara əsasən müəyyən edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.6 İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1 İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2 İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdır ılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasın dan və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1 Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Mad də 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5 Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktı n ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instan siyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov (indiki Xəzər) rayon şöbəsi tərəfindən 15.02.2008-ci il tarixdə ömürlük güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh sonradan apardığı araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığı qənaətinə gələrək iddiaç ıya təyin edilmiş pensiyanı dayandırmışdır.

25. Cavabdeh tərəfindən 14.04.2021-ci il tarixli məktubla iddiaçının pensiya ödənişinin dayandırılması bildirilməklə yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılması tələb olunmuşdur.

26. İş materialları ilə müəyyən edilir ki, hər iki məsələ barədə ayrı-ayrılıqda inzibati akt qəbul edilməmiş, cavabdeh inzibati orqan hər iki məsələ ilə bağlı iddiaçıya 14.04.2021ci il tarixli məktub ünvanlamaqla kifayətlənmiş və tələb olunan 57.559,59 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır.

27. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsin ə əsasən iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.

28. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. 29. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qa nunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən pensiya təyin olunmasına dair inzibati akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

30. Cavabdehin əvvəlki inzibati aktı hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

31. Bəhs olunanlara əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-355/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar