Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-830/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə tinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3218/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən 11 mərtəbəli, yaşayış binasının 1-ci girişdə, 11-ci mərtəbədə 4 otaqlı, 35 nömrəli, ümumi sahəsi 703.0 kv.m olan (penthouse) sahə "xxxx" MTK-nın üzvlərinin 01 iyun 2005-ci il tarixli ümumi yığıncağının 08 nömrəli protokolundan çıxarışa əsasən iddiaçının oğlu X3 ayrılmışdır. Həmin sahə 07 saylı, 01 iyun 20 05-ci il tarixli müqavilə əsasında X1. Mənzilin dəyəri X4 tərəfindən tam şəkildə ödənilmiş, buna dair "xxxx" MTK tərəfindən maliyyə arayışı verilmişdir.
2. X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında həmin mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. xx.xx.2012-ci il tarixdə "xxxx" MTK tərəfindən tərtib olunmuş texniki pasportda mənzilin eyvan sahəsinin ölçüsü 534.7 kv.m göstərilmişdir
4. İddiaçı ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m-lik eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m-lik sahə üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alı nması və çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m. olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşdiyi, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olduğu, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçdiyi və su çəninin olduğu müəyyən edilmişdir. Qeyd olunan sahəyə dair iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 9 mart 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mə nzilə dair xx.xx.2021-ci il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin onun tərəfindən alınmasına və pulun ödənilməsinə dair alğı-satqı müqaviləsi, MTK tərəfindən verilmiş arayış və texniki pasport cavabdehə təqdim edilsə də, müraciəti tam təmin edilməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin ümumi sahəsi 703.5 kv.m (94.8 kv.m yaşayış sahəsi, 74.0 kv.m yardımçı sahə və 534.7 kv.m eyvan) olsa da, onlar eyvanı mənzilin tərkib hissəsi kimi nəzərə almayaraq, sadəcə 168.80 kv.m sahəyə dair reyestrdən çıxarış vermişlər. Bu səbəbdən, hüquqlarının bərpa edilməsi üçün tərəfindən cavabdehə müraciət edilsə də, xx.xx.2022-ci il tarixli bildiriş ilə ərizəsinin icrasından imtina etmişlər. İmtinada göstərilmişdir ki, sahə damüstü sah ədir və ümumi mülkiyyət hüququ ilə bütün payçılara məxsusdur. Həmçinin digər qeyd edilməli olan məsələ ondan ibarətdir ki, sahə məhz eyvandır (penthausdur) və 534.77 kv.m sahəyə keçid sadəcə ona məxsus mənzildəndir. Eyvan ona məxsus mənzilin tərkib hissəsidir və giriş sadəcə onun evindəndir. Cavabdeh orqan isə qanunsuz olaraq həmin sahənin ümumi yaşayış sahəsi olduğunu qeyd etmişdir. Bütün bunlar onu göstərir ki, sözügedən yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsindən cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından im tinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Lakin, bu əsaslardan heç biri ona münasibətdə olmadığından cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinə müvafiq sənədlərin təqdim edilmədiyini əsas gətirərək, imtina etməklə hüquqlarını pozmuşdur. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Beləliklə də, ona məxsus ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvan mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və texniki pasport verilməlidir.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ünvan 2 ünva nında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m-lik eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m-lik sahə üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m. olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşı nmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşdiyi, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olduğu, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçdiyi və su çəninin olduğu müəyyən edilmişdir. Lakin, qeyd olunan sahəyə dair hər-hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********25 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirir ki, İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin çıxarışa əsasən ölçüsü 168.8 kv.m olmasına baxmayaraq, faktiki ölçüsü 328.8 kv.m-dir. Həmçinin bildirilir ki, iddia tələbində qeyd olunan ünvan 2 ünvanında yerləşən 35 saylı mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2005-ci il tarixli, 008012 nömrəli orderi əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyatdan keçmişdir. Mənzil bir neçə dəfə özgəninkiləşdirilmiş, hazırda daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı xüsusi mülkiyyətindədir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə məxsus 534.7 kv.m eyvanın (penthaus) mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi hesab edilərək, ümumilikdə 703.5 kv.m sahə üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. (hakim: A.Abdullayeva).
10. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələbləri mənzillərin ümumi sahəsinə daxil edilən hissələri və həmin hissələr əsasında hesablamanın aparılması qaydasını müəyyən etmişdir ki, yaşayış binasının “eyvan” sahəsinin mənzilin ümumi sahəsinə daxil olması aydın şəkildə göstərilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, texniki sənədlərin hazırlanması da, cavabdehin səlahiyyətlərinə daxildir. Bu səbəbdən də, iddiaçının texniki pasportun hazırlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi də, əsaslıdır..
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qəra rının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3218/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə-sədrlik edən, V.Ə.BAxışova və A.P.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6883/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 168.8 kv.m. olmaqla 4 (dörd) otaqlı kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 11-ci mərtəbədə yerləşdiyi, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olduğu, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçdiyi və su çəninin olduğu müəyyən edilmişdir. Lakin, qeyd olunan sahəyə dair hər-hansı hüquq müəyyənedici sənədlər təqdim İdarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin çıxarışa əsasən ölçüsü 168.8 kv.m olmasına baxmayaraq, faktiki ölçüsü 328.8 kv.m-dir.. Cavabdeh hüquqi mövqeyin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 11 və 23-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Maddə 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Maddə 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Maddə 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Maddə 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Maddə 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Mənzil Məcəlləsi Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, l ift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsin in sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır.
19. Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 3.0.37. mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları; Maddə 59 Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 63 Tikint i obyektlərinin mühəndis-kommunikasiya təminatı Maddə 63.2. Mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və sair fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər tikinti obyektlərinin mühəndis- kommunikasiya təminatı qaydalarında nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələ rə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
28. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 11 mərtəbəli, yaşayış binasının 1-ci girişdə, 11ci mərtəbədə 4 otaqlı, 35 nömrəli, ümumi sahəsi 703.0 kv.m olan (penthouse) sahə "xxxx" MTK-nın üzlərinin 01 iyun 2005-ci il tarixli ümumi yığıncağının 08 nömrəli protokolundan çıxarışa əsasən iddiaçının oğlu X3 ayrılmışdır. Həmin sahə 07 saylı, 01 iyun 2005-ci il tarixli müqavilə əsasında X1. Mənzilin dəyəri X4 tərəfindən tam şəkildə ödənilmiş, buna dair "xxxx" MTK tərəfindən maliyyə arayışı verilmişdir. Mənzilə dair mülkiyyət hüquqları ilkin olaraq X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında həmin mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
29. Cavabdeh özünün xx.xx.2012-ci il tarixdə tərtib etdiyi mənzilə dair texniki pasportda mənzilin eyvan sahəsinin ölçüsünü ayrıca xüsusi olaraq 534.7 kv.m göstərmişdir. İşdə olan sənədlərə görə iddiaçı eyvan sahəsinə görə ödəmə etmiş, cavabdeh həmin sahəni eyvan kimi qəbul edib mənzilin texniki pasportunda təsvir etmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi eyvanların sahəsi də daxil olmaqla hesablandığından apelyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin eyvan sahəsinə mülkiyyət hüququ qeydə alınmalıdır.
30. Cavabdeh kasasiya şikayətində idarənin mütəxəssisləri tərəfindən mövcud daşınmaz əmlaka texniki baxış keçirilən zaman mənzilin 11-ci mərtəbədə yerləşməsini, ətrafında sahəsi 533.2 kv.m olan damüstü sahənin mövcud olmasını, qeyd olunan sahədə binaya məxsus istilik xətlərinin keçməsini və su çəninin olmasını bildirsə də, məhkəmə kollegiyası vurğulayır ki, əvvəla Şəhərsalma və Tikinti Məcəlləsinin 63.2-ci maddəsinə görə tikinti obyektlərinin dam örtüklərində mühəndiskommunikasiya təminatı komponentlərinin (istilik və su xətlərinin, su çəninin) yerləşdirilməsi qadağan edilmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının mənzilinin texniki pasportunda həmin sahəni dam örtüyü kimi deyil, mənzilin eyvan sahəsi kimi göstərmişdir. Odur ki, mübahisə olunan sahənin dam örtüyü olması barəd ə cavabdehin dəlili özünün tərtib etdiyi sənədlə təkzib olunduğundan həmin dəlil əsaslı sayıla bilməz. 31.Eyni əsaslarla mənzilin faktiki ölçüsünün 328,8 kv.m olması barədə cavabdehin kasasiya şikayətinin dəlili əsaslı sayılmr.
32. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki cavabdeh mübahisəli sahəyə dair hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı mülahizələr irəli sürsə də, həmin mülahizələr formal xarakter daşıyır və hər hansı hüquqi əsasa söykənmir.
33. İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi sahə, yaşayış binasının mənzillərinin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt sahəsi olmayıb, mənzilin ümumi sahəsinə daxil edilməli olan eyvan sahəsidir və həmin sahəyə dair "xxxx" MT K tərəfindən verilmiş müvafiq hüquq müəyyənedici sənədlər (protokoldan çıxarış, müqavilə, maliyyə arayışı və fərdi yaşayış evinin texniki pasportu) mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən (mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 34 Qeyd edilənlərə əsasən, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, cavabdehin kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3218/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.