Məhkəmə qərarları › İş №2-1(102)-831/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-831/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-831/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxx MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Xəqani Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi xxxnın və vəkili İsmayıl Əhmədin iştirakı ilə, İddiaçı xxx MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1923/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, vergi öhdəliklərini vaxtında icra etmişdir. Cavabdeh 17 iyul 2017-ci il tarixindən 2017-ci ilin may ayına ƏDV bəyannaməsinə kameral vergi yoxlaması keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında məktub göndərmişdir. 01 yanvar 2010-cu il tarixdən 22 avqust 2017- ci il tarixədək gələn elektron vergi hesab fakturasının tərkibində malların təqdim edilməsi ilə əlaqədar vergi hesab fakturası mövcud deyildir. Cavabdehin 08 avqust 2017-ci il tarixli qərarı ilə 2017-ci ilin may ayının ƏDV bəyannaməsin ə kameral qaydada 155405,76 manat vergi hesablanmışdır. Təqdim edilmiş sonuncu elektron vergi hesab fakturası 08 oktyabr 2013-cü il tarixdə “xxxx” MMC tərəfindən HG seriyalı, 284895 saylı elektron vergi hesab fakturası olmuş və həmin faktura üzrə ƏDV-siz məbləğ 217 manat təşkil etmişdir. Göstərilən təşkilat gələcəkdə təqdim edilməsi üçün mal təqdim etmir, kuryer xidməti ilə məşğuldur. 01 yanvar 2010-cu ildən hal-hazıradək göstərilən elektron hesab fakturasında təşkilat gələcəkdə təqdim edilməsi üçün mal təqdim etməmişdir. Hesab fakturada satıcı tərəfindən xidmətin təqdim edilməsi ilə əlaqədar təqdim edilmişdir. İddiaçı xxx MMC cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin 07 avqust 2017-ci il tarixli, **********331700 nömrəli qərarının qanun suz əlverişsiz inzibati akt kimi ləğv olunmasıbarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12 mart 2018-ci il tarixli iş № 2-1(82)-234/2018, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 16 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-1923/2018 (hakiml ər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və X.Sarıyev) qərarı iləcavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı “M&M X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin 07 avqust 2017-ci il tarixli, **********331700 nömrəli qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv olunması barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “M&M X2” MMC-yə ünvanlanmış 03 noyabr 2017-ci il tarixli məktubunda bildirmişdir ki, Komitənin məlumat bazasın da “M&M X2” MMC tərəfindən 01 yanvar 2014-cü il tarixdən 01 noyabr 2017-ci il tarixədək idxal-ixrac əməliyyatlarının aparılması üzrə məlumatlar qeydə alınmamışdır. “xxxx” MMC tərəfindən 31 dekabr 2013-cü il tarixə “M&M X2” MMC-nin maliyyə vəziyyəti haqqında hesabatdan və bu barədə başa çatmış il üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditi aparılaraq rəy verilmişdir ki, maliyyə hesabatları 31 dekabr 2013-cü il tarixinə “M&M X2” MMC-nin maliyyə vəziyyəti və bu tarixdə başa çatmış il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətlərinin axımı üzrə X1 Uçot– Standartlarına müvafiq olaraq düzgün və ədalətli təsəvvür yaradır. Cavabdeh VN yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən “M&M X2” MMC-yə 2017-ci ilin may ayına 131663,20 manat ƏDV hesablanması barədə 04 avqust 2017-ci il tarixdə **********585200 nömrəli qərar qəbul etmişdir. Cavabdeh VN yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən “M&M X2” MMC-yə 2017-ci ilin may ayına 7137764,14 manat ƏDV hesablanması barədə 07 avqust 2017-ci il tarixdə **********331700 nömrəli qərar qəbul etmişdir. Vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. ƏDV ödəyicisi olan hüquqi şəxslər ƏDV bəyannaməsini hesabat dövründəki növ bəti ayın 20-dək təqdim edirlər. Cavabdeh orqan iddiaçıya 2017-ci ilin may ayına əlavə məbləğ ƏDV hesablanmasını 2014-cü ilin vergi bəyannaməsində ilin sonuna 863365,36 manat məbləğində mal qalığının olması və sonradan dövriyyə məbləğinin göstərilməməsi (“0 manat” əks olunması) ilə əsaslandırır. Məhkəmə isə qeyd edir ki, bu uyğunsuzluq mövcud olsa da, 2017-ci ilin mayının hesabatları üzrə deyil, 2014-cü ildən sonrakı ilk hesabat dövründə görünür. Həmin uyğunsuzluq əsas götürülməklə izahat və sənədlərin tələb olunması və bundan sonra kameral vergi yoxlamasının nəticəsi kimi vergilərin hesablanması barədə qərar qəbul edilməsi üçün icraat müddəti artıq 2016-cı ildə ötürülmüşdür. Ona görə də bu halın (uyğunsuzluğun) məhz 2017-ci ilin may ayı üzrə kameral vergi yoxlamasında əsas kimi götürülməs i yolverilən deyil. Eləcə də inzibati orqanın 04 avqust 2017-ci il tarixli və 07 avqust 2017- ci il tarixli həmin qərarları - əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İnzibati Prosessual Məcəllənin 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. İddiaçı sonuncu dəfə 2014-cü il üçün mənfəət vergisi bəyannaməsi təqdim etmiş, bundan sonra isə dövriyyəsini 0 göstərmişdir. Lakin həmin bəyannaməyə əsasən iddiaçının 863365,36 manat mal qalığının olduğu müəyyən edilir. Cavabdeh hesab edir ki, iddiaçının həmin mal qalığını sataraq gəlir əldə etməsi ehtimalı mövcuddur. Lakin iddiaçı bu faktı təkzib edir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilini əsassız hesab edir. Çünki iş materiallarında iddiaç ının 2014cü ildən sonra fəaliyyətinin dayandırılması barədə hər hansı sübut mövcud deyildir. Yəni, iddiaçı faktiki olaraq fəaliyyət göstərdiyi üçün onun qalıq maldan mənfəət əldə etməsi labüddür. Lakin cavabdeh birinci instansiya və apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi şikayət ərizəsi və apelyasiya şikayətində iddiaçının fəaliyyətinin dayandırılmasını göstərməsinə baxmayaraq göstərilən hal apelyasiya instansiyası tərəfindən inkar edilir. İddiaçının əvəzləşdirmə hüququndan istifadə etməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Vergi ödəyicisinin əvəzləşdirmə aparılması və əvəzləşdirmə hüququnun olması aşağıda göstərilən hallar mövcud olduqda mümkün haldır, mövcud olmalıdır. Malların Azərbaycan Respublikası rezidenti tərəfindən vergi ödəyicisinə təqdi m edildikdə, malların təqdim edilməsi, bu barədə qaimə fakturanın mövcud olması, həmin qaimə faktura əsasında vergi ödəyicisinə təqdim edilmiş elektron vergi hesab fakturası; təqdim edilmiş mallara görə rezidentə ödənilmiş ƏDV; malın ƏDV-siz dəyəri Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbinə əsasən ödənilməsi. Yuxarıda göstərilən 4 faktın 2-si vergi orqanında mövcuddur. Əgər iddiaçının sərəncamında Məcəllənin 9.5-cı maddəsinin tələbinə əsasən mal qalığı mövcud olmuşdursa, vergi orqanında qeyd edilən 2 fakt mövcud olmalıdır (ƏDVnin depozit hesaba ödənilməsi və elektron vergi hesab fakturası). İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsı vergı orqanının üzərinə düşdüyü üçün həmin sübutları məhkəməyə təqdim etməlidir. Lakin göstərilən sübutları cavabdeh məhkə məyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 45.2.7-ci maddəsinə görə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Kameral vergi yoxlamasından fərqli olaraq audit yoxlaması mühasibat sənədlərdən istifadə etməklə hazırlanır. Göstərilən audit yoxlamasının yekun rəyində göstərilir ki, “Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2013-cü il tarixinə “Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirməsi üçün yetərli və müvafiq əsasını təmin edir. “xxxx” MMC-nin maliyyə vəziyyəti və bu tarixə başa çatmış il üzrə maliyyə nəticələri və pul vəsaitinin hərəkətinin axını üzrə X1 Uçotu Standartlarına müvafıq olaraq düzgün və ədalətli təsəvvür yaradır”. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 03 noyabr 2017-ci il tarixli 14/14-26/05183 saylı məktubuna əsasən iddiaçıya 01 yanvar 2014-cü il tarixdən 01 noyabr 2017-ci il tarixinə kimi iddiaçı tərəfindən idxal-ixrac əməliyyatları aparılması üzrə məlumatlar qeydə alınmamışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş 01 yanvar 2017-ci il tarixdən 17 noyabr 2017-ci il tarixə kimi olan dövrdə iddiaçıya təqdim edilmiş elektron vergi-hesab fakturasında görünür ki, həmin müddətdə satıcılar tərəfindən malların təqdim edilməsi barədə elektron qaimə mövcud deyildir. Yuxarıda göstərilən bütün hallar bir daha təsdiq edir ki, 863356,36 manat mal qalığı mühasibat sənədlərində təsdiqini tapmamışdır. Göstərilən mübahisəli inzibati akt “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin tələblərinin riayət edilməməsi ilə hazırlandığı üçün “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsində nəzərdə tutulmuş inzibati akt tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 04 avqust 2017-ci il və 08 avqust 2017-ci il tarixli **********585200 və **********331700 saylı qərarları əlavə vergi ödəmək vəzifəsi qoyduğu üçün əlverişli inzibati aktdır. Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1923/2018 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili İ.Əhməd kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2018-ci il tarixliqərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi P.Kərimo vada, cavabdehin vəkili İ.Əhmədinçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidi, kasasiya şikayəti qalan hissədə, geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 16 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1923/2018 saylı qərarla, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-234/2018 nömrəli, 12 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı “M&M X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikas ı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin 07 avqust 2017-ci il tarixli, **********331700 nömrəli qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv olunması barədə iddiasının təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6.1.3, 153, 154.1, 159.1, 177.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçının iddia tələbi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin 08 avqust 2017-ci il tarixli, **********331700 saylı qərarının qanunsuz əlver işsiz inzibati akt kimi edilməsindən ibarətdir. Belə ki, məhz həmin qərarla iddiaçıya cavabdeh tərəfindən 2017-ci ilin may ayının əlavə dəyər vergisi bəyannaməsinə kameral qaydada 155405,76 manat vergi öhdəliyi hesablanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Vergilər Nazirliyinin tərtib etdiyi iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi, 2017-ci ilin may ayında vergi ödəyicisi olan iddiaçı tərəfindən hər hansı bir əməliyyat aparılması və bununla bağlı müvafiq vergi bəyannaməsinin təqdim edilməsi mövcud olmamışdır. Bu baxımdan cavabdeh tərəfindən ƏDV üzrə may 2017-ci ilin vergi dövrü üçün kameral vergi yoxlaması məqsədi ilə zəruri olan sənədlərin (məlumatların) tələb edilməklə, ƏDV üzrə əməliyyat aparılmayan və nəticə etibarı ilə də bəyannamə təqdim edilməyən may 2017-ci ilin vergi dövrü üçün kameral qaydada vergilərin hesablanması qanuna uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarındandır. Həmin Məcəllənin 24.0.1 və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları: vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.3-cü maddəsinə müvafiq olaraq kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyə t və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Beləliklə, Vergi Məcəlləsinin 37.3-cü maddəsindən bariz şəkildə göründüyü kimi, kameral vergi yoxlaması aparılması üçün vergi ödəyicisindən müvafiq vergi bəyannaməsi təqdim olunmalı və yalnız bundan sonra bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, əlavə məlumatlar tələb edilməklə kameral vergi yoxlaması aparıla bilər. Lakin yuxarıda artıq göstərildiyi kimi 2017-ci ilin may ayında iddiaçı hər hansı bir vergiyə tutulacaq əməliyyat aparmadığından ƏDV üzrə vergi bəyannaməsi təqdim edilməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyətli olan həmin faktı İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri baxımı ndan araşdırmayaraq ona hüquqi qiymət verməmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “M&M X2” MMC-yə ünvanlanmış 03 noyabr 2017-ci il tarixli məktubunda rəsmi olaraq bildirmişdir ki, Gömrük Komitəsinin məlumat bazasında iddiaçı tərəfindən 01 yanvar 2014-cü il tarixdən 01 noyabr 2017-ci il tarixədək idxal-ixrac əməliyyatlarının aparılması üzrə məlumatlar qeydə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsində sözügedən məsələ də araşdırma predmeti olmamışdır ki, belə olan halda, iddiaçının buna dair olan dəlilini məhkəmə kollegiyası əsaslı hesab edir. Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfi ndən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanm aması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Həmçinin Vergi Məcəlləsinin 37.4-cü maddəsində qeyd olunmuşdur ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergi bəyannaməsi üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Şəxsi hesab vərəqəsindən (1 cild, səh 145-146) gör ünür ki, iddiaçı dekabr 2014-cü il tarixindən başlayaraq ƏDV üzrə bəyannamə təqdim etməmişdir. Bu da onun həmin dövrdən fəaliyyətinin dayandırılması anlamına gəlir (İddiaçı özü bu barədə məhkəməyə məlumat vermişdir). Belə olan təqdirdə işə yenidən baxılarkən bu məsələ araşdırılmalıdır. Əks halda cavabdeh tərəfindən məhz may 2017-ci il üçün analoji hesablamanın aparılması anlaşılmazdır. İddiaçı qeydiyyatda olduğu vergi orqanına Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırılması barədə müəyyən olunmuş formada arayış təqdim etdiyi halda, həmin Məcəllənin 16.5-ci maddəsinə əsasən iddiaçının vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi olmamışdır. Belə olan halda iddiaçı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qa ydada vergi bəyənnaməsi təqdim etmək öhdəliyinin olmaması üzrlü hesab olunmalı və Vergi Məcəlləsinin 37.4-cü və 67-ci maddələrinə əsasən əlaqəli məlumat əsasında 2017-ci ilin may ayı üçün 04 avqust 2017 və 07 avqust 2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərarların qəbul edilməsi qanunvericiliyə uyğun olmayan hesab edilməldir. Həmçinin iddiaçı kasasiya şikayətində göstərmişdir ki, cavabdehin 2017-ci ilin may ayına görə ƏDV-nin hesablanması barədə 04 avqust və 07 avqust 2017-ci il tarixli qərarları - əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu də lili də əsaslıdır, belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə müvafiq olaraq əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən işin hallarını yuxarıda göstərilmiş maddi hüquq normaları baxımından qiymətləndirməmiş və bunun nəticəsində iş üzrə yanlış nəticəyə gəlmişdir. Bun unla yanaşı apelyasiya instansiyası məhkəməsi iddiaçının fəaliyyətinin dayandırılması barədə mötəbər sübutlar olduğu halda, həmin sübutları tam və hərtərəfli araşdırmamış, halbuki bu məsələ də iş üzrə düzgün qərar qəbul edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 16 oktyabr 2018-ci il tarixli, 21(103)-1923/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar