Məhkəmə qərarları › İş №2-1(102)-831/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-831/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-831/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR (Açar sözlər: yeni texniki şərtin verilməsi) Giriş hissə: 17.06.2020 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Əhməd Əhmədov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Cavid Alıyevin iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı yeni texniki şərtin verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2435/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 20 20-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı cavabdeh tərəfindən İddiaçı MMCyə verilən xx xxxxxxx 2018-ci il tarixli TX-18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması, İddiaçı MMC-yə 117 saylı yarımstansiyanın 6/04 kV-luq PQ-dən 6 kV-luq kabel xətti çəkilməklə elektrik enerjisi ilə təmin olunması barədə yeni texniki şərtin verilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkşafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 86 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, xx xxxxxx 2016-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində yeni binaların tikintisi cəmiyyətə həvalə edilmişdir. Tərəflərindən yuxarıda qeyd olunan ərazidə iki ədəd çoxmənzilli, hündürmərtəbəli yaşayış binası və yüzlərlə fərdi yaşayış evi sökülərək, ərazidə 7 girişli 4 ədəd çoxmənzilli yaşayış evinin inşasına başlanılmışdır. Hal-hazırda inşaat işləri davam etməkdədir. Onlar bir neçə dəfə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə şifahi və yazılı müraciətlər edib, tikinti komplekslərinə texniki şərtin verilməsini xahiş etsələr də, lakin onların müraciətlərinə cavab verilmədiyinə görə, müvafiq dövlət orqanlarına müraciətlər etməli olmuşlar. Çoxsaylı şikayətlərindən sonra «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən «xxxx» MMC-yə xx xxxxxxx 2018-ci il tarixli, TX-18/0933 saylı «Texniki şərt» verildi. Lakin «xxxx» Açıq Səhmdar Cəmiyyəti məhz onlardan şikayətlər etdikləri üçün bilərəkdən yaxın məsafədə yerləşən transformator məntəqəsindən yox, qərəzli olaraq tamamilə əks istiqamətdə yerləşən transformator məntəqəsindən elektrik enerjisi ilə təchiz olunmalarına dair, heç bir əsası olmayan bir texniki şərt onlara təqdim edilmiş dir. Həmin texniki şərtin tələblərini araşdırıb öyrəndikdən sonra xx xxxxxxx 2018-ci il tarixlərdə 2018-ci il tarixlərdə ərizələr ilə «xxxx» ASC-yə müraciət edərək, tərəflərindən onlara xx xxxxxxx 2018-ci il tarixdə verilmiş TX-18/0933 saylı texniki şərtin dəyişdirilməsinə zərurət vardır. Lakin «xxxx» ASC tərəfindən xx.xx.2018-ci il tarixli müraciətlərinə aidiyyatı olmayan cavab verilmişdir. Sonradan da göndərdikləri məktublara hər hansı münasibət bildirilməmişdir. Belə ki, TX18/0933 saylı texniki şərtində 35/16 kVluq 117 saylı yarımstansiyasının 910 saylı transformator məntəqəsinin 35 kV-luq paylayıcı qurğusu rekonstruksiya edilərək (2 ədəd yuva) müvafiq avadanlıqlar quraşdırılması və İddiaçı MMC tərəfindən tikiləcək yeni transformator məntəqəsi həmin 1910 saylı transformator məntəqəsində n qidalanması nəzərdə tutulmuşdur. İddiaçı MMC hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə 130-dan yuxarı fərdi yaşayış evi, 2 ədəd çoxmənzilli, hündürmərtəbəli yaşayış binaları və qeyri-yaşayış obyektləri sökərək, yerində yeni binaların tikintisini həyata keçirir. Göstərilən ərazi 35/6 kV-luq 117 saylı yarımstansiyadan qidalanan 52 saylı transformator məntəqəsindən (200 metr məsafədə yerləşən) elektrik enerji ilə təchiz olunmuşdur. 35/6 kV-luq 117 saylı yarımstansiya yerləşdikləri ünvanın yaxınlıqdan (təxminən 200 metr məsafədə yerləşir), texniki şərtində göstərilən 1910 saylı transformator məntəqəsi isə ondan bir-neçə dəfə uzaq məsafədə, təxminən 800 metr məsafədə yerləşir. Ona görə də, hansısa naməlum səbəblərdən texniki şərtdə yaxın yarımstansiyadan yox, olduqca uzaq məsafədə yerləşən, əraziyə heç bir aidiyyəti olmayan 1910 saylı TM-dən elektrik təchizatın verilməsi nəzərdə tutulmuşdur. Üstəlik nəzərə alınsa ki, texniki şərtin 3.1-ci bəndində «xxxx» MMC-yə 35/0,4 kV olan yeni TM binasını inşa edilməsi tapşırılmışdır. Belə olan təqdirdə, yaxın məsafədə yerləşən yarımstansiyadan elektrik təchizatının verilməməsi qaçılmazdır. İddiaçı MMC-yə yaxınlıqda yerləşən yarımstansiyadan birbaşa yox, yaxın yarımstansiyadan qidalanan və təxminən 800 metr aralıda yerləşən 1910 saylı taransformator məntəqəsindən (halbuki texniki şərtdə onların tərəfindən yeni TM inşa edilməsi nəzərdə tutulmuşdur) elektrik təchizatının təmin olunmaları nəzərdə tutulması absurddur, heç bir texniki və iqtisadi əsasları mövcüd deyildir. Ən azından, göstərilən məsafədə külli miqdarda enerji itkisi olacağı danılmazdır. Digər tərəfdən, göstərilən ərazi şəhər mərkəzində yerləşir, həmin məsafədən elektrik xətlərin çəkilməsi şəhər təsərrüfatına, yol infrastrukturuna və digər kommunikasiya xətlərinə ciddi ziyan yetirmədən icrası qeyri mümkündür. O cümlədən, külli miqdarda əsassız yerə maliyyə xərcidir. Bunlar İddiaçı MMC-nin imkanları xaricindədir. Lakin yaxın məsafədə yerləşən 35/6 kV-luq 117 saylı yarımstansiyadan isə mövcud hallar əraziyə gəlməkdədir. Çünki, hal-hazırda da elektrik enerjini 117 saylı yarımstansiyanın yanında yerləşən 52 saylı transformator məntəqəsindən alırıq. Mübahisə ilə bağlı Azərbaycan Respublikası Energetika X1 Tənzimləmə Agentliyinə də müraciətlər edilmişdir. Həmin Ag entlik tərəfindən şikayətləri əsasında araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat kobud qanun pozuntusuna yol verərək texniki şərti agentliklə razılaşdırmadan vermişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1278/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddianın təmin edilməsi, «xxxx» ASC tərəfindən İddiaçı MMC-yə verilən xx xxxxxxx 2018-ci il tarixli TX-18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması, İddiaçı MMC-yə 117 saylı yarımstansiyanın 52 saylı Transformator Məntəqəsindən 6/04 Kv-luq PQ-dən 6 Kvluq kabel xətti çəkilməklə elektrik enerjisi ilə təmin olunması barədə yeni texniki şərtin verilməsi öhdəliyinin «xxxx» ASC-yə həvalə edilməsi qərar a alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2435/19 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Valeh Ağayev) qərarı ilə cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1278/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları»nın 2.22-ci bəndinə əsasən ETM texniki şərtlərin hazırlanması məqsədi ilə elektrik qurğuların gücü 800 kVt-dan yuxarı olan sifarişçinin ərizəsini və ya MYİHO-dan ETM-ə daxil olan sorğunu, habelə təqdim edilmiş sənədləri ərizənin daxil olduğu gündən 3 (üç) iş günü müddətində dövlət elektroenergetika müəssisəsinə göndərir. Dövlət elektroenergetika müəssisəsi enerji təchizatı müəssisəsi ilə güc həddini ərizə alındığı gündən 10 (on) iş günü müddətində razılaşdırmalıdır. Həmin Qaydal arının 2.3-cü bəndinə əsasən texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerji təchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerji təchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Həmin Qaydalarının 2.4-cü bəndinə əsasən ən yaxın məsafədə müəyyən edilən enerji mənbəyi digər ETM-in xidmət etdiyi ərazidə olarsa texniki şərtlər almaq üçün müraciət edilən ETM bu müraciəti texniki şərtlər verilməsi üçün dərhal həmin ETM-ə göndərir və bu barədə sifarişçiyə məlumat verir. Həmin Qaydalarının 2.27-ci bəndinə əsasən qoşulma nöqtəsi aşağıdakı yerlərdə olmalıdır: 2.27.3. bu Qaydalar ın 2.19-cu bəndində nəzərdə tutulan tikinti obyektləri istisna olmaqla, tikinti obyektləri üçün ən yaxın məsafədə yerləşən gücə malik olan yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində (mövcud güc imkan verərsə). Göstərilən Qaydaların 1.3-cü bəndinə görə bu Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. ETM texniki şərtlərin verilməsi üçün müraciətlərə baxarkən, inzibati prosedurlar bu Qaydalara zidd ola bilməz. ETM tərəfindən verilən texniki şərtlər və qoşulma nöqtələrinə dair tələblər əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti qanunvericiliyin tələblərinə zidd olaraq və qərəzli olaraq yaxın məsafədə, yəni, 200 metrdən az məsafədə yerləşən yarımstansiya və transformator məntəqəsindən yox, tama milə əks istiqamətdə, 800 metr aralıda yerləşən transformator məntəqəsindən iddiaçı tərəfindən əlavə qurğu və avadanlıqlar quraşdırmaqla, müvafiq standartlarından artıq kabel xətləri və digər təchizat sistemləri göstərilməklə elektrik enerji ilə təchiz olunmasına dair heç bir hüquqi, iqtisadi və texniki əsası olmayan bir texniki şərti təqdim etmişdir. Bütün qeyd etdikləri qanunvericilikdə açıq-aydın şəkildə nəzərdə tutulmasına və cavabdeh tərəfindən qanunvericiliyin həmin tələblərinə əməl edilməməsinə baxmayaraq iddiaçının vəsatəti ilə mübahisənin hərtərəfli tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən mühəndis-texniki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli, 7772 saylı ekspert rəyi verilmişdir. Göstərilən ekspert rəyində son suallara cavab olaraq ümumiləşdirilmiş şəkildə göstərilmişdir ki, İddiaçı MMC-nin inşa edilən yaşayış binalarından 1910 saylı transformator məntəqəsinin daha uzaq məsafədə yerləşdiyindən, həmin transformator məntəqəsinə kabel xətlərinin çəkilməsi, 52 saylı transformator məntəqəsindən və ya 117 saylı yarımstansiyasından kabel xətlərinin çəkilməsindən daha artıq vəsaitin tələb edilməsinə, şəhər təsərrüfatına, yol infrastrukturuna və digər kommunikasiya xətlərinə ziyan vurulmasına və məsafəyə görə enerji itkilərinin artırılmasına gətirə bilər. Bakı Apelyasiya Məhkəməsi öz qərarında da həmin ekspert rəyinə istinad edərək göstərmişdir ki, İddiaçı MMC-nin inşa edilən yaşayış binalarından 1910 saylı transformator məntəqəsinin daha uzaq məsafədə yerləşd iyindən, həmin transformator məntəqəsinə kabel xətlərinin çəkilməsi, 52 saylı transformator məntəqəsindən və ya 117 saylı yarımstansiyasından kabel xətlərinin çəkilməsindən daha artıq vəsaitin tələb edilməsinə, şəhər təsərrüfatına, yol infrastrukturuna və digər kommunikasiya xətlərinə ziyan vurulmasına və məsafə fərqinə görə enerji itkilərinin artırılmasına gətirə bilər. Lakin Apelyasiya Məhkəməsi qərarında qeyd etdiklərinin əksinə olaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2435/2019 nömrəli xx xxxxxx 2019- cu il tarixli qərarını tam ləğv edərək, İddiaçı MMC-yə 117 saylı yarımstansiyanın 52 saylı Transformator Məntəqəsindən 6/04 kV-luq PQ-dən 6 kV -luq kabel xətti çəkilməklə elektrik enerjisi ilə təmin olunması barədə yeni texniki şərtin verilməsi öhdəliyinin cavabdeh «xxxx» ASC-yə həvalə edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Həsənov kasasiya məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini Ali Məhk əmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili C.Alıyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş idd iaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasa siya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2435/2019 saylı qərarla, cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1278/2019 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.3, 52, 58.7, 68.1, 68.2, 87.6-cı maddələrinə, Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisind ən istifadə Qaydaları»nın 2.1-ci bəndinə, Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 234 saylı qərarı ilə təsdiq edilmiş «İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları»nın 2.2, 2.3-cü bəndlərinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2435/2019 saylı qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayətindəki faktiki olaraq yeganə dəlili sözügedən enerji təchizatı şəbəkəsinin, yəni, elektrik transformatorunun iddiaçının tikinti obyektinə ən yaxın məsafədə olmasından ibarətdir. Bununla əlaqədar məh kəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 208 saylı xx xxxxxx 2016-cı il tarixli Sərəncamına əsasən Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-ə ünvanlanmış xx xxxx 2016-cı il tarixli xx/xx-1068 nömrəli Şəhərsalma əsaslandırılması barədə məktuba əsasən « İddiaçı» MMC-yə Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəl lədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında istifadəsinə verilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» ASC tərəfindən ünvan 1 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus yüksək mərtəbəli yaşayış kompleksinin elektrik qurğularının ETŞ-yə qoşulması üçün xx xxxxxxx 2018-ci il tarixli TX-18/0933 nömrəli «Texniki şərt» verilmişdir və həmin «Texniki şərt»də 35/16 kV-luq 117 saylı yarımstansiyasının 910 saylı transformator məntəqəsinin 35 kV-luq paylayıcı qurğusu rekonstruksiya edilərək (2 ədəd yuva) müvafiq avadanlıqlar quraşdırılması və İddiaçı MMC tərəfindən tikilə cək yeni transformator məntəqəsi həmin 1910 saylı transformator məntəqəsindən qidalanması nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə mühəndis-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli 7772 saylı ekspert rəyi mövcuddur. Apelyasiya instansiyası məhkəməsi öz xx xxxxxx 2019-cu il tarixli qərarında göstərir ki, birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizasının rəyini hazırkı iş üzrə digər sübutlardan daha mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən «xxxx» MMC-yə verilən xx xxxxxxx 2018ci il tarixli TX-18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması, İddiaçı MMC-yə 117 s aylı yarımstansiyanın 6/04 kV-luq PQ-dən 6 kV-luq kabel xətti çəkilməklə elektrik enerjisi ilə təmin olunması barədə yeni texniki şərtin verilməsi öhdəliyi «xxxx» ASC-nin üzərinə qoyulmalıdır. Lakin apelyasiya məhkəməsi bununla əlaqədar olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbində göstərildiyi kimi «xxxx» ASC tərəfindən İddiaçı MMC-yə verilən xx xxxxxxx 2018-ci il tarixli TX18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdirilməsini, yol verilmiş nöqsanların aradan qaldırılmasını qərara alsa da, həmin qərar qeyri-müəyyən olmaqla, texniki şərtdə konkret olaraq hansı bəndlərin hansı məzmunda dəyişdirilməsi və aradan qaldırılması tələb olunan konkret hansı nöqsanlara yol verilməsi əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə bir tərəfdən möv cud texniki şərtdə dəyişikliklər edilməsini qərara aldığı halda, digər tərəfdən cavabdehin üzərinə iddiaçıya yeni texniki şərtin verilməsi barədə öhdəlik qoymuşdur ki, bu da bir-biri ilə uzlaşmayan və ziddiyyətli nəticələrdir. Apelyasiya məhkəməsinin qənaətinə görə iddiaçının iddia etdiyi 117 saylı yarımstansiyanın əhatə zonasına yerləşən iri enerji tutumlu obyektlər («28 MALL» ticarət mərkəzi, «AZENKO» şirkətinin yaşayış binaları, 1910 saylı TM-dən elektrik enerjisi ilə təmin olunan yaşayış binaları) yarımstansiyanın 35 kV-luq Paylayıcı Qurğudan elektrik enerjisi ilə təmin olunur və şəbəkənin 6 kV gərginlik sinfindən 35 kV-a keçirilməsi elektrik enerjisi itkilərin azaldılmasına, şəbəkənin yükötürmə qabiliyyətinin yüksəldilməsinə gətirib çıxara bilər. Lakin apelyasiya instansiyası məhkəm əsinin gəldiyi bu qənaət hər hansı bir peşəkar ekspert rəyinə, xüsusən də sözügedən iki elektrik transformatorun yüklüyü barədə, həmiçinin onların texniki imkanları, enerji gücü, itkiləri haqqında əsaslamamışdır, halbuki burada xüsusi biliyə malik olan ekspertin təkrar olaraq dəvət edilməsi mütləqdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdiaçının kasasiya şikay əti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2435/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar