Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-831/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Bakı şəhər Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncamın ləğv edilməsi, iddia müddəti, iddianın mümkünlük şərti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X3, vəkili Vəkil3, cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X16, vəkili X9, üçüncü şəxs “xxxx” MTK-nın vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhər Cavabdehə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər - “xxxx” MTK və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “cavabdehin 24.10.2016-cı il tarixli, 350 saylı sərəncamının hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1928/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qərardadından iddiaçıların verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi, 270.81 kv.m əsas, 58.24 kv.m kömək çi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə 27.02.2008-ci il tarixli ayrı-ayrı çıxarışlara əsasən iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdehin 24 oktyabr 2016-cı il tarixli sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsinin “xxxx” MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy A ğaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi ilə bağlı göstəriş nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçılar 25 dekabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 24.10.2016-cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsini və cavabdehdən 10,000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılara heç bir məlumat verilmədən üçüncü şəxs “xxxx” MMC-nin əməkdaşla rı mülkiyyətlərində olan ərazini qanunsuz olaraq zəbt ediblər və hal-hazırda hasar tikərək onların ərazisini dairəyə alıblar. Bundan əlavə olaraq onların binasına xidmət edən kommunikasiya xətlərini (su, kanalizasiya, telefoninternet və s.) dağıdıblar. İddiaçılar buna öz iradlarını bildirəndə üçüncü şəxs “xxxx” MMCnin əməkdaşları bildiriblər ki, Bakı şəhəri Cavabdeh başçısının 24.10.2016-cı il tarixli, 350 saylı sərəncamı ilə Nərimanov rayonu Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün “xxxx” MMC-yə istifadəyə verilib və bu sərəncama əsasən 26.10.2016-cı il tarixli 013 saylı Ayrıc aktı verilmişdir. Bu iki sənədi əsas tutaraq “xxxx” MMC-nin əməkdaşları iddiaçılara qarşı qanuna zidd hər əkətlər edirlər və ərazidə onlara yaxın məsafədə dərin özüllü qazıntı işləri apararaq binalarının mühafizə zolağını aşıblar. Onlara bu məsələ ilə bağlı, öz təşəbbüsləri ilə araşdırma aparmışlar və onlara məlum olmuşdur ki, Cavabdeh başçısının 24.10.2016-cı il tarixli, 350 saylı sərəncamı ilə Nərimanov rayonu Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün “xxxx” MMC-yə istifadəyə verilmişdir, lakin sərəncam cavabdeh tərəfindən iddiaçılara təqdim edilməmişdir. 350 saylı sərəncama əsasən verilmiş olan 26.10.2016-cı il tarixli 013 saylı Ayrıc aktını almışlar və həmin aktda olan Plan-cizgidən görünür ki, mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.0 10854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə 2008-ci ildən iddiaçıların adlarına rəsmiləşdirilmiş daşınmaz əmlak “xxxx” MMC-nə istifadəsinə ayrılmış 1.706 hektar torpaq sahəsinin daxilindədir və üst-üstə düşür. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə iddiaçılar Azərbaycan Respublikası Əmlak Komitəsinə müraciət etmişlər və oradakı əməkdaşlar iddiaçıların mülkiyyət sənədlərini nəzərdən keçirdib bildirmişlər ki, iddiaçıların mülkiyyətlərində olan bina və binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsi qeyri-qanuni olaraq “xxxx” MMC-nin istifadəsinə ayrılıb və “xxxx” MMC- nin istifadəsinə ayrılmış ümumi 1.706 hektar torpaq sahəsindən onların hüquqlarına toxunan hissədə yəni, bina ya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsi qanunun tələbinə əsasən ayrılmalıdır. Cavabdeh qanunsuz hərəkət edərək iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçıların razılığı olmadan iddiaçıların mülkiyyətləri özgəninkiləşdirilə bilməz və mübahisəli sahələr cavabdeh tərəfindən 3-cü şəxs “xxxx” MMC-yə verilməsinə dair hüquqmüəyyənedici sənədlər qismən etibarsız sayılmalıdır, onun nəticələri ləğv edilməlidir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-942/2019 saylı iş) 8 avqust 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin üçüncü şəxs “xxxx” MMC-yə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilməsi haqqında 24 oktyabr 2016-cı il tarixli, 350 saylı sərənca mı iddiaçıların hüquqlarına toxunan hissədə (0.01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilmiş, qalan hissədə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən 24 oktyabr 2016-cı il tarixli sərəncamda Bakı şəhəri, Nərimanov rayonu Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi nəzərdə tutulduğundan həmin sərəncam iddiaçıların mülkiyyətində olan qəzalı vəziyyətdə olmayan qeyri-yaşayış binasına münasibətdə tətbiq edilə bilməz. Odur ki, həmin sərəncam bir hissədə qanuna ziddi inzibati akt kimi iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti ver ərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X10-məruzəçi, X12 və X6, 21(103)-116/2020 saylı iş) 15 yanvar 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 8 avqust 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
9. Cavabdeh və üçüncü şəxs “xxxx” MTK kasasiya şikayətləri verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X2-məruzə çi, X11 və X7, 2-1(102)-1176/2020 saylı iş) 10 sentyabr 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmələr iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtlərini yoxlamamışlar. Halbuki, iddia mümkünlük şərtlərinə cavab vermədiyi halda iddianın əsaslılığının yoxlanılması istisna edilir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. b) apelyasiya instansiyası məhkəməsin dəki ikinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X8-məruzəçi, X13 və X14, 2-1(103)-1928/2020 saylı iş) 27 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçıların cavabdehə qarşı cavabdehin 24.10.2016-cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,010854 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10,000 manat maddi-mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsinə dair iddia tələbi mümkün sayılmamışdır.
13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisələndirmə barədə iddia versə də, bununla bağlı məhkəməyə müraciət etmə mü ddətini ötürmüşlər. Belə ki, hazırkı iddia ərizəsi 25 dekabr 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən sərəncam isə 24 oktyabr 2016-cı ildə qəbul edilmiş və bununla inzibati aktın onun qəbul edilməsindən iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. 2016-cı ildən tikinti işlərinin başlanması və iddiaçılarla danışıqlar aparılması faktı onların qeyd olunan sərəncamdan həmin vaxtdan məlumatlı olduqlarını göstərir. Bununla bağlı olaraq Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.
14. İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qərardadını aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, 2018-ci ilin d ekabr ayının əvvəlində, iddiaçılara heç bir məlumat verilmədən üçüncü şəxs “xxxx” MMC-nin əməkdaşları iddiaçıların mülkiyyətlərində olan ərazini qanunsuz olaraq zəbt ediblər və hal-hazırda hasar tikərək onların ərazisini dairəyə alıblar. Cavabdehin 24.10.2016-cı il tarixli sərəncamına əsasən verilmiş olan 26.10.2016-cı il tarixli 013 saylı Ayrıc aktını iddiaçılar 2018-ci ili dekabr ayının əvvəlində almışlar. Binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsinin içində mülkiyyətdə olan zirzəmi mövcuddur. Onlar bunu 2018-ci ili dekabr ayının əvvəlində “xxxx” MMC-yə bildirmişlər və “xxxx” MMC-nin rəhbəri onlara bildirmişdir ki, onun əlində sərəncam və ayrıc aktı var və nə qədər ki onlar qüvvədədir, bu ərazidə istənilən söküntü işlərini aparacaq və iddiaçıların mülkiyyətlərində olan bin aları da sökəcəklər. Məhz bu səbəbdən də iddiaçılar hesab edirlər ki, cavabdehin 24.10.2016-cı il tarixli sərəncamı qismən ləğv edilməli, iddiaçılara aid olan hissə ümumi ərazidən çıxılmalıdır.
16. İşə baxan məhkəmə kollegiyası qərardadını heç bir fakt və dəlillərlə öz təsdiqini tapmayan cavabdehin və 3-cü şəxsin nümayəndələrinin izahatları ilə əsaslandırmaqla “2016-cı ildən tikinti işlərinin başlanması və iddiaçılarla danışıqlar aparılması faktı onların qeyd olunan sərəncamdan həmin vaxtdan məlumatlı olduqlarını göstərir” cümləsini qeyd etmək əvəzinə, iş materiallarına əlavə edilmiş iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara nəzər yetirməli, həmçinin iddiaçılar tərəfindən təqdim edilmiş şahidləri dindirməli idi. İddiaçılar iddia ərizəsində və məhkəməyə nümayəndələri tərəfind ən verilmiş izahatlarda da, 2018-ci ili dekabr ayının əvvəlində, onlara heç bir məlumat verilmədən üçüncü şəxs “xxxx” MMC-nin əməkdaşları iddiaçıların mülkiyyətlərində olan ərazini qanunsuz olaraq zəbt ediblər və hal-hazırda hasar tikərək onların ərazisini dairəyə almalarının göstərməsinə, bununla da heç bir müddətin ötürülməməsinə istinad edilməsini qəbul etməmişdir.
17. Şikayət əsaslandırılarkən Mülki Məcəllənin 152.1, 152.5, 178.1-ci, Torpaq Məcəlləsinin 48, 67, 83-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1 və 3-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçıların və kili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
21. Üçüncü şəxs xxxx” MTK-nın vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasın ın və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 23. “İnzibati icraat haqqında” Qanun: Maddə İnzibati aktın qəbul olunması haqqında məlumatın verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. (-). Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. (-).
24. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
76. Tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxslərin iştirakı 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yar atdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
25. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (inzibati akt qəbul edilən zaman qüvvədə olan redaksiya). (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhk əmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətin ə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: 1.1-ci bənd. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (-). 1.4-cü bənd. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (-). 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdiril məsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (-). 8.6-cı bənd. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
27. İddiaçıların kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
28. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxl anılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmamışdır.
30. İddiaçılar üçüncü şəxsə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilməsi haqqında cavabdehin 24.10.2016-cı il tarixli, 350 saylı sərəncamının hüquqlarına toxunan hissədə (0.01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10.000 manatın maddi və mənəvi ziyan qismində tutularaq onlara ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
31. İddia növü mübahisələndirmə haqqında iddia olduğuna və iddiaçılar tərəfindən iddianın mümkünlük şərtlərindən biri olan İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin keçməsi səbəbi ilə apelyasiya məhkəməsi iddianı mümkün saymamışdır.
32. İşə bundan əvvəl kasasiya qaydasında baxarkən Ali Məhkəmə qərarında bildirmişdir ki, mübahisələndirilən inzibati akt 2016-cı ilin noyabr ayında qəbul edilmiş, iddia ərizəsi 25 dekabr 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur, aşağı instansiya məhkəmələri tərəfindən inzibati aktın onun qəbul edilməsindən 23 ay müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmamışdır. İşdən görünür ki, iddiaçılar mübahisə edilən inzibati aktın mövcudluğu barədə nə vaxtdan məlumatlı olmaları ilə bağlı konkret mövqe göstərməmiş, işə baxan aşağı instansiya məhkəmələri də bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Halbuki, bu məsələnin dəqiq müəyyən edilməsi iddianın mümkünlüyünə təsir edəcək haldır.
33. Apelyasiya məhkəməsi iş ma teriallarına istinad edərək bildirmişdir ki, iddiaçılar mübahisələndirmə barədə iddia versə də, bununla bağlı məhkəməyə müraciət etmə müddətini ötürmüşlər. Belə ki, hazırkı iddia ərizəsi 25 dekabr 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt isə 24 oktyabr 2016-cı ildə qəbul edilmiş və bununla inzibati aktın onun qəbul edilməsindən iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir.
34. Məhkəmə kollegiyasının mövqeyinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinin apelyasiya instansiyası məhkəmələri üçün məcburi olması barədə İPM-in 96.11-ci maddəsinin tələbinə tam əməl edilməmiş, iddia müddətinin başlanma anı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, iddia müddətinin buraxılmasının iş materiallarında olan han sı sübutlarla təsdiq olunması qərardadda əksini tapmamışdır.
35. İddiaçılar 25 dekabr 2018-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş iddia ərizəsində bildirmişlər ki, “Bir müddət öncə bizə heç bir məlumat verilmədən üçüncü şəxsin əməkdaşları tərəfindən mülkiyyətimizdə olan ərazini qanunsuz olaraq zəbt ediblər və hal-hazırda hasar tikərək bizim ərazini dairəyə alıblar...Biz buna öz iradımızı bildirəndə üçüncü şəxsin əməkdaşları bizə bildirdilər ki, cavabdehin 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamı ilə...yaşayış binasının layihələndirilməsi üçün üçüncü şəxsin istifadəsinə verilib...Biz bu məsələ ilə bağlı öz təşəbbüsümüzlə araşdırma apardıq və bizə məlum oldu ki, cavabdehin 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamı ilə...1706 ha torpaq sahəsi yaşayış binasın ın layihələndirilməsi üçün üçüncü şəxsin istifadəsinə verilib...350 saylı sərəncama əsasən verilmiş olan 26 oktyabr 2016-cı il tarixli 013 saylı ayrıc aktını aldıq və həmin aktda olan plan-cizgidən görünür ki...3 mərtəbəli qeyri-yaşayış binası...üçüncü şəxsin istifadəsinə ayrılmış 1706 ha torpaq sahəsinin daxilindədir və üstüstə düşür...”.
36. İddiaçılar işə təkrar baxan apelyasiya məhkəməsinə təqdim etdikləri işin 2-ci cild 176-cı səhifəsində olan apelyasiya şikayətinə etirazında bildirmişlər ki, cavabdehin sərəncamı barədə məlumatı 17 dekabr 2018-ci il tarixdə almış, həmin vaxt onlara 26 oktyabr 2016-cı il tarixli 013 saylı ayrıc aktı təqdim edilmiş, ayrıc aktında 24 oktyabr 2016cı il tarixli 350 saylı sərəncam barədə məlumat almış, 18 dekabr 2018-ci il tarixdə Əmlak Komitəsində, 19 deka br 2018-ci il tarixdə rayon icra hakimiyyətində qəbulda olmuşlar.
37. Apelyasiya məhkəməsi iddiaçıların iddia ərizəsində və apelyasiya şikayətinə etirazlarında göstərdiyi dəlillərlə bağlı araşdırma aparmamış, iddiaçıların hüquqlarının pozulduğu vaxtı müəyyən etmək üçün üçüncü şəxsin əməkdaşlarının əraziyə girmələri və iddiaçıların irad tutduğu vaxtı, ayrıc aktının onlara nə vaxt verilməsini, Əmlak Komitəsində və rayon icra hakimiyyətində qəbulda nə vaxt olmalarını, iddiaçıların cavabdehin sərəncamı barədə məlumatı məhz 17 dekabr 2018-ci il tarixdə almasını müəyyən etməmişdir.
38. Cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsində iddiaçıların mübahisə predmeti olan Nərimanov RİH başçısının 24.10.2016-cı il tarixli, 350 №-li sərəncamı barədə daha öncədən məlumatlı olduqlarını, əraz inin hasara alındığını, söküntü işlərinin getdiyini, iddiaçıların məlumatlarının olduğunu, iddiaçıların yalnız təklif edilmiş kompensasiya ilə bağlı etirazlarının olduğunu, onların yalnız tikinti işlərini ləngitmək məqsədi ilə iddia qaldırdıqlarını bildirmiş, lakin apelyasiya məhkəməsi iddiaçıların mübahisə açdıqları inzibati aktdan hansı vaxt məlumatlı olmaları, ərazinin hasara alınması, söküntü işlərinin getməsi vaxtı barədə cavabdehlə sorğu-sual aparmamış, inzibati aktın iddiaçı tərəfə verilib-verilməməsi, verilməmişsə, onun səbəblərini öyrənməmişdir.
39. Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarına görə cavabdeh tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə, hazırkı halda həmçinin iddiaçılara məlumat verməli, onları dinləməli, inzibati aktın qəbul edilməsi haqqında onlara rəsmi məlumat verməli idi.
40. Apelyasiya məhkəməsi sadalanan hüquq normalarının işığında araşdırma aparmayaraq cavabdehin qəbul etdiyi 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamla iddiaçılara məlumat verib-vermədiyini müəyyən etməmişdir.
41. Apelyasiya məhkəməsi qəbul etdiyi qərardadında qeyd etmişdir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi tə kzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.
42. Lakin apelyasiya məhkəməsi iddiaçıların mübahisə açdıqları inzibati akt barədə məlumat əldə edilmə andan sonra iddia müddətini buraxması nəticəsinə gəlsə də, iddiaçıların inzibati aktdan nə vaxt məlumatlı olmalarını, iddia müddətinin başlanğıcını qərardadda göstərməmişdir.
43. Məhkəmə kollegiyası işin hazırkı vəziyyətində iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinin mövcud olub-olmadığını müəyyən edə bilməmişdir.
44. Bəhs olunanlara əsasən apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti təmin edilməlidir.
45. İddiaçılar kasasiya şikayətində həm də iddianın əsaslı ol ması ilə bağlı dəlillərini ətraflı qeyd etmişlər. Məhkəmə kollegiyası vurğulayır ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmə olduğundan və iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanıldığından, hazırkı vəziyyətdə mübahisə iddianın mümkünlük şərti olan iddia müddəti ilə bağlı olduğundan, iddianın əsaslılığı barədə şikayətin dəlilləri kasasiya məhkəməsinin araşdırma predmeti olmamışdır.
46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1928/2020 saylı, 27 noyabr 2020-ci tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.