Məhkəmə qərarları › İş №2-1(102)-831/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-831/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-831/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-306/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ( AA 2082124, FİN kod: xxxxxxx ) xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçıya məxsus ******* saylı xx.xx.2011-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.2014-cü il tarixdə DGK Baş Gömrük Mühafizə Xidmətinin Bakı Gömrük Mühafizə Dəstəsinin Gömrük mühafizəsi və növbətçiliyinin təşkili şöbəsinin mühafizəçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinin köməkçisi vəzifəsinə keçiri lmiş, xx.xx.2020-ci il tarixdə isə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh inzibati orqanının 1000/558Ş saylı xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə cavabdeh Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmət inin Bakı Gömrük Mühafizə Dəstəsinin gömrük mühafizəsi və növbətçiliyin təşkili şöbəsinin mühafizəçisi vəzifəsinə təyin edilmiş, xidmətinə xitam verildiyi günədək qüsursuz işləmiş, gömrük xidməti mayoru rütbəsinə qədər yüksəlmiş, sonuncu iş yeri Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi olmuşdur. Hazırda mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2020-ci il tarixli, 1000/558Ş saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli, 34/190/036735 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru kimi, o, üzrlü səbəb olmadan 21 sentyabr 2020- ci il tarixdən 06 oktyabr 2020 -ci il tarixədək işə çıxmamış, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarını kobud şəkildə pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən onun gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr verilmişdir. Əmrdə istinad olunan Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli, 34/190/036735 nömrəli raportu tamamilə əsassız olmuş, həqiqəti əks etdirməmişdir. Belə ki, raportda qeyd edildiyinin əksinə olaraq o, 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək xəstə olmuş, xəstə olması barədə də cavabdehi məlumatlandırmışdır. Belə ki, 21 sentyabr 2020-ci il tarixdə onun hərarəti olmuş, məlum koronovirus pandemiyasına yoluxmasından şübhələndiyindən dərhal özünü yaxınlarından təcrid edərək müvafiq olaraq müalicəyə başlamış, 06 oktyabr 2020-ci il tarixədək müalicə olunduqdan sonra işinə qayıtmış, bu barədə ətraflı izahat vermişdir. Lakin, onun bu izahatı və təqdim etdiyi sənədlər qəbul edilməmişdir. Ona bildirilmişdir ki, şəxsi problemləri ilə bağlı işdən qalması barədə əlavə izahat yazsın ki, onu bağışlayaraq xidmətdən xaric etməsinlər. O, da bununla razılaşmışdır. Lakin, onun xəstə olması ilə bağlı izahatı və təqdim etdiyi sənədlər əsas götürülməmiş, əsassız olaraq gömrük orqanlarından xaric edilməsi və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr verilmişdir. Həmin dövrdə Operativ Qərargahın qərarı ilə Bakı şəhərində karantin rejiminin vaxtı uzadılmış və dövlət orqanlarında işçi sayının 30%-dək azaldılması nəzərdə tutulmuşdu. Bununla yanaşı, qeyd edilən infeksiyaya yoluxmasından şübhələnən şəxslərə özlərini dərhal təcrid etmək tövsiyyə olunmuşdur. O, da məhz özünü və ətrafdakıları qorumaq üçün ilkin simptomları (hərarət) gördükdən sonra dərhal özünü təcrid etmişdir. Onun barəsində inzibati icraat aparılan zaman xəstə olması ilə bağlı izahatı ətraflı araşdırılmalı və kobud intizam pozuntusunun nədən ibarət olması sübut edilmədiyi, həmçinin vəzifəli şəxs kimi onun əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalı, bütün bunlara məcmu halda hüquqi qiymət verilməli idi.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli raportuna əsasən İdarənin 2020-ci il üçün iş planının icrası ilə əlaqədar gömrük orqanı əməkdaşlarının işə davamiyyəti vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamışdır. Qeyd olunan raportun araşdırılması məqsədilə İddiaçı Daxili Təhlükəsizlik İdarəsinə dəvət olunmuş, 07 oktyabr 2020-ci il tarixdə ondan izahat alınmış, sabiq əməkdaş öz izahatında barəsində yazılmış raportla tanış olduğunu və şəxsi işi ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığını, işə çıxmamas ı barədə işlədiyi orqana məlumat vermədiyini etiraf etmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 saylı 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X1"nin 3.3.4-cü yarımbəndinə əsasən, gömrük orqanı əməkdaşı gündəlik iş və ya növbə qrafikinə, o cümlədən, xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib getməli, üzrlü səbəbdən xidmət yerinə gələ bi lməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə rəisini məlumatlandırmalı, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməli, birbaşa rəislərin ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməlidir. Bu Kodeksin 3.12-ci bəndinə əsasan, gömrük orqanı əməkdaşı müəyyən edilmiş qaydada icazə almadan ölkəni, o cümlədən, yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyəti keçirəcəyi yeri bildirməlidir. Sözügedən Kodeksin 12.1-ci bəndinə əsasən, həmin Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydal arın pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və “Gömrük orqanlarında xidmət haqqında“ Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 71-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahat tələb edilməlidir. Gömrük orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi isə ona intizam tənbehi verilməsini istisna etmir. Beləliklə, Komitə sədrinin 1000/558Ş saylı 08 oktyabr 2020-ci il tarixli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqı nda” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2599/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarı (hakim A.Abdullayeva) ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmət yerində olmadığından onun barəsində verilən və hazırda mübahisələndirilən əmr qanuni və əsaslıdır. Belə ki, işə çıxmaması ilə bağlı iddiaçıdan 07 oktyabr 2020-ci il tarixdə izahat alınmış, o, öz izahatında barəsində yazılmış raportla tanış olduğunu və şəxsi işi ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığını, işə çıxmaması barədə işlədiyi orqana məlumat vermədiyini etiraf etmişdir. Bundan sonra o, X2 Mərkəzi tərəfindən verilmiş sağlamlıq vəziyyətini əks etdirən arayışlar təqdim edərək işə çıxmamağının üzrlü səbəblərdən baş verməsini bildirmişdir. Məhkəmə bu arayışların iddiaçının əmək qabiliyyətinin olmamasını təsdiq edən sənəd kimi qəbul etməmişdir. Həmçinin, məhkəmə iddiaçının digər dəlili (işə qayıtdıqdan sonra ətraflı izahat vermiş, lakin təqdim etdiyi sənədlər qəbul edilməmişdir. Ona bildirilmişdir ki, şəxsi problemləri il bağlı işdən qalması barədə əlavə izahat yazsın ki, onu bağışlayaraq xidmətdən xaric etməsinlər. O, da bununla razılaşmışdır.) ilə bağlı qeyd etmişdir ki, iddiaçının əsaslandığı həmin hallar məh kəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmin hallarla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-306/2022 nömrəli qərarı (hakimlər X.Cəmilova - sədrlik edən, M.Tağızadə və C.Yusifov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-2599/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qey d etmişdir ki, iddiaçının 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək üzrlü səbəb olmadan işə çıxmaması Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 saylı 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X1"ndə təsbit olunmuş prinsip və qaydaların yerinə yetirilməməsi, xidməti və icra intizamının pozulması kimi qiymətləndirilir və bu hal, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. O ki qaldı iddiaçının iddia ərizəsində göstərdiyi “işə çıxmadığı dövrdə xəstə olması barədə ətraflı izahat versə də, onun bu izahatları və təqdim etdiyi sənədlərin qəbul edilməməsi və ona şəxsi problemləri ilə bağlı işdən qalması barədə əl avə izahat yazacağı təqdirdə onun bağışlanılaraq xidmətdən xaric edilməyəcəyinin ona bildirilməsi, onun da bununla razılaşması” barədə dəlillərinə, bu halları iddiaçı nə birinci instansiyada, nə də apellyasiya baxışı zamanı sübuta yetirə bilməmişdir.

11. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

12. İddiaçının kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmundadır. İddiaçı hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilmişdir. Etiraza əsasən cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)306/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 saylı 08 yanvar 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimat: Bənd

1. Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Bənd 2. sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Bənd 3. müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri vermək hüququ verilə bilər və bu xəstəlik vərəqələrinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır. Həmin feldşerlərin siyahısı və onların xəstəlik vərəqələrini vermə müddətləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Bənd 4. xəst əlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır.

15. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 saylı 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X1": Maddə 3.3. Gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş xidməti davranış prinsiplərinə tam şəkildə əməl etməyə borcludur. Maddə 3.3.4 Gündəlik iş və ya növbə qrafikinə, o cümlədən, xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtın da gəlib vaxtında getməli, üzürlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə rəisini məlumatlandırmalı, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməli, birbaşa rəislərin ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməlidir. 16. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə: Maddə

16. Gömrük orqanlarının vəzifəli şəxslərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə ixtiyarı yoxdur. Maddə

44. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək, gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək gömrük orqanının vəzifəli şəxsinin borcudur.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə

72. İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən büt ün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə tə crübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.

22. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məs ələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla yanaşı, məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına görə, İddiaçı Dövlət Gömrük Komitəsinin 1000/558Ş saylı xx.xx.2020-ci il tarixli əmri ilə gömrük orqanlarından xaric edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının gömrük orqanlarında xidmətdən xaric edilməsinə əsas olaraq onun üzrlü səbəb olmadan 21 sentyabr 2020-ci il tarix dən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamasına, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmasına istinad etmişdir. Hazırda iddiaçı cavabdehə qarşı “cavabdehin 1000/558Ş saylı xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” barədə iddia tələbi irəli sürmüş, aşağı instansiya məhkəmələri mübahisəni yuxarıda göstərilən qaydada həll etmiş, iddianın təmin edilməməsi nəticəsinə gəlmişlər.

25. İddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamasının üzrlü səbəbdən baş verməsini bildirmiş, bununla bağlı, X2 Mərkəzi tərəfindən verilmiş sağlamlıq vəziyyətini əks etdirən arayışları məhkəməyə təqdim etmiş, a şağı instansiya məhkəmələri bu arayışı iddiaçının qeyd edilən dövrdə əmək qabiliyyətinin olmamasını təsdiq edən mötəbər sübut kimi qəbul etməmişlər.

26. Məhkəmə tərkibi həmin arayışın mötəbər sübut kimi qəbul edilməməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bu qərarın 14-cü bəndində istinad edilən Təlimatın tələblərindən göründüyü kimi, sığorta haqları ödəyən şəxslərin (işçinin) əmək qabiliyyətinin olmamasını təsdiq edən yeganə sənəd əmək qabiliyyətinin olmaması vərəqəsidir. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi yuxarıda qeyd edilən Təlimatda göstərilmiş xüsusi hallardan başqa, qadağan olunur. İddiaçının müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında ara yışın verilməsi üçün isə yuxarıda qeyd edilən Təlimatda göstərilmiş xüsusi halların mövcudluğu aşağı instansiya məhkəmələrində araşdırma zamanı sübuta yetirilməmişdir.

27. İddiaçının digər dəlili onunla bağlıdır ki, işə çıxmadığı dövrdə xəstə olması barədə ətraflı izahat versə də, bu izahatları və təqdim etdiyi sənədlər qəbul edilməmiş, ona şəxsi problemləri ilə bağlı işdən qalması barədə əlavə izahat yazacağı təqdirdə bağışlanılaraq xidmətdən xaric edilməyəcəyi bildirilmiş, o, da bununla razılaşaraq, xəstə olması ilə əlaqədar deyil, şəxsi işi ilə bağlı işə çıxmadığı barədə izahat vermişdir.

28. İddiaçının bu dəlilləri də aşağı instansiya məhkəmələrində sübuta yetirilməmiş, iddiaçı bu barədə heç bir sübut təqdim edə bilməmişdir.

29. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-306/2022 saylı iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar