Məhkəmə qərarları › İş №2-1(102)-831/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-831/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-831/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaraja cizginin verilməsi, İcra Hakimiyyətinin səlahiyyətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “qarajın tikintisi üçün ayrılmış sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3457/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 30 mart 1994-cü il tarixli 445 saylı sərəncamı ilə Qaraçuxur qəsəbəsi 4042-60-cı məhəllədə kollektiv qarajların tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1994-cü il tarixli 1094 saylı sərəncamı ilə X3 Qaraçuxur qəsəbəsi 4042-60-cı məhəllə fərdi avtomaşınların saxlanılması üçün qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

3. X8 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, oğlu X8 onun vərəsəsi müəyyən edilmişdir.

4. İddiaçı cavabdeh Bakı şəhəri Sur axanı rayon İcra Hakimiyyətinə müraciət edərək Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə tikilən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1094 nömrəli sərəncamı ilə vətəndaş X3 məxsus fərdi qarajın cizgi aktının verilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Bu səbəbdən də Suraxanı rayon İcra Hakimiyyəti heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il t arixli 1094 nömrəli sərəncamı ilə qaraj tikintisi üçün mərhum X3 ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən sahəyə dair cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 445 saylı sərəncamı əsasında X1 ayrılmışdır. Qarajın mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Döv lət Arxivinin Bakı filialına təhvil verilməsi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin imtinası əsassızdır. Belə ki, sözügedən qaraj fasiləsiz olaraq onun istifadəsindədir və həmin qaraj ayrılarkən plan cizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanın vəzifəsidir. Bundan əlavə, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən tələb olunan sənədlər Dövlət Arxivinin Bakı filialından tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini yerinə yetirməmişdir.

8. Cavabdeh iddiaçının iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılan dövrdə sözügedən sahəni əks etdirən cizgi Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 saylı sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Ötən illərə dair, o cümlədən 1994-cü illər də daxil olmaqla rayon icra hakimiyyətinin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994cü il tarixli, 1094 nömrəli sərəncamı ilə qaraj tikintisi üçün mərhum X3 ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzi bati Məhkəməsinin 08 may 2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-799/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamı ilə qaraj tikintisi üçün X3 ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kollektiv qarajın tikintisi üçün ümumi torpaq sahəsinin cizgisi tərtib edilsə də, Nizami Əliyevə qaraj tikintisi üçün ayrılmış sahənin cizgisi tərtib edilməmişdir. İddiaçı hazırda həmin cizginin, daha doğrusu, artıq tərtib edilmiş cizginin “dublikat”ının verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nın (surətinin) təqdim edilməsi vəzifəsi daşımışdır, deməli, iddiaçı hazırkı tələbində haqlıdır. Həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Digər tərəfdən, cavabdeh həmin sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini iddia etsə də, məhkəmə sorğusuna əsasən həmin qurum xx.xx.2022-ci il tarixli məktubunda cavabdehin qəbul etdiyi xx.xx.1994-cü il tarixli 1094 saylı sərəncama akt və cizginin əlavə edilmədiyini bildirmişdir. Belə olan halda cavabdehin imtinası qanunsuz, iddiaçının tələbi isə əsaslı olmuş dur. Bu səbəbdən iddia təmin edilməlidir.

13. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4 (məruzəçi), X5 və X6) 2-1(103)-3457/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətini təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-799/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİ N DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul etmiş, inzibati işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamışdır.

18. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin pla nı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torp aq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür.

19. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsi: Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (qüvvədən düşmüş) Maddə 7.Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Maddə 10.Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. Maddə

73. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində kooperativ qaraj tikintisi üçün torpaqlar Qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperati vin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. 23. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı Dövlət intizamını möhkəmləndirmək, Azərbaycan Respublikası xalq təsərrüfatının səmərəli idarə olunmasını təşkil etmək, Azərbaycan Respublikasında icra hakimiyyəti orqanlarının fəaliyyətində vəhdəti təmin etmək məqsədi ilə və "Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin. 2. "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"- təsdiq edilsin.

3. İndiki çağırış rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetləri "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər.

4. Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.

5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sove tlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər.

6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qər ar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. X12 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qarajın tikintisi üçün ayrılmış sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərə findən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yeganə mübahisə edilən məsələ hazırki iş üzrə Suraxanı rayon İcra Hakimiyyətinin əsassız olaraq cavabdeh qismində cəlb edilməsi ilə bağlıdır. Bildirilir ki, məhkəmələr əsassız olaraq Suraxanı rayon İ cra Hakimiyyətini iş üzrə cavabdeh qismində cəlb etmişlər. Belə ki, Torpaq Məcəlləsinə, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti q ismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür. Odur ki, hazırki iş üzrə iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkünsüz hesab edilməlidir.

30. Kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, əvvəla iş materiallarına əlavə edilmiş sərəncamdan da görünür ki, torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında ayrılmışdır.

31. Digər tərəfdən məhkəmə kollegiyası bildirir ki, hüquq münasibətləri yaranan zaman qüvvədən olan (hal hazırda qüvvədən düşmüş) Torpaq Məcəlləsinin müddəalarına görə qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə verilir. 32. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələ rində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 372 nömrəli, 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən rayon, şəhər xalq deputatları Soveti hazırki halda yerli icra hakimiyyətlərinə aid olduğundan hazırki iş üzrə Suraxanı rayon İcra Hakimiyyətinin cavabdeh kimi icraata cəlb edilməsi qanunidir.

33. Odur ki, cavabdehin iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı kassasiya şikayətində əks etdiyi mövqeyin heç bir hüquqi əsası yoxdur. Yəni iddia tələbi cavabdeh tərəfindən mübahisələndirilsə də düzgün cavabdehə yönəlmişdir.

34. Bundan əlavə məhkəmə kollegiyası iddianın mahiyyəti ilə əlaqədar qeyd edir ki, Suraxanı RİH-nin xx.xx.1994-cü il tarixli, 445 nömrəli sərəncamı ilə X3 qaraj tikintis i üçün Qaraçuxur qəsəbəsinin 4042-60-cı məhəlləsində 6mx4m metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası qanunsuz və əsassız olmuşdur.

35. Beləliklə, göründüyü kimi cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi arqumentlərin heç bir hüquqi əsas mövcud deyildir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3457/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar