Məhkəmə qərarları › İş №2-1(102)-832/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-832/2020

21.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-832/2020 21.04.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iş üzrə (Açar söz: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı müavinətin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2897/2019 sayl ı 18.12.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21.04.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə dəfələrlə iştirak etmiş, döyüşlərdə iştirak edərkən yaralanmış, boyun nahiyəsindən odlu silahla qəlpə yarası alması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 13.08.2015-ci il tarixli, 838 saylı Qərarı ilə təsdiq olunmuş, həmin qərar əsasında 11.10.2016-cı il tarixində ona Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlə bağlı 3-cü qrup əlilliyinə görə əmək pensiyası təyin edilmişdir və o, həmin tarixdən Prezident təqaüdü alır. Son vaxtlara kimi ona “Müharibə veteranı” adı və vəsiqəsi verilmədiyindən məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-897/2018 saylı, 14.09.2018-ci il tarixli qərarı ilə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmiş, 2018-ci ilin noyabr ayında ona “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Bundan sonra o, DSMF-nin Bakı şəhər Sabunçu rayon şöbəsinə 22.02.2019-cu il tarixində ərizə ilə müraciət edərək ona aid olan “kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” pulunun 1995-ci ilin əvvəllərindən başlayaraq ödənilməsini xahiş etmiş, lakin cavabdeh 11.03.2019-cu il tarixli, ***** saylı məktubla bundan imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, “Sosial müavinətl ər haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən etibarən təyin edilir. Əlavə olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi kateqoriya şəxslərə “kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət" onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. İddiaçıya 11.10.2016-cı il tarixindən 3-cü qrup əlilliyə görə əmək pensiyası və Prezident təqaüdü aldığından ona bu müavinətin təyin olunub ödənilməsi qanunauyğun deyil. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, müavinətin ödənilməsindan imtinanın qanunsuz hesab edilməsi, 1995 -ci ilin yanvar ayından 11.10.2016-cı il tarixədək olan müddət üçün ona 14300 manat məbləğində müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2041/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2041/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2897/2019 saylı, 18.12.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2041/2019 saylı, 18 sentyabr 201 9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı sözügedən müavinəti almağa hüququ yarandığı 11.10.2016-cı il tarixindən üçüncü qrup əlilliyə görə əmək pensiyası və Prezident təqaüdü aldığına görə ona kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi “Sosial müavinətlər haqqında” Qanunun 9-cu maddəsinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2897/2019 saylı, 18.12.2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə tərəfindən qərar qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, o, 1995-ci ilə kimi döyüş əməliyyatlarda iştirak etmiş və həmin döyüşlərin birində y aralanmışdır. Belə olan halda, həmin müavinətlər 1995-ci ilin yanvar ayından başlayaraq 11.10.2016-cı il tarixinədək olan müddət üçün hesablanaraq ona ödənilməlidir. Kassator, “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 9.1-ci, “Veteranlar haqqında” Qanunun 3, 7-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 14.3, 33.1, 90-96 və 98-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2897/2019 saylı, 18.12.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında b axılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2897/2019 saylı, 18.12.2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin 14.09.2018-ci il tarixli, 21(82)897/2018 saylı qərarına əsasən iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması” tələbi təmin edilmiş, iddiaçı Iddiaçı na müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin məhkəmə qərarı əsasında 2018-ci ildə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında iddiaçıya “Müharibə veteranı” adı verilmiş, iddiaçı da 22.02.2019cu il tarixində cavabdeh orqana müraciət edərək ona müavinətin verilməsini xahiş etmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparıl an döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya 2018-ci ilin noyabr ayında müharibə veteranı vəsiqəsi verilməsi işin mübahisəsiz hallarına aiddir. İşin mübahisələndirilən halları müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uş ağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. Göstərilən Qanunun 9.1-ci maddəsinin məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. İddiaçı, şikayətində 1995-ci ilin yanvar ayında yaralandığını əsas gətirərək həmin tarixdən sosial müavinət almaq hüququnun yarandığını iddia etsə də, yuxarıda qeyd olunan normalardan göründüyü kimi qanunvericiliyin bu məsələ ilə bağlı mövqeyi qətidir və sözügedən müavinətlər ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müa vinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırki iş üzrə də iddiaçı 2019-cu ildə cavabdeh orqana müraciət etdiyindən, ona əvvəli üç il üçün, yəni 2016-2019-cu illər üçün müavinət təyin edilə bilərdi. Lakin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Sosial müavinətlər haqqında” 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Normanın tələbindən göründüyü kimi, iddiaçının tələb etdiyi müavinət o halda təyin olunur ki, həmin müavinəti almaq hüququ müəyyən edilmiş şəxsin əmək pensiy ası hüququ olmasın. Hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə isə iddiaçıya 11.10.2016-cı il tarixindən Azərbaycan Respublikasının müdafiəsi zamanı üçüncü qrup əlilliyə görə əmək pensiyası və Prezident təqaüdü təyin olunmuş, beləliklə o, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququnu itirimişdir. Beləliklə, qanunvericiliklə müharibə veteranlarına müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər verilsə də, hazırki iş üzrə iddiaçı bu hüququnu itirdiyindən cavabdehin mövqeyi əsaslıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2897/2019 saylı, 18.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar