Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-832/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılması barədə qərardaddan verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2021 nömrəli, 2021-ci il 03 fevral tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının müraciətlərinə cavab verilməsi və vurulmuş mənəvi ziyana görə 200 000 manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli, 2-1(112)-4790/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İd diaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2021 nömrəli, 2021-ci il 03 fevral tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli qərardadı qismən - mənəvi ziyanın ödənilməsi tələbinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ
6. Cavabdehin nəzərinə çatdırılmışdır ki, işin materiallarına görə, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 03 fevral tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli qərardadı "mənəvi ziyanın ödənilməsi" tələbinə aid hissədə ləğv edilmiş, iş həmin hissədə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissəsini qərardadda göstərilən əsaslar üzrə mümkünsüz hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayı lması barədə qərardaddan şikayət verilməsi imkanı İPM-də nəzərdə tutulmamışdır.
7. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında çıxış edərək şikayət üzrə kassasiyanın mümkün sayılmasını xahiş etdilər.
8. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İPM: Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.
10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
11. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021ci il 03 fevral tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli qərardadı qismən - mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
12. Beləliklə, apellyasiya instansiyası məhkəməsi “mənəvi ziyanın ödənilməsi” tələbinə aid hissədə iddianı qərardadda göstərilən əsaslar üzrə mümkün hesab etmişdir. İPM-i n 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi imkanı İPM-də nəzərdə tutulmamışdır.
13. İPM-in yuxarıda qeyd edilən 96.2-ci maddəsinin tələbinə görə, kassasiyanın mümkünlüyünün əsasları Ali Məhkəmə tərəfindən yoxlanılır.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2021 nömrəli, 2021-ci il 03 fevral tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.