Məhkəmə qərarları › İş №2-1(102)-832/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-832/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-832/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimləri Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2006-cı ildə qeydiyyata alınıb; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şə həri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(103)-2415/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli qərarına əsasən, iddiaçıya məxsus obyektdə (ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 112; obyektin adı: X14 (**********-15001); fəaliyyət növü: xəstəxanaların fəaliyyəti) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə 21 yanvar 2021ci il tarixdən 19 fevral 202 1-ci il tarixədək (həmin tarix daxil olmaqla) operativ vergi nəzarətinin 1-ci dərəcəli müfəttiş X8 və kiçik vergi xidməti müşaviri X3 tərəfindən həyata keçirilməsi qərara alınmışdır.

2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19 yanvar 2021-ci il tarixdə çap edilmiş KY211551838 nömrəli çıxarışa əsasən plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi (Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması) göstərilmişdir.

3. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” 2 5 yanvar 2021-ci il tarixli **********7965 nömrəli qərarına əsasən, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 19 yanvar 2021-ci il tarixli **********7191 nömrəli qərara əlavələr (dəyişikliklər) edilmiş, kiçik vergi xidməti müşaviri X1 və 2-ci dərəcəli müfəttiş X2 yoxlamadan çıxarılmış, X4 və 1-ci dərəcəli müfəttiş X5 yoxlamaya təyin olunmuşdur.

4. Cavabdehin “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 29 yanvar 2021-ci il tarixli, seriya DVX, 004147 nömrəli aktına əsasən, İddiaçı Tibb Mərkəzində quraşdırılmış ******* zavod nömrəli EKR-2102F markalı nəzarət-kassa aparatı 21 noyabr 2006-cı il tarixli, **********9 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. İddiaçı Tibb Mərkəzində əhali ilə pul hesablaşmalarının aparı lmasında NKA-dan istifadə olunur. 29 yanvar 2021-ci il tarixdə saat 09:18-də operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən qanda qlükoza analizinə görə ödənilmiş 10,0 manat məbləğ üçün NKA-dan çek vurulmuş və müştəriyə təqdim edilmişdir. Operativ vergi nəzarəti zamanı çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməməsi müəyyən edilmişdir. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, nəticədə iddiaçı barəsində Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi t əklif olunmuşdur.

5. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 mart 2021-ci il tarixli, **********3298 nömrəli qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı 18 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********7191 saylı qərarın və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qəra ra əlavələr edilməsi haqqında” **********7965 saylı qərarın ləğv edilməsini, operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3298 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 yanvar 2021-ci il tarixində iki nəfər klinikanın xidməti otaqlarından birinə daxil olaraq, özlərini Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları kimi təqdim etmişlər və əlindəki qəbzi təqdim edərək, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğunu bildirmişlər. Müəyyən edilmişdir ki, vergi orqanının əməkdaşlardan biri İddiaçı klinikasının xəzinədarını aldadaraq xəstə olduğunu, müayinəyə gəldiyini bildirmiş, bu xidmətin müqabilində xəzinədara 10 manat pul ödəyərək qəbz almışdır. Vergi xidməti əməkdaşları nəzarətçini də aldadaraq, şəxsiyyət vəsiqələrinin olmadığını yalandan bəyan edərək, jurnalda özlərinə qondarma ad, soyad, ata adı yazdırmışlar. Vergi xidməti əməkdaşları hazırkı yoxlamaları ilə bağlı bir neçə qərarın olduğunu bəyan etmişlər, ancaq müvafiq qərarın surətini onlara təqdim etməmişlər, surətini onlara verə bilməyəcəklərini və barələrində protokol tərtib edəcəklərini bildirmişlər. Bundan sonra, 29 yanvar 2021-ci il tarixində, günün axırında onlayn kargüzarlıq vasitəsilə cavabdehin rəis müavini Samir Seyidəhmədlinin bildirişini almışlar.

8. Bildirişdən məlum olmuşdur ki, vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbləri pozulması faktı aşkar edilərək barələrində 29 yanvar 2021-ci il tarixli DVX seriyalı 004147 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Vergi orqanı əməkdaşları yoxlama adlandırdıqları hərəkətləri zamanı Vergi Məcəlləsinin müvafiq müddəalarının tələblərini pozmaqla yanaşı, onlara hazırkı yoxlama səlahiyyətini verən qərarın tələblərindən kənara çıxmışlar, yazmış olduqları akt isə oxunmaz və başadüşülməzdir. 15 mart 2021-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə cavabdehin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilm əsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********299 saylı tələbnaməsini, həmçinin, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3298 saylı qərarını almışlar.

9. Həmin qərar hər hansı bir halla, sənədlə, sübutlarla əsaslandırılmamışdır. Vergi xidməti əməkdaşları şərti alıcı qismində xəzinəyə pul ödəmişlər və müvafiq qəbzi almışlar. Qəbul edilən qərarın əsasını təşkil edən, vergi xidməti əməkdaşlarının başa düşülməz, oxunması mümkün olmayan aktlarında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” nın 8.3.16-cı bəndinin tələblərinin pozulduğu iddia edilir.

10. Cavabdehin tərtib etdiyi aktda Klinikanın istifadəsində olan kassa aparatının adı, markası, tipi yazılmaqla yanaşı, nəzarət kassa aparatının xx.xx.2006-cı il tarixli **********9 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alındığı yazılmışdır. Yəni həmin kassa aparatı, vergi xidməti əməkdaşlarının onlara tətbiq etdikləri maddələrin qüvvədə olduqları zaman, vergi xidmətinin özü tərəfindən onlara satılmış, onlar tərəfindən də qeydə alınmışdır və bu günə qədər də həmin nəzarət-kassa aparatı İddiaçı Klinikasının adında qeydiyyatdadır, fəaliyyətlərini həmin nəzarət-kassa aparatı vasitəsilə həyata keçirirlər. Hazırda qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən çekin verilməsini təmin edən nəzarət-kassa aparatı vergi orq anı tərəfindən onlara verilməyib, təqdim edilməyib və bu barədə hər hansı bir rəsmi məlumat almamışlar.

11. Nəticədə, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3298 nömrəli qərarında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsaslanmış, 1000 manat cərimənin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Cavabdehin etirazları:

12. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 yanvar 2021-ci il tarixli **********7191 nömrəli qərarına əsasən İddiaçı MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. 29 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 112 ünvanında keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən qanda qlükoza analizinə görə ödənilmiş 10,0 manat məbləğ üzrə nəzarət-kassa aparatına çek vurulmuş və müştəriyə təqdim edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı çekdə qanunvericilikdə müəyyən edilmiş məlumatların əks etdirilməməsi müəyyən edilmişdir. Belə olan halda vergi orqanı tərəfindən 29 yanvar 2021-ci il tarixli akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini po zduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.

13. Vergi orqanı tərəfindən tərtib edilmiş 29 yanvar 2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 10 mart 2021-ci il tarixli, **********3298 nömrəli qərar qəbul edilmişdir. İddiaçı operativ vergi nəzarəti zamanı qərarla tanış olmaqdan və aktı imzalamaqdan imtina etmişdir. Qeyd edilənlərlə yanaşı iddiaçı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın və operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr edilməsi haqqında qərarın mübahisələndirilməsi mümkünsüzdür. Çünki sözügedən qərarlar “İnzibati icraat haqqında” Azər baycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt deyildir. Sözügedən qərarlar inzibati orqan yəni, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilir, operativ vergi nəzarətinin həyata keçirilməsi prosesini nizama salır, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. İddiaçının iddia ərizəsində qeyd etdikləri işin faktiki hallarını əks etdirmədiyindən və formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz.

14. İddia tələbinin 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli və 25 yanvar 2021-ci il tarixli, **********7965 nömrəli qərarların ləğv edilməsi hissəsində mümkünsüz hesab edilməsi, operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və “Vergi ödəyicisinin ver gi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 mart 2021-ci il tarixli, **********3298 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi hissəsində təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin 9 iyul 2021-ci il tarixli, 2-1(112)-5205/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli qərarı və qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında 25 yanvar 2021-ci il tarixli, **********7965 nömrəli qərarı və “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” 10 mart 2021-ci il tarixli **********3298 nömrəli qərarı ləğv edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir: birinci hissə operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı qərarın mübahisələndirilməsi, ikinci hissə onun nəticələrinin əks olunduğu qərarın mübahisələndirilməsi. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas qismində Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunsa da, cavabdeh həmin maddədəki “kifayət qədər əsasların” nədən ibarət olması barədə dəlilləri məhkəməyə təqdim etməmişdir, qeyd edilən hal isə vergi orqanı tərəfindən mümkün (ehtimal) ola biləcək suiistifadə hallarının məhkəmə tərəfindən qiymətləndirilməsi imkanını istisna edir. Sübut etmə vəzifəsinin bölgüsü baxımından cavabdeh qurum həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

17. İddia tələbinin ikinci hissəsi üzrə məhkəmə hesab etmişdir ki, sübutların əldə edilməsi zamanı X10 Konvensiyasının 6-cı maddəsinin və Vergi Məcəlləsinin təminatları nəzərə alınmalı, sübutun əldə olunma şəraitinin etibarlılığı və həqiqiliyi məhkəmə tərəfindən qiymətləndirilməlidir. 29 yanvar 2021-ci il tarixli Seriya DVX, 004147 nömrəli aktda qeyd edilən müştərini eyniləşdirməyə imkan verən hər hansı məlumat qeyd edilməmiş, odur ki, məhkəmə həmin qəbzin etibarlı olaraq vergi orqanın əməkdaşı tərəfindən (yəni təhrik yolu ilə) əldə edilib-edilməsinə qiymət verə bilmir. Təhrik yolu ilə əldə edilmiş sübutların etibarlığı şübhə doğurur, eləcə də təqdim edilən qəbzin qanunvericiliyin tələblərinə uyğunluğ unu qəbz oxunaqlı olmadığı üçün müəyyənləşdirmək mümkün deyil. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 mart 2021-ci il tarixli, **********3298 nömrəli qərarı isə həmin akta əsaslanır.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(103)-2415/2021 nömrəli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər C.Yusifov və İ.İbrahimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-5205/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

20. Apel lyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli, **********7965 nömrəli qərarların ləğv edilməsi hissəsində mümkün sayılmaması, qalan hissədə isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh hesab edir ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı həyata keçirilən operat iv vergi nəzarəti tədbiri zamanı, habelə nəticə olaraq tərtib edilən aktda müştərini eyniləşdirməyə dair məlumatların müəyyən edilməsi və qeyd edilməsi ilə bağlı tələb nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsi qərarında birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşdığını qeyd edir və qanunvericiliyin müddəalarına istinad etməklə qərarı əsaslandırmağa çalışmışdır. Lakin qeyd edilən qərarda hər hansı bir mövqe ortaya qoyulmamış, sadəcə birinci instansiya məhkəməsinin qərarı olduğu kimi təkrarlanmışdır. Bunlarla yanaşı sözügedən qərarda Vergi Məcəlləsinin 50.8-ci maddəsinə istinad edilmiş və nəzarət-kassa aparatının çekində qeyd edilməli olan məlumatlar göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilən, Vergi Məcəlləsinin 50.8-ci m addəsində qeyd edilən məlumatları özündə əks etdirməyən nəzarət-kassa aparatının çekinə münasibət bildirilməmişdir.

23. İddia tələbinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərara əlavələr edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli, **********7965 nömrəli qərarların ləğv edilməsi hissəsində aşağı instansiya məhkəmələri tərəfindən kobud prosessual pozuntuya yol verilərək iddia bu hissədə mümkün sayılmış və mahiyyəti üzrə baxılmışdır. Sözügedən qərarlar cavabdeh tərəfindən qəbul edilərək yalnız operativ vergi nəzarətinin həyata keçirilməsi prosesini nizama salmışdır, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmamışdır. Hüquqi nəticəni iddiaçıya maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan qərar yaratmışdır.

24. Apellyasiya məhkəməsinin qərarında operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün əsas olmuş hallar araşdırılmamış, vergi ödəyicisi tərəfindən təqdim edilmiş nəzarət-kassa aparatının çekinin qanunvericiliyə uyğun olmayan formada təqdim edilməsinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi hər hansı bir sübut haqqında məlumat verməmiş, yəni hansı sübutlar əsasında sözügedən nəticəyə gəldiyi məlum deyildir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları araşdırmamış, cavabdehin dəlilləri üzrə münasibət bildirməmişdir. Həmçinin məhkəmə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab etsə də, bu qərarını konkret qan unvericilik normalarına və sübutlara istinad etməklə əsaslandırmamışdır. Nəticədə də cavabdehə öz hüququnu həyata keçirərkən icra etdiyi hərəkətlərin qanunsuz hesab edilməsinin səbəbləri naməlum qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16.1. Vergi ödəyicisinin aşağıda kı vəzifələri vardır: (-); 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; (-). Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (s ahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (-); 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; (-). Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiska l rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X13); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının ap arılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyekt lərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmənin qeydi: 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 58.7-ci maddəyə “cavab verməyən” sözlərindən sonra “, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilmişdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”: Bənd 8.3. İstifadəçinin vəzifələri: (-); 8.3.6. NKA-nın vergi orqanlarında qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını təmin etmək; (-); 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks et dirilməsini təmin etmək; (-).

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərara əlavələr edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli, **********7965 nömrəli qərarların ləğv edilməsi hissəsində əsaslıdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ““Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərara əlavələr ed ilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli, **********7965 nömrəli qərarların ləğv edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia mümkün sayılmamalıdır.

33. Nəzərə alınmalıdır ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərara əlavələr edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli, **********7965 nömrəli qərarları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinin anlamında inzibati akt deyildir. Belə ki, həmin normaya görə, inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məs ələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin yaranması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin əsası kimi çıxış edir.

34. Cavabdehin yuxarıda qeyd edilən 19 və 25 yanvar 2021-ci il tarixli qərarları isə yalnız operativ vergi nəzarətinin həyata keçirilməsi prosesini nizama salmış, iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə vəzifə və ö hdəliklər qoymamışdır. Ona görə də, həmin qərarların ləğv edilməsinə dair inzibati iddia mümkün sayıla bilməz. 35. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 mart 2021-ci il tarixli **********3298 nömrəli qərarının mübahisələndirilməsinə dair iddia isə mümkün olmaqla yanaşı, həm də əsaslı olmuş, apellyasiya məhkəməsi tərəfindən iddia tələbinin qeyd edilən hissəsi üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Bununla belə, məhkəmə kollegiyası cavabdehin operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilən aktda müştərini eyniləşdirməyə dair məlumatların müəyyən edilməsi və qeyd edilməsi ilə bağlı tələbin nəzərdə tutulmaması ilə bağlı kassasiya şikayətində təkrarlanmış dəlilinə dair əlavə olaraq qeyd edir ki, həmin dəlil cavabdehin hüquqi maraqları çərçivəsindən düzgün hesab olunsa da, ümumilikdə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi üçün həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, operativ vergi nəzarəti zamanı həmin nəzarətə cəlb edilən müştərinin eyniləşdirilməsi aparılmadığından həmin müştərinin hər hansı bir şəxs (real müştəri) və ya cavabdehin nümayəndəsi olmasını m üəyyən etmək mümkün olmamışdır.

38. Bundan başqa, cavabdeh kassasiya şikayətində nəzarət-kassa aparatının çekinə münasibət bildirilmədiyini, həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən məlumatların əks olunmadığını da bildirmişdir.

39. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 29 yanvar 2021-ci il tarixli, 004147 nömrəli aktına əsasən, İddiaçı Tibb Mərkəzində quraşdırılmış ******* zavod nömrəli EKR-2102F markalı nəzarət-kassa aparatı 21 noyabr 2006-cı il tarixli, **********9 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. İddiaçı Tibb Mərkəzində əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunur. 29 yanvar 2021-ci il tarixdə saat 09:18-də operativ verg i nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən qanda qlükoza analizinə görə ödənilmiş 10,0 manat məbləğ üçün NKA-dan çek vurulmuş və müştəriyə təqdim edilmişdir.

40. Göründüyü kimi, cavabdehin özü də iddiaçıya məxsus tibb mərkəzində əhali ilə pul hesablaşmalarının aparılmasında nəzarət kassa aparatından istifadə olunduğunu, həmin nəzarət-kassa aparatının müvafiq qaydada qeydiyyata alındığını mübahisələndirməmiş, operativ vergi nəzarətinin həyata keçirildiyi 29 yanvar 2021-ci il tarixdə müştəriyə nəzarət-kassa aparatından çekin vurularaq təqdim edildiyini göstərmişdir. Cavabdehin həm iddia tələbinə etirazında, həm apellyasiya, həm də kassasiya şikayətlərində mübahisələndirdiyi hal həmin çekdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan mə lumatların göstərilməməsindən və “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulmasından ibarət olmuşdur.

41. İşin mübahisəsiz halı ondan ibarətdir ki, operativ vergi nəzarəti 29 yanvar 2021ci il tarixdə keçirilmiş və nəticədə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi məsuliyyətinə cəlb edilmişdir. 42. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd edir ki, həmin bəndin tələbinə əsasən istifadəçi pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etməli və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidir. Cavabdeh də iddiaçının müştəriyə çek təqdim etməsini mübahisələndirməmiş, lakin təqdim edi lən çekdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan məlumatların göstərilmədiyini qeyd etmişdir.

43. Hazırkı iş üzrə operativ vergi nəzarətinin keçirildiyi 29 yanvar 2021-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsində “həmin Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çekin təqdim edilməsi” məzmunda müddəa olmamış, qeyd edilən müddəa Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Həmin məzmunda müddəanın 58.7-ci maddəyə 3 dekabr 2021-ci il tarixli 406VİQD nömrəli Qanunla daxil edilməsi həmin maddənin 29 yanvar 2021-ci il tarixdə qüvvədə olan redaksiyasında Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən ç ekin təqdim edilməsinə görə məsuliyyətin nəzərdə tutulmadığını təsdiq edir.

44. Beləliklə, Vergi Məcəlləsinin 58.7-ci maddəsinin operativ vergi yoxlamasının keçirildiyi vaxtda qüvvədə olan redaksiyasında Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çekin təqdim edilməsinə görə məsuliyyətlə bağlı düzünə (aşkar) göstəriş olmadığından, iddiaçı həmin maddə ilə məsuliyyətə cəlb oluna bilməzdi.

45. Apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 mart 2021-ci il tarixli **********3298 nömrəli qərarının ləğv edilməsi hissəsində gəldiyi nəticə düzgündür. Həmin hissədə şikayətin təmin olunması üçün əsaslar yoxdur.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRAR A ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 21(103)-2415/2021 nömrəli qərarı qismən - ““Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli, **********7191 nömrəli və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərara əlavələr edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli, **********7965 nömrəli qərarların ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia mümkün sayılmasın. Şikayət qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 21(103)-2415/2021 nömrəli qərarı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 mart 2021-ci il tarixli **********3298 nömrəli qərarın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar