Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-832/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: İ dərəcəli əlilə qulluq müddətinin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kənd ində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan atası X2 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək, 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-535/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Quba rayonu Amsar kənd qənnadı sexində işləmiş və 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək İ qrup əlil olan atası X2 qulluq etmişdir.
2. İddiaçı on a yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasına əsasən, iddiaçının sosial sığorta stajı 16 il 4 ay 7 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əlil atasına qulluq etdiyi dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi üçün həmin dövr sığorta stajına daxil edilə bilməz. Ümumi sığorta stajı 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Odur ki, xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılm ışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan atası X2 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək, 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
5. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddia tələ bi iki hissədən ibarətdir – iddiaçının ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1976-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Quba rayonu Amsar kənd qənnadı sexində işlədiyi dövr və İ qrup əlil olan atası X2 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan da göründüyü kimi, iddia tələbinin birinci hissəsiylə bağlı iddiaçının subyektiv hüququnu pozan mübahisə mövcud deyildir. İddiaçıya 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək vəfat etmiş ahıl atası X2 qulluq etdiyini iddia edir. İddiaçı iş materiallarına bu barədə Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022- ci il tarixli 04 nömrəli Aktı əlavə etmişd ir. İş materiallarında olan 695589 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X3 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Qeyd edilən hallar nəzərə alındıqda əvvəla, iddia tələbi üçün əsas gətirilmiş Qulluq Aktı mübahisələndirilməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddətləri daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 1 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Həmin qulluq aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib edilməlidir. İlk növbədə, Qulluq Aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib edilməli olduğu halda, Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı 1922-ci il təvəllüdlü 92 yaşlı İ qrup əlil 2014-cü ildə vəfat etmiş X2 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qulluq etmişdir. X4q edilən şəxsin ifadələrinə əsasən tərtib edilməli idi. İş materiallarında olan 695589 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X3 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Həmçinin, xx.xx.2022-ci il tarixli Aktın tərtib edilməsində Dö vlət Sosial Müdafiə Fondunun nümayəndəsi iştirak etməmiş, qonşuların şahidliyi əks olunmamış və xidmət edilən şəxs vəfat etmişdir. Beləliklə, qeyd edilən bütün əsaslar nəzərə alınmaqla iddia tələbinin əsasını təşkil edən xx.xx.2022-ci il tarixli Akt mötəbər hesab edilə bilməz.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 19 fevral 2024-cü il tarixli, 2-1(118)-578/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan atası X2 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək, 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmu şdur.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, iddiaçının xx.xx.1976-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Quba rayonu Amsar kənd qənnadı sexində işlədiyi dövr cavabdeh tərəfindən nəzərə alınır. Cavabdeh tərəfindən nəzərə alınmayan dövr iddiaçının İ qrup əlil olan atası X2 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qulluq etdiyi dövrlərdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əlil atasına qulluq edilməsi faktının təsdiqi ilə müvafiq ümumi məhkəməyə müraciət etmiş, lakin iddianın yolverilməzliyi əsası ilə onun tələbinə baxılmamışdır. Ahıllara qulluqetmə müddətinin sosial sığorta stajına daxil edilməsi imkanları həmin şəxsin hüququ kimi müəyyən edilmişdir. Əgər zəruri sənədlər yoxdursa, bu zaman müvaf iq məhkəmə qərarı əsasında hüquq müəyyən edilməlidir. Hər bir halda ahıl şəxslərə qulluq etmiş şəxslərin hüquqlarının qorunması qanunvericiliyin tələbidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarında dəyişiklik edilmiş, akt isə dəyişiklikdən sonra tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı qulluq faktı ilə əlaqədar müvafiq araşdırmaların aparılması üçün Quba rayon İcra Hakimiyyətinə 17 dekabr 2021-ci il və 03 iyun 2022-ci il tarixlərdə ərizə ilə müraciət etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının 2021-ci il tarixdə müraciət etdiyi halda qulluq aktının gec, müvafiq qaydalara dəyişiklikdən sonra tərtib edilmiş olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz və həmin aktın mötəbərliyinə şübhə yarada bilməz. Qeyd olunduğu kimi, müvafiq icra hakimiyyəti orqanının aktı ilə iddiaçının atasına qulluq etməsi öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, inzibati orqanın aktda qeyd edilənlərin həqiqiliyinə şübhəsi olduğu halda özü qanunvericiliyin göstərişi üzrə inzibati araşdırma funksiyasını yerinə yetirə bilər və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hazır ki halda məhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliyinə münasibətdə hər hansı şübhə müəyyən olunmur. İddiaçının atasına qulluq etdiyi dövrlər nəzərə alınarsa bu halda cavabdeh tərəfindən nəzərə alınan 16 il 4 ay 7 gün və 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlər birlikdə iddiaçının 25 ildən çox sosial sığorta stajının olduğuna əsas verir. Bu halda, iddiaçının 05 aprel 2021-ci il tarixdən, 62 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının həm müvafiq ümumi məhkəməyə müraciət edərək əlil atasına qulluq etmə faktının təsdiq edilməsi müraciətinin olması, həmdə səlahiyyətli orqanların təsdiq etdiyi yuxarıda istinad edilən sənədlərin olduğu halda pensiya hüququnun qorunmaması, onun konstitusion hüquqlarının pozulması kimi qəbul edilməli və onun hüquqları inzibati məhkəmə icraatı qaydasında təmin edilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.M.Hacıyev və V.E.Əzizova) 29 oktyabr 2024cü il tarixli, 2-1(105)-535/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddiaçının İ qrup əlil olan atası X2 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək, 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiy ası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, qərarın dəyişdirilən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbində işlədiyi xx.xx.1974-ci il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil atasına qulluq etdiyi 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixədək olan müddətin sosial sığorta stajına daxil edilərək, 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini qeyd etmişdir. İndiki halda iddiaçı iddia tələbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini qeyd etsə də, həmin dövr cavabdeh inzibati orqan tərəfindən ona münasibətdə sosial sığorta sta jı kimi nəzərə alınmışdır, bu hal işin mübahisəsiz halı kimi çıxış etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, indiki halda iddiaçının hüquqi marağı məhz ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Bu halda, məhkəmə kollegiyası İPM-in 52-ci maddəsinin tələblərini əsas götürərək, habelə iddiaçının hüquqi marağını nəzərə alaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaya etirazda və apelyasiya şikayətində qeyd olunanlar təşk il edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kiş ilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmə k fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti 16. “Əmək pensiyaları haqqın da” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Bənd 4.1.6. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə: 1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənil-məsinə dair MEİS-in “Sosial ödənişlə r” altsisteminin məlumatına əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;...... 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: 1. patronajın təyin edilməsi barədə qərara əsasən; 2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; …
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ve rən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə b ilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil e dir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının (iddiaçının pensiya yaşına çatması və sığorta stajının 25 ildən artıq olması) tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin, mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Beləliklə məhk əmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-535/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.