Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-833/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin vəkili (nümayəndəsi) X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Binəqədi rayon şöbəsinə (hüquqi varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 yanvar tarixli, 2-1(103)-84/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2018-ci il 28 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir k i, iddiaçının “X” zavodunda işləmiş olduğu 10 nömrəli və 17 nömrəli istilik, ventilyasiya və santexnika sahəsində kompressor qurğusunun maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2018-ci il 21 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1975-ci il 22 dekabr tarixdən 2015-ci il 30 iyun tarixədək zərərli istehsalat sahəsində işləd iyi illər nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2013-cü il 13 fevral tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 aprel tarixli, 2-1(81)827/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci il 20 iyul tarixdən 1981-ci il 02 iyun tarixədək zəhmət sahəsində işləmişdir. 1981-ci il 09 iyun tarixdən 1982-ci il 30 dekab r tarixədək Tikiş fabrikində işləmiş, 1983-cü il 19 yanvar tarixdən 1994-cü il 16 dekabr tarixədək “X” zavodunda maşinist vəzifəsində, 1980-ci ildən 1987-ci ilədək Bakı maşınqayırma texnikumu neft və qaz mədənləri avadanlığı ixtisası üzrə təhsil almış, 2006-cı il 17 may tarixdən 2008-ci il 01 fevral tarixədək “Azərpoçt”-un 6 saylı poçt filialında poçtalyon, 2008-ci il 07 mart tarixdən 2009-cu il 01 dekabr tarixədək 6 saylı poçt filialında poçtalyon işləmiş, 2017-ci il 13 noyabr tarixdən 2018-ci 15 aprel ilədək “xxxx” ASC-də işləmişdir. Onun zərərli sahədə işləməsi ilə bağı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə cavabdeh tərəfə müraciəti nəticəsiz qalmış, heç bir tədbir görülməmiş və şöbə tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmadığ ı bildirilmişdir. O, 11 il ərzində zərərli istehsalat sahəsində işləmiş, 1,2,3 növbəli iş qrafiki zərərli işə görə südlə təmin edilirdilər. “X3” ASC tərəfindən verilmiş KŞ-036 saylı, 2018-ci il 26 aprel tarixli arayışda onun işlədiyi peşə üzrə bütün iş vaxtının zərərli iş şəraitində keçməsi qeyd edilmişdir. Həmin arayışda göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci ümumi peşələr bölməsində “qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə aid olması qeyd edilmişdir. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Ona zərərli sahədə işləməsi ilə bağlı pensiya təyin edilməməsi hüquqlarının həyata keçirilməsinə maneçilik törət miş, məhdudiyyətlər yaratmışdır. Onun 1983-cü il 19 yanvar tarixdən 1994-cü il 16 dekabr tarixədək işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd edilmişdir. Lakin, cavabdeh tərəf bunu nəzərə almamış və ona güzəştli şərtlərlə pensiya təyin edilməsində maraqlı olmamışdır. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının şöbəyə təqdim etdiyi sənədlərdə işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan tex noloji kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri peşəsinə uyğun olduğu göstərilmişdir. Lakin, şöbənin əməkdaşları tərəfindən “X3” ASC-də (keçmiş “x” zavodu) aparılmış qarşılıqlı yoxlama zamanı iddiaçının işləmiş olduğu peşənin yuxarıda qeyd edilən peşəyə aid olduğu öz əksini tapmamışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının işlədiyi peşənin “İş yerlərinin attestasiya keçirilməsi qaydaları”na uyğun olaraq iş yerində keçirilmiş attestasiya nəticəsində, zərərli və ağır hesab olunmasına dair və işlədiyi müddətdə zərərli iş şəraitinə görə əlavə əmək haqqı və əlavə məzuniyyət alması haqda müvafiq sənədlər olmadığından, işlədiyi peşənin ağır və zərərli olmasını təsdiq etmək mümkün olmamışdır. Bu səbəbdən də, iddianın əsass ız hesab edilərək təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 aprel tarixli, 2-1(81)827/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 2013-cü il 13 fevral tarixdən təyin edilməsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 20 ildən çox ümumi və 10 ildən çox Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrə daxil olan zərərli və ağır iş stajı mövcud olduğundan, əmək pensiyaları haqqında qanunvericiliyin 2017-ci il 01 iyul tarixədək qüvvədə olmuş tələblərinə uyğun olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 avqust tarixli, 2-1(103)-1979/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasında izahat verərək 1983-cü il 19 yanvar tarixdən 16 dekabr 1994-cü il tarixədək “X” Zavodunda hava kompressorunun maşinist i vəzifəsində işlədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində məhz iddiaçının işlədiyi hava kompressorlarına xidmət istisna edildiyindən, birinci instansiya məhkəməsinin iddiaçının işlədiyi peşənin həmin bölməyə aid olmasına dair gəldiyi nəticə düzgün olmamışdır. Həmçinin, iddiaçı “X” Zavodunda işlədiyi dövrün 4 ilini maşinist şagirdi peşəsində və yalnız 7 il 3 ay 14 gününü kompressor qurğusunun maşinisti peşəsində çalışdığından iddiaçının zərərli iş stajı 10 ildən az olmuşdur.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələ binin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 yanvar tarixli, 2-1(102)-47/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 avqust tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin sübut kimi istinad etdiyi iddiaçının izahatını və onun kassasiya şikayətində mübahisələndirilməsinə münasibətdə hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işin halının müəyyən edilməsində və sübutların qiymətləndirilməsində prosessual qanunvericiliyin tələblərinə düzgün riayət edilməmişdir. Həmçinin, iddiaçının kompressor maşin isti kimi işlədiyi peşənin istehsalatda qaz kompressorlarına və ya hava kompressorlarına aid olması yalnız iddiaçının izahatı ilə deyil, digər sübutlarla da təsdiq olunmalı idi. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının 4 il maşinist şagirdi peşəsində işləməsini müəyyən edərkən, “şagirdin işi öyrənməyə çalışdığı və həmin vəzifəni tutan şəxslə eyni səviyyədə iş icra etmədiyi nəzərə alınaraq” bu müddətin xüsusi iş stajına aid olmadığı nəticəsinə gəlmişdir. Gəldiyi bu nəticəni apellyasiya məhkəməsi hüquq normasına istinadla əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 69.4-ci maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-1(103)-84/2021 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yaz ılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, İddiaçı 2006-cı il 01 yanvar tarixədək 20 il ümumi əmək stajını toplamamışdır. Dolayısı ilə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya şamil edilə bilməzdi. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci il 01 iyul tarixinədək qüvvədə olan redaksiyasına əsasən, qadınlar üçün pensiya yaşı 52 yaş müəyyən edilmişdi, 20 il ümumi, 10 il isə güzəştli iş stajı tələb edilirdi. Lakin iddiaçı 2017-ci il 01 iyul tarixədək 20 il ümumi əmək stajını toplaya bilməmişdir. Çünki İddiaçı 01 iyul 2017-ci il tarixinədək cəmi, 19 il 10 ay 28 gün çalışmışdır. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci il 01 iyul tarixədək qüvvədə olan redaksiyası İddiaçıya münasibətdə tətbiq edilə bilməz. Mübahisə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən sonra qüvvədə ola redaksiyası əsasında öz həllini tapmalıdır. Həmin maddəyə əsasən, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı, 20 il əmək stajını 2018-ci il 15 yanvar tarixdə tamamlamışdır. Çatışmayan 2 ay 2 günlük stajı məhz həmin tarixdə toplanmış olur. Lakin məhkəmə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş digər şər tin - İddiaçının zəruri pensiya kapitalını toplayıb-toplaması məsələsinə hüquqi qiymət verməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
21. İddiaçı və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 22. 18. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdi q olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
24. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gö rə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Cavabdehin kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. İddiaçının 1961-ci il 13 fevral tarixdə doğulduğu nəzərə alındıqda, onun hazırkı məzmunda iddiasının təmin olunması üçü n 52 yaşının tamam olduğu 2013-cü il 13 fevral tarixə azı 20 il ümumi sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ağır və zərərli işlərdə iş stajı ilə bağlı dəlillərini araşdıraraq onlara qiymət versə də, iddiaçının 52 yaşının tamam olduğu tarixə 20 il ümumi sığorta stajının tamam olub-olmadığına dair işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə istinadla iddiaçının 1980-1987-ci illərdə orta ixtisas məktəbindəki təhsil müddətini də nəzər almaqla iddiaçının 52 yaş ının tamam olduğu 2013-cü il 13 fevral tarixə azı 20 il ümumi sığorta stajına malik olduğu nəticəsinə gəlmişdir. Halbuki, iddiaçıya məxsus diplomun məlumatlarına görə, o, istehsalatdan ayrılmamaqla axşam şöbəsində təhsil almışdır. Başqa sözlə, iddiaçının təhsil müddəti istehsalatda iş müddəti ilə üst-üstə düşmüşdür.
31. Beləliklə, məhkəmə iddiaçının sonradan dəyişdirilmiş məzmunda iddiasının təmin olunması üçün 52 yaşının tamam olduğu 2013-cü il 13 fevral tarixə azı 20 il ümumi sığorta stajına malik olduğunu və bu stajın hansı iş illəri hesabına yarandığını qərarında əsaslandırmalı idi.
32. Cavabdehin şikayətinin dəlillərinə görə, iddiaçı 2017-ci il 1 iyul tarixinədək cəmi, 19 il 10 ay 28 gün çalışmışdır. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci il 1 iyul tarix ədək qüvvədə olan redaksiyası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Mübahisə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixdən sonra qüvvədə ola redaksiyası əsasında öz həllini tapmalıdır. Həmin maddəyə əsasən, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı, 20 il əmək stajını 2018-ci il 15 yanvar tarixdə tamamlamışdır. Çatışmayan 2 ay 2 günlük stajı məhz həmin tarixdə toplanmış olur. Lakin məhkəmə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş digər şərtin - iddiaçının zəruri pensiya kapitalını toplayıb-toplaması məsələsinə hüquqi qiymət verməmişdir.
33. Məhkəmə kollegiyası sosial sığorta stajının hesablanması və hüququn tətbiqi ilə bağlı cavabdehin dəlilləri ilə “işin hallarının araşdırılması prinsipi”nin tələblərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmaması baxımından razılaşmaqla yanaşı, həmçinin qeyd edir ki, həmin dəlillər iddiaçının sonradan dəyişdirilmiş məzmunda iddia tələbi ilə tam uzlaşmır. Belə ki, dəyişdirilmiş iddiada iddiaçı ona əmək pensiyasının məhz 52 yaşının tamam olduğu 2013-cü il 13 fevral tarixdən təyin olunmasını tələb edir.
34. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı ilkin iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməs ini təqvim tarixi və ya yaş həddi ilə məhdudlaşdırmamışdır. Başqa sözlə, həmin (ilkin) məzmunda ərizə iddianın təmin olunmasını hüququn yaranma vaxtına bağlamaqla bu vaxtın müəyyən edilməsini məhkəmənin öhdəsinə buraxır. Sonrakı ərizə isə ilkin ərizədən imtinanı nəzərdə tutmur, yalnız arzu olunan əmək pensiyasının təyinat tarixini dəqiqləşdirir.
35. Beləliklə, işə təkrar baxılarkən iddiaçıya münasibətdə İPM-in 13-cü maddəsinin tələblərinə uyğun davranılmalı, iddia tələbinin onun, əslində arzuladığı nəticəyə uyğun dəqiqləşdirilməsində iddiaçıya yardım edilməli, buradan, iddiaçının tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan (yaşa və staja görə) şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunun tələblərinə uyğun tədqiq olunmalı və qiymətləndirilməlidi r.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-1(103)-84/2021 nömrəli qərarı ləğv olunur. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Ş