Məhkəmə qərarları › İş №2-1(102)-833/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-833/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-833/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin) edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (6.01.1967-ci il təvəllüdlü; FİN:OWP6KX6) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-166/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən verilmiş 31 yanvar 2020-ci il tarixli, 123 nömrəli arayışa əsasən iddiaçı 10 may 1985-ci il tarixdən 30 iyun 1987-ci il tarixədək keçmiş SSR SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitab çasının surətinə əsasən İddiaçı 06 sentyabr 1987-ci il tarixdən, 01 avqust 1988-ci il tarixədək, 23 avqust 1988-ci il tarixdən, 01 iyun 1996-cı il tarixədək, 02 iyun 1996-cı il tarixdən hal hazıradək müxtəlif vəzifələrdə işləmişdir.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, idarəyə təqdim etdiyi arxiv sənədində qeyd olunanlara əsasən “Yevlax” rayon 57 №-li Tikinti Quraşdırma İdarəsinin 06 sentyabr 1987-01 avqust 1988-ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də, həmin dövrləri əmək stajına daxil etmək mümkün olmadığından onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təş kil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 1987-01 avqust 1988-ci illər ərzində Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün ümumi sosial sığorta stajına əlavə edilməklə hesablanması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-900/2020 saylı, 14 may 2020-ci il tarixli qərardadı ilə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı sentyabr 1987-01 avqust 1988-ci illər ərzində Yevlax rayon 57 №-li Tikinti Quraşırma İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. İddiaçı ərizəsini onunla əsaslandırmıdır ki, o, sentyabr 1987-01 avqust 1988-ci illər ərzində Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsində fəhlə işləmişdir. Həmin müddət onun əmək kitabçasında qeyd olunsa da, cavabdeh işlədiyi həmin müddəti sosial sığorta stajı kimi ümumi əmək stajına əlavə etməmişdir. Bu barədə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. O, yuxarıda qeyd etdiyi dövrün əmək stajı kimi qəbul edilməməsini qanunsuz və əsassız hesab edir. Bu hal onun hüquqlarının pozulmasıdır. Ona görə də, məhkəməyə müraciət edərək, 06.09.1987-01.08.1988-ci illər ərzində Yevlax rayon 57 №-li Tikinti Quraşırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına əlavə edilməsini cavabdehin üzərinə qoyulmasını qanuni və əsaslı hesab edir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2020 saylı 28 iyul 2020-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, iddiaçının 06 sentyabr 1987-01 avqust 1988-ci illər ərzində Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün ümumi sosial sığorta stajına əlavə edilməklə ona güzəştli şər tlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin 06 yanvar 2019-cu il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin, iddiaçının xüsusi iş stajı işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi ni və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-192/2021 nömrəli iş üzrə 9 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.Ağayev /sədrlik edən və məruzəçi/, A.Nuriyeva və A.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı iddiası rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Res publikası Prezidentinin 9.12.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri” haqqında əsasnaməyə əsasən dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrdə qeydiyyata alınması həmin subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin Yevlax rayon 57 nömrəli TikintiQuraşdırma idarəsi ilə bağlı heç bir Dövlət müəssisə, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə həmin idarə daşınmaz əmlakın Registrində qeydiyyata alınmamışdır. Daha sonra məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yenidən sorğu göndərilərək 06 sentyabr 1987- 01 avqust 1988-ci illər ərzində X2 Komitəsi nəzdində 18 say lı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsinin fəaliyyətinə dair məlumatların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri” haqqında əsasnaməyə əsasən dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrdə qeydiyyata alınması həmin subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin X2 Komitəsi nəzdində 18 saylı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsi ilə bağlı heç bir Dövlət müəssisə, id arə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə həmin İdarə daşınmaz əmlakın Registrində qeydiyyata alınmamış, məhkəmə tərəfindən əldə olunmuş sübutlar ilə iddiaçının 01 yanvar 2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajına malik olması təsdiq olunmamışdır.

14. İddiaçı həmi qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c)kassasiya instansiya məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)992/2021 saylı 9 iyun 2021-ci il tarixli (hakimlər: İ.Şəfiyev /məruzəçi hakim/, Z.Quliyev və R.Nəbizadə) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevr al 2021-ci il tarixli 2-1(103)-192/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə tərkibi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəflər arasında mübahisəyə çevrilmiş, əmək kitabçasında göstərilən 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək əmək fəaliyyətinin yoxlanması üçün araşdırma aparmış, iddiaçının işlədiyi müəssisəsinin rus dilində yazılmış “МПМК-57 гор.Евлах” adını əvvəl “Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma idarəsi”, daha sonra “X2 Komitəsi nəzdində 18 saylı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsi” kimi qəbul edərək, həmin müəssisələrin fəaliyyət göstərib göstərmədiyi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idmətinə sorğu göndərərək, dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrində qeydiyyata alınıb-alınmaması barədə məlumat istəmiş və sorğuya cavab olaraq, bu adda müəssisələrin qeydiyyatda olmadığı bildirilmişdir. Lakin məhkəmənin nəyə görə iddiaçının işlədiyi müəssisəni məhz “Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma İdarəsi” və ya “X2 Komitəsi nəzdində 18 saylı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsi” adı ilə tanınmasının səbəbi bilinmir. Doğrudur ki, əmək kitabçasında müəssisənin möhüründə rekvizitlərə aid yazılar oxunmur. Lakin əl yazısı ilə müəssisənin adının rusca yazılmış qısa adı (“МПМК-57 гор.Евлах” abreviaturası) aydın oxunur. Bu ad isə “Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə - 57 Yevlax şəhəri” (меж колхозная передвижная механизированная колонна - 57 гор.Евлах) oxunur. Buna görə də apellyasiya instansiyası məhkəməsi, cavabdehin dəlilləri üzrə iddiaçının əmək kitabçasında əksini tapmış 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək əmək fəaliyyətinin yoxlanması üçün məhz bu müəssisənin mövcud olub-olmaması barədə sorğu verməli idi. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-166/2022 nömrəli iş üzrə 2 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, M.Tağızadə və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Belə ki, iddiaçıya neçə yaşdan, hansı tarixdən pensiya təyin edilməli olması öz əksini tapmamışdır. İddiaçı 6 yanvar 1967-ci il təvəllüdlüdür, 52 yaşı 1 yanvar 2006-cı il tarixindən sonra tamamlanmışdır. Buna görə də, iddiaçıya 9.8-ci maddəyə əsasən 52 yaşdan pensiya t əyin edilə bilməsi üçün, o 1 yanvar 2006-cı il tarixinədək həm ümumi, həm də güzəştli stajını tamamlamış olmalı idi. İddiaçı isə 1 yanvar 2006-cı il tarixinədək ondan tələb edilən 20 il ümumi iş stajına malik deyil. Belə ki, iddiaçının təqdim etdiyi arxiv sənədlərində qeyd olunanlara əsasən “Yevlax” rayon 57 nömrəli Tikinti Quraşdırma İdarəsinin 06 sentyabr 1987-01 avqust 1988-ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Apellyasiya məhkəməsi isə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqd a və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verd iyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə 2. “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı”... 2.4.1-ci bənd. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

25. Əmək Məcəlləsi Maddə

87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmə k kitabçasının forması və onun tətbiqi Qaydaları” 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir 26. “İnzibati icraat haqqında” Qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. Məhkəmə proses iştirakç ılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mad də

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydası nda baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, 01.01.2006-cı il tarixinədək həm ümumi, həm də güzəştli stajını tamamlamış olmalı idi. İddiaçı is ə 01.01.2006-cı il tarixinədək ondan tələb edilən 20 il ümumi iş stajına malik deyil. Belə ki, iddiaçının təqdim etdiyi arxiv sənədlərində qeyd olunanlara əsasən “Yevlax” rayon 57 nömrəli Tikinti Quraşdırma İdarəsinin 06.09.1987-01.08.1988-ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

32. Cavabdehin bu dəlilini işə aşağı instansiya məhkəmələrində baxılarkən də bildirmişdir.

33. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avrop a İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin məktubunun məzmununa görə, iddiaçının 19871988-ci illərdə işlədiyi “Yevlax Kəndtikinti” 57 saylı X1 müəssisəsi həmin dövrdə mövcud olmuşdur. Bununla yanaşı, iddiaçının əmək kitabçasına əsasən iddiaçının adı çəkilən müəssisədə işləməsi təsdiq olunur.

35. İddiaçının əmək kitabçasına əsasən o, 10 may 1985-ci ildən 30 iyun 19 87-ci ilədək (2 il 1 ay 20 gün) hərbi xidmətdə olmuş, onun 06 sentyabr 1987-ci ildən 01 avqust 1988-ci ilədək (10 ay 25 gün), 23 avqust 1988-ci ildən 06 aprel 1990-cı ilədək (1 il 7 ay 13 gün), 06 aprel 1990-cı ildən 29 iyul 1991-ci ilədək (1 il 3 ay 23 gün), 29 iyul 1991-ci ildən 01 iyun 1996-cı ilədək (4 il 10 ay 2 gün), 02 iyun 1996-cl ildən 21 yanvar 2020 (1 yanvar 2006) -ci ilədək (9 il) ümumi iş stajı 20 il 4 ay 23 gün təşkil edir.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Hazırkı mübahisə üzrə iddiaçıya pensiya təyin olunması üçün müvafiq norma ilə nəzərdə tutulmuş dispozisiya şərtləri ödənilmişdir.

37. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən hazı rkı qərarın 27 bəndində qeyd olunmuş prosessual hüquq normalarına uyğun tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

38. Beləliklə, iddiaçının 20 ildən artıq əmək stajı olması və həmin müddətin 10 ildən çox hissəsini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi iş materialları ilə təsdiq olunduğundan kassasiya şikayəti rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu k imi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-166/2022 nömrəli 2 fevral 2022-ci il tarixli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar