Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-833/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə qarşı (üçüncü şəxs: Səfərov Məmməd Səfər oğlunun hüquqi varisi Səfərov Eldar Məmməd oğlu) “Göyçay Rayon Çayarxı bələdiyyəsinin Səfərov Məmməd Səməd oğluna satmış olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.x x.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-411/2022 nömrəli qərarından üçüncü şəxs Səfərov Məmməd Səfər oğlunun hüquqi varisi Səfərov Eldar Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli Kolxozlararası Tikinti Trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli Kolxozlararası Tikinti Trestinin ist ehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəl ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə Səfərov Məmməd Səməd oğluna 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
4. Çayarxı Bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 439 nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə Səfərov Məmməd Səməd oğluna 0.22 ha torpaq sahəsinin satılması qərara a lınmışdır.
6. Çayarxı Bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 438 nömrəsi ilə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə Səfərov Məmməd Səməd oğlunun adına 801.75 kv.m. həyətyanı torpaq sahəsi ilə bağlı A212167 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmiş və X5 kitabında uçota alınmışdır.
8. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə Səfərov Məmməd Səməd oğlunun adına 2202.29 kv.m. torpaq sahəsi ilə bağlı A seriyalı 212168 və A212167 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmiş və X5 kitabında uçota alınmışdır. 9. 06.02.2013-cü il tarixdə 0.22 ha və xx.xx.2013-cü il tarixdə 0.0801 ha həyətyanı torpaq sahələri üzərində Məmməd Səfərovun mülkiyyət hüququ qeydiyyata alınaraq ona daşınmaz əmlakin dövlət reyestrindən çıxarışlar verilmişdir. 10. 10.03.2018-ci il tarixdə Məmməd Səfərov vəfat etmiş, xx.xx.2018-ci il tarixdə X1 adına vərəsəlik şəhadətnaməsi verilmiş və E.Səfərovun adına xx.xx.2019-cu il tarixdə 0.22 ha və 0.0801 ha torpaq sahələrinə dair Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti tərəfindən müvafiq olaraq mülkiyyət hüququ əsasında çıxarışlar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mü raciət edərək cavabdehin Səfərov Məmməd Səməd oğluna satmış olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarlarla Səfərov Məmməd Səməd oğluna satılmış torpaq sahələri uzun illərdir ki, iddiaçının qanuni istifadəsindədir. Həmin ərazilərdə qanunsuz olaraq tikinti işləri aparılması halları müşahidə olunur.
13. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilərək Göyçay Rayon Çayarxı bələdiyyəsinin Səfərov Məmməd Səməd oğluna satmış olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçıya Göyçay Rayon XDS İK-in qərarları ilə ayrılmış torpaq sahələri ilə Məmməd Səfərova Göyçay Rayonu Çayarxı Bələdiyyəsi tərəfindən satılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilmiş, cavabdeh tərəfindən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə satılmış 0,08 və 0.22 ha torpaq sahələri ha torpaq sahələri elektron bazada 6.4 ha Dövlət mülkiyyətinə məxsus torpaq sahələrinin hüdudları daxilində yerləşir. Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları S əfərov Məmməd Səməd oğluna münasibətdə əlverişli inzibati aktlar olsalar da, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən qanunsuz olmaqla iddiaçının hüquqlarına, eləcə də dövlət maraqlarına ziyan vurur.
15. Həmin qərardan üçüncü şəxsin hüquqi varisi Səfərov Eldar Məmməd oğlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-411/2022 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı dəy işdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi "İnzibati icraat haqqında" Qanunun 67.1, 67.2 67.4, 67.8-ci maddələrə istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları Səfərov Məmməd Səməd oğluna münasibətdə əlverişli inzibati aktlar olsalar da, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən qanunsuz olmaqla iddiaçının hüquqlarına, eləcə də dövlət maraqlarına ziyan vurduğundan iddia təmin edilərək, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları ləğv edilməlidir.
18. Həmin qərardan üçüncü şəxsin hüquqi varisi Səfərov Eldar Məmməd oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddian ın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassator qeyd edir ki, məhkəmələr Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi tərəfindən verilmiş rəyini mötəbər sübut kimi qəbul etmiş, lakin üçüncü şəxsə də həmin torpaq sahələrinə çıxarışın məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verildiyini nəzərə almamışdır. Əgər kadastr baza məlumatlarında iddiaçının torpaq sahəsinin koordinatları mövcud idisə, üçüncü şəxsin mülkiyyət hüquqlarının həmin torpaq sahəsində qeydiyyata alındığına dair nə birinci nə də apellyasiya instansiyası tərəfindən hər hansı araşdırma ap arılmamışdır.
20. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, məhkəmələr tərəfindən İPM-in 35.1-ci maddəsinin tələblərinə riayət edilməyib. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları, ayrılan zaman tərtib olunmuş ayrıc aktları, həmin sahənin hansı ərazidə yerləşdiyini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən təqdim edilməmiş, işə baxan məhkəmələr isə həmin sənədləri iddiaçıdan yaxud da müvafiq orqanlardan tələb etməmiş, qeyd edilən torpaq sahələrinin həqiqətən üst-üstə düşübdüşməməsini müəyyən etmək üçün ekspertiza təyin etməmiş, bununla da, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. Halbuki, iddiaçı, mübahisələndirilən qərarlarla Səfərov Məmməd Səməd oğluna satılmış torpaq sahələri uzun illərdir ki, iddiaçının qanuni istifadəsində olduğunu göstərmiş, lakin, həmin halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilən ərazi alındığı vaxtdan üçüncü şəxs və onun hüquqi varisi tərəfindən istifadə edilmiş, bu müddət ərzində onlara qarşı hər hansı tələb irəli sürülməmişdir.
21. Kassator eyni zamanda iddiaçı tərəfində iddia müddətinin ötürülməsini qeyd edir. Belə ki, həmin torpaq sahəsi xx.xx.2002-ci il tarixli və xx.xx.2004-cü il tarixli icarə müqavilələri və yerin ölçülməsi haqqında cizgilərlə müqavilələri və yerin ölçülməsi haqqında cizgilərlə Səfərov Məmməd Səməd oğlunun istifadəsinə verilmiş, icarə sahəsi sonuncunun istifadəsində olan müddətdə, yəni 2002-ci ildən çəpərlənmişdir. Əgər həmin ərazidən İddiaçı ASC istifadə edirdisə həmin torpaq sahəs i bələdiyyə, Göyçay rayon torpaq şöbəsi və digər dövlət orqanları tərəfindən necə ölçülüb mülkiyyət hüququ ilə verilə, necə çəpərlənə bilərdi? Əgər iddiaçı üçüncü şəxsin mülkiyyətinə verilmiş ərazindən istifadəsində olmasını iddia etsə də, onda həmin əraziyə Azərbaycan Respublikasının DƏDRX-i həmin ərazinin üçüncü şəxsin mülkiyyətinə verilməsi üçün texniki-mühəndis işlərini həyata keçirmişdirlər, ölçmələr aparılmışdır, həmin ərazi Azərbaycan Respublikasında keçirilən aqrar islahat zamanı Göyçay rayon Aqrar islahat komissiyası tərəfindən bələdiyyə mülkiyyəti kimi qeydə alınıb əvvəlcə Göyçay rayon Çayarxı, daha sonra Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə verilmişdir; bütün bunlarla hər hansı dövrdə İddiaçı ASC-nin şikayəti, etirazı, üçüncü şəxsə yazılı və ya şifahi xəbərdarlığ ı olmamışdır. Həmçinin qeyd edir ki, yaxınlıqda üçüncü şəxsdən başqa da mülkiyyətdə olan torpaq sahələri vardır və həmin ərazilər də bələdiyyə mülkiyyəti kimi vətəndaşların mülkiyyətinə verilmiş.
22. Beləliklə, kassator apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci, İPM-in 12.1, 35.1, 78-ci maddələrinin tələblərini pozulmasını bildirmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-411/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Torpaq Məcəlləsi: Maddə
65. Torp aq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qay dasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpa q sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.... Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatı ndan keçirilməsindən sonra yaranır.
25. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair idd ia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqd im olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda ol araq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan Hüquqları Məhk əməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsasla ndırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkün lüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə riayət olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən yekun nəticəyə gəlmişdir.
31. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi cavabdeh tərəfindən Səfərov Məmməd Səməd oğluna satılmış 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair Göyçay rayonu, Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsi barədədir.
33. İş materialları ilə müəyyən olunur ki, Göyçay rayonunda fəaliyyət göstərən Göyçay 8 nömrəli Kolxozlararası Tikinti Tr estinin İstehsal baza tikintisinə Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə 5,0 ha və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarı ilə 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
34. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə Səfərov Məmməd Səməd oğluna 0.08 ha və 0.22 ha torpaq sahələrinin satılması qərara alınmış, Çayarxı bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahələri ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 438 nömrəsi ilə qeydiyyata alınmışdır. X4 və Xəritəçəkmə Komitəsi “torpaq sahələrinin planı və ölçüsü” tərtib etmiş, göstərilən torpaq sahələri üzrə Səfər Məmmədovun mülkiyyət hüququ Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra adıçəkilən torpaq sahələrinə mülkiyyət hüququ vərəsəlik qaydasında üçüncü şəxsin adına qeydə alınmışdır. İddianın mümkünlüyü ilə bağlı məhkəmənin araşdırmalı olan halları:
35. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
36. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yox lanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hüquqi varisliyin müəyyən olunması
38. Qeyd edilməlidir ki, yuxarıda göstərilən Göyçay Rayon XDS İK-in qərarları ilə Göyçay rayonunda fəaliyyət göstərən 8 nömrəli Kolxozlararası Tikinti Trestinin İstehsal baza tikintisinə cəmi 6,33 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin trestin hüquqi varisi olmasını iddia etməsinə baxmayaraq, "xxxx" ilə iddiaçı ASC arasında olan əlaqə ilə bağlı iş materiallarında heç bir sənəd o cümlədən nizamnamə işə əlavə olunmamış və bu istiqamətdə apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Torpaq sahəsinin yerləşməsi ilə bağlı
39. Məhkəmə kollegiyası qeyd edir ki, Gö yçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarları ilə "xxxx"nə ayrılan torpaq sahələrinin dəqiq yerləşmə yeri barədə heç bir məlumat yoxdur.
40. Belə ki, hazırkı qərarın 24-cü bəndində qeyd olunan maddi hüquq normasının tələbləri baxımından torpaq sahəsinin üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
41. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilən arayışda da qeyd edilmişdir ki, “Göyçay Rayon XDS İK-in xx. xx.1979-cu il tarixli 10 nömrəli və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarları ilə "xxxx"nə ayrılan torpaq sahələrinin yerini müəyyən etmək mümkün olmamışdır” (cild 1, i.v. 209-210).
42. Həmçinin iş materiallarına olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində (cild 1, i.v. 228-230) üçüncü şəxsə ayrılmış torpaq sahələri elektron bazada 6.4 ha dövlət mülkiyyətinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşməsi qeyd edilməsinə baxmayaraq, mütəxəssis 6.4 ha dövlət mülkiyyəti olaraq qeyd edilmiş torpaq sahəsinin coğrafi yerləşmə vəziyyətinə uyğun olaraq 1979-1981-ci il tarixli qərarlarla "xxxx"nə ayrılmış 6.33 ha torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı döngə nöqtələrinin koordinatları əks olunan yerləşmə sxemi təqdim edilmədiyi üçün həmin suala cavab verə bilməmişdir.
43. Belə olan halda, işə təkrar baxan apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsinə subyektiv hüququnun müəyyən edilməsi üçün ilk öncə "xxxx"nin iddiaçının hüququ varisliyi təsdiq olunduğu təqdirdə trestə ayrılmış torpaq sahəsinin yerini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbləri baxımından müəyyən etməli, bundan sonra üçüncü şəxsə aid olan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst üstə düşüb düşməməsini araşdırmalıdır.
44. Üçüncü şəxsə aid torpaq sahəsi həqiqətən də 1979-1981-ci il tarixli qərarlarla "xxxx" ayrılan torpaq sahəsində yerləşdiyi sübuta yetirildiyi halda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən torpaq sahələrinin bələdiyyə torpağı olması ilə bağlı DƏDRX Ucar Ərazi İdarəsinə verilmiş rəy ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş üçüncü şəxslə satılan torpaq sahələrinin dövlət mülkiyyətində olan torpaq sahələri üst-üstə düşməsi barədə mütəxəssis rəyi arasında olan ziddiyyətlə aydınlıq gətirilməlidir. İddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ öz təsdiqini tapdığı halda iddia müddəti ilə bağlı:
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddia müddəti ilə bağlı mümkünlük məsələsinə fikir bildirməmiş bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir.
46. Üçüncü şəxsin dəlilini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, İPM 87.8-ci mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməli olduğu halda apellyasiya məhkəməsi bunu etməmiş, nəticədə göstərilən prosessual hüquq normasının tələblərini pozmuşdur.
47. Halbuki, hazırkı qərarın 25a bəndində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə və öz qərarını əsaslandırmağa borcludur.
48. İş materialları ilə müəyyən ol unur ki, iddiaçı ASC cavabdehlərə (o cümlədən hazırkı 3-cü şəxsə) qarşı “çıxarışların etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və ərazinin əvvəlki vəziyyətə salınması”tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki məhkəmə icraatı Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə başa çatmışdır. Onu da nəzərə almaq lazımdır ki, üçüncü şəxsin çıxarışın etibarsız hesab edilməsi barədə iddiaçının iddia tələbinə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə xitam verilmiş (inzibati mübahisə olmasına görə) və iddiaçı həmin qərardaddan şikayət verməmişdir.
49. Hazırkı tələblə isə iddiaçı xx.xx.2020-ci il tarixdə, yəni Ali Məhkəmənin qərarından 2 aydan çox, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərar dadından isə 1 il 2 aydan daha çox müddət keçdikdən sonra Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
50. İş materialları olan iddiaçının apellyasiya məhkəməsinə ünvanlamış ərizəsində (cild 2, i.v.38) qeyd edilir ki, mübahisələndirilən qərarlar iddiaçıya verilməmiş, göndərilməmiş və alınmamışdır.
51. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ təsdiqləndiyi halda, apellyasiya məhkəməsi iddiaçı tərəfindən verilmiş iddiaya münasibətdə iddia müddətinə qiymət verməlidir.
52. Beləliklə, üçüncü şəxsin hüquqi varisi Səfərov Eldar Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1 (107)-411/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin hüquqi varisi Səfərov Eldar Məmməd oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-411/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.