Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-833/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3435/2023 nömrəli, 14 noyabr 2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli, **********5 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə aşağıdakı yarımbəndlər əlavə edilmişdir: “3.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 3 3.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. 4.1. Əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbayc an Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. 5.1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022ci il tarixli, **********3 əmrinin ləğv edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli “Azərbaycan Respublikasının Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin 17 dekabr 2019cu il tarixli, **********5 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” əmri ilə yuxarıda sözügedən əmrə 3.1-ci və 4.1-ci və 5.1-ci yarımbəndlər əlavə edilmişdir. 17 dekabr 2019-cu il tarixli, **********5 nömrəli əmrə dəyişiklik adı altında əlavə edilmiş 3.1-ci yarımbənddə göstərilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin.” Həmin əmrə dəyişiklik adı altında əlavə edilmiş 4.1-ci yarımbənddə isə göstərilmişdir k i, “Əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011- ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilsin”.
4. Yuxarıda istinad edilən xx.xx.2022-ci il tarixli əmrin 5.1-ci bəndində göstərilmişdi r ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.” Göründüyü kimi xx.xx.2022-ci il tarixli əmrlə Nazirliyin xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi adı altında əlavə olunmuş yarımbəndlərlə faktiki olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əvvəlki tarixdən, yəni 17 dekabr 2019-cu ildən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli əmrlə dəyişiklik etmək adı altında 3.1-ci, 4.1-ci və 5.1-ci yarımbəndlər əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli, **********5 nömrəli əmr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllə rinin təsdiq edilməsi barədə olmuşdur. İddiaçı barəsində qəbul olunmuş əmrin surəti müvafiq müraciəti əsasında cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. İddiaçı 02 mart 2015-ci il tarixdən yuxarıda sözügedən Nazirliyin müvafiq strukturunda Baş məsləhətçi Baş əmək müfəttişi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli, ********** nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-247/2022 saylı qərarından görünür ki, iddia tələbi təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçı barəsində olan 13 iyun 2019-cu il tarixli, ********** n ömrəli əmrin ləğv edilməsi qərara alınmışdır. Bundan sonra, Nazirlik tərəfindən məhkəmə qərarının icrası qaydasında, Nazirin verdiyi xx.xx.2022-ci il tarixli **********4 №-li əmrilə 13 iyun 2019-cu il tarixli, ********** nömrəli əmrin ləğv edilməsi təmin edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli “məhkəmə qərarının icrası vəziyyəti barədə” məktubla Bakı İnzibati Məhkəməsinə müvafiq məlumat da verilmişdir. Yuxarıda sözügedən məhkəmə aktları əsasında iddiaçının işdən azad edilməsi barədə 13 iyun 2019-cu il tarixli əmrin ləğv edilməsi qərara alındıqdan və həmin qərar cavabdeh orqan tərəfindən 17 avqust 2022-ci il tarixli əmrlə təmin edildikdən sonra, əvvəlki vəzifəsinə bərpa olunmalı olduğu halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli əmrin verildiyi gündən 2 gün sonra, mübahisələndirilən əmr verilmişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, 4 saylı region üzrə X5 ləğv edildiyindən iddiaçının adı Nazirliyin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmri ilə 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmrinə əlavə edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə dövlət qulluğuna xitam verilməsi) əsasən 17 dekabr 2019-cu il tarixdə tutduğu vəzifədən azad edilmiş və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilmiş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilmiş və son haqq-hesab aparılmışdır. İddiaçı 1985-1993-cü illərdə “mühəndis-fizik tədqiqatçı” ixtisası üzrə X1 Universitetində təhsil almışdır. Lakin onun diplomu qanunvericiliyə uyğun olaraq müvafiq qaydada təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və görüş zamanı ona orqanın ləğvi ilə əlaqədar vəzifəyə təyin edilməsi üçün təhsilinin uyğun olmadığı barədə müvafiq izahlar verilmiş və diplomunun müvafiq olaraq nostrifikasiya (kvalifıkasiya) olunaraq təqdim etməsi təklif olunmuşdur. Lakin bu günə qədər iddiaçı müvafiq sənədləri Nazirliyə təqdim etməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4071/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022ci il tarixli əmrlə xx.xx.2019-cu il tarixli əmrə dəyişiklik etməklə iddiaçını əvvəlki tarixdən vəzifəsindən azad etməsini formal-hüquqi baxımdan qanuni hesab edir. Məhkəmə bu mövqeyini onunla izah edir ki, xx.xx.2019-cu il tarixli əmr qəbul edilərkən iddiaçının adı həmin qərarda ola da bilməzdi, çünki həmin vaxt xx.xx.2019cu il tarixli əmr qüvvəsində idi. Məhkəmə tərəfindən həmin əmrin 2022-ci ildə ləğv edilməsi, retrospektiv (geri qüvvəli) aktın qəbulunu zəruri etmişdir. Bundan başqa Azərbaycan Respublikası qanunvericiliyində inzibati icraat çərçivəsində mübahisə başlandığı əvvəlki dövrdən yaranmış münasibətləri özündə ehtiva edən retrospektiv (geri qüvvəli) həllini qadağan edən hər hansı norma mövcud deyil.
8. Mübahisələndirilən əmrin qəbul edilməsi, cavabdeh inzibati orqan tərəfindən məhkəmə aktının icra edilməməsi kimi də başa düşülməməlidir. Çünki cavabdeh tərəfindən məhkəmə aktı icra edilmiş və nəticədə iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019- cu ilədək əvvəlki vəzifəsinə bərpa olunmuşdur.
9. Hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2017-ci il tarixli 545 nömrəli Qərarının tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, əmrin ləğv edilməsinə dair tələb əsassızdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3435/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işin hallarını, o cümlədən iddianın növünə görə sübutetmə yükü (vəzifəsi) daşıyan cavabdeh inzibati orqanın dəlillərini mövcud qanunvericiliyin müddəaları baxımından qiymətləndirərək cavabdehin mövqeyi ilə razılaşmır və iddianı əsaslı hesab edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təs nifatlaşdırılır: 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Maddə
21. Dövlət qulluqçuları üçün təminatlar 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tut duğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədə olma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uz un müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.
17. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”:
2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra – Mərkəz) məlumat verməlidir.
3. Ləğv edilən dövlət orqanının bazasınd a yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər.
6. Dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Dövlət orqanının və ya onun bölmələrinin digər dövlət orqanlarının tərkibində yenidən təşkili ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin analoji vakant vəzifəyə təyinatı bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq aparılır və bu barədə Mərkəzə m əlumat verilir.
8. Dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı əmrin ona aid hissədə ləğvi tələbi barədə iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-160/2020 saylı 12 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1181/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-85/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1263/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Nazirliyin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(101)-247/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Nazirliyin kassasiya şikayəti təmin edilməmişdir. Qərarın icrasını təmin etmək məqsədilə Nazirliyin 17 avqust 2022-ci il tarixli **********4 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X3 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir.
22. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respubl ikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə aşağıdakı yarımbəndlər əlavə edilmişdir: “3.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. 4.1. Əmək müqaviləsinə xitam verilmiş İd diaçı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. 5.1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam veri lmiş İddiaçı orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.”
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi “Dövlət qulluğu haqqında” qanunun 8, 21, 33-cü maddələrini düzgün tətbiq etməklə doğru olaraq qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsinə dair xx.xx.2019-cu il tarixli əmrin məhkəmə qaydasında ləğv olunması, onun həmin tarixdən sonra digər əsasla işdən azad edilməsinin qarşısını almır. Çünki məhkəmə aktı məhz həmin əmrin qanuniliyinə hüquqi qiymət vermişdir. Ona görə də, iddiaçının 17 dekabr 2019cu il tarixdən işdən azad edilməsinin qanuniliyi yoxlanılarkən, əgər xx.xx.2019-cu il tarixli əmr olmadığı halda, başqa sözlə iddiaçı vəzifəsində işin davam etdirmiş olduğu halda “Dövlət qulluğu haqqında” Az ərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsi ilə (dövlət orqanı ləğv edildikdə dövlət qulluğuna xitam verilməsi) vəzifəsindən azad edilməsinin qanuni olubolmaması müəyyən edilməlidir.
24. Eyni zamanda işdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli **********7 nömrəli əmri ilə Xidmətin 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə X4 ləğv edilərək Xidmətin Bakı şəhər İdarəsi yaradılmışdır.
25. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilməsi, məhz “Dövlət q ulluğu haqqında” qanunun 33.1.2-ci maddəsinə əsasən, yəni dövlət orqanı ləğv edildikdə dövlət qulluğuna xitam verilməsi, başqa sözlə, struktur dəyişikliyi ilə əlaqədar baş vermişdir.
26. Bundan başqa iddiaçı Azərbaycan Respublikasının Prezidentinin məlum 2011-ci il 1 iyul tarixli, 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydasının 4-cü hissəsinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılmış və bu barədə məlumat Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir.
27. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı 1985-1993-cü illərdə “mühəndisfizik tədqiqatçı” ixtisası üzrə X1 Universitetində təhsil almışdır. Lakin onun diplomu qanunvericiliyə uyğun olaraq müvafiq qaydada təsdiq edilməmişdir.
28. B ütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2019-cu il tarixli əmrə dəyişiklik etməklə iddiaçını əvvəlki tarixdən vəzifəsindən azad etməsini formal-hüquqi baxımdan qanunidir. Belə ki, xx.xx.2019-cu il tarixli əmr qəbul edilərkən iddiaçının adı həmin qərarda ola da bilməzdi, çünki həmin vaxt xx.xx.2019-cu il tarixli əmr qüvvəsində idi. Məhkəmə tərəfindən həmin əmrin 2022-ci ildə ləğv edilməsi, retrospektiv (geri qüvvəli) aktın qəbulunu zəruri etmişdir. Bundan başqa, Azərbaycan Respublikası qanunvericiliyində inzibati icraat çərçivəsində mübahisə başlandığı əvvəlki dövrdən yaranmış münasibətləri özündə ehtiva edən retrospektiv (geri qüvvəli) həllini qadağ an edən hər hansı norma mövcud deyil. Mübahisələndirilən əmrin qəbul edilməsi, cavabdeh inzibati orqan tərəfindən məhkəmə aktının icra edilməməsi kimi də başa düşülməməlidir. Çünki cavabdeh tərəfindən məhkəmə aktı icra edilmiş və nəticədə iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019- cu il tarixədək əvvəlki vəzifəsinə bərpa olunmuşdur. Hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2017-ci il tarixli 545 nömrəli Qərarının tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, əmrin ləğv edilməsinə dair tələb əsassızdır.
29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3435/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.