Məhkəmə qərarları › İş №2-1(102)-834/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-834/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-834/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Həmdulla qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cərimə sanksiyasının ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı Həmdulla qızının, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, İddiaç ı Həmdulla qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinə qarşı cərimə sanksiyasının ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 21(103)-319/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Həmdulla qızı fərdi sahibkarlıqla məşğul olan vergi ödəyicisidir.

2. İddiaçı ona məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmadığı qənaətinə gəlmiş və bununla bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmişdir. İddiaçıya 06.11.2019-cu ildə verilmiş cavab məktubunda qanunvericiliyin tələbləri izah edilmiş, müraciətdə göstərilən bəzi məsələlərin isə Nazirliyin səlahiyyətlərinə aid olmaması səbəbindən aidiyyəti üzrə müraciət etməsi tövsiyyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Həmdulla qızı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cərimə sanksiyasının ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində kiçik bir obyektdə meyvə-tərəvəz məhsullarının xırda satışı ilə məşğul olur. Sosial sığorta haqqlarının v axtlı-vaxtında ödəyirdi. Əvvəlcə 20 manat, ikinci dəfə 26 manat, üçüncü dəfə 33 manat, dördüncü dəfə isə 50 manat ödəmişdir. Lakin 2019-cu ilin dekabr ayında ona hər ay 110 manat ödəyəcəyi deyilmişdir. O isə aztəminatlı ailə olduğu üçün ödənişləri tamamlaya bilməmişdir. Sonra da koronavirus pandemiyası ilə əlaqədar iş yerləri bağlanmış, fəaliyyəti məhdudlaşmış, qazancı omamışdırı. Aztəminatlı ailə olmasına baxmayaraq ona heç bir güzəşt edilməmişdir. Hətta işsizliklə bağlı 190 manat kompensasiya da ala bilməmişdir. Dövlət sosial sığorta haqqları ödəyə bilmədiyi halda ona DSMF-nun Binəqədi rayon şöbəsi tərəfindən cərimə tətbiq olunmuşdur. Cərimənin ləğv edilməsi üçün müxtəlif instansiyalara müraciət etmiş, lakin nəticəsi olmamışdır.

5. Lakin iddiaçının məhkəmə iclasında iştirak etməsinə baxm ayaraq ona iddianın geri götürülməsini məsləhət bilinib və o da iddianı geri götürmüşdür. Ona görə də iddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2-1(112)-3992/2020 saylı qərardadı ilə (hakim M.Qarayeva) iddia geri götürülmüş hesab edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir

7. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). Odur ki, birinci instansiya məhkəməsi iddiaçının bu iradə ifadəsini qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsi hüquqi nəticəsinə görə iddiaçının eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Çünki şəxsə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəm əsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 21(103)-319/2021 nömrəli qərardadı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Hüseyn) İddiaçı Həmdulla qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş.Bakı İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2-1(112)-3992/2020 saylı qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın lə ğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir. Yəni, iddiaçının iddia ərizəsində qeyd etdiyi dövrdə həmin yığımlara nəzarət Dövlət Sosial Müdafiə Fondunda olmamışdır. Bundan əlavə, iddia ərizəsində iddiaçıya hesablan mış cərimənin hansı dövlər üzrə hansı qərar və ya cari bəyannamə əsasında hesablandığı aydınlaşdırılmamış, onun hüquqlarının hansı formada pozulması əsaslandırılmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Bakı Apelyasiya Məhkəməsi məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmadan iş üzrə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, iddiaçı özü könüllü şəkildə məhkəmə tərəfindən qanunvericiliyin tələbləri ona izah edildikdən sonra iddianın geri götürülməsi barədə qərara gəlmişdir. İddiaçı iddianı geri götürdükdən sonra yenidən iddia qaldırmaqla məhkəməyə müraciət etməli idi. Bakı Apelyasiya Məhkəməsi isə bu halları nəzərə almadan işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

13. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası MPMnin 67-ci maddəsinə əsasən işə onun çıxışı dinlənilmədən baxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şi kayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli məsələ üzrə düzgün nəticəyə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Belə ki, əvvəla kassasiya şikayətinin dəlilləri işin mahiyyəti üzrə həllinə dair məsələlərə aiddir.

18. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 29.09.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri işə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Lakin iddiaçı məhkəmə qərardadı elan olunduqdan sonra qərardada etirazını bildirmiş və mövqeyini onunla izah etmişdir ki, onun savadsızlığından istifadə edib ona iddianın geri götürülməsi məsləhət bilinmişdir.

19. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.

20. İddiaçının apelyasiya şikayətinin həlli üçün apelyasiya instansiyası məhkəməsi iki cür araşdırma apara bilərdi. Birinci halda iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinin olmasına istinad etməklə və bu faktı birinci instansiya məhkəməsinin qərardadının qanuni olması barədə nəticəyə gəlmək üçün yetərli hesab etməklə apelyasiya şikayətin rədd etmək. İkinci halda isə, iddia ərizəsinin geri qaytarılması barədə ərizənin olmasına formal yanaşmayıb, İPM-nin 12-ci maddəsinin tələbləri baxımından zəruri hesab edilən araşdırma aparmaqla, ap elyasiya şikayətinin dəlillərini tam araşdırmaqla qərar qəbul etmək. İkinci halda iddiaçının iddia ərizəsini geri qaytarması barədə ərizə verməyin səbəbi araşdırılmalı idi. Çünki ərizədə iddiaçı nəyə görə iddianı geri götürmək istədiyini bildirməmişdir. Doğrudur ki, ərizədə bu barədə qeyd yazmağa iddiaçını məcbur edən norma yoxdur. Lakin İPM-nin işin hallarının tam araşdırılması prinsipini müəyyən edən 12-ci maddəsinin, məhkəmənin yardım etmə vəzifəsini təsbit edən 13-cü maddəsinin, habelə hakimin mübahisə ilə bağlı işi müzakirə etmək vəzifəsindən bəhs edən 64-cü maddəsinin birgə təhlili onu ehtiva edir ki, iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyi halda məhkəmə bu ərizənin verilməsini yetərli hesab etməklə qərar qəbul etməməlidir. Məhkəmə bu prosessual vəziyyətdə işi müz akirə edib iddiaçı ilə iddianı geri götürməsinin səbəbini öyrənməli (təbii ki, iddiaçı bunu açıqlamamaq hüququna malikdir), iddia ərizəsi geri götürülmüş sayıldığı halda icraata xitam verilməsi barədə qərardad qəbul edilə biləcəyini, icraata xitam verildiyi halda iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrini izah etməlidir. Lakin işdə olan məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu tələblərə əməl olunmamışdır. Buna görə də iddianın geri götürülməsi barədə ərizənin mənafeyinə uyğun olmadığı, başqasının təklifi ilə geri götürməsi barədə dəlillərini təkzib etmək mümkün deyildir.

21. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğu n həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli 2-1(103)-319/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar