Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-834/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X2, X4) “çıxarışın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tari xli, 21(103)-425/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AZE 0*******, FİN: xxxxxxx), xx.xx.1950-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Üçüncü şəxs X2 (Ş/V: AA1095186, FİN: 1U9ZWLB), 06.06.1958-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır.
3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 162 nömrəli reyestr kitabının 6268 səhifəsində 1958-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının anası Şəfigə Hacıbaba qızının tam mülkiyyətinə qeydə alınmışdır. 4. 7 avqust 2008-ci il tarixli, AZ-İ 307601 n ömrəli ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının anası Şəfiqə Hacıbaba qızı 3 avqust 2008-ci il tarixində vəfat etmişdir.
5. İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması üçün Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 06 sentyabr 2013-cü il tarixli, 2(004)-4879/13 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi qət edilmiş və məhkəmə qərarı qüvvəyə minmişdir.
6. İddiaçının mərhum anasından miras qalmış əmlak üzərində mülkiyyət hüququ qeydə alınmış, iddiaçıya cavabdeh tərəfindən 17 oktyabr 2014-cü il tarixdə, RX seriyalı ******* nömrəli, çıxarış verilmiş, nəticədə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətinə keçmişdir.
7. Sonradan iddiaçının bacısı olan üçüncü şəxs X1 Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməklə ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(103)3869/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli, 2(004)-4879/13 nömrəli qətnaməsi ləğv edilməklə ərizəçi İddiaçı hüquq əhəmiyyətli faktının müəyyən edilməsi və s. tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan sonra X2 qətnamənin icrasına geri dönüş edilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14 avqust 2019-cu il tarixli, 2(103)-3869/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 6 sentyabr 2013-cü il tarixli, 2(004)-4879/2013 nömrəli qətnaməsinin icrasına dönüş edilmiş və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçıya verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydi ləğv edilmişdir.
8. İddiaçı çıxarışın bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
9. Cavabdeh ərizəni təmin etməmiş və 19 mart 2021-ci il tarixli, **********453 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(103)-3869/2019 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 6 sentyabr 2013-cü il tarixli, 2(004)-4879/2013 nömrəli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 7 fərdi yaşayış evinə onun adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əml akın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və qərardad əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 7 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd 9 oktyabr 2019-cu il tarixdə ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi dalan 5, 7 saylı evə dair İddiaçı adına verilmiş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli, 17 oktyabr 2014-cü il tarixli çıxarışının iddiaçının adına bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anasından miras qalmış əmlak üzərində onun vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə əsasında onun həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın icrası ilə əlaqədar onun əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd (çıxarış) ləğv edilmişdir. İddiaçı çıxarışın bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciətin həllindən imtina etmişdir. İddiaçi cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız sayır.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Əla və olaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, qərardad DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, buna görə də reyestrdə aparılmış qeyd ləğv edilmişdir. Sözügedən qərardadla icrasına dönüş edilmiş məhkəmə qətnaməsi 1 saylı Bakı Ərazi İdarəsində aşkar olunmamışdır.
13. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-6020/2021 nömrəli qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın ləğvi istiqamətində cavabdeh tərəfindən aparılmış hərəkətlər qanunazidd olmamış, əksinə cavabdeh qüvvədə olan qanunvericiliyin tə ləblərini rəhbər tutaraq öz səlahiyyətləri çərçivəsində məhkəmə aktının məcburiliyi nəzərə alaraq, həmin aktın icrasını təmin etmişdir ki, bununla da iddiaçının adına verilmiş çıxarışı ləğv etmişdir.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərarını tam ləğv edib və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-425/2022 nömrəli qərarı ilə (hakimlər: Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və İlham Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(112)-6020/2021 nömrəli qərarı dəyişdirilmədən sa xlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-425/2022 nömrəli 19.01.2022-ci il tarixli qərarının əsaslandırıcı hissəsində daşınmaz əmlakın dövlət reyestrindəki qeyd müvafiq vərəsəlik şəhadətnaməsinə əsasən aparılmış olsa da belə, bu halın hazırkı vəziyyətdə müvafiq qeydin bərpa edilməsi üçün vəziyyətin dəyişmədiyi, daşınmaz əmlakla bağlı reyestrdə apar ılmış qeyd nəticə etibarılə məhkəmə qətnaməsinin icrasına dönüşlə əlaqədar sonunda ləğv edilməsinə və sözügedən vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı məsələlərin hazırda maraqlı şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsi iddiaçının adına həmin mübahisələndirilən vərəsəlik şəhadətnaməsi əsasında reyestrdə aparılmış qeydin bərpa edilməsini mümkünsüz etməsi qənaətinə gəlməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 8.0.3-cü, 8.0.4-cü və Azərbaycan Respublikası MM-nin 139-1.1.3-cü və 140-cı maddələrində təsbit edilən maddi hüquq normalarının pozulması ilə müşayiət olunmuşdur.
20. Cavabdeh iddiaçının adına RX seriyalı ******* nömrəli 17.10.2014-cü il tarixli çıxarışı Bakı şəhəri 12 saylı DNK-nın 2V-01-256 reyestr nömrəli 17.0 9.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən verildiyini təsdiq etsə də, həmin çıxarışın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3869/2019 nömrəli 13 mart 2019-cu il tarixli qərardadına istinad edərək ləğv etməsinin hüquqi əsasını göstərməmişdir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşımasına məhkəmə tərəfindən də hüquqi qiymət verilməmiş, hətta təyin edilən məhkəmə proseslərində səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməklə mübahisənin birtərəfli qaydada aparılmasına rəvac yaratmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasla 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair ş əhadətnamələr, mənzil sertifikatı 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
23. Mül ki Prosessual Məcəllə: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktik i halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏR İ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur.
28. A vropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. İşin müəyyən edilmiş hallarından məlumdur ki, iddiaçı mərhum anasından miras qalmış əmlak üzərində onun vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə əsasında onun həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 14.08.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli, 2(004)-4879/2013 nömrəli qətnaməsinin icrasına dönüş edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi dalan 5, ev 7 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydin ləğv edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə əlaqədar əmlaka dair daşınmaz əmlakın dövlət reyestr ində olan qeyd (çıxarış) cavabdeh tərəfindən ləğv edilmişdir.
31. Hazırkı qərarın 22-ci bəndində göstərilən normada daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.
32. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi məhz qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2(103)-3 869/2019 nömrəli qərardadı əsasında həyata keçirilmişdir. Bu əsas da “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində nəzərdə tutulmuşdur.
33. Qərarın 23-cü bəndində olan normaya əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası onu da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.
34. Odur ki, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi reyestrdəki qeydin bərpa edilməsi hazırkı vəziyyətdə mümkün olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanunauyğun olmuşdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-425/2022 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 21(103)-425/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.