Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-834/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2022-ci il tarixli, 2-1(105)-414/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 22 iyun 2018-ci il tarixli, **********154171 nömrəli qərarı ilə iddiaçı üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş (yoxlama ilə əhatə olunan dövr yanvar 2017-aprel 2018) və bu barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY181256407 nömrəsi ilə qeydiyyat aparılmışdır.
2. Cavabdehin xx.xx.2018-ci il tarixli, **********154598 nömrəli tələbnaməsi ilə iddiaçıdan vergi-hesab fakturaları, depozit, kassa sənədləri, bank sənədləri, qaimə sənədləri, müqavilələr(kontraktlar), forma-2 (aktlar), nəzarət kitabçası və digər ilkin mühasibat sənədləri, səyyar (kameral) vergi tədbiri ilə əlaqədar digər zəruri sənədlər tələb edilmiş və cavabdehin xx.xx.2018-ci il tarixli, **********162470 nömrəli qərarı ilə iddiaçı tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövrlər üçün aylar üzrə satılmış malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir.
3. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X4 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən aparılmış araşdırma zamanı iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə satılmış malların orta bazar satış qiyməti müəyyən edilmişdir. Araşdırmalar müxtəlif internet saytlarında göstərilən məlumatlar nəzərə alınmaqla sürtkü yağları və filtrlərin satışını həyata keçirən mağazalardan malların satış qiyməti öyrənilməklə aparılmışdır. Qiymətləndirmə zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyinin baza məlumatlarına və material.az, ru.all-in.az, biznesinfo.az, elanlarim.com, birja-vdv.az və s. saytlara istinad edilmişdir.
4. Cavabdehin “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli qərarları ilə əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir.
5. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********165657 nömrəli səyyar vergi yoxlaması aktına əsasən iddiaçıda yanvar 2017-aprel 2018-ci illəri əhatə edən dövr üzrə səyyar vergi yoxlaması keçirilmiş, müəssisənin 2017-ci ildə mənfəət vergi si üzrə 148382,48 manat, ƏDV üzrə 133544,20 manat, əmlak vergisi üzrə 677,80 manat, 2018-ci ildə ƏDV üzrə 44121,51 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 160 manat məbləğində vergilərin azaldılması müəyyən olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə 163443,04 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.
6. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********195602 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə azaldılmaya yol verdiyinə görə 326886,06 manat əlavə vergi və 163443,04 manat məbləğində maliyyə sanksiyası tət biq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
7. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 23 dekabr 2020-ci il tarixli qərarı ilə iddiaçının direktoru X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata, cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli, **********195602 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması və yoxlama nəticəsində hesablanmış 330236,1 manat vergi borcu və 165.118,07 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016 tarixdən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İddiaçı müəssisə avtomobillər üçün hissələr, qovşaqların və ləvazimatların pərakəndə satışı ilə məşğul olur. Şirkətin hazırda 34 nəfər işçisi vardır. Cavabdeh vergi orqanı tərəfindən müəssisədə xx.xx.2018-ci il tarixdə səyyar vergi yoxlaması başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib ed ilmiş və müəssisəyə 569.890.63 manat vergilərin azaldılması müəyyən olunmuş və 687.563.12 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı həmin akta etiraz vermiş, idarə tərəfindən yeni səyyar vergi yoxlaması aparılmış və xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması aktı tərtib edilmiş, müəssisəyə 491709,88 manat vergi borcu hesablanmış və 240954,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin sonadan həmin akt iddiaçıya məlum olmayan səbəbdən ləğv edilərək yenidən yoxlama təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə yeni akt tərtib edilmiş və həmin məbləğlər təkrarlanmışdır. İddiaçı tərəfindən həmin akta da etiraz edilmiş və idarə tərəfindən yenidən yoxlama aparılaraq xx.xx.2019-cu il tarixli akt tərtib edilərək iddiaçıya 330.236,1 manat verginin azaldılması müəyyən edilmiş və 165. 118,08 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin bu dəfə iddiaçıya həmin aktla tanış olub qanunvericilikdə nəzərdə tutulmuş müddət verilmədən xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması aktına baxılma haqqında protokol tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə həmin akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən bir sıra prosessual qanun pozuntularına yol verilmişdir. Bundan başqa səyyar vergi yoxlaması aktının əsasını satılan malların bazar qiymətinin müəyyənləşdirilməsi üçün xx.xx.2019-cu il tarixli ekspertizanın təyin edilməsi barədə qərar əsasında verilmiş ekspert rəyi təşkil edir. Müəssisə tərəfindən yoxlayıcıya bütün zəruri maliyyə sənədləri, o cümlədən malların dəy ərini əks etdirən gömrük sənədləri təqdim olunduğu halda yoxlayıcı tərəfindən ekspertizanın təyin olunmasında zərurətin nədən ibarət olduğu aydın deyildir.
10. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçıya səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunması haqqında xx.xx.2018ci il tarixli tələbnamə verilmiş, lakin tələbnamədə göstərilən sənədlər səyyar vergi yoxlamasına tam təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən göstərilən yoxlama dövrü üzrə malların alış-satışı üzrə qaimələr və müqavilələr yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı satılmış malların bazar qiymətinin müəyyən edilməsi zərurəti ilə əlaqədar “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş və ekspert qarşısında xx.xx.2017-ci il t arixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə aylar üzrə satılmış malların bazar qiymətlərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Qərarda göstərilən dövr ərzində satılmış malların ilkin sənədləri ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən vergi ödəyicisinin təqdim etdiyi 41-ci hesab üzrə malların hərəkəti cədvəli, müxtəlif internet saytlarında olan məlumatlar və iddiaçının Abşeron rayonu, Xırdalan şəhərində yerləşən təsərrüfat subyektində satış qiymətləri barədə məlumatlar nəzərə alınaraq malların satış (bazar) qiymətləri müəyyən edilmişdir. Aparılmış ekspert araşdırmasından sonra iddiaçı tərəfindən ümumilikdə 326886,06 manat verginin azaldılması müəyyən edilmişdir.
11. Məhkəmə qərardadı əsasında iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tari xli, 9/2954 nömrəli rəyində göstərilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 148.382,48 manat məbləğində mənfəət vergisinin, 177.665,71 manat məbləğində ƏDV-nin, ümumilikdə 326.048,19 manat məbləğində vergilərin az hesablanması müəyyən olunmur.
12. Məhkəmə qərardadı əsasında iş üzrə təyin edilmiş əlavə məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8271 nömrəli ekspert rəyində göstərilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 148.382,48 manat məbləğində mənfəət vergisinin,177.665,71 manat məbləğində ƏDV-nin, ümumilikdə 326.048,19 manat məbləğində vergilərin az hes ablanması müəyyən olunmur.
13. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-32/2022 nömrəli qərarı (hakim V.E.Əzizova) ilə iddia təmin edilmiş, iddiaçı barəsində cavabdehin 29 dekabr 2019-cu il tarixli, **********195602 nömrəli qərarı ləğv edilmiş və yoxlama nəticəsində hesablanmış 326886,06 manat vergi borcu və 163443,04 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin idxal etdiyi malların satışı ilə bağlı bazar qiymətini müəyyən etmək üçün ekspert qarşısında sual qoyularkən bu qiymətin pərakəndə, yoxsa topdansatış üzrə qoyulması nəinki «Ekspertizanın təyin edilməsi haq qında» qərarda dəqiq olaraq göstərilməmiş, həmçinin ekspertin həmin qiyməti pərakəndə satış üzrə müəyyən etməsi belə səyyar vergi yoxlaması aktı tərtib olunarkən, onun nəticəsinə dair məsuliyyətə cəlb etmə qərarı qəbul olunarkən nəzərə alınmamışdır. Halbuki vergi orqanının xx.xx.2019-cu il tarixli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarı «Azərekspertiza» Birliyinin xx.xx.2019-cu il tarixli rəyi əsasında qəbul edilmişdir ki, həmin qərarın da qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən inzibati orqanın üzərinə düşür. İş üzrə səyyar vergi yoxlaması dövrü üçün ekspert tərəfindən müqayisə edilən malların qiyməti internet saytları və qeyrimüəyyən ünva nlarda yerləşən satış mağazaları üzrə aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur. Ekspert sürtkü yağları, filtrlər və s. bazar qiymətini müəyyən edərkən ədəbiyyat və informasiya mənbəyi kimi istinad etdiyi internet ünvanlarında (saytların) hansı məqalələrdən istifadə etdiyini, istinad olunan fiziki və hüquqi şəxslər barədə, onların şifahi formada verdiyi hansı məlumatları dəqiq göstərmədiyindən onun konkret hansı mənbədən istifadə etdiyi də aydın deyildir. Həmçinin vergi orqanı tərəfindən iddiaçıda aparılan səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyi ilə müəyyən olunmuş prosessual qaydaların pozulmasına da yol verilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı malların qiymətinin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən «Ekspertizanın təyin edilməsi» haqqında xx. xx.2018-ci il tarixli qərar qəbul edilsə də, bu zaman həmin qərarla bağlı müvafiq protokol tərtib edilməmiş, belə ki, həmin protokol məhkəməyə təqdim olunmamış, bunun nəticəsində vergi ödəyicisinin ekspertizanın təyin olunması ilə bağlı vergi qanunvericiliyində göstərilən hüquqlarının ona izah edilməsi təmin olunmamış və buna görə də Vergi Məcəlləsinin 44-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********195602 nömrəli qərar qəbul edilərkən əsas götürülmüş xx.xx.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. İş üzrə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halına yol verilməsini təsdiq edə biləcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2022-ci il tarixli, 2-1(105)-414/2022 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-32/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ekspert rəyi cavabdeh inzibati orqanın qanuni əsasla əldə etdiyi sübut növüdür və vergiyə cəlb olunan dövriyyənin hesablanması ek spert rəyi və digər əlaqəli sübutlarla müəyyən edilə bilər. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı ekspert rəyi ilə də müəyyən edilə bilər. Lakin hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız ekspert rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində əsaslı tədbirlər görülməmişdir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh qeyd edir ki, i ddiaçı tərəfindən göstərilən yoxlama dövrü üzrə malların alış-satışı üzrə qaimələr və müqavilələr yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı satılmış malların bazar qiymətlərinin müəyyən edilməsi zərurətlə əlaqədar olaraq “Ekspertizanin təyin edilməsi haqqında” xx.xx.2019-ci il tarixli **********186113 nömrəli qərar qəbul edilmiş və ekspert qarşısında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə aylar üzrə satılmış malların bazar qiymətlərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Qərarda göstərilən dövr ərzində satılmış malların ilkin sənədləri ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən vergi ödəyicisinin təqdim etdiyi 41-ci hesab üzrə malların hərəkəti cədvəli, müxtəlif internet saytlarında olan məlumatlar və iddiaçının Abşeron rayonu, Xırdalan şəhərində ye rləşən təsərrüfat subyektində (obyektində) satış qiymətləri barədə məlumatlar nəzərə alınaraq malların satış (bazar) qiymətləri müəyyən edilmişdir. Satılmış malların bazar qiymətlərindən aşağı rəsmiləşdirilməsi barədə ekspert rəyi nəzərə alınaraq iddiaçı tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin 148.382,48 manat, 2017-ci ilin müvafiq ayları üzrə əlavə dəyər vergisinin 133.544,20 manat, 2018-ci ilin müvafiq ayları üzrə əlavə dəyər vergisinin 44.121,51 manat məbləğində azaldılması müəyyən edilmişdir. Eyni zamanda 2017-ci ildə əmlak vergisinin 677,80 manat və 2018-ci ildə muzdlu işlə əlaqədar olaraq ödəmə mənbəyində tutulan verginin (ƏDV bəyannaməsi tərkində) 160,07 manat məbləğində azaldılması aşkar edilmişdir.
20. Həmçinin, iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktla ümumilikdə hesablanmış 326.886,06 manat vergi məbləği vergi ödəməkdən yayınma cinayət əlaməti doğurduğundan yoxlama materialları aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və xx.xx.2020-ci il tarixli qərara əsasən dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilər tam olaraq ödənildiyindən cinayət işi üzrə icraata xitam verilmişdir.
21. Məhkəmə araşdırması mərhələsində müəssisənin vergiləri ödəməkdən yayındırması kifayət qədər sübuta yetirilməsinə və bunlara dair iş materiallarına lazımi sübutların əlavə edilməsinə baxmayaraq bu sübutları görməzdən gələn məhkəmə ə sassız olaraq iddia təmin etməkdə qərarlı olmuşdur.
22. İşin faktiki halları nəzərə alınarsa, Vergi Məcəlləsinin 14-cü maddəsində öncə vergi orqanı tərəfindən bazar qiymətinin müəyyənləşdirilməsi mərhələlərinə riayət edilməsi, daha sonra bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi imperativ göstəriş kimi müəyyən olunmamışdır. Səyyar vergi yoxlaması zamanı qiymətlərin səviyyəsində fərq müəyyən edildiyi müəyyən olunarsa ekspertizanın keçirilməsi barədə qərar qəbul edilir. Bu zaman bazar qiymətini cəlb edilmiş ekspert müəyyən edir. Məhkəmə Vergi Məcəlləsinin 14.6.3-cü maddəsini işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Sözügedən maddi hüquq normasının mübahisə predmeti üzrə işin faktiki hallarına aidiyyəti yoxdur. Belə ki, qeyd olunan qiymətləndirmə üsullarının tə tbiqi Vergi Məcəlləsinin 14.6.3cü maddəsinin dispozisiyası ilə şərtləndirilmişdir və bu bənd üzrə qiymətləndirmə üsulları bütünlüklə Vergi Məcəlləsinin 14-cü maddəsini əhatə etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14-cü maddəsinə nəzərdə tutulmuş mərhələlərə riayət edilməklə, həmçinin ekspertiza təyin edilməklə mümkündür. Mütləq şəkildə öncə qeyd olunan mərhələlərə riayət olunmalı, daha sonra ekspertiza təyin edilməlidir kimi hər hansı hüquqi tənzimləmə qanunvericilikdə müəyyən olunmamışdır.
23. Cavabdeh vergi o rqanı tərəfindən “Ekspertizanın təyin edilməsi” haqqında xx.xx.2018-ci il tarixli, **********162470 nömrəli qərarla bağlı xx.xx.2018-ci il tarixdə protokol tərtib edilmiş, iddiaçının direktoru X2 Vergi Məcəlləsinin 44.7-ci maddəsinə uyğun olaraq hüquqları izah edilmişdir. Qeyd olunan xx.xx.2018-ci il tarixli protokol və sübutlar məhkəməyə təqdim edilmişdir.
24. Bundan başqa, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan üsulların tətbiqi ardıcıllığı nəzərdə tutulmamışdır. Bu normanı yanlış şərh edən məhkəmələr qanunsuz və əsassız olaraq yanlış təcrübə formalaşdırmışlar. Digər tərəfdən, səyyar vergi yoxlaması keçirilən zamanı sənədlər yoxlamaya təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda cavabdeh tərəfindən əlaqəli məlumatlardan istifadə etməklə v ergiləri hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 67 və 83.9-cu maddələrini işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir.
25. Bundan başqa, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7 və 69.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə istinad edərək qeyd edir ki, məhkəmə kollegiyası sübutları qiymətləndirərkən sadəcə bir sübutu, digər sübutdan üstün tutmuş, lakin bunu əsaslandıracaq heç bir hərəkət və addım atmamışdır. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunv ericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.... Maddə
14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyəri ndən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvə lki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığort a və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq a rtıb-azalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlər ə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiy mətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, t ikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır: 14.6.5.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda; 14.6.5.2. malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. 14.7. Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. 14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (i şin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. 14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;... Maddə
24. Vergi orqanların ın vəzifələri 24.0. Vergi orqanları:... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur;... Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bi ldiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tər əfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilm əsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.... Maddə
55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;... 55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəl irləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələr in nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməs i; 67.2.3. fəaliyyət göstərilən ərazi.... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır....
28. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”:... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);... 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzi fəsinə görə araşdırmağa borcludur.... Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya insta nsiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı. KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona g örə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Əlavə vergi yoxlaması barədə qərarların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmaması ilə bağlı
39. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keç irilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir.
40. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Yoxlama müddətində cavabdeh 3 dəfə yoxlamanın dayandırılması barədə, 1 dəfə yoxlama müddətinin uzadılması barədə, 3 dəfə (xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə, 1 dəfə isə (xx.xx.2019-cu il tarixdə) aktın tərtibi müddətinin uzadılması barədə qərarlar qəbul etm işdir. Yoxlama müddətinin uzadılması və yoxlamanın dayandırılması barədə qərarlar Reyestrə daxil edilsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar Reyestrə daxil edilməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəali yyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. 42. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.
43. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzr ə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.
44. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır. 45. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat rey estrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.
46. Beləliklə, cavabdeh orqanının apardığı səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarının pozulması ilə aparılmışdır. Vergi Məcəlləsinin 14-cü maddəsinin tətbiqi
47. Cavabdeh inzibati orqanın dəlillərin ə görə, tərəflərindən iddiaçıya “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli tələbnamə verilsə də, tələbnamədə göstərilən sənədlər səyyar vergi yoxlamasına tam halda təqdim edilməmişdir. Satılmış malların qiymətlərinə dair ilkin sənədlər təqdim edilmədiyindən (Vergi Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilən əks hal sübuta yetirilmədiyindən) bazar qiymətlərinin tətbiq edilməsi zərurəti yaranmışdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Qanunvericiliyin tələblərinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Lakin Vergi Məcəlləsinin 14.3-cü maddəsinin hazırkı iş üzrə sə yyar vergi yoxlamasının keçirildiyi tarixdə qüvvə olmuş redaksiyasında bu hal yalnız aşağıdakılarla şərtləndirilmişdir: - barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; - təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; - 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; - müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; - daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda.
49. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan vergilərin hesablanması zamanı bazar qiymətini nəzərə alması barədə gəldiyi nəticə Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələblərinə zidd olmuş, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilməməsi ilə bağlı müddəa bazar qiymətinin nəzərə alınması üçün qanunda nəzərdə tutulmam ışdır.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 14.3.6-cı maddə (vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda)) əlavə edilmişdir. Lakin bu dəyişiklik 1 yanvar 2023-cü il tarixdən qüvvəyə mindiyinə görə hazırkı işə tətbiq edilməsi yolverilməzdir.
51. Hazırkı iş üzrə səyyar vergi yoxlaması aparılarkən qüvvədə olan vergi qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğini hesablamaq hüququ vardır.
52. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə həmin normanın tətbiqini zəruri edən halları və məlumatları əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı yoxlama tədbiri gedişatında ödənilməli vergi məbləğini hesablayarkən həmin hesablamanın həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir.
53. Lakin iddiaçı barəsində səyyar vergi yoxlaması keçirilən zaman qüvvədə olan vergi qanunvericiliyinin tələbləri cavabdeh inzibati orqan tərəfindən gözlənilməmiş, vergilərin hesablanması zamanı bazar qiymətinin nəzərə alınm alı olduğu hallar iddiaçı barəsində mövcud olmadığı halda, habelə, cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan istifadə etmək hüququ olduğu halda, cavabdeh əsassız olaraq bazar qiymətinə istinad etmiş, bu zaman Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə vergi ödəyicisi Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən verginin hesablanması məqsədilə vergi orqanı ilə əməkdaşlıq etməməyə və ya buna hətta maneə törətməyə yönəlmiş hərəkətlər etdikdə, vergi o rqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və həmin maddədə göstərilən digər əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hər bir halda, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, n o. 30614/06, 26 iyul 2011-ci il, § 44).
55. Bundan irəli gələrək, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir.
56. Hazırkı məhkəmə mübahisəsi icarə məbləği ilə bağlı olmasa da, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi möv qeyinə istinad edərək göstərir ki, bazar qiymətinin tətbiqinin qanuni olması üçün vergi orqanı bu inzibati hərəkəti vergi qanunvericiliyinin tələblərini gözləməklə icra etməli, tətbiq olunan bazar qiymətini əsaslandırmalıdır. İş üzrə keçirilmiş ekspertiza rəylərinin mötəbərliyi
57. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsində cavabdehin ən mötəbər sübutu “Azərekspertiza” Birliyinin eksperti X4 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyi olmuşdur. Həmin sübutla bağlı aşağı instansiya məhkəmələri haqlı olaraq qeyd etmişlər ki, ekspert sürtkü yağları, filtrlər və s. bazar qiymətini müəyyən edərkən ədəbiyyat və informasiya mənbəyi kimi istinad etdiyi internet ünvanlarında (saytların) hansı məqalələrdən istifadə etdiyini, istinad olunan fiziki və hüquqi şəxslər barədə, onların şifahi formada verdiyi hansı məlumatları dəqiq göstərmədiyindən onun konkret hansı mənbədən istifadə etdiyi də aydın deyildir. Eləcə də, ekspertiza təyin olunarkən ekspert qarşısında yoxlanılan dövrə aylar üzrə satılmış malların real bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı sual qoyulmuş, lakin satılmış malların bazar qiymətinin topdansatış və ya pərakəndə satış üzrə müəyyən edilməli olması dəqiq olaraq göstərilməmişdir.
58. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2954 nömrəli, eləcə də, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8271 nömrəli rəylərində göstərilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ə rzində iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 148.382,48 manat məbləğində mənfəət vergisinin, 177.665,71 manat məbləğində ƏDV-nin, ümumilikdə 326.048,19 manat məbləğində vergilərin az hesablanması müəyyən olunmur.
59. Qeyd edilən ekspert rəyləri ekspertiza tədqiqatına təqdim edilmiş sənədlər – bank hesabından çıxarışlar, kassa mədaxil orderləri, e-qaimə fakturalar, elektron hesab fakturaları, kassa çekləri, yük gömrük bəyannamələri və s. əsas götürülməklə tərtib edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyləri iddiaçı tərəfindən vergilərin az hesablanmasının müəyyən olunmaması ilə bağlı mötəbər sübut kimi qəbul edilməlidir.
60. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ödənilməli vergi məbləğin in hesablanması ilə bağlı bazar qiymətini qanunvericiliyinin tələblərini gözləmədən tətbiq etməklə yanaşı, tətbiq olunan bazar qiymətini də əsaslandırmamış, sadəcə mötəbər mənbələr əsasında əldə edildiyi şübhə doğuran ekspert rəyinə istinad etməklə iddiaçı barəsində məsuliyyət qərarı qəbul etmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi
61. Bundan əlavə, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktla hesablanmış 326.886,06 manat məbləğdə vergiləri ödəməkdən yayınma cinayətinin əlamətinin olmasına görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması və xx.xx.2020-ci il tarixli qərara əsasən dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilər tam olaraq ödənildiyindən c inayət işi üzrə icraata xitam verilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən vergi məbləğinin ödənilməsi heç bir halda mübahisələndirilən inzibati aktın qanuni olması anlamına gəlməməlidir. Belə ki, iddiaçının məsul şəxsi barəsində başlanılan cinayət təqibinə xitam verilməsi üçün mübahisələndirilən inzibati aktla hesablanmış vergilərin ödənilməsi həmin inzibati aktın əsaslılığı kimi qəbul edilməməli və inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsinə maneə yaratmamalıdır.
62. Məhkəmə cavabdehin cinayət işi üzrə icraatın məhkəmələr tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək göstərir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 23 dekabr 2020-ci il tarixli qərarına əsasən səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2019-cu il tarixli, **********195602 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul edilərkən müəssisənin 288844,99 manat artıq ödəməsi mövcud olmuş, bu səbəbdən səyyar vergi yoxlaması ilə hesablanmış ümumilikdə 326886,06 manat məbləğində vergilərin 288844,99 manat hissəsi şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə hesabına, qalan 38041,07 manat vergilər isə sonradan tam olaraq dövlət büdcəsinə ödənilmişdir.
63. Göründüyü kimi, cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin cinayət işi üzrə icraata xitam verilməsi barədə halları nəzərə almamasına dair əsassız dəlil irəli sürsə də, özü iddiaçı barəsində vergi məs uliyyətinə cəlb etmə barədə qərar qəbul edərkən iddiaçının 288844,99 manat artıq ödəməsi mövcud olduğunu da nəzərə almamış, iddiaçıya maliyyə sanksiyası tətbiq edərkən əlavə hesablanmış vergi məbləğinin cəmi nəzərə alınmaqla həmin məbləğin 50 faizi, yəni 163443,04 manat məbləğində maliyyə sanksiyası da hesablamışdır.
64. Halbuki, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbləri baxımından cavabdehin tətbiq etdiyi maliyyə sanksiyası da qanunauyğun olmamışdır. Belə ki, həmin normaya görə hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardandır.
65. Vergi orqanı iddiaçı barəsində vergi məsuliyyətinə cəlb et mə barədə qərar qəbul edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmiş, iddiaçının artıq ödəməsi olan hissəsində də maliyyə sanksiyası tətbiq etmişdir.
66. Yuxarıda qeyd edilən bütün hallarla bağlı məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
67. Vergi orqanı nə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli, **********195602 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, nə də artıq qəbul edil ən qərarın qanunvericiliyin tələblərinə uyğun olmasını sübut edə bilməmişdir.
68. Belə olan halda, xx.xx.2019-cu il tarixli, **********195602 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulunun vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
69. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2-1(105)-414/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.