Məhkəmə qərarları › İş №2-1(102)-834/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-834/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-834/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: operativ vergi yoxlaması, əmək müqaviləsinin qeydiyyatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "vergi ödəyicisinin vergi qanunverici liyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3789/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı1 sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu Mikayıl Əliyev 33F 2403-cü məhəllə ünvanında yerləşən “Alp” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müq aviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla iddiaçıya 66000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi vergi uçotuna (VÖEN: **********) alınmışdır. Fəaliyyət göstərdiyi “ALP” şadlıq sarayında xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla 23 dekabr 2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirmiş və 33 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsi əsası ilə iddiaçıya xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla 66000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş nə zarət tədbiri nəticəsində qəbul edilən xx.xx.2023-cü il tarixli qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə “ALP” şadlıq evinə daxil olan vergi orqanı əməkdaşları guya 54 nəfər fiziki şəxsdən 33 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışdığını müəyyən etmişlər. İlk öncə məlumdur ki, şadlıq evlərinin əsas gəlir mənbəyi toylardır. Təqvim ayı ərzində təbii ki, hər gün şadlıq sarayında toy olmur. Tоу olan günlərdə isə əlavə işçi qüvvəsinə ehtiyac yaranır. Toyda olacaq qonaqların sayına mütənasib işçilərin sayını müəyyən etmək məqsədilə cari gün təxminən saat 16.00 radələrində toyda işləmək üçün namizədlər şadlıq sarayına dəvət olunur və onlardan müəyyən meyarlara ən yaxşı cavab verən namizədlər seçildikdən sonra axşamkı toy üçün rəsmiləşdirilərək əmək fəaliyyətinə cəlb edilirlər. Həmin gün də vergi orqanının əməkdaşları saat 16.00 radələrində şadlıq sarayına gəlmiş və çağırılmış 33 nəfər namizədlə guya əmək müqaviləsi bağlanmaması səbəbi ilə mübahisələndirilən qərarı qəbul etmişlər. Halbuki həmin 33 nəfərdən 20 nəfəri daha uyğun namizəd olduqları üçün seçilmiş və daha sonra (həmin zaman vergi əməkdaşları da orda idilər) onlarla əmək müqaviləsi bağlanmışdır. Vergi əməkdaşları bütün bu proseslərin şahidi olmuşlar. Şadlıq saraylarında formalaşmış işgüzar adətlərə əsasən toy günləri müəyyən olunmuş vaxtda çağırılmış namizədlərlə iclas keçirilir və onlar seçildikdən sonra əmək funksiyalarının icrasına başlanılmamışdan bilavasitə öncə onlarla həmin gün üçün əmək müqaviləsi bağlanılır. Vergi əməkdaşları da həmin namizədlərin seçimi üçün keçirilən iclas zaman ı gəlmişlər və heç bir əmək funksiyalarını icra etməyən, əmək münasibətləri yaranmamış şəxslərlə bağlı yanlış qərar vermişlər. Həmçinin, inzibati orqan tərəfindən 33 nəfərin heç birinin izahatı alınmamışdır. Göründüyü kimi, vergi orqanı işə qəbul üçün gəlmiş namizədləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışan şəxslər sırasına aid edərək əsassız qərar qəbul etmişdir.

5. Cavabdeh inzibati orqan iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsəsən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev, 33F, 2403-cü məhəllə ünvanında yerləşən “Alp” şadlıq evində həyata keçirilmiş ope rativ vergi nəzarəti tədbiri zamanı 33 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xıdmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2022-ci il tarixli DVX seriyalı, 006583 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmişdir Operativ vergi nəzarəti tədbiri zamanı 33 nəfər fiziki şəxs iş yükü ilə əlaqədar izahat verməkdən imtina etmiş, həmçinin iddiaçı heç bir əsaslı səbəb göstərmədən yazılı izahat təqdim etməkdən imtına etmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fizik i şəxslər işlərin yerinə yetirilməsinə iddiaçı tərəfindən cəlb edilmiş, bununla da gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, aktda adları qeyd olunan 33 nəfər şəxs iddiaçı ilə faktiki əmək münasibətlərində olmuş, eləcə də iddiaçı məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. Bundan əlavə İddiaçı1 operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 16:45-də keçirilməsinə baxmayaraq, iddiaçı 20 fiziki şəxs üzrə bildirişləri yoxlama saatlarından sonraki saatlarda elektron sistemə daxil etmişdir. Ümumiyyətlə İddiaçı1 33 fiziki şəxsdən 28 nəfəri üzrə müxtəlif tarixlərdə əmək münasibətlərində olmuşdur. Sadalananlar bir daha sübut edir ki, iddiaçı faktiki əmək münasibətlərində olmuş, eləcə də məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

6. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-7095/2023 nömrəli qərarı (hakim X1) ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı1 barədə qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********6653 nömrəli qərarı ləğv edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 33 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Vergi Məcəlləsin in 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə qəbul edilmiş, iddiaçının mübahisələndirdiyi cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda təsvir edilən pozuntunun aşkar edilməsi haqqında akt xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, belə olan halda həmin aktda təsvir edilən pozuntuya görə iddiaçının Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması haqqında qərar xx.xx.2023-cü ilə qədər qəbul oluna bilərdi, lakin cavabdeh pozuntunun aşkar edildiyi xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra 40 gün keçdikdən sonra iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərarı qəbul etmişdir.

8. Cavabdeh apelyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3789/2023 nömrəli qərarı (hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-7095/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

11. Şikayətdə Vergi Məcəlləsinin 50, 58.10, 39-43, 46-49-cu maddələrinə, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.4-cü bəndin istinad edilərək apely asiya instansiyası məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu qeyd edilir.

12. Qeyd edilir ki, məhkəmə araşdırmaları düzgün aparılmamış, maddi hüquq normaları yanlış şərh edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qa nunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən ve rgi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqa nının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanla nmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49-cu maddələrinin müddəaları tətbiq edilir.

15. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmişdir. Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları: 1.4. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 2 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəz ərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi or qanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.6. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.10. Operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin də vət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2. Operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.3. Vergi ödəyicisi vergi orqanının vəzifəli şəxsinin (şəxslərinin) operativ nəzarət tədbirlərini həyata keçirmək, o cümlədən xronometraj metodu ilə müşahidə aparmaq üçün ona məxsus obyektə daxil olmasına icazə vermədikdə və ya həmin tədbirlərin həyata keçirilməsinə şərait yaratmadıqda operativ vergi nəzarəti tədbirlərini həyata keçirməli olan, o cümlədən xronometraj metodu ilə müşahidə aparmalı olan vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi tərəfindən imzalanan sərbəst formada akt tərtib edilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, habelə aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır və göstərilən pozuntularla əlaqədar vergi ödəyicisi barəsində İnzibati Xəta lar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və aidiyyəti hüquqi aktların tələblərinə uyğun olaraq həmin protokolu baxılması üçün məhkəməyə göndərir. 2.4. Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəx sə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5. Tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır.

10. Azərb aycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məs ələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq 21 məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutu lmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfind ən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib- verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ ve rgi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya ins tansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə r ədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İş materiallarından görünür ki, hazırki mübahisə vergi orqanı tə rəfindən aparılmış operativ vergi yoxlaması nəticəsində yaranmışdır. Bu yoxlama nəticəsində cavabdeh inzibati orqan iddiaçı tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulmasını aşkar etmiş, Vergi Məcəlləsinin 58.10-cu maddəsi rəhbər tutulmaqla iddiaçıya 66000 maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyası tətbiq edən inzibati orqan iddiaçının xx.xx.2022-ci il tarixli DVX seriyalı, 006583 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında akta istinad etmişdir.

24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılığını ifadə verərək bildirir ki, yuxarıda qeyd edilən aktın tərtib edilməsi hələ özlüyündə aktda qeyd olunan hadisənin, faktın baş verməsini təsdiq edə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati orqan yal nız həmin aktı qəbul etməklə kifayətlənməməli, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarından da göründüyü kimi inzibati orqan tərəfindən məhkəməyə həmin aktı qəbul etməyi zəruri edən şərtlərin mövcudluğuna dair hər hansı sübut təqdim edilə bilməmişdir.

25. Apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də operativ vergi nəzarəti tədbiri zamanı 33 nəfər fiziki şəxsin iş yükü ilə əlaqədar izahat verməkdən imtina etməsi qeyd edilmişdir.

26. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, 33 nəfər fiziki şəxsin iş yükü ilə əlaqədar izahat verməkdən imtina etməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin şəxslərin mütləq qaydada izah verməsinə dair qanunda göstəriş mövcud deyildir.

27. Digər tərəfd ən apelyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi iş materiallarında olan aktların heç birində 33 nəfər fiziki şəxsin iş yükü ilə əlaqədar izahat verməkdən imtina etməsi bu barədə qeyd yoxdur, yalnız bir aktda bu barədə qeyd var ki, həmin aktda həmin qeyd çap ilə yazılmış, həmin aktın tərtib edilmə yeri isə «Bakı şəhəri, Binəqədi rayonu» ərazisi qeyd olunmuşdur.

28. Cavabdeh qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi toyda işləmək üçün namizədlərin toy mərasiminin keçirildiyi gün şadlıq sarayına dəvət olunması və onlardan müəyyən meyarlara ən yaxşı cavab verən namizədlər seçildikdən sonra həmin axşamkı toy üçün rəsmiləşdirilərək əmək fəaliyyətinə cəlb edilməsi barədə arqumenti heç bir sübutla təsdiq edilmir, məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhddir.

29. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə razılaşmayaraq bildirir ki, cavabdeh iddiaçının mövqeyini təkzib edən heç bir mötəbər dəlil təqdim etmədiyindən iddiaçının qeyd etdiyi hallar həqiqət kimi qəbul edilməlidir.

30. Kassasiya şikayətində mübahisə edilən dəlillərdən biri də yoxlama zamanı foto və (və ya) video çəkilişdən istifadə ilə bağlıdır. Cavabdeh bildirir ki, ki, foto və (və ya) video çəkilişdən istifadə etmə imperativ tələb deyildir. Başqa sözlə foto və (və ya) video çəkilişdən istifadə cavabdehin mülahizəsi ilə tətbiq edilir.

31. Cavabdehin bu dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası bildirir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşy alarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.

32. Lakin iş materiallarından, eləcə də cavabdehin mövqeyindən aydın olur ki, operativ vergi yoxlaması aparılarkən qanunun bu tələbinə əməl edilməmiş, yoxlama zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmamışdır.

33. Vergi Məcəllənin 41.1-ci maddəsinin impretiv olmaması ilə bağlı cavabdehin yanaşmasına gəlincə bu hissədə də inzibati orqanın mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hüquq nəzəriyyəsində normalar icra edilməsi tələbinə görə 2 qrupa ayrılır: imperativ və dispozitiv. İmperativ norma ilə konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir.

34. Vergi Məcəlləsinin 41.1-ci maddəsi məzmun baxımında n imperativdir, yəni norma baxış keçirilərkən baş verən hərəkətlərin həm protokolla rəsmiləşdirməsini, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğunu təsbit etmişdir.

35. Apelyasiya şikayətindəki mövqeyini kassasiya şikayətində də təkrarlayan inzibati orqan hazırkı şikayətdə də qeyd etmişdir ki, İddiaçı1 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində verdiyi izahat və icbari tibbi sığorta, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üçün etdiyi ödəniş vergidən yayınmanın etirafıdır.

36. Məhkəmə kollegiyası bu dəlillə bağlı da apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu qənaətlə razıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “apellyasiya instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili bu halı onunla izah etmişdir ki, İddiaçı1 ilk dəfə həmin Baş İdarəyə dəvət olunanda orada təhqiqatçı ona həmin ödənişləri etməyi təklif etmiş, əks təqdirdə cinayət işi başlanılacağını bildirmiş, İddiaçı1 isə haqlı olduğu üçün barəsində cinayət işi başlanacağına inanmayaraq, bu təklifi rədd etmiş, daha sonra həmin Baş İdarədə İddiaçı1 barəsində cinayət işi başlanılmış, sonuncuya müstəntiq tərəfindən eyni təklif edilmiş və ödəniş edərsə, gələcəkdə barəsində məhkumluq yaranmayacağı barədə məlumat verilmiş, ödəniş etməsinin və cinayət işinin xitam olunmasının İnzibati Məhkəmədə baxılan işə təsiri olmayacağına dair vədlər verilmiş, İddiaçı1 isə həmin vaxt müdafiəçi ilə təmin olunmadığından, ona düzgün izah verilmədiyindən, habelə barəsində cinayət işi başlanmasının gələcək işgüzar fəaliyyətinə və şəxsi nüfuzuna xə ləl gətirəcəyindən narahatlıq keçirdiyindən, müstəntiqin təklif etdiyi məzmunda izahat və ərizə verməyə, yuxarıda qeyd edilən ödənişləri etməyə məcbur qalmışdır. Əslində isə həm Bakı İnzibati Məhkəməsində işə baxılarkən İddiaçı1 hər hansı şəxsi əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmədiyini israrla bildirmiş və hazırda da bildirir”.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mövqeyi qanuni olmadığından apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

38. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından, iş üzrə araşdırma hərtərəfli aparıldığından, kassasiya şikayəti təmin edilməməli, a pellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 21(103)-3789/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar