Məhkəmə qərarları › İş №2-1(102)-835/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-835/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-835/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı (üçüncü şəxs X2 iştirakı ilə) iş üzrə QƏRARİ Açar sözlər: (özəlləşdirmənin ləğv edilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı 6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı (üçüncü şəxs X2 iştirakı ilə) özəlləşdirmənin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-448/2021 nömrəli iş üzrə -ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 aprel 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövl ət Xidməti) qarşı (üçüncü şəxs X2 iştirakı ilə) ünvan 1 ünvanında yerləşən “Atıcı” (Oxatan) Pioner düşərgəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1 adına özəlləşdirilməsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin -ci il tarixli, 2-1(112)-1850/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəl ələri Dövlət Xidməti) qarşı (üçünçü şəxs X2 iştirakı ilə) özəlləşdirmənin ləğv edilməsi barədə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “İnzibati icraat haqqında” Qanunun 2.0.1., 2.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 15.1.,15.2.,15.3-cü bəndlərinə, eləcə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1., 13., 25.1., 35.1., 35.3-cü maddələrinə əsəslanmaqla belə hesab etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrinində mülkiyyət hüquqlarının qeydiyyat müvafiq müqavilə əsasında aparıldığından mübahisə publik xarakterli sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraat qaydasında baxılması qeyri-mümkündür.

4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin -ci il tarixli, 2-1(112)-1850/2020 nömrəli qərardadının ləğv edilməsinə və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsinin birinci instansiya məhkəməsinə tapşırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. apelyasiya instansiyas ı məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli, 2-1(103)448/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərardadı ilə İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin -ci il tarixli, 2-1(112)-1850/20 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kas asiya şikayətinin dəlilləri

7. İddiaçıların kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi hüquqi baxımdan düzgün deyil, məhkəmə mübahisənin alqı-satqı müqaviləsi əsasında əmələ gəlmiş hüququn mübahisələndirilməsi kimi şərh etməkdə səhvə yol verir. Mübahisələndirilən hüquq inizbati aktdan irəli gələn hüquqdur.

8. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi inzibati fəaliyyətdir, dövlət orqanı bu fəaliyyəti həyata keçirərkən özəlləşdirməyə çıxarılacaq dövlət əmlakı haqqında ilk öncə müvafiq inzibati akt - Sərəncam qəbul edir, alqı-satqı müqaviləsi həmin sərəncamdan irəli gələn, onun əsasında tərtib olunan sənəddir. Dövlət orqanı öz fəaliyyətini həyata keçirərkən birbaşa alqı-satqı müqaviləsi bağlaya bilməz, qanunvericiliyə görə dövlət orq anı öz fəaliyyətində inzibati akt qəbul edərək fəaliyyət göstərir.

9. Birinci instansiya məhkəməsində cavabdehə mübahisəli əmlakın 3-cü şəxs Yaqut Məmmədovaya satılmasına əsas olmuş sənədlərin verilməsini sorğu vasitəsilə tələb etsə də, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi ilkin sənədi - inzibati aktı (sərəncamı) gizlədərək məhkəməyə təqdim etməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi isə sənədlərin tam verilməsini tələb etmədən iddianı mümkün saymayaraq belə qənaətə gəlmişdir ki, işə ümumi məhkəmədə baxılmalıdır. Bakı Apelyasiya Məhkəməsi də eyni mövqedən çıxış edərək səhvə yol vermişdir.

10. Əgər özəlləşdirmə inzibati akt - sərəncam olmadan həyata keçirilibsə bu da elə cavabdeh tərəfindən İnzibati icraat haqqında, Dövlət əmlakının özlləşdirilməsi haqqında Azərbaycan Respublika sının Qanunlarının pozulması deməkdir. Bu pozuntuya da inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verilməlidir.

11. Bakı Apelyasiya Məhkəməsi İPM-nin 2.1, 35.1-ci, MPM-nin 25.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, Ali Məhkəməsinin Plenumunun qərarlarına istinad etsə də həmin hüquq normalarını və yuxarı məhkəmələrin hüquqi mövqeyini düzgün tətbiq etməmişdir.

12. Hazırkı iddia tələbi məhkəmələrin qeyd etdiyi kimi alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun ləğvi barədə deyil, inzibati orqan olan cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin) dövlət əmlakının özəlləşdirilməsi sahəsində fəaliyyəti zamanı qəbul edilmiş inzibati akt əsasında həyata keçirilmiş özəlləşdirmə prosesinin ləğvinin tələb edilməsidir ki, həmin prosesin əsasında qeyd etdiyi kimi inzibati orqanın qanunsuz inzibati aktı dayanır. Digər sənədlər - alqı-satqı müqaviləsi, mülkiyyət hüququnun qeydiyyatı və sair həmin özəlləşdirmə prosesinin əsasında dayanan inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrdir.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçılar İddiaçı4 və İddiaçı1 kasasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli, 2-1(103)- 448/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsinin birinci instansiya məhkəməsinə tapşırılmasına dair qərardadın çıxarılmasını xahiş etmişdir.

14. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

15. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (13 aprel 2021-ci ildə müvafiq bildiriş və sms xəbərdarlıq göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

17. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçi nin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesa b edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

21. Ali Məhkəmənin İnzibati Kollegiyası iddiaların kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı (üçüncü şəxs X2 iştirakı ilə) ünvan 1 ünvanında yerləşən “Atıcı” (Oxatan) Pioner düşərgəsinin Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1 adına özəlləşdirilməsinin ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

22. Beləliklə iddiaçıların iddia tələbi çox konkret olmaqla, ünvan 1 ünvanında yerləşən “Atıcı” (Oxatan) Pioner düşərgəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1 adına özəlləşdirilməsinin ləğv edilməsindən ibarətdir yəni iddiaçılar həmin obyektin alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməmişlər, onların iddiasında belə bir tələb yoxdur.

23. Məlum olduğu kimi “Dövlət əmlakının özəlləşdirməsi haqqında” Qanunun 8.1-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 15.1-ci maddəsinə g örə dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2-ci maddəsinə əsasən özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3-cü maddəsinə görə özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4-cü maddəsinə müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradıl ır.

24. Göründüyü kimi özəlləşdirilmə barədə qərarı müvafiq inzibati orqan qəbul etməlidir.

25. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən həmin Qanunun müddəalarını nəzəra almadan və ümumiyyətlə işin həqiqi hallarının araşdırılmasına çox səthi yanaşmış, bununla da İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrini pozaraq iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

26. Belə ki, apelyasiya instansiyası məhkəməsi özünün -ci il tarixli qərardadında yazır ki, “Məhkəmə araşdırması dövründə sorğu əsasında X1 adına olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əra zi İdarəsindən tələb edilmiş və həmin sənədlər məhkəməyə təqdim olunmuşdur.

27. Həmin sənədlər əsasında müəyyən edilmişdir ki, X3 Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 2137,1 kv.metr qeyri-yaşayış sahəsini satın almış və buna dair ona dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 22.01.2009-cu il tarixdə 004278 saylı şəhadətnamə verilmiş, həmçinin həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 13224,1 kv.metr torpaq sahəsini qanunvericliklə müəyyən edilmiş qaydada satın almış və buna dair ona 03.04.2009-cu il tarixdə 001902 saylı özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilmişdir. İddiaçılar hazırda həmi n alqı-satqı müqavilələri əsasında üçüncü şəxs X3 tərəfindən satın alınmış əmlakın özəlləşdirilməsinin ləğv edilməsini tələb edirlər.”

28. Daha sonra apelyasiya instansiyası məhkəməsi həmin qərardadında göstərir ki, “Birinci instansiya məhkəməsinin mövqeyi belədir ki, iddiaçı hazırda cavabdeh inzibati orqan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia qaldırsa da, mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq müqavilə əsasında aparıldığından mübahisə publik xarakterli sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri mümkündür.”

29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyasi qeyd etməyi zəruri hesab edir ki, işin halları apelyasiya instansiyası məhkəməsi tərəfi ndən təhrif olunmuş şəkildə təsvir edilmişdir.

30. Belə ki, işin 88-ci səhifəsində yer almış hüquqi sənəd Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 22.01.2009-cu il tarixdə Y.T.Məmmədovanın adına verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə, işin 89-cu səhifəsində isə olan hüquqi sənəd həmin Komitə tərəfindən 03.04.2009-cu il tarixdə Y.T.Məmmədovaya verilmiş “özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamə adlanır və sözügedən hər iki sənəd yalnız adıçəkilən Dövlət Komitəsinin sədri tərəfindən imzalanmış, Y.T.Məmmədovanın bir alıcı kimi orada imzası yoxdur.

31. Bu arada qeyd edilməlidir ki, cavabdehin öz ünün birinci instansiya məhkəməsinə yazdığı 11 dekabr 2019-cu il tarixli etirazında göstərilmişdir ki, həmin Dövlət Komitəsi ilə Y.T.Məmmədova arasında bağlanmış 02.12.2008-ci il tarixli 8875 nömrəli icarə müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi sonuncunun icarəsinə verilmişdir, bundan başqa yazılmışdır ki, Dövlət Komitəsi ilə Y.T.Məmmədova arasında bağlanmış 30.12.2008-ci il tarixli 2929 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə” əsasən yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi sonuncu tərəfindən satın alınmışdır.

32. Lakin qeyd edilməlidir ki, nə yuxarıda adı çəkilən müqavilələr, nə də ki, torpaq sahəsinin alqı-satqısı haqqında müqavilə iş materiallarında mövcud deyildir.

33. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, işin 94-cü səhifəsində olan Əmlak Məsələləri Dövlət Komitəsinə birinci instansiya məhkəməsi tərəfindən sözügedən müqavilələrin məhkəməyə təqdim edilməsi tələb edilsə də, buna həmin Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab verilməmiş, yəni alqı-satqı müqavilələri məhkəməyə göndərilməmiş, lakin birinci instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsini pozaraq, sözügedən alqi-satqı müqavilələri, həmçinin həmin müqavilələrin bağlanmasına əsas olmalı olan Dövlət Komitəsinin özəlləşdirmə haqqında qərarını (sərəncamı) əldə etmədən, onlara baxış keçirmədən, nəticə etibarı ilə də hüquqi qiymət vermədən, tələmtələsik “mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq müqavilə əsasında aparıldığından mübahisə publik xarakterli sayıla bilməz”, hazırkı mübahisəyə inzibati məh kəmə icraatı qaydasında baxılması qeyri-mümkün olur kimi qənaətə qəlir və -ci il tarixdə bu barədə qərardad qəbul edir.

34. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu qənaətini düzgün sayaraq -ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlamışdır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı4 münasibətdə kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin-ci il tarixli, 2-1(103)-448/2021 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməli. İddiaçı1 münasibətdə kasasiya şikayəti isə mümkün sayılmamalı, belə ki, İddiaçı1 birinci instansiya məhkəməsinin -ci il tarixli qərardadından apelyasiya şikayəti verməmiş, buna g örə də həmin qərardad ona münasibətdə qanuni qüvvəyə minmişdir (İPM-nin 89, 92.2, 92.3-cü maddələri).

36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçı4 münasibətdə kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının-ci il tarixli, 2-1(104)-448/2021 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı1 münasibətdə kasasiya şikayəti isə mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar