Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-835/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi, məhkəmə qərarı əsasında təyin edilmiş əmək pensiyası üzrə ödənişin dayadındırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi.. İŞİN HALLARİ
1. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2421/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qərarına əsasən iddia tələbi qismən təmin edilmiş, İddiaçı 02.10.197808.08.2007-ci il illərdə (həmçinin 1981-1993-cü illərdə Lənkəran 4 saylı TTİ-də, 199319 95-ci illərdə 37 nömrəli TSMD-də, 1996-1999-cu illərdə X1, 1999-2000 və 200608.08.2007-ci illərdə X2 İdarəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə) işləməsi barədə əmək kitabçasında qeyd olunmuş iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququ yarandığı tarixdən, 27 sentyabr 2016-cı ildən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin üzərinə qoyulmuşdur.
2. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən daha əvvəl ona pensiya təyin olunsa da, sonradan 2007-20 13-cü illərdəki stajının təsdiq olunmadığına istinadla əmək pensiyasının ödənişi dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, 02.10.1978-ci il tarixdən 01.12.2013-cü il tarixədək işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək ona hüququnun yarandığı 27.09.2016-cı il tarixdən və həmin zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun hesablanaraq yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1978-ci il tarixdən əmək kitabçasında qeyd olunmaqla müxtəlif işlərdə işləmiş, ümumilikdə 25 il 2 ay stajı vardır. Ona qüvvədə olan “Əmək pensi yaları haqqında” Qanunun tələblərinə uyğun olaraq hüququnun yarandığı 27.09.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı və bu stajın 12 il 6 ayı güzəştli şərtlərlə olması tələb olunur. Cavabdeh ona əmək pensiyası təyin etsə də, 2007-2013-cü illərdə olan stajı öz təsdiqini tapmamasını bəhanə edərək ona əmək pensiyası ödənişini dayandırmışdır. Halbuki, həmin dövrlər DSMF-nun Nizami rayon şöbəsinin 13.09.2017-ci il tarixli, 151025 saylı arayışı ilə təsdiq edilir.
5. Cavabdehin iddiaya qarşı etirazlarında göstərilmişdir ki, həm hazırda qüvvədə olan qanunvericiliyə, həm də qüvvədən düşən qanunvericiliyə əsasən şəxs ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədi ilə dövlət orqanına müraciət etdikdə həmin müraciətinə dövlət orqa nı tərəfindən müəyyənləşdirilmiş müvafiq sənədləri təqdim etməlidir. Lakin, iddiaçı onun güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi barədə iş yerlərindən heç bir arayış təqdim etməmişdir. İddiaçın təqdim etdiyi əmək kitabçasına əsasən iddiaçının ümumi iş stajı qanunvericilikdə qeyd edilən 25 ildən azdır. İddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Təqdim edilən sığorta stajının düzgünlüyünün təsdiq olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə sorğu edilmiş, düzgünlüyü təsdiq edilərək şöbəyə təqdim edilmiş və iddiaçıya həmin dövrlər sığorta stajı kimi nəzərə alınmışdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsində aparılan araşdırma zamanı şöbə tərəfindən 1 oktyabr 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək olan dövrə aid verilmiş pensiya kapitalı barədə 4 saylı əlavədə qeyd olunmuş sığorta stajı öz təsdiqini tapmamış və bunun nəticəsi şöbə tərəfindən aktla rəsmiləşdirilmişdir. Bu səbəbdən 1 oktyabr 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək olan 6 (altı) il 1 (bir) ay sosial sığorta stajı təsdiqini tapmadığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1100/2020 nömrəli, 2 sentyabr 2020-ci il tarixli qərarı (hakim İddiaçı) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 02.10.1978-ci il tarixdən 01.12.2013-cü il tarixədək işlədiyi müddətlərin sosial stajına daxil edi lərək, iddiaçıya 27.09.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajı mövcuddur. Buna görə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin ed ilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarı (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, X.Mərdanova və M.Tağızadə) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1100/2020 nömrəli, 2 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt – 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı oxşar funksiyaların həy ata keçirildiyi müəssisələr tərəfindən təsdiq olunur. İddiaçının pensiyaya çıxmaq hüququ 27 sentyabr 2016-cı il tarixdə yarandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir.
11. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 27 sentyabr 2016-cı il tarixdə təyin edilmiş əmək pensiyasının inzibati icraat aparılmadan və bu barədə müvafiq inzibati akt qəbul edilmədən 01 may 2019-cu il tarixdə dayandırılması qanunsuz olmuşdur.
12. Cavabdeh apellyasiya insta nsiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi barədə iş yerlərindən hər hansı arayış təqdim edilməmişdir. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır. Bundan əlavə, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Lakin, qeyd olunan hallara apellyasiya məhkəməsi tərəfində n düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
129. Məhkəmə qərarları və onların icrası I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya prose s iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
79. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şək ildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
21. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
22. İşin hallarından göründüyü kimi iddiaçı ona daha əvvəl təyin edilmiş pensiya ödənişinin cavabdeh tərəfindən dayandırıldığını bildirir, öz növbəsində cavabdeh də sosial sığorta stajı təsdiqini tapmadığı üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sonradan ləğv edildiyini göstərir.
23. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)2421/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçının hazırkı predmetli iddia tələbi artıq məhkəmə tərəfindən təmin edilibdir. Apellyasiya məhkəməsi həmin qərarın qanuni qüvvədə olub-olmadığı, iddiaçıya daha əvvəl təyin edilmiş əmək pensiyasının məhz sözügedən məhkəmənin qərarının icrası qaydasında aparılıb-aparılmadığı halı üzrə hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır.
24. Belə araşdırmanın aparılması ona görə zəruridir ki, iddiaçı hazırda məhz qeyd olunan məhkəmə qərarında təmin edilmiş məzmunlu tələblə çıxış etmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığın ın müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Məhkəmələr xidməti vəzifələrinə görə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2421/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qərarının mövcudluğu, qanuni qüvvədə olub-olmaması və iddiaçıya pensiyanın həmin qərarın icrası qaydasında təyin edilib-edilməməsini araşdırmağa borclu olduqları halda, bunu etməmişlər.
25. Bu halların aydınlaşdırılması həm də ona görə vacibdir ki, əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, dayandırılmış pensiyanın bərpa edilməsi ilə bağlı məsələ məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur.
26. Odur ki, təkrar apellyasiya baxışında məhkəmə ilk növbədə Şirvan İnzibatiİqtisadi Məhkəməsinin 2-1(086)-2421/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qərarının qanuni qüvvədə olub-olmamasını və iddiaçıya pensiyanın həmin qərarın icrası qaydasında təyin edilib-edilməməsini aydınlaşdırmalıdır. Çünki iddiaçının hazırkı tələbi məhz sözügedən məhkəmə qərarı ilə təmin edilmiş məzmunludur. Bunun üçün pensiya işi tələb olunmalı, eləcə də Şirvan İnzibati Məhkəməsinin qərarın icrası ilə bağlı etdiyi hərəkətlər öyrənilməlidir.
27. Məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya üzrə cavabdeh tərəfindən sonradan ödənişlərin dayandırıldığı müəyyən olunarsa, bunun səbəbləri dəqiqləşdirilməli, nəticəsindən asılı olaraq hüquqi marağına uyğun prosessual hərəkət etməsi üçün iddiaçıya hüquqi yardım edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya ödənişlərinin bərpası üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Həmin məhkəmə isə qanunvericiliyin tələblərini və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenummunun 10 nömrəli, 19 noyabr 2021-ci il tarixli qərarında verilmiş izahları nəzərə almaqla sözügedən müraciətləri həll etməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.