Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-836/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Avtomobil X6 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası, dövlət ehtiyacları üçün alınmış torpağa görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynzadə Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili X5 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Avtomobil X6 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyy ə Nazirliyi) qarşı kompensasiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2-1(103)-389/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha-dan ibarət 1101 H saylı bağ sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
2. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair D övlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin 739,45 kv.metr hissəsi yol tikintisi sahəsinə düşmüşdür.
3. Layihəsinin icrası ilə bağlı keçmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilmiş komissiya və müstəqil qiymətləndirici “xxxx” MMC-nin nümayəndələri tərəfindən sakinlərdən torpaq sahələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 683 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş əlavələrlə birlikdə müəyyən edilmiş qiymətə əsasən, İddiaçı məxsus 1200,91 kv.metr torpaq sahəsinin layihə altına düşən 739,45 kv.m etr hissəsinə görə 33.275,25 manat məbləğində kompensasiya hesablanmısdır (739.45 kv.m. x 45=33.275,25). İddiaçıya hesablanmış kompensasiya ödənilmədiyinə görə iddiaçı cavabdehə müraciət edərək hesablanmış kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya 31.10.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, iddiaçıya layihə nəticəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Azərbaycan X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nöm rəli çıxarışa əsasən mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin yol tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə hesablanmış 33.275,25 manat kompensasiya məbləğinin dərhal ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin 739,45 kv.metr hissəsi yol tikintisi sahəsinə düşmüşdür. Mülkiyyətində olan topaq sahəsinin sözügedən tikinti altına düşməsi barədə cavabdeh tərəfindən nə rəsmi elan, nə də bildiriş qaydasında bu günədək məlumatlandırılmamışdır. Qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən mü ddət ərzində mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşmüş hissəsinə qanunda nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi ilə bağlı dəfələrlə şifahi qaydada müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək həmin kompensasiya ödənilməmişdir. Lakin şifahi formada ona bildirilmişdir ki, ona məxsus tikinti altına düşən 307,24 kv.metr hissəsi cavabdehin yaratdığı komissiya tərəfindən hər kv.metrinə 45 manat olmaqla (739.45 kv.m x 45=33275.25) 33275.25 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ kompensasiya şəklində ona ödəniləcəkdir. Sözügedən layihənin icrasına başlanılmasından üç il müddət keçməsinə və tikintinin başa çatmasına baxmayaraq cavabdeh özü tərəfindən hesabladığı mübahisəsiz kompensasiya məbləğinin ona ödənilməsindən əsassız olaraq yayınır. Cav abdeh ona kompensasiya ödənilməsinə dair rəsmi qaydada ünvanladığı şikayət ərizəsinə özünün 25.10.2019-cu il tarixli, N-3/16- 8008 saylı məktubu ilə “ona həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuşdur” məzmunlu qeyri-müəyyən bir cavab vermişdir ki, bu da cavabdeh orqanın öz vəzifəsinin icrasından yayınması və cavabdehin üzərinə düşən öhdəliyi pozması kimi qiymətləndirilməlidir. Hesablanmış kompensasiya məbləği sözügedən layihə hesabına ödənilməli olduğu halda, cavabdeh üzərinə düşən bu öhdəliyi uzun müddət icra etməmiş və kompensasiyanın ödənilməsinin yubadılması ilə ona əlavə ziyan vurmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-867/ 2020 saylı qərarı (F.Mədətli) ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin yol tikintisi altına düşmüş 739,45 kv.metr hissəsinə görə hesablanmış 33.275,25 manat məbləğində kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən 739,45 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən yolun tikintisi altına düşmüşdür. Tikinti altına düşən 739,45 kv.metr torpaq sahəsinə görə iddiaçıya ödənilməli olan kompensasiya məbləği müstəqil qiymətləndirici tərəfindən 33.275,25 manat məbləğində hesablanmış, lakin bu günədək iddiaçıya həmin kompensasiya məbləği ödənilməmiş, bununla da, cavabdeh iddiaçının hüquqlarını pozmuşdur.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkə məsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-389/2021 saylı, 03.02.2021-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-867/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmişdir və araşdırma aparılmamışdır. Mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlılığının olması da işin araşdırma tələb edən hallarındandır. b. Kassasiya şikayətinə qarşı etiraz
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili Fərid Həsənov kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüqu qu İV. Heç kəs məhkəmənin qərarı ilmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlə ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə
54. Alınmanın təsirinə məruz qalan şəxslərə ö dənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə
55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqd a və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 17. “İnzibati icraat haqqında” Qanun Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
22. Belə ki, iddiaçının mülkiyyətində olmuş ünvan ünvanda yerləşən 0,12 ha bağ sahəsinin 739,45 kv.metr hissəsi dövlət əhəmiyyətli Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş, layihəni icra edən subyekt tərəfindən tikinti altına düşən 739,45 kv.metr torpaq sahəsinə görə iddiaçıya ödənilməli olan kompensasiya məbləği müstəqil qiymətləndirici vasitəsilə 33275,25 manat məbləğində hesablanmış, qeyd olunan torpaq sahəsindən yol çəkilmiş, lakin iddiaçıya hesablanmış kompensasiya məbləği ödənilməmişdir.
23. Tərəflərin arasında yaranmış mübahisə alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməsi ilə bağlı münasibətlərdən yaranmışdır və mübahisənin həllinə mülkiyyətin müdafiəsi haqqında Konstitusiya müddəaları rəhbər tutulmaqla, əlaqəli hüqu q normaları tətbiq edilməlidir. Konstitusiyasnın 15-ci maddəsinin İ hissəsində deyilir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının K onstitusiya Qanununda göstərilir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquql arından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. İşin hallarından görünür ki, iddiaçının torpaq sahəsi dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmadır. Lakin iddiaçıya həmin torpaq sahəsinə görə hesablanmış kompensasiya ödənilməmişdir. Hakbuki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsi, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməsini mümkün saymışdır. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaqdan yol çəkməsinə və bundan xeyli müddət keçməsinə baxmayaraq, hesablanmış kompensasiyanı ödəməmişdir. Buna görə də işə baxmış məhkəmələr iddia tələbini təmin etməkdə haqlı olmuşlar. Kassasiya şikayətində göstər ilən dəlillər isə əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh kassasiya şikayətində göstərilən dəlillərin heç birini birinci instansiya məhkəməsində verdiyi yazılı etirazda irəli sürməmiş, iddiaçının 739,45 kv.m torpaq sahəsinin inşa olunan yolun layihəsinə düşməsini, buna görə iddiaçıya kompensasiya ödənilməli olmasını mübahisələndirməmişdir. Cavabdeh kassasiya şikayətində mübahisələndirdiyi məsələlərdən fərqli olaraq etirazında aşağıdakıları bildirmişdir: «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus (çıx arış № **********56) 12 sot torpaq sahəsindən 739,45 kv.m. hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 33.275 manat 25 qəpik kompensasiya hesablanmışdır. İddiaçı ona məxsus torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil X6 müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur.... Yol tikinti zamanı dö vlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən aparılmış iddiaçının əmlakının qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Eyni zamanda, iddiaçının cavabdehə ünvanlandığı müraciətində onu n torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək edilməsini xahiş etmişdir və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Qeyd edirik ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığımız məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Hesab edirik ki, iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtin a kimi qiymətləndirilə bilməz.» Göründüyü kimi, cavabdeh iddiaçıya kompensasiya ödəmə öhdəliyini, kompensasiyanın məbləğini, layihə üzrə çəkilən yolun altına iddiaçıya məxsus torpaq sahəsinin 739,45 kv.m. hissəsinin düşdüyünü mübahisələndirməmiş, kompensasiyanın ödənilməsindən imtina etmədiyini bildirmiş, yalnız kompensasiya ödənilməsi üçün vəsait ayrılmadığını əsas gətirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin özündə də cavabdeh bu faktları təkzib etmir. Nəzərə alınmalıdır ki, İPM-nin işin hallarının araşdırılması prinsipi təkcə işə baxan məhkəməyə aid deyildir. Həmin norma işin düzgün həlli üçün proses iştirakçıları üçün də prosessual vəzifələr müəyən etmişdir. İPM-nin 12.3-cü maddəsində imperativ şəkildə göstərilmişdir ki, məhkəmə prosesinin iştirakçıları m übahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməyə borcludur. Cavabdeh mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsi, əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin, torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsinin zəruriliyini əsaslandırmamış, özü tərəfindən qəbul olunan faktların nəyə görə yenidən yoxlanmalı olduğunu izah etməmiş, irəli sürdüyü dəlillərə dair heç bir sübut təqdim etməmişdir.
24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-c i il tarixli, 21(103)-389/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.