Məhkəmə qərarları › İş №2-1(102)-836/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-836/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-836/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( kompensasiyanın və mənəvi ziyanın ödənilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2-1(103)-1379/2021 saylı qərarından iddiaçılar və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Badamdar Bələdiyyəsinin 183 saylı, xx.xx.2007-ci il tarixli və 184 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə Badamdar qəsəbəsi, İİİ yaşayış massivində hər biri 400 kv.m. olmaqla torpaq sahələrinin müvafiq olaraq İddiaçı1 və İddiaçı2 adına sənədləşdirilməsi qərara alınmışdır. 2. 11.10.2007-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı1, xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətində olmuşdur. 3. 24.06.2011-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti Başçısının 283 nömrəli Sərəncamına əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1.1280 ha torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmiş, bununla əlaqədar olaraq iddiaçıların mülkiyyətində olan yuxarıda qeyd olunan torpaq sahələrində heç bir rəsmi xəbərdarlıq edilmədən sözügedən məktəb binasının inşasına başlanılmışdır.

4. İddiaçıların torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən çıxarışlar olsa da, həmin sahələrə pasport və plan-ölçü verilmədiyindən, onlar iddia ərizələri ilə ayrıayrılıqda məhkəməyə müraciət e tmişlər. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)145/2013 nömrəli qərarı ilə İddiaçı1 iddiası təmin edilərək, yuxarıda göstərilən çıxarış əsasında torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan-ölçünün) hazırlanaraq ona təqdim olunması vəzifəsi Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan sonuncu tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-145/2013 nömrəli qərarı xx.xx.2013-cü il tarixində qüvvəyə minmişdir.

6. Eləcə də, İddiaçı2 iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-26/2013 nömrəli qərarı ilə təmin edilərək ona məxsus çıxarış əsasında torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan-ölçünün) hazırlanaraq ona təqdim olunması vəzifəsi Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərardan sonuncu tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-26/2013 nömrəli qərarı xx.xx.2014-cü il tarixində qüvvəyə minmişdir.

7. İddiaçılar Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə zəbt olunmuş torpaq sahələrinin müqabilində müvafiq kompensasiya və ya alternativ torpaq sahəsinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Səbail RİH tərəfindən həmin ərizələr, iddiaçılara məlumat verilməsi məqsədilə Badamdar qəsəbə nümayəndəliyinə göndərilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının Bad amdar qəsəbə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli, 184 və 185 nömrəli cavab məktubları ilə məsələyə dair qəbul ediləcək qərarlar barədə iddiaçılara əlavə məlumat veriləcəyi bildirilmiş, lakin heç bir məlumat verilməmişdir.

8. Bundan sonra, iddiaçılar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, ərizə icra olunması üçün Səbail RİH-ə yönləndirilmiş, sonuncunun xx.xx.2015-ci il tarixli, 4/10-C-7/4 nömrəli məktubu ilə qeyd olunan torpaq sahələrinin plan- ölçüsü və cizgisi təqdim edildikdən sonra mübahisələndirilən məsələyə baxılacağı bildirilmişdir.

9. İddiaçılar xx.xx.2015-ci il tarixində kompensasiya ödənilməsi barədə pretenziya məktubu ilə Səbail RİH-ə müraciət etmişlər. Sonuncunun xx.xx.2015-ci il tarixli, 4/10-C-7/4 saylı və xx.xx.2015-ci il tarixli, 6-C -7/5 nömrəli cavab məktublarında torpaq sahəsinin planı və ölçüsü barədə sənədlərin əsli və ya təsdiqlənmiş surətləri təqdim edildikdən sonra, qaldırılmış məsələyə baxılmasının mümkün olduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara mülkiyyət hüququ əsasında onlara məxsus olan, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, birgə sahəsi 0.12 ha olan torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilməsi nəticəsində dəymiş 560 000 manat məbləğində maddi ziyanın, 60 000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 620 000 manat məbləğində kompensasiyanın cavabdehlərdən tutularaq ödənilməsi barədə qərar qəbul olunmasını xah iş etmişlər.

11. Sonradan, xx.xx.2016-cı il tarixində iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, birgə iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən hər biri 0.6 ha olmaqla birgə sahəsi 0.12 ha olan torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilməsi və birgə iddiaçıları qanunsuz olaraq mülkiyyət hüququndan məhrum etmələri nəticəsində birgə iddiaçılara dəymiş ziyanı təşkil edən 336 000 manat məbləğində torpağın bazar dəyərinin, bazar qiymətinə əlavə olan 20% hissəni təşkil edən 67 200 manat məbləğin, o cümlədən, 60 000 manat məbləğində dəymiş birgə mənəvi zərərin, cəmi 463 200 manat məbləğində kompensasiyanın cavabdehlər Səbail rayon İcra Hakimiyyətindən və Bakı şəhər İcra Hakimiyyətindən müştərək qaydada tutularaq birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. İddia belə əsaslandırılmışdır ki, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında iddiaçılara məxsus və onların qanuni mülkiyyətində olan hər biri 0.06 ha olmaqla, cəmi 0.12 ha torpaq sahəsi 2011-ci ildə Səbail rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq üzərində məktəb binası inşa edilmişdir. Sözügedən torpaq sahəsinin vətəndaşların qanuni mülkiyyətində olmasını hər iki iddiaçının adına ayrıca verilmiş çıxarışlar təsdiqləyir. Birgə iddiaçıların mülkiyyətində ümumilikdə 0.12 ha torpaq sahəsinin olması onu deməyə əsas verir ki, onlar 0.12 ha torpaq sahəsindən məhrum olunmuşlar. Kompensa siyanın məbləği 1 sot üçün 28000 manat olmaqla, 12 sot üçün cəmi 336000 manat təşkil etməlidir. Bundan əlavə, 20% əlavə və mənəvi zərərə görə də kompensasiya ödənilməlidir.

13. Cavabdeh Səbail rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Səbail rayonunun X1 qəsəbəsi, 3-cü yaşayış massivində torpaq sahəsi ayrılmamışdır. Bu torpaqlar Badamdar Bələdiyyəsinin mülkiyyətinə ayrılmış ərazinin hüdudlarından kənardadır və iddiaçılar tərəfindən təqdim olunan sözügedən qərarlar qanunsuzdur. Həmçinin, İddiaçı1 adına qeydiyyata alınmış torpaq sahəsinin 3-cü yaşayış massivində yerləşməsini, digər İddiaçı2 adına qeydiyyata alınmış torpaq sahəsinin isə məktəb və uşaq bağçasının yerində yerləşən torpaq sah əsi ilə üst-üstə düşməsini təsdiq edən heç bir sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir. Habelə, iddiaçıların istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli qərarı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, həmin qərarlar Səbail RİH-in qanunla qorunan mənafelərinə toxunsa da, məhkəmələr sonuncunu məhkəmə icraatına cəlb etməmişlər. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarı ilə (hakim E. Məmmədov) iddia tələbi qismən təmin edilmiş, MH seriyalı, ******* saylı çıxarış əsasında İddiaçı1 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 60.000 manat, habelə dəymiş mənəvi zərərə görə 2.000 manat məbləğində kompensasiya cavabdehlər Bakı şəhər İcra Hakimiy yətindən və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı1 xeyrinə tutulmuş, MH seriyalı, ******* saylı çıxarış əsasında İddiaçı2 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 60.000 manat, habelə dəymiş mənəvi zərərə görə 2.000 manat məbləğində kompensasiya cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən və Səbail rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı2 xeyrinə tutulmuş, iddialar qalan hissələrdə rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Səbail RİH müvafiq sərəncamla ayrılmış torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınması istiqamətində tədbir görmədiyindən və torpaq sahəsinin dəyərini ödəmədən orada tikinti işləri apardığından, iddiaçılar məhrum olduqları mülkiyyətlərinə görə kompensasiya tələb etməkdə haqlı olmuşlar. Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş məktubda qeyd olunan kompensasiya məbləği (hər kv.m-ə görə - 100 manat) real və ədalətli olduğundan hər bir iddiaçıya 60.000 manat kompensasiya ödənilməlidir. Bundan əlavə, mülkiyyətçilərə daşınmaz əmlakın bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi üçün həmin daşınmaz əmlak ilk növbədə dövlət ehtiyacları üçün alınmalıdır. Lakin, hazırda mübahisələndirilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar qəbul edilmədiyindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla nəzərdə tutulmuş 20% əlavənin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Həmçinin, iddiaçıların torpaq sahələrin də 2011-ci ildə heç bir əvəzi ödənilmədən və ya başqa torpaq sahəsi ayrılmadan məktəb binasının tikilməsinə görə dəymiş mənəvi zərərə görə hər iddiaçı üçün 2.000 manat məbləğində kompensasiyanın ödənilməsi ağlabatan hesab edilmişdir.

16. İddiaçılar tərəfindən apelyasiya şikayətləri verilərək birinci instansiya məhkəməsinin həmin qərarının iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması xahiş edilmişdir.

17. Cavabdehlər tərəfindən apelyasiya şikayətləri verilərək məhkəmənin həmin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam rədd olunması xahiş olunmuşdur. apelyasiya instansiyası məhkəməsində birinci icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-782/2017 nömrəli iş üzrə 19 aprel 2017-ci il tarix li qərarı ilə (hakimlər M. Tağızadə-sədrlik edən, S. Hüseynov və K. Abıyeva) iddiaçıların və cavabdehlərin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçılar və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişlər. kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1472/2017 nömrəli iş üzrə 04 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər R.S.Nəbizadə -sədrlik ed ən, A.S.Hüseynov və X.S.Məmmədov) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-782/2017 nömrəli iş üzrə 19 aprel 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi işdə olan rəyləri ətraflı tədqiq etməmiş, əlavə ekspertiza təyin edilməsinin zərurliyini, ümumiyyətlə, iddiaçıların zərərə məruz qaldığı vaxt torpaq sahəsinin dəyərini müzakirə etməmiş, istər ekspertiza rəylərində, istərsə də Maliyyə Nazirliyinin məktubunda iddiaçıların zərərə məruz qaldıqları vaxt torpaq sahəsinin qiyməti öz əksini tapmamış, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin məktəb binası ilə üst-üstə düşmədiyi barədə cavabdehin şikayətinin dəlillərini kifayət qədər ətraflı araşdırmamış, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmişdir. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-198/2019 nömrəli iş üzrə 13 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva-sədrlik edən, V.M.Ağayev və C.A.Yusifov) iddiaçılar və cavabdehin apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarı kompensasiya məbləğinin ödənilməsi hissəsində dəyişdirilmiş, MH seriyalı, ******* saylı çıxarış əsasında İddiaçı1 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 120.000 manat məbləğində kompen sasiya, MH seriyalı, ******* saylı çıxarış əsasında İddiaçı2 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 120.000 manat məbləğində kompensasiyanın Bakı ŞİH-dən və Səbail RİH-dən müştərək qaydada iddiaçıların xeyrinə tutulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatına görə 50 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi qərara alınmışdır.

24. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılara məxsus daşınmaz əmlak söküldükdən sonra bazar qiymətləri artdığından “Əmlak Bazarı İştirakçıları” İB-nin xx.xx.2016-cı il tarixli, 199/06-16 E-27/-V ekspert rəyində təsbit olunan bazar qiymətinin həqiqiliyi reallığa daha uyğundur.

25. İddiaçılar və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti kassa siya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişlər. kassasiya instansiyası məhkəməsində ikinci icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)823/2020 nömrəli iş üzrə 22 may 2020-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova-sədrlik edən, İ.K.Hüseynov və İ.Ə.Şəfiyev) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-198/2019 nömrəli iş üzrə 13 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların əmlakının bazar qiymətinin müəyyən olunması istiqamətində məhkəmənin mövqeyi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, apelyasiya instan siya məhkəməsi “Əmlak Bazarı İştirakçıları” İB-nin xx.xx.2016-cı il tarixli, 199/06-16/E-27/-V nömrəli ekspert rəyində təsbit olunan bazar qiymətinin həqiqiliyini reallığa uyğun hesab etmiş, iddiaçılara məxsus torpağın hər 0.01 ha sahəsinin bazar qiymətini 20.000 manatdan qəbul edilməsini ağlabatan və bu hesabla iddiaçıların hər birinə real zərərin əvəzi olaraq 120.000 manat ödənilməsini ədalətli hesab etmişdir. Lakin, bu zaman apellyasiya instansiya məhkəməsi iş materiallarında olan digər ekspert rəylərini qiymətləndirmədən, sübut kimi qəbul etdiyi ekspert rəyinin həqiqətə uyğunluğunun nədə ifadə olunduğunu əsaslandırmamışdır. apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

28. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci i l tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov-sədrlik edən, E.E.Nağıyeva və V.M.Məmmədov) iddiaçılar və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. Apelyasiya instansiyası hesab etmişdir ki, iddiaçıların əmlak hüquqlarının pozulduğu vaxtda reallığı əks etdirən və dövlətin maliyyə şiyasətini müəyyən edən bir qurumun, yəni Maliyyə Nazirliyinin mübahisə baş verən dövrdə müəyyən etdiyi qiymət siyasətinə uyğun olaraq iddiaçılara məxsus olmuş və üzərində məktəb binası inşa edilmiş torpaq sahələrinin hər 1 sotu (100 kv.m) üçün 10.000 manatın (0.06 ha üçün 60.000 manat) hər iki cavabdehdən müştərək qaydada tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

30. İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişlər. kassasiya instansiyası məhkəməsində üçüncü icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)126/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov-sədrlik edən, Z.Quliyev və İ.Dadaşov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə bir ço x qiymətləndirmə rəylərinin mövcudluğunu və həmin rəylərdəki qiymətlərin əsaslı şəkildə bir-birindən fərqləndiyini nəzərə alaraq, iddiaçılara ödəniləcək ədalətli kompensasiya məbləği ilə bağlı təkrar məhkəmə araşdırmasının aparılmasını daha məqbul hesab edir. apellyasiya instansiya məhkəməsində dördüncü icraat

33. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-1379/2021 nömrəli (hakimlər X. Cəmilova - sədrlik edən və məruzəçi, R. Qurbanov və V. Baxışova ) qərarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilərək, cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən və Səbail rayon İcra Hakimiyyətindən müştərək qa ydada iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə vurulmuş maddi ziyana görə hər birinə 108000 manat olmaqla, ümumilikdə 216000 manat məbləğində kompensasiya, vurulmuş mənəvi zərərə görə isə hər birinə 3000 manat məbləğində pul vəsaiti tutulmuş, qərar iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

34. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamışdır.

35. İddiaçılar və cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozu lması ilə çıxarılmışdır. Belə ki, birincisi, məhkəmə kollegiyasının “Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1336/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından “cavabdehlər tərəfindən kassasiya şikayəti verilmədiyi üçün məhkəmə qərarı həmin hissədə qüvvəyə minmişdir” ifadəsinin şərhə ehtiyacı vardır. Yəni məhkəmə kollegiyasının “hansı qərarın”, “hansı hissədə qüvvəyə minmişdir” deməsi anlaşılmazdır. Əgər söhbət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(1523)-243/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarından gedirsə, həmin qərar apellyasiya məhkəməsinin sonuncu, yəni xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmişdir.

37. İkincisi, əgər məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2- 1(103)1336/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını nəzərdə tutursa, onda həmin qərarla çavabdehlərdən müştərək qaydada hər bir iddiaçının xeyrinə 60.000 manat pul tutulmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(1523)-243/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır və onda belə çixir ki, Bakı ŞlH-dən və Səbail RİH-dən iddiaçıların hər birinin xeyrinə müştərək qaydada 60.000 manat pul tutulmalıdır.

38. Bu baxımdan hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı halda cavabdehlərin apellyasiya şikayətlərinə baxmamaqda haqlı olmamışdır.

39. Bununla yanaşı işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram üzrə tədbirlər planının 2.9.32 və 2.9.37 bəndlərinə əsasən, Səbail rayonu, Badamdar qəsəbəsində 880 şagird yerlik ümumtəhsil məktəbinin və 120 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, Səbail rayon İH tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı ŞİH-nə müraciət olunaraq yuxarıda qeyd edilən “Dövlət Proqramı”nda nəzərdə tutulan işlərin görülməsi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.

40. İddiaçıların kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 41. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizl iyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

42. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mül ki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qə rar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arası nda yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliy yət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur..“Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 43. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş tor paq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; (-). Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiy aclarıdır. Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əm lakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstər ilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın baza r qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 44. “Qiymətləndirmə haqqında” Qanun Maddə

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən m üəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

45. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər i Dövlət Xidmətinin Əsasnaməsi” 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək; 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.22. mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək;

46. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir. 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.25. mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək;

47. İnzibati Prosessual Məcəllə Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayə tin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

49. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

51. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

52. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

53. Mübahisəyə dair işin hallarından göründüyü kimi, hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsində ictimai məqsədlər üçün tikinti obyektlərinin inşa edilməsi nəticəsində onlara vurulmuş ziyanın (maddi və mənəvi) ödənilməsi ilə bağlıdır.

54. Bu qərarın 42-43-cü bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

55. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

56. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

57. Bun unla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

58. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, müəyyən ərazidə ictimai məqsədlər üçün məktəb binasının və uşaq bağcasının tikintisi ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.

59. Lakin mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata kecirilməsi baxımından yetərli deyil, bu zaman həm də “To rpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir.

60. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçıların mülkiyyət hüququna onların mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuş, daha doğrusu həmin tələblərə məhəl qoyulmadan həyata keçirilmişdir.

61. Belə ki, iddiaçılara məxsus torpaq sahələrində cavabdeh tərəfindən ictimai ehtiyaclardan irəli gələn tikinti obyektlərinin (məktəb binasının və uşaq bağcasının) inşa edilməsi bildirilsə də, həmin sahələrin mülkiyyətçilərdən alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onların dəyərinin müəyyən edilməsi, iddiaçılarla müvafiq müqavilələrin bağlanılması və onlara əmlaklarının dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi barədə tələblərə riayət edilməmişdir. İddiaçıllara məxsus əmlak qanuna zidd olaraq və onların muxtar iradə ifadəsinə əsaslanan razılığı olmadan cavabdeh tərəfindən zəbt edilmiş və onun qanunsuz hərəkətləri nəticəsində iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən məhrum olmuşlar.

62. Bu qərarın 41-ci bəndində istinad olunan normanın tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

63. İddiaçılara məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşayiət edilən şəkildə tikinti obyektlərinin inşa edilməsi məhkəmələr tərəfindən haqlı olaraq qanunsuz sayılmışdır. Bununla bağlı qeyd edilməlidir ki, inzibati orqan konkret mübahisəyə münasibətdə inzibati akt formasında deyil, faktiki xarakterli hərəkət formasında hərəkət etmişdir. Buna baxmayaraq, qanunvericinin bu qərarın 41-ci bəndində istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır.

64. Cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsində ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən ictimai məqsədlər üçün tikinti obyektlərinin inşa edilməsi və digər analoji fəaliyyətin həyata keçirilməsi belə ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.

65. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan b iri kimi) inzibati orqanın müdaxiə etməyəcəyi təqdirdə maraqlı şəxslərin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onların əldə edə biləcəkləri gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçıların məhrum olduqları torpaq sahəsinin real bazar dəyəri, habelə sahələrin yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Mənəvi zərər müəyyən edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir.

66. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları və məhkəmənin yuxarıda qeyd olunan hüquqi yanaşması baxımından vurulmuş ziyanın (maddi v ə mənəvi) əvəzinin ödənilməsi və kompensasiyaların məbləği ilə bağlı məsələlər, Ali Məhkəmənin sonuncu qərarında nəzərdə tutulmuş göstərişlər də nəzərə alınmaqla, apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

67. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə münasibətdə əlavə olaraq həm də aşağıdakıları qeyd etməyi zəruri sayır. Cavabdeh kassasiya şikayətində apelyasiya məhkəməsinin sonuncu qərarında ifadə olunmuş “Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)-1336/2020 saylı, xx.xx.2020-ci i l tarixli qərarından cavabdehlər tərəfindən kassasiya şikayəti verilmədiyi üçün məhkəmə qərarı həmin hissədə qüvvəyə minmişdir” ifadəsinin şərhinə ehtiyac olduğunu bildirir və qeyd edir ki, məhkəmənin “hansı qərarın”, “hansı hissədə qüvvəyə minmişdir” ifadəsi də anlaşılmazdır. Cavabdehin iddiasına görə, əgər söhbət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(1523)-243/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarından gedirsə, həmin qərar apellyasiya məhkəməsinin sonuncu, yəni xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmişdir.

68. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(1523)-243/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarından iddiaçılar, həmçinin də cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1523/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Nəzərə almaq lazımdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1336/2020 nömrəli həmin qərarından iddiaçılar tərəfindən kassasiya şikayəti verilsə də, cavabdeh tərəfindən kassasiya şikayəti verilməmişdir. Cavabdeh tərəfindən həmin qərardan kassasiya şikayəti verilmədiyindən və həmin qərardan cavabdeh tərəfindən şikayət vermə müddəti keçdiyindən, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 1(1523)-243/2016 nömrəli qərarı cavabdehə münasibətdə qanuni qüvvəy ə minmişdir. Başqa sözlə, iddiaçıların xeyrinə müəyyən olunmuş məbləğdə kompensasiyanın (maddi ziyan üzrə hər birinə 60.000 manat, mənəvi ziyan üzrə hər birinə 2000 manat məbləğində) tutulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2-1(1523)-243/2016 nömrəli qərarını dəyişdirmədən saxlamış Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1336/2020 nömrəli qərarından cavabdeh narazı qalmamış, həmin məhkəmə qərarına etiraz eməmişdir. Cavabdeh tərəfindən qeyd olunan qərardan kassasiya şikayətinin verilməməsi onun cəmi 120000 manat məbləğində (iddiaçıların hər biri üçün 60000 manat olmaqla) maddi ziyanın və 4000 manat məbləğində (iddiaçıların hər biri üçün 2000 manat olmaqla) mənəvi zərərin cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması barədə məhkəmə qərarı ilə razılaşması kimi qiymətləndirilir.

69. Həmçinin nəzərə alınmalıdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2-1(1523)-243/2016 nömrəli qərarı apellyasiya məhkəməsinin sonuncu, yəni xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehə münasibətdə deyil, həmin qərarı dəyişdirmədən saxlamış Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1336/2020 nömrəli qərarı ilə razılaşmamış və ondan kassasiya şikayəti vermiş iddiaçılara münasibətdə dəyişdirilmişdir. Bu baxımdan cavabdeh qeyd olunan məhkəmə qərarının məhz ona münasibətdə (kassasiya şikayəti vermədiyi üçün) qüvvəyə minmiş həmin hissəsindən yenidən şikayət verməkdə haqlı sayıla bilməz. Cavabde h apelyasiya məhkəməsinin yalnız sonuncu, yəni 08 dekabr 2021-ci il tarixli, 21(103)-1379/2021 nömrəli qərarı ilə müəyyən olunmuş kompensasiya məbləğinin yuxarıda qeyd olunan və mübahisələndirilə bilməyən həmin məbləğdən artıq hissəsini, yəni iddiaçıların hər biri üçün maddi ziyana görə müəyyən edilmiş 108000 manat məbləğin 60000 manatdan, mənəvi zərərə görə müəyyən edilmiş 3000 manat məbləğin 2000 manatdan artıq olan hissəsini kassasiya qaydasında mübahisələndirməyə haqlı sayıla bilər. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini məhz həmin hissədə araşdırmışdır.

70. Beləliklə, apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir və bu səbəbdən məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətb iqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

71. Məhkəmə kollegiyasınin qənaətinə görə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 21(103)-1379/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar