Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-837/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi vəziyyəti yaxşılaşdıran qanunların geriyə qüvvəsi; pensiya hüququnun yarandığı vaxt qüvvədə olan normalar əsasında pensiyanın hesablanması; “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin bütün işləyən pensiyaçılara münasibətdə tətbiqi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaqub oçiv və X2 ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, İddiaçı və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)173/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur.
2. İddiaçı 13.06.1992-ci ildən 08.04.2013-cü il tarixinədək Azərbaycan Resp ublikası Silahlı Qüvvələrində, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 bölmə rəisi vəzifəsində həqiqi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin 30.12.2012-ci il tarixli, 0507 nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən 08.04.2013-cü il tarixində şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra 01.06.2013-cü il tarixindən indiyədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkimpatoloqanatom vəzifəsində işləyir.
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyi 862 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmiş, həmin məlumat vərəqi əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hə rbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinin əmək pensiyası təyin edən komissiyasının 02.05.2013-cü il tarixli 13/800 №-li qərarı ilə iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə 09.04.2013-cü il tarixdən 680,98 manat məbləğində ömürlük pensiya təyin edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən iddiaçının pensiyası yenidən hesablanaraq yaşa görə 01.07.2013-cü il tarixdən 723,96 manat məbləğində ömürlük pensiya təyin olunmuş, daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyini 1057,50 manat göstərilməklə 19.02.2019-cu il tarixli 00711 №-li yeni məlumat vərəqi tərti b edilərək DSMF-yə göndərilmişdir.
5. Həmin məlumat vərəqəsinə əsasən, onun cəmi xidmət illəri 28 il, 10 ay, 24 gün (təqvimi xidmət illəri 20 il, 09 ay, 25 gün; güzəştli xidmət illəri 08 il, 00 ay, 29 gün) olmaqla, buraxıldığı günə indiki hesabla cəmi pul təminatı (təminat xərcliyi) aşağıdakı kimi olmuşdur: vəzifə maaşı 485 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 30% əlavə 184,5 manat, xüsusi qulluq şəraitinə görə 15% əlavə 72,75 manat, 1-ci məharət dərəcəsinə görə 25% əlavə 121,25 manat, fəlsəfə doktoru elmi adına görə 40 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat, cəmi pul təminatı (təminat xərcliyi) indiki hesabla 1097,5 manat olmuşdur.
6. İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 14 may 2019-cu il tarixli cavab m əktubu ilə onun müraciətini təmin etməkdən imtina etmiş və imtinanı iddiaçıya müvafiq əmək pensiyası təyinatının 09.04.2013-cü il tarixində “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olan müddəalarına uyğun olaraq həyata keçirilməsi ilə əsaslandırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyası hesablanarkən, “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 60 №li 26.05.1996-cı il tarixli Qərarının 12-ci bəndinin tələblərinə əsasən, məlumat vərəqində göstərilmiş elmi dərəcəyə görə vəzifə maaşına 40 manat əlavənin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınması norma sının ona şamil edilməsi öhdəliyinin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən, ona pensiya hesablanarkən, 07.02.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin, bu dəyişikliyin qüvvəyə minməsindən (01.07.2017-ci ildən) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi öhdəliyinin, “Əmək pensiyaları ha qqında”Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının ona şamil olunaraq, pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan göndərilmiş 00711 saylı mə lumat vərəqəsində göstərilmiş məlumatların əksinə olaraq ona əmək pensiyasının hesablanması zamanı mövcud qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən xeyli az pensiya hesablamışdır. O, ehtiyata buraxıldıqdan sonra 01.06.2013-cü il tarixdən indiyədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkimpatoloqanatom vəzifəsində işlədiyi üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilərək pensiyası yenidən hesablanmalıdır.
9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, elmi dərəcəyə görə əlavənin ödənilməsi 2017-ci ilin iyul ayının 1-dək “Əmək pensiyaları haqqında” Qanunun 19.3-cü (baza hissəsinə əlavə kimi), həmin dəyişiklikdən sonra isə 19.2-ci (sığorta hissəsinə əlavə kimi) maddəsində öz əksini tapmışdır və hər iki maddəni n ortaq tərəfi ondan ibarətdir ki, həmin Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarının bu növ əlavəni almaq hüquqları yoxdur. Həmçinin, Qanunun 20.14.1-ci maddəsinin iddiaçıya şamil olunması barədə qeyd edilmişdir ki, həmin maddəyə 10.03.2017-ci il tarixində dəyişiklik edilərək “hər ili” sözlərindən sonra “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. Bu dəyişiklik iddiaçının pensiyaya çıxdığı tarixdən 4 il sonra edilmişdir. Deməli, həmin dəyişikliyə qədər natamam illər diqqətə alınmalı deyildi və pensiya təyin edilərkən cavabdeh tərəfindən bu normaya da riayət olunmuşdur. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunması ilə bağlı etirazda qeyd edilmişdir ki, həmin maddə hərbi qulluqçulara münasibətdə tətbiq edilə bilməz. Belə ki, yaşa görə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 2-ci fəsli ilə tənzimlənir və həmin Qanunun 9.5-ci maddəsi hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu nəzərdə tutur. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2-1(81)3087/2019 saylı qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 60 №li 26.05.1996-cı il tarixli Qərarının 12-ci bəndinin tələblərinə əsasən, məlumat vərəqində göstərilmiş elmi dərəcəyə görə vəzifə maaşına 40 manat əlavənin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesabla nmasında nəzərə alınması normasının iddiaçıya şamil edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən, ona pensiya hesablanarkən, 07.02.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının“20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin, bu dəyişikliyin qüvvəyə minməsindən (01.07.2017-ci ildən) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi, “Əmək pensiyası haqqında” Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının ona şamil olunaraq, pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının adına tərtib edilmiş qeyd olunan məlumat vərəqində onun fəlsəfə doktoru elmi adına görə digər təminat xərcləri ilə yanaşı 40 manat əlavədə öz əksini tapmışdır. Buna baxmayaraq, həmin 40 manat iddiaçının pensiyasına əlavə edilməmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Bundan başqa, iddiaçının hərbi xidmətdən buraxılanadək 20 təqvim ili tamam olmuşdur. Nazirlər Kabinetinin 60 №-li 26.05.1996-cı il tarixli qərarının 12-ci bəndinə görə, həmin qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Qanunvericilikdə elmi dərəcəyə görə vəzifə maaşına əlavələrin verilməsi birmənalı olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğun olaraq, fiziki şəxsin vəziyyətini yaxşılaşdıran qanunun geriyə qüvvəsi nəzərə alınmaqla, 01.07.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 20.14.1-ci maddəsinin tələbləri iddiaçıya şamil edilməlidir. İddiaçıya əmək pensiyasının təyin olunduğu dövrdə 6 il müddətin keçməsi və o dövrdən bu günədək iddiaçının əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınarsa, iddiaçının əmək pensiyasının sığorta və yığım hissələrinin yenidən hesablanması zərurəti yaranmışdır. Odur ki, iddiaçının tələbi bu hissədə də qanuni olmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2-1(81)-3087/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. b) a pelyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019cu il tarixli, 2-1(103)-2651/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2-1(81)3087/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır.
15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1041/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2651/2019 nömrəli iş üzrə 20 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının elmi adını nə vaxtdan alması, ona münasibətdə nə vaxtdan əlavə hesablanmalı olması məsələni müəyyən etmədən iddianı həmin hissədə təmin etmişdir. Bundna əlavə, iddiaçı hərbi qulluqçu olduğundan ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq oluna bilməz. Belə ki, hərbi qulluqçulara həmin Qanunun 9.6-cı maddəsi şamil olunur ki, həmin maddənin göstərişinə görə də bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Belə olan halda sözügedən sığorta pensiya kapitalının müəyyən edilməsi üçün müvafiq pensiya işi tələb edilərək araşdırılmalı, iddiaçının fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalının miqdarı müəyyən edilməli idi. Həmçinin, kassasiya instansiya məhkəməsi qərarında iddiaçının sonuncu tələbinə dair hesab etmişdir ki, MPM-nin 217.2-ci maddəsinə əsasən iddiaçıya münasibətdə pensiyaya çıxdığı tarixdə qüvvədə olan maddi normalar tətbiq olunmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş yeni redaksiyasının ona şamil ed ilməsini tələb etsə də, ona pensiya təyin edilən 09.04.2013-cü il tarixində həmin dəyişiklik qüvvədə olmamış, cavabdeh orqan həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddiaçıya pensiya hesablamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-173/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: V.M.Məmmədov və İddiaçı) iddiaçının cavabdehə qarşı “pensiya hesablanarkən, «Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında» Nazirlər Kabinetinin 60 №li 26.05.1996-cı il tarixli Qərarının 12-ci bəndinin tələblərinə əsasən, məlumat vərəqində göstərilmiş elmi dərəcəyə görə vəzifə maaşına 40 manat əlavənin qanunvericilikdə nəzərdə tutulmuş bütü n hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınması normasının ona şamil edilməsi” tələbi üzrə iddiaçının imtinası qəbul edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4562/2019 saylı 05 dekabr 2019-cu il tarixli qərarı qismən, iddiaçının birinci tələbinin- “pensiya hesablanarkən, «Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında» Nazirlər Kabinetinin 60 №li 26.05.1996-cı il tarixli Qərarının 12-ci bəndinin tələblərinə əsasən, məlumat vərəqində göstərilmiş elmi dərəcəyə görə vəzifə maaşına 40 manat əlavənin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınması normasının ona şamil edilməsi” tələbinin təmin olunduğu hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
19. Bakı Apelyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-173/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: V.M.Məmmədov və İddiaçı) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3087/2019 saylı 16 avqust 2019-cu il tarixli qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən, iddiaçıya pensiya hesablanarkən 07.02.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin bu dəyişikliyin qüvvəyə minməsindən (01.07.2017-ci ildən) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi, «Əmək pensiyası haqqında» Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiya sı yenidən hesablanır» müddəalarının iddiaçıya şamil olunaraq pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələrində dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 01.07.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 20.14.1-ci maddəsinin tələbləri iddiaçıya şamil edilməlidir. Bundan əlavə, hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanununun 37.3.1-ci maddəsi iddiaçıya şamil edilməlidir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə edilmiş dəyişiklik iddiaçının pensiyaya çıxdığı tarixdən 4 il sonra edilmişdir. Qanunvericiliyə 4 il sonra edilmiş dəyişikliyin, özündən əvvəl təyin edilmiş pensiyalara şamil edilməli olmasına dair “Əmək pensiyaları haqqında” Qanunda göstəriş yoxdur. Başqa sözlə, cavabdeh inzibati orqanın həmin dəyişiklik əsasında iddiaçının pensiyasını yenidən hesablamaq öhdəliyi meydana gəlməyib. Deməli, iddiaçının belə bir tələblə çıxış etmək hüququ yoxdur. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi hərbi qulluqçulara münasibətdə tətbiq edilə bilməz. Həmçinin, apellyasiya məhkəməsi Ali Məhkəmənin əvvəlki qərarındakı hüquqi mövqeni nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə e dərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi.
25. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ild ən bir həyata keçirilir;...
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. Hazırkı iş üzrə kassasiya şikayəti həddində iddia tələbinin təmin olunmuş aşağıdakı hissələrinə qiymət verilir: a) Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən, iddiaçıya pensiya hesablanarkən 07.02.2006-cı il tarixli “Ə mək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin bu dəyişikliyin qüvvəyə minməsindən (01.07.2017-ci ildən) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi; b) «Əmək pensiyası haqqında» Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının iddiaçıya şamil olunaraq pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması.
32. İlkin tələblə bağlı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “X5 Haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaks iyasının (01.07.2017-ci il tarixdən qüvvədə olan) iddiaçıya da şamil edilməsi mümkündür.
33. Bu mövqe ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasından daha əvvəl - 09.04.2013-cü il tarixdən pensiyaya çıxması işin mübahisəsiz halıdır. İddiaçı həmin tarixdə pensiyaya çıxarkən ona müvafiq təminat xərcliyi əsasında pensiya məbləğinin düzgün hesablanması da tərəflər arasında mübahisələndirilmir. Hazırkı iş üzrə iddiaçının tələbi onun pensiyaya çıxdıqdan təxminən 4 il sonra qəbul edilmiş normanın keçmiş dövr üçün hesablanan pensiyaya şamil edilməsi və onun əsasında pensiyasının yenidən hesablanmasıdır. 34. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbayca n Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 28.01.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ X5ın qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən.
35. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir.
36. Şəxsiyyətin “hüquqi vəziyyəti” və “hüquqi statusu” məfhumları eyni məna daşıyır. “Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur. Hüquqi status şəxsiyyətin cəmiyyətdə vəziyyətinin hüquqi cəhətdən təsbit edilməsidir. Hüquqi statusun əsasını faktiki sosial status, yəni mövcud ictimai münasibətlər sistemində insanın real vəziyyəti təşkil edir. Hüquq bu vəziyyəti qanunvericilik çərçivəsinə salaraq tənzimləyir. Hüquqi statusun aşağıdakı növləri fərqləndirilir: - vətəndaşın ümumi və ya konstitusiya statusu; - müəyyən kateqoriya vətəndaşların xüsusi statusu; - fərdi status və s.
37. Hüquqi statusun növləri çox olsa da, praktiki cəhətdən yuxarıda göstərilən üç növü əhəmiyyət kəsb edi r. Ümumi hüquqi status dedikdə, dövlətin vətəndaşı, cəmiyyətin üzvü kimi şəxsin statusu başa düşülür. Ümumi hüquqi status Konstitusiya ilə müəyyən edilir və müxtəlif şərtlərdən (qulluq mövqeyindəki dəyişikliklərdən, ailə vəziyyətindən, vəzifəsindən, yerinə yetirdiyi funksiyalardan) asılı deyildir, hamı üçün vahid və eynidir, nisbi stabil və ümumi səciyyəyə malikdir. Ümumi hüquqi status hüquq subyektlərinin bütün xüsusiyyətlərini, fərqlərini, səciyyəsini əhatə edə bilməz. Buna görə də hüquq subyektlərinin əmək fəaliyyətindən, daxil olduğu hüquq münasibətlərinin xarakterindən, digər vəziyyətlərdən asılı olaraq mütəmadi yaranan və xitam olunan çoxsaylı subyektiv hüquqlar və vəzifələr ümumi hüquqi statusa daxil deyildir. Xüsusi status müəyyən kateqoriya vətəndaşların (məsələn, pensiyaçıların, tələbələrin, hərbi qulluqçuların, müəllimlərin, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini əks etdirir. Göstərilən təbəqələr və qruplar vətəndaşın ümumi konstitusiya statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tutulan əlavə hüquqlara, vəzifələrə, güzəştlərə malik ola bilərlər. Fərdi status ayrıca şəxsin səciyyəsini (məsələn, şəxsin cinsini, ailə vəziyyətini, yerinə yetirdiyi işi, digər xüsusiyyətlərini) əks etdirir. Fərdi status vətəndaşın fərdi hüquqlarının və vəzifələrinin məcmusudur. Fərdi hüquqi status dinamikdir, insanın həyatında baş verən dəyişikliklərə müvafiq olaraq dəyişir. Xüsusi, fərdi və digər növ statuslar ümumi (konstitusiya) statusa zidd ola bilməz. Əksinə, onlar ilkin, başlıca status kimi ona əsaslanmalıdırlar. “Hüquqi vəziyyət ( status)” kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyinəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. “Hüquqi vəziyyət (status)” hüququn ayrı-ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüqu qların verilməsi və s. başa düşülür....“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.”
38. Göründüyü kimi, o normaların geriyə qüvvəsi vardır ki, onlar şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etsin, başqa sözlə hüquqi vəziyyətini yaxşılaşdırsın.
39. Lakin, hazırkı işdə iddiaçının ona şamil edilməsin i tələb etdiyi normadakı dəyişiklik onun “hüquqi vəziyyətini” yaxşılaşdırmır, onun pensiya hüququnun mahiyyətinə və həcminə təsir etmir, sadəcə qulluq stajına görə hərbi qulluqçulara əlavələrin hesablanmasının qaydasında edilmiş dəyişiklikdən ibarətdir ki, həmin dəyişiklik onun qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur. Başqa sözlə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququnun həcmində və mahiyyətində hər hansı dəyişiklik olmamışdır. Məhkəmə təcrübəsi də şəxsin pensiyasının hesablanması zamanı onun pensiya hüququnun yarandığı vaxt qüvvədə olan normalar əsasında aparılması ilə bağlı formalaşmışdır. 40. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxım ından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 27.03.2014-cü il tarixli qərarında da qeyd edildiyi kimi, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Bununla belə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.
41. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, hazırkı iş üzrə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının bu dəyişikliyin qüvvəyə minməsindən (01.07.2017-ci ildən) əvvəl iddiaçının pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməli olması barədə apellyasiya məhkəməsinin nəticəsi düzgün olmamı şdır.
42. Məhkəmə tərkibi iddia tələbinin digər hissəsi ilə bağlı («Əmək pensiyası haqqında» Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının iddiaçıya şamil olunaraq pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması) apellyasiya məhkəməsinin nəticəsi ilə ra zılaşaraq aşağıdakıları qeyd edir. 43. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
44. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şə xslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
45. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilə bilməz. Halbuki, qanunvericiliyə nəzər saldıqda görürük ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi təminat xərcliyi ilə pensiyaya çıxan, lakin hərbi xidmət ini davam etdirən şəxslərin pensiyasının yenidən hesablanma qaydasını müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi isə ümumilikdə işləyən pensiyaçıların pensiyasına əlavələrin edilməsi qaydasını müəyyən edir.
46. İddiaçının hərbi qulluqçu kimi təminat xərcliyi əsasında pensiyaya çıxdıqdan sonra DSX Hərbi Hospitalında həkim-pataloqanatom işləməsi işin mübahisələndirilməyən halıdır. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (işləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğ u gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilər.
47. Bu normanın iddiaçıya münasibətdə tətbiqinin yolverilməzliyi ilə bağlı cavabdehin mövqeyi (iddiaçıya hərbi qulluqçu kimi, təminat xərcliyi əsasında pensiya təyin edilməsi səbəbindən) iddiaçını onunla eyni vəziyyətdə olan- işləyən pensiyaçılarla müqayisədə qeyri-bərabər vəziyyətə salır. Belə ki, iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmədiyindən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi də ona tətbiq edilmir. Belə olan halda, cavabdehin mövqeyi nə görə, iddiaçı işlədiyi halda, yığdığı pensiya kapitalını istifadə etmək hüququndan məhrum olmalıdır ki, bu həm Konstitusiyada təsbit edilmiş bərabərlik hüququna ziddir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi təminat xərcliyi əsasında pensiya təyin edilən şəxslərin pensiyasının bu maddəyə görə hesablanmasında hər hansı istisna hal nəzərdə tutmamışdır.
48. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tətbiq edilməməli olması barədə dəlilləri əsassızdır.
49. Şərh edilənləri rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-173/2021 nömrəli, 03 fevral 2021-ci il tarix li qərarı qismən, “Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3087/2019 saylı 16 avqust 2019-cu il tarixli qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən, iddiaçıya pensiya hesablanarkən 07.02.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin bu dəyişikliyin qüvvəyə minməsindən (01.07.2017-ci ildən) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi” hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.